Çingiz Abdullayevin bədii nəsri: detektiv nəzəriyyəsi prizmasından

 

Çingiz Abdullayev postsovet məkanında yazıçı kimi qəbul edilən ən önəmli ədəbi adlardan biridir. Çingiz Abdullayevə oxucu tərəfindən tələbat mövcuddur: onun kitabları çoxsaylı tirajla nəşr edilir satılır. Hər müasir müəllif öyünə bilməz ki, onun kitabları müxtəlif ölkələrin kitab mağazalarında ayrıca fərdi rəflərdə yer tutur. Buna baxmayaraq, Azərbaycanda Çingiz Abdullayev yaradıcılığına həsr edilmiş tədqiqatların sayı çox deyil. Ehtimal ki, bu onunla bağlıdır ki, ümumiyyətlə, Azərbaycan ədəbiyyatşünaslığında dedektiv ədəbiyyatına az əsər həsr olunub, həm bu, onunla da mümkün ola bilər ki, Çingiz Abdullayevin əsərlərinin çox qismi rus dilində yaradılıb yalnız ayrı-ayrı detektivlər Azərbaycan dilinə tərcümə edilib. Ç.Abdullayev detektiv ədəbiyyatının ustadıdır. Çingiz Abdullayevin detektivləri süjet kompozisiya rəngarəngliyi, yaddaqalan obrazlar (həm detektiv, həm cinayətkar), cinayətin törədilməsi araşdırılması üsullarının ətraflı təsviri, cinayətin törədilməsinin isbatının ətraflı bədii təsbiti, bədii məkanın müxtəlif konstruksiyası, həmçinin, bütün təhkiyə boyu tapmacalar intriqaların davam etdirilməsi ilə fərqlənirlər.

 

Süjetin quruluşu

 

Çingiz Abdullayevin detektivlərinin süjet xətti ikiliklə xarakterizə edilir ki, ümumiyyətlə, bu tip ədəbi əsərlərə xasdır. Bir tərəfdən, cinayət süjeti, digər tərəfdən isə, istintaq süjeti aydın izlənilir. Eyni zamanda müxtəlif əsərlərdə bu süjetlərin nisbəti fərqlidir. Ç.Abdullayevin detektivlərini şərti olaraq üç qrupa ayırmaq olar: kriminal detektiv, siyasi detektiv casus detektivi. Bəzən, Ç.Abdullayevin əsərlərini dəqiq olaraq, detektivin bu ya digər növünə aid etmək çətindir. Bir əsərin süjet fabulasında cinayət, siyasi casus detektivin əlamətlərinin birləşməsini müşahidə etmək olar. Məsələn, kriminal casus detektivlərinin xüsusiyyətləri "Əclafların kredosu", "Axmaqlar üçün alternativ", "Qorxu müvazinəti" s. kimi romanlara xasdır, kriminal siyasi detektivlərin əlamətləri "Bütlərin yükü", "Sutenyorun qəlbi", "İdeal hədəf", "Saturnun tövbəsi", "Əfsanəyə çevrilmə haqqı", "Hakimiyyətin obyekti" s. kimi romanlarda bir-birlərinə keçir, siyasi casus detektivlərinin əlamətləri "Balkan sindromu", "Günəş altında zülmət", "Qanın üç rəngi", "Ədalətsizlərin məhkəməsi" s. romanlarda bir-birinə qarışmışdır. Bundan başqa, Ç.Abdullayev tez-tez müxtəlif növ detektivlərdə eyni obraza təkrar-təkrar müraciət edir. Dronqo obrazı müxtəlif növ detektivlərdə rast gəlinir. Məsələn, "Hakimiyyətin atributu" siyasi detektivi, "Okkamanın inkarı" "Cavab zərbəsi" kriminal detektivləri, "Sonuncu divarın daşları" cəsus detektivi.

