“İsveçdə Quranın yandırılması
oyunu Ərdoğanın üzərində qurulub”
Milli Vəhdət
Partiyasının sədri Yunus Oğuz bölgədə və
dünyada gedən proseslərlə bağlı Olaylar.az
saytına müsahibə verib. Həmin
müsahibəni təqdim edirik.
Məlum
olan odur ki, bütün proseslər Azərbaycanın xeyrinə
gedir
-Yunus bəy, İsveçdə
Qurani-Kərimin yandırılmasının kökündə
hansı amillər durur?
-Məlum
olduğu kimi Pakistan Senatı Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğanın Ukrayna böhranının həllində
göstərdiyi səylərə görə Nobel Sülh
mükafatına namizədliyini irəli sürüb. Söhbət
ondan gedir ki, Ərdoğanın bu mükafata namizədliyi
Türkiyədə prezident seçkisi öncəsi irəli
sürülüb. Bu o deməkdir ki, Ərdoğan Nobel
Sülh mükafatı almaqla birbaşa prezident seçilir.
Bax, Quranı ona görə yandırıblar. Nəzərə
almaq lazımdər ki, Nobel Sülh mükafatını
İsveç verir. İsveçdə fikirləşirlər
ki, Quranı yandırmaqla seçkilərə təsir
göstərirlər. Guya, Quranın yandırılmasından
Ərdoğan hirslənəcək, İslamafob aurası
yaradacaqlar və bütün Avropanı Ərdoğanın
üstünə yönəldə biləcəklər. Bu məsələdə
oyun Ərdoğanın üzərində qurulub ki, o, prezident
seçilməsin. Çünki Avropa bunu istəmir, xüsusən,
İcveç və Finlandiya. Ona görə ki, Ərdoğan
İsveç və Finlandiyanın NATO-ya daxil olmasına
qadağa qoyub. Ola bilsin ki, Finlandiya NATO-ya daxil olsun, amma
İsveç kənarda
qalacaq. Düşünürlər ki, belə bir şəraitdə sülh carçısı
olan Ərdoğana seçkiöncəsi Nobel mükafatı
vermək olmaz. Avropaya Ərdoğan kimi inadkar, istədiyini edən yox, onlara qulaq asan,
Avropa və Amerikanın istəklərini
həyata keçirən
prezident lazımdır.
Türkiyənin keçmiş
xarici işlər naziri Əli Babacan dedi ki,
biz hakimiyyətə gəlsək,
Bayraqdara da əl gəzdirəcəyik.
Əslində bu açıqlama
ilə Ərdoğanın
reytinqini artırdı
və bu reytinq artmaqda davam edir. Ona görə çalışırlar
ki, Ərdoğana
Nobel mükafatı verilməsin.
Ərdoğan bundan əsəbləşsin
və Türkiyədə
antiAvropa hərəkatı
başlasın. Onlar da dünyaya göstərsinlər
ki, Türkiyədə
Avropanı sevmirlər.
Bir məsələ
də maraqlıdır
ki, niyə İran Quranın yandırılmasına reaksiya
vermir. Niyə Ərəb ölkələri
mövqelərini ortaya
qoymurlar? Quran təkcə Türkiyənin
deyil ki? Belə məlum olur
ki, bu dövlətlərə
deyiblər ki, sizlik bir şey
yoxdur, bütün oyunlar Ərdoğanın başındadır. Ərdoğana mesaj verilir ki,
sən İsveçə
gəlib Nobel mükafatı
ala bilməzsən. Guya, Ərdoğana
Nobel mükafatı verilməsə
dünya dağılacaq?
Ərdoğan onsuz da liderlik, sülh, barışıq missiyasını
həyata keçirir.
Artıq
Ərdoğan faktiki olaraq dünya liderinə çevrilib.
