Kamal Abdullanın şeirləri alman, fransız,
ingilis və ispan dillərində
Xalq yazıçısı Kamal Abdullanın
müxtəlif xarici dillərə tərcümə
olunmuş “Sən çətin tapasan axtardığını” adlı
şeirlər kitabı
işıq üzü
görüb.
Kitabda Kamal Abdullanın müxtəlif
illərdə yazdığı
şeirlərin alman, fransız,
ingilis və ispan dillərinə tərcümələri təqdim
olunub. Şeirləri almancaya Yusif Savalan, fransızcaya Mətanət Əhmədova,
ingiliscəyə Vaqif
Qəmbər, Fialə
Abdullayeva, ispancaya Hüseynağa Aygünlü
tərcümə ediblər.
Kitabçanın tərtibçisi Yusif
Savalan, rəyçisi
filologiya elmləri doktoru, professor Şahin Xəlilli, redaktoru isə dosent Fialə Abdullayevadır. Kitab
“Elm və təhsil” nəşriyyatında çap
olunub.
Yeni nəşrin "Tərtibçilərdən" hissəsində yazılıb:
“Kamal Abdulla Azərbaycan dilçiliyində,
ədəbiyyatşünaslığında,
nəsrində, dramaturgiyasında
unudulmaz xidmətləri
ilə seçilən
ustad alim, yazıçı,
dramaturqdur. Onun poeziya sahəsində qələm təcrübəsi
- şeir və nəğmələri də
oxucu ürəyini riqqətə gətirir. Dünya xalqlarının ayrı-ayrı dillərinə
tərcümə olunmuş
bu şeirlər onun həm də
gözəl şair olduğundan xəbər verir".
Ədəbiyyat qəzeti. - 2024.- 6 aprel, ¹11-12.- S. 15.