Ç.Abdullayevin detektivlərinə klassik detektivə xas bir cinayət ətrafında inkişaf edən süjet xətti səciyyəvi deyil. Ç.Abdullayevdə süjet xətti tez-tez bir neçə qarşılıqlı əlaqəli cinayətlər ətrafında qurulur ("Maskanın gücü", "Uzun çəkən sözardı", "Yol verilən yanlışlıq", "Bizim qorxunun zamanı", "Etiraflar vadisi", "Müqəddəs olmaq istəyi", "Həvəskarların arzusu", "Allahın tərəfində" s. Müəllifin ayrı-ayrı detektivlərində süjet xətti konkret cinayətlər ətrafında qurulmayıb, mütəşəkkil cinayətkar qrupun fəaliyyəti ("Cavab zərbəsi", "Dərdimə şərik ol" romanları) ya xüsusi xidmət orqanlarının fəaliyyəti ("Şər sənin adındadır, qadın", "Xəyanət sənin adındadır, qadın" romanları), xüsusilə narkokartellərin olayları ("Mavi mələklər", "Sənin bağışlanmaz günahın", "Uğursuzun hekayəti", "Timsah xətti", "Qisasın ölçüsü", "İnsan ovu" s.) ətrafında qurulur.

Ç.Abdullayevin ayrı-ayrı detektivlərinə süjetin zənginləşdirilməsi üçün detektivin (xəfiyyənin) özünün təqibi səciyyəvidir. Cinayətin araşdırılması çərçivəsində yalnız detektiv (xəfiyyə) cinayətkarı izləmir, həm sonuncu detektivi (xəfiyyəni) təqib edir. Cinayət süjeti istintaq süjeti arasında yeni süjet xətti yaranır. Məsələn, "Ədalətsizlərin məhkəməsi" romanında Dronqo güclü siyasi təşkilat daxilində yalnız "göstəbəy"in tapılması istiqamətində araşdırma aparmır, özü həmin təşkilatın rəhbərliyi tərəfindən təqib obyektinə çevrilir, belə ki, onun əlinə təsadüfən təşkilatın qanunsuz fəaliyyəti barədə məlumat keçir. Oxşar süjet strukturu "Nəhənglərn şücaəti" romanına da xasdır. "Zəhərləyən" romanında ərəb oliqarxı Vilayət Əşrəfi zəhərləyən cinayətkar, həmçinin, detektivi (xəfiyyəni) zəhərləməyi planlaşdırır ki, detektiv (xəfiyyə) Dronqodur. "Mütəxəssislərin oyunu" romanında Hindistan Pakistandakı agentura rezidenturasında yoxlama həyata keçirmək tapşırığı alan Dronqo özü isə "göstəbək" tərəfindən təqib "siqnal" obyektinə çevrilir. Ç.Abdullayevin qələminə detektivi (xəfiyyəni) cinayət törətməkdə ittiham edən süjet xətti ətrafında qurulan detektivlər məxsusdur. Məsələn, "Qırılmış əlaqə" romanında oteldə öldürülmüş kişinin qətlinin araşdırılmasında Dronqo əsas şübhəli şəxs sayılır. Oxşar süjet qərarı "Paralel həyat" detektivində istifadə olunur. Sardina villasında Stiven Hart Avtandil Narsiya həlak olurlar, Dronqodan başqa villada olan hər kəsin dəlil-sübutu var.

Onu da vurğulamaq lazımdır ki, Ç.Abdullayevin 90-cı illərdə yazdığı detektivlərin süjet fabulası əsərləri döyüş əsərlərinə yaxınlaşdıran hadisələrin daxil edilməsi ilə seçilir. Detektiv (xəfiyyə) yalnız törədilmiş ya planlaşdırılmış cinayət araşdırmır, həm hərbi qarşıdurmada (dava-dalaş, atışma s.) fəal iştirak edir. Məsələn, "Qanın üç rəngi" romanında Dronqo üç prezidentə (Azərbaycan, Gürcüstan Rusiya) olan sui-qəsdin qarşısını yalnız baş sındırmaqla almır, həmçinin cinayətkarlarla qarşıdurmada bilavasitə iştirak edir. "İnsan ovu" romanında Dronqo, sadəcə, qətli İNTERPOL-a sızan faktları araşdırmır, həmçinin siyasətçilərin qətli, adam oğurluğu narkotik alveri ilə məşğul olan "Şeytan legionu" mütəşəkkil cinayətkar qruplaşmasına qarşı mübarizədə fəal iştirak edir.

