“Balaca kişilər”
növbəti dəfə
səhnədə
Aprelin 14-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında
“Balaca kişilər” tamaşası növbəti
dəfə nümayiş
olunacaq.
Teatrdan AZƏRTAC-a bildirilib ki, səhnə əsəri yazıçı İlqar
Fəhminin eyniadlı
əsəri əsasında
hazırlanan qəhrəmanlıq
dramıdır. Səhnə
əsərinin quruluşçu
rejissoru Əməkdar
artist Nicat Kazımovdur.
“Balaca kişilər”
İkinci Qarabağ müharibəsində baş
verən real hadisələri
əks etdirir. Əsərin ideyası igidlərimizin şücaətindən,
onların müharibə
fonunda qəhrəmana
çevrilmələrindən bəhs edir.
44 günlük Vətən savaşı və qələbəmizə
ithaf edilən tamaşa vətənpərvərlik,
insani dəyərlərin
qorunması ilə yanaşı, həm də hər bir vətəndaşın
torpağa bağlılığını,
mənəvi və bəşəri dəyərlərə
sadiqliyini təcəssüm
etdirir.
Ədəbiyyat qəzeti. - 2024.- 6 aprel, ¹11-12.- S. 21.