Babayilər qiyamı: Türkmən davasına dini ixtilafın qarışması

 

"Babalarımız oğuzlar-türkmənlər" silsiləsindən

 

1240-cı ildə Anadoluda baş verən babayilər qiyamı ya əksəriyyətin qəbul etdiyi terminlə, "babayilər üsyanı" ilk mənbələrdən (XIII əsr tarixçilərindən İbn Bibi, Əbül-Fərəc s.) başlayaraq müasir tədqiqatçılara qədər onlarla müəllif tərəfindən geniş təsvir təfsir olunmuş, müxtəlif aspektlərdən araşdırılmışdır. Müşahidələr göstərir ki, bir çox tədqiqatçılar üsyanın səbəb nəticələri, tarixdəki yeri rolu ilə bağlı mühüm qənaətlərə gəlmiş, onun mahiyyətini açıqlamağa imkan verən dəqiq mülahizələr söyləmişlər. Bununla belə, oğuz-türkmən tarixinin öyrənilməsi üçün müstəsna əhəmiyyət kəsb edən bu üsyanın ümumi mənzərəsi hələ yarımçıq qeyri-dəqiqdir. Hadisələrin mahiyyəti çox vaxt təhrif edilmiş, mühüm xüsusiyyətləri bu günə qədər mübahisəli ziddiyyətli olaraq qalmışdır.

Yazımızın məqsədi mövcud ədəbiyyatı müqayisəli - qarşılaşdırmalı metod əsasında yenidən nəzərdən keçirmək, faktları tutuşdurmaqla üsyanın qaranlıq məqamlarına işıq salmaq, bir çox yanlış düşüncələrə aydınlıq gətirmək, babayilər hərəkatına dair kütləvi təsəvvürləri sistemləşdirmək genişləndirməkdir.

Zənnimizcə, hadisələrin daxili məntiqini anlamaq üçün çıxış nöqtəsi kimi Türkiyə Diyanət Vəqfinin "İslam ensiklopediyası"nda əksini tapan bir yığcam, lakin tutarlı əhatəli müddəa götürülə bilər: "Babayilər üsyanı Orta Cənub-şərqi Anadoluda Baba İlyasa bağlı türkmənlər tərəfindən başlayan qeyri-sünni bir istiqamətdə inkişaf edən dini-təsəvvüfi hərəkatdır". Bu müddəanı üsyanın səbəbləri, hərəkətverici qüvvələri, nəticələri tarixi perspektivləri baxımından bir neçə istiqamətdə nəzərdən keçirə bilərik.

Birincisi, aydın olur ki, babayilər üsyanının hərəkətverici qüvvəsi orta cənub-şərqi Anadolu türkmənləridir. Başqa sözlə, bu, bir türkmən üsyanıdır təbii ki, bütün belə hallarda olduğu kimi, onların XIII əsrin əvvəllərində üzləşdikləri siyasi, iqtisadi, sosial məhrumiyyətlərlə əlaqədar meydana çıxmışdır.

 

Babayilər qiyamı sosial-siyasi hadisə kimi: şərtlər səbəblər

 