Ç.Abdullayevin bir sıra detektiv silsilələrinin xüsusiyyəti sonrakı əsərlərində süjet xəttinin davam etməsidir. Belə silsilə roman nümunəsinə "Bumeranq zərbəsi", "Qurban sindromu" "Vicdanın adaptasiyası" romanları ya da "Əclafların qanunu", "Əclafların kredosu", "Əclafların vicdanı" romanlarını aid etmək olar. Lakin Ç.Abdullayevin bütün silsilələri süjetin varisliyi ilə səciyyələnmir. Bir silsilədə birləşmə, ya baş qəhrəman əsasında (məsələn, Dronqo), ya da tarixi şəraitləri eyniləşdirməklə (məsələn, "Dağılma. Məhkum bahar", "Dağılma. İki prezidentin yayı", "Dağılma. Parçalanmış avqust", "Dağılma. İmperiyanın dəfni", "Dağılma. Qürubdan sonra") əsasında həyata keçirilir.

"Alqışlar altında ölüm" romanının süjet xəttinə diqqət çəkmək istərdim. Bu roman U. Şekspirin "Otello, venesiyalı mavr" faciəsinin süjetinin intertekstual istinadı ilə fərqlənir. Ostojenkada teatrda Kral rolunu oynayan Natan Zaydelin qətli Şekspir ifadəsi altında baş verir: "Get, zəhərli polad, təyinatla..."

Ç.Abdullayevin əksər əsərləri dövlətimizin şəksiz olaraq haqlı olduğunun danılmazlığı, həmçinin qismən xüsusi xidmət orqanlarının həmişə haqlı olması üzərində qurulub. Yazıçı bir carçı kimi çıxış edərək, kəşfiyyat əks-kəşfiyyat fəaliyyətinin metodlarını təbliğ edir. Lakin bəzi əsərlərində xüsusi xidmət orqanlarının danılmaz doğruluğu şübhə altına alınır. "Ətalət gücü" povesti belə əsərlərdən biri sayılır. Povestin baş qəhrəmanı "Monah" siyasi xadimi aradan qaldırmaq tapşırığı alır. Əməliyyata hazırlıq zamanı "Monah"a üçüncü şəxslərlə əlaqəsi qadağan olunur. Lakin bu ərəfədə "Monah"ın yanına keçmiş sevgilisi gəlir. Povestin süjet xətti "Monah"ın həmin qadını xilas etmək üçün əbəs cəhdləri ətrafında qurulmuşdur.

 

Detektiv (xəfiyyə) cinayətkar obrazları

 

Ç.Abdullayevin müxtəlif növ detektivlərə müraciət etməsilə əlaqədar olaraq, detektiv (xəfiyyə) obrazı tez-tez xüsusi xidmət orqanının əməkdaşına (casus detektivində), ya da siyasətçi obrazına (siyasi detektivdə) transformasiya olur. Casus xarakterinin klassik nümunəsi "Qazanılmış cəhənnəm" "Məhşər ayağında" romanlarında yaradılmış qeyri-leqal kəşfiyyatçı Yudjin obrazıdır.

Maraqlıdır ki, Ç.Abdullayevin yaradıcılığında detektiv (xəfiyyə) obrazı bir qədər statikdir. Belə ki, süjet xəttinin açıqlanması müddətində detektivin (xəfiyyə) psixoloji emosional inkişafı müşahidə edilmir. Dronqo obrazına diqqət edək: Dronqonun qəhrəmanı olduğu istər bir əsər çərçivəsində, istərsə , bütün silsilə əsərlərin təhlili zamanı onun xarakter dünyagörüşündə dəyişiklik müşahidə edilmir. Qeyd edək ki, yazıçı tərəfindən Dronqoya belə yanaşmanın bünövrəsi ədəbi yaradıcılığının başlanğıcında qoyulmuşdur. Ç.Abdullayevin ilk kitabı, "Mavi mələklər" romanında BMT-nin ekspert-analitiki Dronqo adı şəxssizləşdirilmiş xüsusi casuslardan biridir. Oxşar yanaşma bir neçə əsərin qəhrəmanı olan xüsusi xidmət orqanlarının əməkdaşlarının əksər obrazlarının yaradılmasında istifadə olunur (məsələn, Marina Çernışova, Timur Qarayev s.). Ola bilsin ki, bu cür yanaşma müəllifin xüsusi xidmət orqanlarının müəyyən arxiv materiallarına müraciətinə əsaslanır. müəllif bilərəkdən bu obrazı şəxssizləşdirir, təhlükəsizlik işçilərinin xüsusiyyətləri əsasında səthi təəssürat yaradır. Bununla belə, Ç.Abdullayev gizli casus obrazını yaradarkən, baş qəhrəmanın daxili emosional psixoloji dünyasını dəyişikliklərlə təsbit edir. Nümunə kimi, "Məhşər ayağında" "Qazanılmış cəhənnəm" romanlarının baş qəhrəmanı Kamal Aslanın obrazını göstərmək olar. Bəzi hallarda, baş qəhrəmanın deyil, ikinci dərəcəli obrazların daha qabarıq surəti ilə rastlaşmaq olur. Məsələn, "Lissabonda qürub" romanında təsviyyəçi "Professor" daha ətraflı emosional təsvir edilir, nəinki əsərin baş qəhrəmanı Dronqo.

