Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olunub

 

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğətiTürkiyənin Mədəniyyət Nazirliyi Hacəttəpə Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

Ulu Öndər Heydər Əliyevin türk dünyasının zərb-məsəlinə çevrilmiş “Bir millət, iki dövlətkəlamınıTürk Dünyası Ortak İletişim Dili UğrundaAzerbaycan Dilinin Yazım Kılavuzu” (“Türk dünyası ortaq ünsiyyət dili uğrundaAzərbaycan dilinin orfoqrafiya lüğəti”) adı ilə reallaşdıran kitab ortaq türk dili vəsaiti kimi Türkiyə universitetlərininTürk ləhcələri ədəbiyyatları”, “Türk dili ədəbiyyatı”, “Dilçilik”, “Tərcüməçilik”, “Pedaqoji”, “Jurnalistikafakültələrinin tələbə müəllim heyəti ilə yanaşı, geniş oxucu kütləsinin istifadəsi üçün nəzərdə tutulub.

Türkiyənin zəngin ənənəliErkmennəşriyyatında nəşr olunmuş lüğətin tərtib müəllifiAzərbaycanın Xalq yazıçısı Afaq Məsud, ön sözünün müəllifiTürkiyənin görkəmli dilçi-alimi, uzun illər Türk Dil Qurumuna sədrlik etmiş, Hacettepe Universitetinin Tətbiqi Lüğətçilik Elmi-Tədqiqat Mərkəzinin qurucusu rəhbəri olmuş professor Şükrü Haluk Akalındır.

 

Ədəbiyyat qəzeti. - 2024.- 6 aprel, ¹11-12.- S. 21.