Azərbaycan-İraq ədəbi-mədəni, elmi əlaqələrinə bir baxış

 

Füzulinin 500 illik yubileyində məruzə

 

Azərbaycanda əcnəbi ölkələrdən, xüsusilə , ərəb ölkələrindən söz düşəndə, göz önünə ilk olaraq İraq gəlir. Bu, təsadüfi deyil. Bunun kökləri vardır. Qədim zamanlardan İraqla elmi, dini, ədəbi əlaqələrimiz güclü olmuş indi davam edir. Bağdad lap qədimdən bizim üçün elm, mədəniyyət din mərkəzlərindən biri olmuşdur. İslamiyyətdən sonra hər cür əlaqələr o qədər güclü olmuşdur ki, ərəblər ellikcə Azərbaycanı vətən seçərək ölkəmizdə qalmışlar. Bir çox yer, kənd s. adlar deyilənlərə əyani sübutdur:

Maraqlıdır ki, bu kənd adları ölkənin əksər bölgələrini əhatə edir: Ərəbqubadlı, Ərəbxana, Çöl ərəb (Kürdəmir), Bala ərəblər (Bərdə), Birinci ərəb cəbir (Göyçay), Ərəbəstə (Yevlax), Ərəbkənd (Ağdaş, Xaçmaz, Masallı, Laçın), Ərəbqardaşbəyli (Salyan, Neftçala), Ərəb qədim (Qobustan), Ərəblər (Bərdə, Şabran), Ərəbmehdibəyli (Ağsu), Ərəbocağı (Ağdaş), Ərəbsarvan (Ağsu), Ərəbşəki (Ağdaş), Ərəbşahverdi (Göyçay, Qobustan), Ərəbuşağı (Ağsu), Ərəbyengicə (Şərur).

Göstərilən kəndlərdə tarixən ərəblər sıx şəkildə məskunlaşıblar. Vaxt keçdikcə yerli əhali ilə qaynayıb-qarışsalar da, antropoloji cəhətdən fərqlənirlər.

Bir çox azərbaycanlılar isə Bağdadda oxumuş, elm ədəbiyyat sahəsində böyük uğurlar qazanmış, görkəmli şəxsiyyət kimi yetişmişlər. Şairlərin bir çoxu şeirlərini yalnız ərəbcə yazmışlar. Bir çoxları isə hər iki dildə uğur qazanmışlar. Hələ XII əsrdə İraqı ziyarət edən dahi Azərbaycan şairi Xaqani Şirvani "Mədain xərabələri" "Töhfətül İraqeyn" əsərlərini, Bağdadı, Dəcləni tərənnüm edən gözəl şeirlər yazdı. Xaqaninin İraqla bağlı əsərləri Azərbaycanda dönə-dönə nəşr edilib bu gün sevilə-sevilə oxunur.

Qürurverici bir faktın üstündən sükutla keçmək olmur.

Dahi Azərbaycan şairi Füzulinin 500 illik yubileyini İraqda məskunlaşan soydaşlarımızla - türkmanlarla birgə keçirməyə gəlmişik.

Böyük məmnunluqla qeyd etmək olar ki, İraqla ədəbi, elmi, mədəni əlaqələr qədimdə olduğu kimi davam edir. Akademik Həmid Araslı (1972) professor Vasim Məmmədəliyev (1989) İraq Elmlər Akademiyasına fəxri üzv seçiliblər. İraqlı ədəbiyyatşünas Əbdüllətif Bəndəroğlu Bakı Dövlət Universitetinin fəxri doktoru, "Ədəbiyyat qəzeti"nin redaksiya heyətinin üzvüdür. Azərbaycan-İraq ədəbi əlaqələrində xidmətlərinə görə Əta Tərzibaşı Əbdüllətif Bəndəroğlu Azərbaycan Yazıçılar Birliyinə fəxri üzv seçilmişlər.

Hər iki alim haqqında Azərbaycan Sovet Ensiklopediyasında oçerklər vermişəm: Ə.Bəndəroğlu (IV cild, 1980), Tərzibaşı Əta Ömər oğlu (X cild, 1987). Bundan əlavə, ensiklopediyada "İraq türkmanları" (IV cild, 1980), "İraq türkman ləhcəsi" (IV cild, 1980) "Kərkük şəhəri" barədə (V cild, 1981) oçerklər çap etdirmişəm.

Yeri gəlmişkən, deyim ki, mənim fəaliyyətim İraqda yüksək qiymətləndirilib. 1976-cı ildə "Əməkdə fərqlənməyə görə" medalı ilə təltif olunmuşam.

Keçən dövr ərzində tərtibimdə Rəsul Rza ilə bu sətirlərin müəllifi "Kərkük bayatıları" (Bakı, 1968), eləcə Rəsul Rzanın redaktəsi ilə "Kərkük mahnıları" (1973), "Arzu-Qəmbər" dastanı" (1971), "İraq-Kərkük atalar sözləri" (1978), "İraq Kərkük tapmacaları" (1984), "İraq Kərkük bayatıları" (1984), "Kərkük folkloru antologiyası" (1987, təkrar nəşr 1990), Bəndəroğlunun şeir poemaları "Göylər unutmuşdu yağacağını" (1991) adı ilə Bakıda işıq üzü görüb.