Qeyd etməliyik ki, Çingiz Abdullayev cinayətkar obrazının çevrilməsi prosesinə diqqətini cəmləşdirir. "Oliqarxın səhvi" romanında Rinat Şaripov obrazı maraq doğurur. Əmisindən böyük miras alan R. Şaripovun özü onun ətraf mühiti yeni təhdidlərlə üzləşir. O, tədricən cinayətkara çevrilir. Rinat Şaripov obrazının sonrakı transformasiyaya uğraması "Oliqarxın varisi" "Oliqarxın vəsiyyətnaməsi" romanlarında baş verir. "Oliqarxın varisi" romanı baş qəhrəmanın pulun təsiri altında necə dəyişməsini əks etdirirsə, "Oliqarxın vəsiyyətnaməsi" romanının süjet xətti R.Şaripovdan yeni sima arxasında (plastik cərrahiyyə nəticəsində) gizlənən əmlakının qaytarılmasını tələb edən əmi ilə qarşıdurma əsasında qurulur. İnsanın cinayətkara transformasiyası Ç.Abdullayev tərəfindən "Utancaq qan motivi" romanında sənətkarlıqla açıqlanır. Professor Məqsud Namazov qısa zamanda qanuna tabe ciddi elmi işçidən instinktlərinə tabe olan soyuqqanlı qatilə çevrilir. "Sağlam məqsədin müdafiəsi" romanında mənfi qəhrəmanın daxili aləmi bütün dərinliyi ilə açıqlanır. Ç.Abdullayev manyak-təcavüzçünün emosional psixoloji mənzərəsini yaradır. Maraqlıdır ki, Ç.Abdullayev cinayət süjet xəttini mənfi qəhrəmanın qələmə aldığı roman vasitəsilə daxil edir.

 

Cinayətin törədilməsi istintaq aparılması metodlarının,

həmçinin zərərçəkmişin iztirablarının bədii təsviri

 

Siyasi detektivlərdə cinayətin törədilməsi metodu sırf kriminal cinayətlərin, həmçinin siyasi xarakterli qeyri-qanuni hərəkətlər kimi çıxış edə bilər. Əgər "Balkan sindromu" siyasi detektivində cinayət bir Balkan dövlətinin baş naziri Predraqa Baştiçin dara çəkilməsində əksini tapırsa, "Eramızın əzəlində sui-qəsd" romanında isə cinayət pretor Katalinin, konsullar Yuli Sezar Mark Krasın başçılıq etdiyi sui-qəsd formasında həyata keçirilir. Sui-qəsd "Zülmətin simfoniyası" romanının fabulasının əsasında dayanır. İsrail siyasətçilərinə təkrarlanan sui-qəsd istintaq qrupunun ərəb terrorçularının əli olması fikrinə yönəldikləri zaman isə Dronqo həqiqətə yaxınlaşmış olur. Dronqo elə nəticəyə gəlir ki, bu hadisələrin arxasında beynəlxalq miqyaslı qəsd dayanır, bütün iplər isə mason təşkilatına doğru aparır. Sui-qəsd "Cəlladın müdrikliyi" romanının da süjetinin əsasını təşkil edir. Söhbət qitələrarası raketləri komanda ilə idarəetmə məntəqəsini zəbt etmiş nüvə silahı tətbiq etməyi planlaşdıran bir qrup qiyamçı zabitlərdən gedir. Ç.Abdullayevdə çox vaxt sui-qəsd fabulası birinci şəxslərə sui-qəsdlə bağlıdır. "Valtasarla görüş" siyasi detektivdə baş qəhrəman Lissabondan Moskvaya yollanmış "ədəbi ekspress" iştirakçıları arasında Rusiya prezidentini öldürmək niyyətində olan cinayətkarı tapıb zərərsizləşdirməlidir. "Qəzəb günü" romanında isə sui-qəsd dövlət başçısına qarşı deyil, Dövlət Dumasına maliyyə büdcəsinin layihəsini təqdim etməli olan maliyyə nazirinə qarşı planlaşdırılmışdır. Büdcə layihəsi oliqarx qrupların maraqlarına ziddir.