Hazırda dünyada lider
yoxdur, nə Bayden, nə Makron, nə də Şolts liderlik edə bilmirlər. İngiltərədə özlərində lider tapa bilmədilər, hindistanlını baş nazir qoydular. Ərdoğan isə Nobel mükafatı
alsa, dünya liderliyi təsdiq olunacaq.
-Vardanyanın özünüifşa müsahibəsi
bir sıra qaranlıq məqamlara aydınlıq gətirdi. Sizcə, jurnalistin sualları qarşısında çətin
duruma düşən
Vardanyanın açıqlamaları
əslində nəyə
hesablanmışdı?
-Əslində jurnalist Vardanyana maraqlı sual verdi
ki, sən Qarabağda nə gəzirsən, sənin missiyan nədən ibarətdir? Regionda proses sülhə doğru gedirdi, amma sən gəldin
aranı qatdın. Nəzərə almaq lazımdır
ki, Vardanyan təkcə Rusiyaya işləmir, o, beynəlxalq
mafiyanın üzvü
olduğuna görə,
razılığını alıb. Beynəlxalq mafiyanın isə
dövlətlərə çıxışı
asandır. Bu baxımdan Vardanyan fikirləşir ki, Qarabağ məsələsində
Rusiyanın sülhməramlılarını
bölgədə saxlamaq
lazımdır. Paşinyana isə
bu lazım deyil, o artıq Rusiyadan tamam üz döndərib, Avropa İttifaqının
əli ilə iki yüz müşahidəçi
gətirir. Məsələ orasındadır ki, bu müşahidəçiləri
hara yerləşdirəcək?
Axı hələlik sərhədlər
müəyyən edilməyib,
delimitasiya işləri
aparılmayıb. Belə halda
Azərbaycan tərəfi
beynəlxalq aləmə
xəritə təqdim
edə bilər ki, müşahidəçilər
bizim ərazimizdə yerləşdirilib. Əgər verilən
vaxtda ərazimizi tərk etməsələr
ordu yeridiləcək.
Əslində bu, Azərbaycanın
xeyrinə işləyir.
Digər
tərəfdən, Rusiya
bunu Paşinyana bağışlamayacaq. Ermənistanın
bütün təhlükəsizlik,
sərhəd məsələlərinə
Rusiya nəzarət edir, bütün strateji məhsullar rus iş adamlarının
əlindədir, üstəlik
102-ci bazası orada yerləşir. Görün, Rusiya nə
qədər zəifləyib
ki, Ermənistan onun başı üzərindən iki illik müşahidəçi
missiya gətirir.
Əslində Vardanyanın
niyyəti Ermənistanın
baş naziri olmaq idi, lakin
bizim ekofəalların
aksiya məsələsini
hesablaya bilmədi. Erməni əhalisi onun araqarışdırmaq fəaliyyətini
yaxşı başa düşür, ona görə də onu istəmir. İndi Vardanyan haça-paça
olub, qalıb ortalıqda. Paşinyan iki
yüz nəfərlik
müşahidəçini Vardanyan, həm də 102-ci bazanın çevrilişinə görə
gətirdi. Bütün
sadalananlara baxmayaraq, bölgədə hansı
proses gedirsə hamısı bizim xeyrimizədir. Biz sadəcə səbirli olmalı, lazım gələndə ordumuzu hədəfə yönəltməliyik.
Hazırda Rusiya ilə
Qərb arasında gedən dava da bizim xeyrimizədir.
-Avropa Parlamentinin Azərbaycan əleyhinə
qəbul etdiyi qərar nəyə hesablanıb?
-Avropa Rusiyaya qarşı on paket sanksiya qəbil edib, on birinciyə hazırlaşır. Bəs, bu sanksiyalardan
Ermənistana qarşı
niyə tərbiq etmir? Ermənistanın adı gələndə
bütün məsələlərdə
birləşirlər. Axı, Rusiyanın xarici banklarla əməliyyatları
ən çox Ermənistan üzərindən
aparılır. Məlum olur
ki, Ermənistana qarşı münasibətdə
xristian həmrəyliyi
yox, dövlət maraqları nəzərə
alınır. Məsələ orasındadır ki, Qafqazda geopolitika dəyişməlidir. Bu məsələdə Azərbaycan
öz yerində durur, Ermənistanın isə yeni geopolitik
düzəndə yeri
yoxdur. Ona görə bütün
prosesləri Ermənistan
üzərindən etməyə
çalışırlar ki,
guya bu ölkə
vacib bir əhəmiyyət daşıyır.