...1237-ci ildə, Ramazan bayramının üçüncü günündə türkmənlərin sevimli sultanı Əlaəddin Keyqubad onu təbrik etmək üçün hüzuruna gəlmiş elçilərə verdiyi ziyafət zamanı yediyi quş ətindən müəmmalı şəkildə zəhərlənərək dünyasını dəyişdi. Bununla da Anadolu Səlcuqilər dövlətinin "qızıl dövrü" başa çatdı. Ölkə çaxnaşmalar girdabına sürükləndi monqol istilası da daxil olmaqla, dərin sarsıntılar dövrünə qədəm qoydu. Sultan Əlaəddin kiçik oğlu, Tokat məliki İzəddin Qılınc Arslanı vəliəhd elan etmiş, əmirlərə dövlət əyanlarına ona biət andı içdirmişdi. Lakin əksəriyyəti iranmənşəli bürokratlardan ibarət olan saray müxalifəti mərhum Sultanın iradəsini heçə sayaraq taxta vəliəhd şahzadəni deyil, onun böyük qardaşı, Malatya məliki II Qiyasəddin Keyxosrovu (1237-1246) çıxardı. Beləliklə, Əlaəddin Keyqubadın zəhərlənməsinə görə şübhələr hakimiyyətə gələndə 14-16 yaşlarında olduğu deyilən gənc Sultanın üzərinə yönəldi. Onun atasına sui-qəsdin araşdırılmasında yetərli qərarlılıq göstərməməsi bu şübhələri daha da gücləndirdi əhalini sui-qəsdin hakimiyyəti qəsb etmək üçün məhz II Qiyasəddin tərəfindən törədildiyinə inandırdı. Sosial-siyasi bazis kimi türkmən İran hakimiyyət ənənələrinə əsaslanan Toqat-Malatya qarşıdurması kəskinləşdi, təəssübkeş türkmən əmirləri Qiyasəddinin sultanlığına etiraz edərək, çevrilişin legitimləşməsinə yol verməmək üçün "öz şahzadələri" saydıqları vəliəhd İzəddin Qılınc Aslanın taxt hüquqlarının müdafiəsinə qalxdılar. Qarşı tərəf dövlət resurslarını səfərbərliyə alaraq onların müqavimətini qırıb Qiyasəddinin taxtının möhkəmlənməsinə nail oldusa da, ölkədə sabitlik, nizam asayış pozuldu, qeyri-müəyyənlik əhval-ruhiyyəsi son həddə yüksəldi.

Sultan Əlaəddinin öldürülməsində oğlu Qiyasəddinin əlinin olması fikri, zaman-zaman bir çox müəlliflər tərəfindən təkzib edilməsinə baxmayaraq, geniş yayılmış tarixşünaslıqda hakim rəyə çevrilmişdir. Əslində hadisələrin sonrakı inkişaf məntiqi bu fikrin doğruluğuna dəlalət edir. Məlumdur ki, Əlaəddin Keyqubad iqtidara nüfuzlu türkmən bəylərinin dəstəyi ilə gəlmiş, siyasətini onların lehinə aparmış, kiçik oğlu İzəddini ölkədə türkmənyönümlü siyasi idarəçiliyin davamlı olması niyyəti ilə vəliəhd təyin etmişdi. II Qiyasəddin isə siyasi-iqtisadi, sosial-mədəni baxımdan qatı mərkəziyyətçi bürokratik idarəçilik tərəfdarı idi, özəl mülkiyyəti aradan qaldırmağa, geniş torpaq sahələrini dövlətin əlində cəmləşdirməyə çalışırdı. Mənbələrdən anlaşıldığı kimi, bu xətti o, səltənətinin lap əvvəlindən tutmuşdu: iri iqta torpaqlarını dövlətin nəfinə müsadirə etdirmiş, şəxsi mülkiyyətdə yalnız şəhər qəsəbələrin ətrafındakı bağ-bağça tarlalar, bəzi bəylərə dirlik (dolanışıq mənbəyi) kimi verilmiş kiçik əkin sahələri qalmışdı. Bu isə hamıdan artıq türkmənlərin mənafeyini təhdid edirdi. Qiyasəddin köçəri türkmənləri hər vəchlə oturaqlaşdırmağa cəhd göstərir, vergiyə bağlayır, rüsumları tez-tez qaldırırdı (hətta Baba İshaqın vergiyə cəlb olunmasını babayilər üsyanı üçün ilk "qığılcım" hesab edən müəlliflər var).