İkicildli "Manipulyator" siyasi detektiv kimi maraq kəsb edir. İkicildliyə daxil olan "Manipulyator. Üç payız günü" romanında kriminal siyasi cinayətlər bir-birinə qarışmışdı. Belə ki, romanın qəhrəmanı Svyatoslav Petrovski Rusiya Federasiyası Dövlət Dumasının seçkilərini müşayiət edən öz namizədliklərini irəli sürmüş şəxslərə qarşı baş vermiş şübhəli hallarla qarşılaşır. "Manipulyator. Plutokratlar" romanında iri müəssisə şirkətlərə qarşı reyder əməliyyatları siyasi tərkibi aşkar edilir.

Ç.Abdullayevin ayrı-ayrı əsərlərində məhz müsbət qəhrəman cinayəti törətməlidir. Məsələn, "Şərq küləyi" romanında xüsusi xidmət orqanlarının keçmiş polkovniki Timur Qarayev satqın-fərarini ləğv etmək haqqında tapşırıq alır. Analoji tapşırığı Timur Qarayev "Qərb bürküsü" romanında da alır. "Peşəkarların qaydası" romanının süjet xəttində Dronqonun DTK-nın keçmiş casusunu öldürmək üçün Bağdada göndərilməsi tapşırığı oxşarlıq təşkil edir.

Ç.Abdullayev detektivlərində terrorçuluq mövzusuna tez-tez müraciət edir. Nümunə kimi, süjet xətti xüsusi xidmət orqanlarının terrorçular arasında qarşıdurma ətrafında qurulan "Ay günü" romanını misal gətirmək olar. Bu romanda cinayətin törədilməsi üsulu sonrakı terror aktının həyata keçirilməsi üçün kütləvi qırğın silahının ələ keçirilməsidir. Terrorçular tərəfindən kütləvi qırğın silahlarının oğurlanmasının təsviri "Rəmzlərin süqutu" romanının əsas süjet xəttini təşkil edir. Kütləvi qırğın silahlarının terrorçuların əlinə düşməsi problemi "Qələbə mehrabı" romanında da qaldırılır. Bu detektivdə xüsusi xidmət orqanlarının əməkdaşı Füzuli Hüseynov Əfqan Pakistan radikal terrorçuların iki çirkli nüvə bombasından istifadə etmələrinin qarşısını almalıdır. Terrorizm mövzusu "Qatil üçün "Qran-Pri"" romanının süjet xəttində yerləşdirilmişdir. Romanın baş qəhrəmanı irimiqyaslı terror aktı törətməyi planlaşdıran terrorçu Əhməd Mürsəldir. "Lissabonda Qürub" romanında detektiv (xəfiyyə) Avropa futbol çempionatı zamanı planlaşdırılmış terror aktının qarşısını alır. Futbol stadionunda terror aktının hazırlanması müəllifin yaxınlarda nəşr edilmiş "Məqbul zərər" romanının süjet xəttinin əsasını təşkil edir. Romanın zavyazkası (düyün) İsrail kəşfiyyatçılarının rusiyalı həmkarlarını 2018-ci ildə Moskvada keçiriləcək futbol üzrə Dünya Çempionatında terror aktının ola biləcəyi ilə bağlı xəbərdarlıqları əsasında qurulmuşdur. Terror problematikası "Kandaqardan agent" romanı üçün səciyyəvidir. Bu casus detektivində fabula MKİ casuslarını Əl-Qaidənin bilavasitə Usamə ben Ladenin əhatəsinə yerləşdirilmələri ətrafında qurulur. "İblislərin ənənəsi" romanının fabulası Əl-Rəşid adlı terrorçunu ələ keçirməyə çalışan İsrail kəşfiyyatı, "Birdəfəlik istifadə" romanında isə həmin terrorçunun dalınca düşən rus kəşfiyyatının əməliyyatı ətrafında qurulur. Bununla belə, həm "İblislərin ənənəsi" romanının, həm "Birdəfəlik istifadə" romanının baş qəhrəmanı eyni bədii obraz olan Fərhad Seyidovdur. "Hakimiyyətin atributu" romanında terrorçular tərəfindən prezidentə süi-qəsd planı hazırlanır.