Əslində isə Cənubi
Qafqazda mühüm rolu Azərbaycan və Gürcüstan oynayır. Proseslərdən kənarda qalan
Ermənistandan bir açar-kilid kimi istifadə etməyə çalışırlar ki,
o da alınmayacaq.
Avropa Parlamenti də məhz bunun hesabatını etmək istəyir. Ermənilərin işığı kəsilib, qazı yoxdur, bunun Azərbaycana
nə dəxli var? Onların kommunal təminatı
Yerevan tərəfindən həyata
keçirilir. Bu baxımdan deyilən humanitar fəlakətin Azərbaycana aidiyyatı yoxdur. Qarabağda ermənilərin sayı deyildiyi kimi 120 min yox, ermənilərin özlərinin
etiraf etdiyi kimi 40 mindən artıq deyil. Onların da böyük əksəriyyəti başa
düşür ki, başqa çıxış
yolu yoxdur və müxtəlif yollarla Qarabağı tərk edirlər. Bu Azərbaycan diplomatiyasının
müharibəsiz qələbəsidir.
Fransada da bir milyon
nəfər aksiya keçirdi, Azərbaycanda
da demokratiyadır, ekofəallar aksiya keçirirlər.Vardanyan da
çaş-baş qalıb.
Əslində ekofəalların
Xankəndi-Laçın yolunda
aksiya keçirmələri
Vardanyanın, hətta
bəzi ölkələrin bütün
planlarını pozdu. Avropa Parlamenti də
planlar pozlduğuna görə, belə məsələləri gündəmə
gətirir.
-Anna Akopyanın
İrana səfəri
İrəvan -Tehran münasibətlərinin
daha da yaxınlaşmasına
dəlalət edirmi?
-Anna Akopyan 2020-ci ilin may ayında Mehriban xanıma mesaj göndərmişdi ki, Azərbaycan bayrağı
Şuşada o vaxt ucala bilər ki, Qarabağın da bayrağı yanaşı dursun. Azərbaycan bayrağı Şuşada
qalxdı, amma Xankəndinin bayrağı
orada yox idi və yəqin
ki, bundan sonra da olmayacaq.
Məsələ orasındadır ki, Tehran artıq Ermənistanın qırmızı
xəttini özünün
qırmızı xətti
hesab edir. Çox gözəl, yəqin ki, dövlət maraqları var. Ancaq Quranı yandırılar sən dinmirsən, deməli xristian təəssübkeşlyin var. Bu təəssübkeşlik atəşpərəstliyə
gedib çıxır.
İranın belə fəaliyyəti
İslamı gözdən
salır. İranda yalnız
dövlətin adında
İslam sözü var, qalan heç
bir fəaliyyətində
İslam yoxdur. Bizdə isə İslamı dərindən sevirlər,
bu isə genetik yaddaşla gəlir. İran Ermənistana silah,
bizə isə patı göndərir.
Anna Akopyanın İrana səfəri deməyə əsas verir ki, Tehranla
Yerevan təzə bacı
olublar. Düşünürəm ki, gələcəkdə
regionda geosiyasi vəziyyət çox dəyişəcək. Artıq
bu proses gedir və gələn
ilin sonunda bitməlidir. O vaxta qədər, İran qalacaq, Emənistan qalacaq, yoxsa Rusiya, bunu bilmək
olmur. Məlum olan odur ki, bütün proseslər Azərbaycanın
xeyrinə gedir.
Ədəbiyyat qəzeti.-
2023.- 28 yanvar.- S.17.