Səlcuqi sultanları daim köçəri türkmənlərlə oturaq əhali arasında harmoniyanı qorumağa cəhd göstərmiş, bunun üçün müvafiq mexanizmlər yaratmışdılar. Vilayətlərdə türkmən camaatların təmsilçiliyini həyata keçirən "elbaşı" təsisatı qurulmuş, türkmən kəndxudaları ona tabe edilmiş, əmrinə timarlı əsgərlər verilmişdi. Qiyasəddinin səltənət dövründə etnik qruplar arasında balans gözlənilmir, bərabərsizlik təşviq olunur, cəmiyyət həyatında oturaqlığa, idarəçilikdə iranmənşəli zümrələrə üstünlük verilirdi. Zəki Vəlidi Toğanın yazdığına görə, bu dövrdə türkmənlər ordudan kənarlaşdırılır, onlardan boşalan yerlərə erməni, gürcü, frank, kürd iranmənşəli əsgər zabitlər cəlb edilirdi. Bir sözlə, türkmənlərə qarşı ayrı-seçkilik diskriminasiya dövlət siyasəti səviyyəsinə qaldırılmışdı. Gənc Sultan türkmənlərə güvənmir, onları təqib etdirir, fürsət düşdükcə sərt şəkildə cəzalandırır, bununla da dövlətlə onun başlıca sosial dayağı olan köçəri kütlələrini qarşı-qarşıya qoyurdu. İqtidarının ilk illərində inşa etdirdiyi Əgirdir xanının kitabəsində onun özünü "dövrünün İskəndəri", "Zülqərneyn soyundan gələn əzəmətli bir hökmdar" kimi tanıtmaqla yanaşı, "xəvarici (ərəb dilində "itaətdən çıxan", "üsyan edən" mənalarında işlənən bu sözlə türkmənlər nəzərdə tutulurdu) əzən, onlara göz verib, işıq verməyən bir xaqan" olduğunu vurğulaması deyilənləri sübut edir, hakim rejimin türkmənlərlə bağları qopardığını, körpüləri yandırdığını göstərirdi.

Tarixdən bildiyimiz kimi, Sultan Keyxosrov gürcü kraliçası Rosudanın qızı ilə evlənmişdi. Kəsdirdiyi sikkələrdən birində o özü aslan, zövcəsi isə qadın üzlü günəş kimi təsvir edilirdi. Məşhur şərqşünas Cozef Hammer (1774-1856) isə onun Bizans imperatorunun qızı ilə nikaha girdiyini yazır. Qiyasəddinin anası Xond (Mahpəri) xatunun da xristian əsilli olduğu deyilir. Digər tərəfdən, təcrübəsiz Sultan, vəziri Sadəddin Köpəyin təsiri altında idi onun təhriki ilə türkmən bəylərinə qarşı törədilən bir çox cinayətlərə sanksiya vermiş, onların açıq gizli repressiyasına göz yummuşdu.

Sivas valisi Kayırxan, eləcə digər Xarəzm əmirləri Əlaəddin Keyqubadın vəliəhd şahzadəsi İzəddinin tərəfdarı kimi tanınmaqla bərabər Sadəddin Köpəyin əsas rəqibləri idilər. Köpək, əvvəlcə Kayırxanı həbsə atdırdı. Zəncirə vurulmasına dözməyən bu nüfuzlu xanın həbsdə ölməsi Xarəzm bəylərinin dövlətə baş qaldırmalarına, Səlcuqi xidmətindən çıxmalarına səbəb oldu. Dudu adında bir türkmən bəyi idarəsindəki 70 minlik xarəzmli döyüşçü ilə onların tərəfinə keçdi. Sadəddin Köpək üsyançıların üstünə başqa bir rəqibi, bəylərbəyi Kəmaləddin Kamyarı göndərdi döyüşdə məğlub olmasını əldə dəstəvuz edərək onu da yolu üzərindan götürdü hərbi komandanlığı (bəylərbəyliyi) əlinə keçirdi. Mənbələrdə, həmçinin dövlətin türkmən əsilli güclü əmir bəylərindən Atabəy Şəmsəddin Altunaba, Tacəddin Pərvanə, Hüsaməddin Kaymeri Cəlaləddin Karatayın da Əmir Köpəyin intriqalarına qurban getdikləri söylənilir. Nəhayət, İzəddin Qılınc Arslana, onun anası, Əyyubi məlikəsi Adiliyyə sultana qardaşı Rüknəddinə sui-qəsdlər törədilmiş, vəzir Sadəddinin onun ətrafında birləşmiş qrupun taxtı ələ keçirmək planları isə, təəssüf ki, onlar aradan götürüldükdən sonra faş edilmişdi.