Süjetin qurulmasında Çingiz Abdullayevin istifadə etdiyi sevimli bədii üsullardan biri qətl cinayətinin səhvən başqa adamın qətli ətrafında təşkil edilməsidir. Məsələn, "Cənub şəhəri üçün festival" romanında qatil hədəfi olan İran rejissoru Hüseyn Mövsani deyil, tamamilə başqa bir insanı qətlə yetirir. Bu üsul Ç.Abdullayevin müxtəlif detektivlərində dəfələrlə istifadə edilmişdir.

Detektivin yarandığı məqamdan cinayətin araşdırılması süjetin əsasını təşkil edərək təhkiyənin mühüm tərkib hissəsinə çevrilir. Ç.Abdullayev yaradıcılığı bu mənada istisna deyil. Eyni zamanda "Son sinklit" romanına xüsusi diqqət yetirmək istərdim. Bu detektivdə istintaq süjetinin qeyri-adiliyi ondadır ki, burada müxtəlif ölkələrin xəfiyyələrinin istifadə etdikləri istintaq üsullarını qarşılaşdırması müqayisəsi verilmişdir.

Ç.Abdullayev əksər detektivlərində qurbanlarının iztirablarını müfəssəl təsvir etməkdən yayınır. Bununla belə, bəzi romanlarda bu iztirablar təsvir edilir. "Sağlam məqsədin müdafiəsi" romanında cinayətin törədilməsi, insanlığa qarşı bütün elementlər manyak-qatilin qələmə almış olduğu romanda ətraflı təsvirini tapmışdır. "Qaniçənlər aynası" romanının baş qəhrəmanı Dronqo bir-birini növbələyən işgəncə, amansız çarpışmalar, xəyanət ölüm əsl cəhənnəmlə üzləşir.

 

 

Sübutların bədii fiksasiyası

 

Detektiv süjetinin mühüm elementi sübutdur ki, bu tip əsərdə ətraflı təsvir olunur. Ç.Abdullayev yaradıcılığına bu cəhət xarakterikdir. Məsələn, "Günahkarlar üçün alternativ" romanında təsadüfi tapıntıdan istifadə edilir ki, bu da, polkovnikə cinayəti ifşa etməyə sonra isə cinayətkar dəstəni ələ keçirməyə imkan verir. "Freyd üçün etüd" romanında belə sübut-tapmacalar qismində qırmızı plaş (yağmurluq) çıxış edir: belə plaş (yağmurluq) həm qatil qadın geyinmişdi, həm mərhumun həyat yoldaşı geyinirdi. "Unudulmuş röya" romanında Armanda Kraulininin qətlinin yalnız 11 ildən sonra açılması mərhumun həyat yoldaşında saxlanılan balaca əşyacıq sayəsində mümkün olur. "Vyana gecəsinin sirri" romanında məhz əhəmiyyətsiz detal (Dronqonun restoranda təsadüfən eşitdiyi cümlələr) "Mariott" mehmanxanasında Qalimovun qətlinin araşdırılması üçün əsas olur.

"Günahların böyüməsi" "Milad bayramında açılan atəş" romanlarına diqqət yetirmək istərdim. Bu romanların əsas xüsusiyyəti bir çox dəlil sübutların ətraflı təsvir edilməsindədir ki, əslində onların sonda saxta olduqları meydana çıxır. "Günahların böyüməsi" romanında Tevzadze tərəfindən törədilmiş qətldə (o cümlədən, sonuncunun cinayəti törətməsinin etirafı) çox sayda təkzibedilməz dəlillər detektivi (xəfiyyə) başqa nəticələr çıxarmağa yönəldir ki, deduksiya üsulu ilə o, bütün bu dəlilləri təkzib edir cinayət hadisəsini açıqlayır. "Milad bayramında açılan atəş" romanında fotomodelin qətlinin bütün dəlilləri onun rus oliqarx məşuqu tərəfindən öldürülməsinə dəlalət edir. Lakin araşdırma zamanı bu sübut dəlillər tədricən təkzib edilir.

