Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatının
yeni laureatları məlum
oldu
Vektor Beynəlxalq Elmlər
Akademiyasının 2001-ci ildən
etibarən ənənəvi
olaraq hər il təltif etdiyi Şahmar Əkbərzadə
adına Beynəlxalq Ədəbiyyat Mükafatının
2021-ci il üçün laureatlarının
adları Mükafat komissiyası tərəfindən
açıqlanıb.
Komissiyanın sədri, Vektor Beynəlxalq Elmlər Akademiyasının prezidenti,
professor Elçin İsgəndərzadənin
bildirdiyinə görə,
builki laureatların siyahısı Anna Baqriana
(Ukrayna), Qənirə
Paşayeva, Elnarə Akimova və Fidan Nizaməddinqızıdan
ibarətdir.
Xatırladaq ki, görkəmli Azərbaycan
şairinin adını
daşıyan bu beynəlxalq mükafat 21 ildir ki, hər il bir nəfər görkəmli xarici ölkə şairinə və bir neçə
nəfər tanınmış
şair və ədəbiyyatşünasımıza təqdim edilir.
Hər il mükafat alan
şairlərin kitabları
Vektor Beynəlxalq Elmlər Akademiyası tərəfindən yayınlanaraq
oxuculara hədiyyə
olunur.
İndiyə qədər Yavuz Bülənt
Bakilər (Türkiyə),
Nadırbek Alımbekov
(Qırğızıstan), Muxtar Şaxanov (Qazaxıstan), Əli Daşqın (Güney Azərbaycan), Orhan Aras (Almaniya),
Vladimir Boyarinov (Rusiya),
Aleksandr Navrotski (Polşa),
İmdat Avşar (Türkiyə), Nəriman Həsənzadə, Zəlimxan
Yaqub, Sabir Rüstəmxanlı,
Adil Mirseyid, Paşa Qəlbinur, Rəşad Məcid, Çingiz Əlioğlu, Qulu Ağsəs, Musa Urud, Vaqif Bəhmənli, Tofiq Abdin, Nizami
Cəfərov, Azər
Turan, Əjdər Ol, Fərid Hüseyn və digər şair və ədəbiyyatşünaslar
bu mükafata layiq görülüblər.
“Vektor” BEA tərəfindən indiyə
qədər mükafat
laureatlarının 82 adda kitabı
yayınlanaraq oxuculara
hədiyyə edilmişdir.
Ədəbiyyat qəzeti. - 2024.- 6 aprel, ¹11-12.- S. 21.