"Altı il Dəclə-Fərat sahillərində" (1985, təkrar nəşr, 1987), "Əbdüllətif Bəndəroğlunun "Şah əsər" adlı Ön sözü ilə "İraq türkman folkloru" monoqrafiyam (1992) çap olunub.

Abbas Zamanov mənim Əta Tərzibaşı, Sinan Səid, Mövlud Taha Qayaçı, Qasım Sarıkaya Bahəddin Salehi ilə məktublaşmalarımız ədəbi-elmi əlaqələrin genişlənməsində müsbət rol oynayıb (Bakı: "Altı il Dəclə-Fərat sahillərində", Bakı, 1985, səh.83-100).

"Altı il Dəclə-Fərat sahillərində" "İraq türkman folkloru" kitablarım İraq haqqındadır. "Altı il Dəclə-Fərat sahillərində" kitabımı Əbdüllətif Bəndəroğlu ərəb dilinə tərcümə edir. Hər iki kitabın Bağdadda çapı nəzərdə tutulub. Ə.Bəndəroğlu ilə onun İraqda üzə çıxardığı Nəsimi divanının əlyazma nüsxəsi üzərində işlədik. Mən hər gün Fəllucə şəhərindən 45 km yol qət edir, Bağdada gəlir Bəndəroğlu ilə bu Divan nüsxəsi üzərində aparırdıq. Hər ikimiz ayrı-ayrılıqda - Bəndəroğlu Bağdadda, mən isə Bakıda Nəsiminin ruhunu şad etdik. Nəsimiyə layiq sanballı kitablar buraxdıq.

Sevindirici haldır ki, son vaxtlar azərbaycanlı tədqiqatçılar İraq ədəbiyyatına güclü meyil göstərirlər. İraq ərəb ədəbiyyatı ilə bağlı kitablar çap olunur, dissertasiyalar müdafiə olunur.

İraqlı alim, rəhmətlik Sinan Səid Dövlətlərarası müqaviləyə əsasən, Azərbaycan Dövlət Radio Televiziya Komitəsinə işə götürülərək (1959) ərəbcə radio verilişləri təşkil etdi on ildən artıq (1970) əməyini bu çox gərəkli işə sərf etdi. O, ADU-nun jurnalistika şöbəsini bitirdikdən sonra (1965) akademik Həmid Araslının rəhbərliyi ilə "İraq türkman mətbuat tarixi ədəbi məsələlər" mövzusunda dissertasiya üzərində işlədi uğurla müdafiə etdi (1969). Müğənni Nərminə Məmmədova ilə dörd Kərkük mahnısını lentə alıb. Həmin mahnılarla Sinan Səid Azərbaycanda çox məşhur oldu.

Görkəmli bəstəkar Fikrət Əmirov "Min bir gecə" nağılları əsasında dünya şedevrlərindən hesab edilən "Min bir gecə" baletini yaratdı.

Onu da unutmaq olmaz ki, bir çox azərbaycanlı tələbələr İraqa göndərilmiş onlar ərəb dilini, ərəb ədəbiyyatını, ərəb tarixini mükəmməl öyrənərək vətənə dönmüşlər. Onların İraqdakı fəaliyyətini təkcə təcrübə mübadiləsi, ixtisasartırma kimi qiymətləndirmək səhv olardı. Onların İraq Azərbaycan arasında hər cür əlaqələrin, ilk növbədə isə, ədəbi əlaqələrin inkişafında böyük rolu olacağı göz qabağındadır.

İraqdan da bir çox gənclər ali məktəblərdə aspiranturada oxumaq üçün Azərbaycana gəlmişlər. Göründüyü kimi, İraqla Azərbaycan arasında elmi-ədəbi-dini əlaqələr get-gedə genişlənir. Füzulinin 500 illik yubileyinin İraqda belə yüksək səviyyədə keçirilməsi böyük mətləblərdən söz açır. Professor Vasim Məmmədəliyevin qeyd etdiyi kimi, ədəbi əlaqələrimiz yolunda Füzuli bir körpü olmuşdur. Bu körpünün daha möhkəm, daha kamil olmasında bir kərpic qoyanın da, min kərpic qoyanın da əməyi təqdirlə yad edilməlidir. Füzulinin 500 illik yubileyini yüksək səviyyədə keçirdiyinə görə İraq dövlətinə yubiley komissiyasının sədri, Mədəniyyət naziri Həmmadi cənablarına minnətdarıq.

Akademik Bəkir Nəbiyev, Xalq şairi Qabil, Xalq yazıçısı Hüseyn Abbaszadə, professor İmamverdi Əbilov kimi ağsaqqalların daxil olduğu 128 nəfərdən ibarət nümayəndə heyətinin İraqa dəvət olunması dahi Füzuli yaradıcılığına böyük ehtiramdan, Azərbaycan xalqına yaxşı münasibətdən xəbər verir.

İnanıram ki, saf niyyətlə, xoş məramla İraqa gələn bu böyük nümayəndə heyəti gələcəkdə İraq-Azərbaycan ədəbi-mədəni, elmi əlaqələri yolunda əlindən gələni əsirgəməyəcək.

Son olaraq Yaradandan təmənna edirəm ki, İraq-Azərbaycan ədəbi əlaqələri həyat kimi əbədi olsun!

Bağdad, 18.09.1994

 

Qəzənfər PAŞAYEV

Ədəbiyyat qəzeti. - 2024.- 6 aprel, №11-12.- S. 19.