 

Bədii məkan

 

Ç.Abdullayev detektivlərinin fərqləndirici cəhətləri bədii əsərlərin cinayətin törədildiyi məkanlarda məhdudiyyətlərdən imtina etməsidir. Məhdud bədii məkan klassik detektivlərə xasdır. Əgər hekayə povestlər üçün məkan məhdudiyyəti janr xüsusiyyəti ilə bağlıdırsa, roman üçün məkan məhdudiyyəti xarakterik deyil. Lakin klassik detektiv romanlarda belə məhdudiyyətlərə rast gəlmək mümkündür. Məhdudlaşdırılmış bədii məkana malik olan hekayə nümunəsi Ç.Abdullayevin "Atlantika üzərində ölüm" əsəridir ki, məhdudlaşdırılmış bədii məkan cinayətin baş verdiyi laynerdir (sürətlənmiş sərnişin təyyarəsi). Məhdudlaşdırılmış bədii məkan təsvir edilən povest nümunləri isə, Ç.Abdullayevin "Andorrada sevməli ölməli yerdir" "Xəyalət tuneli" detektivləridir. "Andorrada sevməli ölməli yerdir" povestində səkkiz hərbçinin öldürülməsi cırtdan dövlət olan Andorra ərazisində baş verir. "Xəyalət tuneli" povestində hadisələr La-Manşem altında tuneldə gedən qatarda məhdudlaşdırılmışdır.

Ç.Abdullayevin bir sıra cinayət romanlarında da bədii məkan tez-tez məhdudlaşdırılır. Adətən bu, cinayət detektivlərinə aiddir. Oxşar mənzərə "Tam kare" romanında da yaradılmışdır ki, əsərin fabulası Monakoda keçirilən poker turniri ətrafında qurulur. "Milad bayramında açılan atəş" romanında bədii məkan qəsrlə məhdudlaşdırılıb ki, harada ki, fotomodelın qətl hadisəsi törədilmişdir. "Kral əyləncələri" romanında bədii məkan Keniyanın paytaxtı Nayrobi yaxınlığında yerləşən malikanədən kənara çıxmır. "Yeni amozonların qəbiləsi" romanında təhkiyə Paşkovun şəhərkənarı villasına yönəldilmişdir ki, o elə burada qətlə yetirilmişdir. "Bir ümman nifrət" əsərində (janr forması müxtəlif nəşrlərdə roman ya povest kimi təqdim edilir) cinayət süjeti istintaq süjeti məkan baxımından rusiyalı turistlərin növbə ilə qətlə yetirildikləri Türkiyə kurortunun çərçivəsindən kənara çıxmır. "Yalnız özümüzünkülər" romanında bədii məkan London yaxınlığında yerləşən malikanə ilə məhdudlaşıb ki, burada da Milad bayramı ərəfəsində qətl hadisəsi baş vermişdir. "Veneranın ikinci dəfə həyata gəlməsi" romanında cinayət süjeti istintaq süjeti Madeyra adasının sərhədlərindən kənara çıxmır. "Etiraflar vadisi" detektivində hadisələrin əsası İndoneziya adası olan Kalimantanda məhdudlaşdırılıb. Qeyd etmək lazımdır ki, Ç.Abdullayevin cinayət detektivlərində hadisələrin məhdudlaşdırılması özündə klassik detektiv elementlərini əks etdirir, hansına ki, qotik romana xas olan qəsr süjetinin xüsusiyyətləri birləşmişdir.

 

 

 

Müəmma ünsürü

 

Ç.Abdullayev müəmmalar ustasıdır. Onun detektivlərində müəmmanın yaradılması əsərin  gedişatında saxlanılması üçün detektiv ədəbiyyatına məlum olan müxtəlif bədii üsullardan istifadə olunur. Ç.Abdullayevin yaradıcılığına anti-detektivlər xas deyil. Belə əsərlər çox azdır. Məsələn, "Qəm mələyi. Apenniama səyahət" romanında manyak-qatil əvvəlcədən cinayəti harada həyata keçirəcəyini bildirsə , aradan çıxmağı bacarır. "Staffordlu qəssab"a başlanmış ov müəllifin "Qəm mələyi. Qəlbinin dörddə üçü" romanında davam etdirilir. Bu detektivdə cinayətkar onu təqib edənlərlə oyunu davam etdirərək, onlara növbəti cinayətin yeri haqqında əvvəlcədən xəbərdarlıq edir. Cinayətkar-manyak Baratovun təqib edilməsi, onun Dronqo arasında çəkişməni qabaqlamaq "Vicdanın adaptasiyası" romanının süjet xəttinin əsasını təşkil edir.

