Qulu Ağsəsin yeni şeirlər kitabı çap olunub
Tanınmış şair Qulu Ağsəsin "Görsən
üşüyürsən..." adlı şeirlər kitabı işıq üzü görüb.
Kitabda müəllifin müxtəlif
illərdə yazdığı
poetik nümunələr
toplanıb.
"Yaxşı pəhrizi var iztirabların,
nə özüm kökəldim, nə kitablarım..." – deyən
Qulu Ağsəs yaradıcılığı müasir
mədəniyyətimizdə orijinal fikir və yazı üslubu ilə fərqlənir.
Tanınmış şairin “Görsən
üşüyürsən...” kitabında müəllifin
müxtəlif illərdə,
rəngarəng mövzularda
qələmə aldığı
şeirlər toplanıb.
Haqqında yazılan çoxsaylı
məqalələrlə yanaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent Kəmalə Umudova şairin yaradıcılığından bəhs edən “Adı soyadını eşidən şair – Qulu Ağsəs” adlı elmi araşdırma da ərsəyə
gətirib.
Qulu Ağsəs şeirlərinin
mərkəzində insan
durur. Oxucular kitabda şairin “insan-təbiət”, “insan-insan”,
insan-Tanrı”, “insan-sevgi”,
“insan-həyat”, insan-torpaq”
münasibətlərinə özünəməxsus fəlsəfi
baxışları ilə
baş-başa qalacaq,
işğala, müharibələrə,
haqsızlığa və
ədalətsizliyə qarşı
üsyankar poetik düşüncələri ilə
tanış olacaqlar.
Kitabın naşiri Tural Axundov, redaktoru Günay Səma Şirvan, nəşrə
məsul isə Süleyman Muradlıdır.
Qulu Ağsəsin buna qədər
oxucu rəğbəti
qazanan “Sənsən hər yer” (2002), “Ò.î.÷.ê. è. ”(2007, rus dilində), “Nabran novellası” (2009), “Âiòðÿíà ïîøòà” (Kiyev, 2009), “Dawn” (2016, ingilis
dilində), “Yorğun
ağacam” (Təbriz,
2022) kimi kitabları işıq üzü görüb.
Ədəbiyyat qəzeti. - 2024.- 6 aprel, ¹11-12.- S. 15.