Kamal Abdulla Mərmərə Universitetinin professoru seçilib

 

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla Türkiyənin Mərmərə Universitetinin professoru seçilib.

Modern.az xəbər verir ki, bu barədə qərar Mərmərə Universitetinin Senatı (Elmi Şurası) tərəfindən verilib.

Eyni zamanda Kamal Abdullanın təşəbbüsü ilə bu universitetdə Dədə Qorqud Mərkəzinin açılması planlaşdırılır. Mərkəzin açılışı ilə bağlı ilkin işlərə başlanılıb. Yaxın vaxtlarda mərkəzin fəaliyyətə başlaması nəzərdə tutulub.

Kamal Abdulla bildirib ki, Mərmərə Universitetinin Dədə Qorqud Mərkəzində vaxtaşırı olaraq müxtəlif beynəlxalq konfranslar keçiriləcək:

“Bu mərkəzin açılmasında əsas məqsəd odur ki, “Kitabi-Dədə Qorqud”la maraqlanan dünya alimləri bu ideyanın, Dədə Qorqud işığının ətrafında birləşsinlər. Vaxtaşırı beynəlxalq konfranslar, dəyirmi masalar, simpoziumlar təşkil olunacaq. Bu mövzu haqqında yazan görkəmli alimlərin dəvət olunmasını Mərmərə Universiteti öz üzərinə götürüb. Ümid edirəm ki, yeni yaradılmış bu elmi qurum dünyadaKitabi-Dədə Qorqudeposu ilə bağlı aparılan tədqiqatların mərkəzinə çevriləcək. Bu mənada bizim əsas işimiz dastanla bağlı tədqiqat aparan Avropa Amerika alimlərində türk tarixinə, mədəniyyətinə ədəbiyyatına olan marağı sevgiyə çevirməkdir”.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyədə Xalq yazıçısı Kamal Abdullanın yaradıcılığından bəhs edənPsikanalitik, Arketipsel ve Postmodern Göstergeler Çerçevesinde Kamal Abdulla'nın Romanlarıadlı yeni kitab da işıq üzü görüb.

Kitab Türkiyənin Hacı Bayram Vəli Universitetinin Çağdaş Türk Dialektləri Ədəbiyyatı Bölməsinin professoru Figen Güner Dilekin rəhbərliyi ilə Fatih Kəskin tərəfindən yazılmış “Kamal Abdullanın romanlarında struktur, mövzu təhkiyəadlı doktorluq dissertasiyasının çapı ilə ərsəyə gəlib.

Həmçinin martın 11-də Kamal Abdullanın professor Rafiq Əliyevlə həmmüəllif olduğuKitabi-Dədə Qorqud qeyri-səlis məntiqkitabı Almaniyada çap olunub.

Kitab "Amazon", “Booklooker”, “Epublikimi böyük kitab satış saytlarında yayımlanıb.

 

Ədəbiyyat qəzeti. - 2024.- 6 aprel, ¹11-12.- S. 15.