Ç.Abdullayev əksər detektivlərində klassik sxemdən istifadə edir ki, cinayət, ya təhkiyədən əvvəl (məsələn, "Unudulmuş röya" romanı), ya da əsərin zavyazkasında (düyün) törədilib. Müəllif müəmmanı əsərin əvvəlindən daxil edir razvyazkaya qədər onu saxlayır.

Müəmmanın formalaşması müxtəlif üsullarla həyata keçirilir. Buna baxmayaraq, daha çox yayılmış üsul - qətlin qeyri-müəyyən şəxslər tərəfindən törədilməsi ya əsərin lap əvvəlindən insanın yoxa çıxmasıdır. Məsələn, "Bakı bulvarı" romanında Fəridə Vəliyeva ilə görüşdən sonra "Britiş Petrolium" şirkətinin top-meneceri Ömər Xaledin müəmmalı şəraitdə ölüm hadisəsi. Eyni kompozisiya strukturu müəllifin bir qisim romanları üçün səciyyəvidir:

- "Sağlam düşüncənin qurbanı" romanında: Anton Kulçiçkovun əyləncə gecəsində mühafizəçilərdən biri müəmmalı şəraitdə öldürülməsi, hadisə Rodos adasında təşkil olunan axşam qonaqlığında müəmmalı şəraitdə baş verir;

- "Maskanın gücü" romanının cinayət süjeti müxbir Antonio Moniçellinin kinoulduz Kristin Landeqrenin qətlləri ətrafında qurulur;

- "Bafos axtarışında" romanında Dronqonun (buna görə Dronqo əsas şübhəli şəxs olur) özü orada olarkən, Sərvər Maqsudovun müəmmalı qətli villada baş verir;

"Ölümü özünə seç" romanında əsərin zavyazkası (düyün) mühüm adamının oğlunun üç mühafizəçinin müşayiəti ilə yoxa çıxması ətrafında qurulub. Buna görə cinayətin olması faktının özü uzun müddət sirr olaraq qalır, heç bir anlayış yox idi ki, bu oğurluqdu, yoxsa qətl baş veribmi?... Oxşar süjet "Etikanın qızıl qaydası" romanında da istifadə olunur.

Ç.Abdullayev əsərlərinin süjet xətti boyu cavabı sona saxlayaraq, müəmmanı qorumağa cəhd edir. Bu "İdeal hədəf" romanında özünü qabarıq göstərir, süjet elə qurulub ki, bütün dəlillər tədricən dağılır, şahid obrazları isə həlak olurlar. Şahidlərin aradan götürülməsi "Çevrilmiş reallıq" romanı üçün xasdır. Romanda şahidlər bir-birinin ardınca müxtəlif şəhərlərdə (Paris, Moskva, Amsterdam) həlak olurlar. Sistemli şəkildə şahidlərin aradan qaldırılması dəlillərin məhv edilməsi "İrodun kölgəsi", "İşarəedilmiş iştirak" s. romanlar üçün xarakterikdir. "Mənim gözəl alibim" romanında tamam başqa bədii üsul istifadə edilmişdir: peşəkar qatil mafiya sindikatlarının başçılarını məhv etdikdən sonra hadisə yerini tərk etməyir, amma əvvəlcədən özünə dəlillər hazırlayır. Bu görkəmsiz kasıb geyimli əlildə müstəntiqlər peşəkar killeri görə bilmirlər.

Ayrı-ayrı detektivlərdə müəmma intriqa təhkiyədə cinayət motivinin gizlədilməsi ya mövcud olan şəxslərin mübahisəsiz dəlilləri hesabına dəstəklənir. Belə əsərlərin sırasına "Yekun diaqnoz" romanını aid etmək olar. Akademik Qluşkovun qətl motivi, hətta razvyazkaya qədər açılmamış qalır. "Bütün dövrlər üçün kasıb" romanında Türkiyənin Qara dənizin sahilindəki mehmanxanada olan hər bir kəsin rus biznesmeninin qətli üçün əllərində dəlilləri var.

İpucularının sona keçirilməsi yalnız Çingiz Abdullayev romanlarına xas deyil, həm povestlərinə aiddir. Məsələn, "Qorqonun baxışı" povestində "Meduza Qorqon" obrazının intriqası, baş qəhrəman Qorbovskini şantaj etməsi razvyazkaya qədər saxlanılır.:

 

Salidə ŞƏRİFOVA

Ədəbiyyat qəzeti. - 2024.- 6 aprel, ¹11-12.- S.22-23.