II Qiyasəddinin iqtidarının cəmi üç ili ərzində bir-birini sürətlə təqib edən bu bu kimi dramatik hadisələr əhalini dərindən sarsıtmış, xüsusilə, türkmənlərlə mərkəzi hakimiyyət arasında keçilməz uçurum yaratmışdı. Cəmiyyəti bürümüş kütləvi gərginlik, barışmaz əkslik əhval-ruhiyyəsi qiyamçı meyilləri tətikləyirdi. Bir-birindən ağır siyasi, iqtisadi, sosial-psixoloji şərtlər altında türkmənlər, sanki ölüm-dirim mübarizəsinə qalxmağa məhkum edilmişdilər. Artıq silahlı qarşıdurma labüd idi 1240-cı ildə bu şərtlər altında türkmən cəmiyyətinin dini-mənəvi lideri Baba İlyasın səltənət sahiblərinə qarşı cihad çağırışına qoşulması tamamilə təbii sayılmalıdır.

Qeyd edək ki, üsyanla bağlı bütün fikir ayrılıqlarına rəğmən, onun sırf türkmən hadisəsi olması II Qiyasəddin rejiminə qarşı yönəlməsi fikri tarixçilər tərəfindən yekdilliklə müdafiə edilir. İbn-Bibi (ölümü: 1285) bu fikri Sultan Qiyasəddinin içkiyə qurşanması, Allahın əmrindən, peyğəmbərin yolundan çıxması ilə əsaslandırır. Üsyanın tanınmış tədqiqatçılarından Əhməd Yaşar Ocaq isə müasir elmi-tarixi görüşləri belə ümumiləşdirır: "Səlcuqi hökuməti dövlət işlərində türkmənlərə arxa çevirərək, xüsusən , iranlı ünsürlərə üstünlük vermək surəti ilə, sanki yalnız şəhərli türklərin duyğularını paylaşırdı. Bürokratiyanın yüksək pillələrində qərar tutan iranlılar da türkmənlərə qarşı yaxşı davranmırdılar. Elə görünür ki, dövlətin ana demoqrafik gücünü təşkil edən türkmənlər doğma torpaqlarında özlərini "arzuedilməz vətəndaşlar" kimi hiss edir bunu həzm eləyə bilmirdilər. Onları xor görür, aşağılayırdılar. Türkmənlərin mərkəzi hakimiyyətə qarşı çıxmalarında əsas rolu da elə bu sosial qarşıdurma oynamışdır".

Bu yerdə təfsilatına varmadan Anadolu Səlcuqi tarixinin ən böyük qiyamı olan bu hərəkata dair bəzi statistik məlumatları xatırlatmağa hacət görürük.

Adıyaman-Kahta civarından başlayıb, Malatya, Maraş, Sivas, Tokat Amasyaya qədər geniş bir ərazini, Ümid Hassanın sözü ilə desək, "demək olar, oğuz mənşəli bütün kütlələri" əhatə edən üsyan düz 4 ay davam edib. Xronikalarda Hələb Antep bölgələrinə sürgün edilmiş Xarəzm türkmənlərinin etirazçılara qoşulması ilə Baba İshaqın qat-qat gücləndiyi xüsusi vurğulanır. Bir dövlətin qiyama qalxmış təbəələri ilə belə uzunmüddətli silahlı mübarizə aparmaq məcburiyyətində qalması dünya tarixində nadir hadisələrdəndir. Qırşəhər yaxınlığındakı Malya çölündə Nəcməddin Bəhramşahın 60 minlik qoşunu ilə baş verən son döyüşə qədər əksəriyyəti əliyalın necə gəldi, silahlanmış qadın kişilərdən ibarət olan etirazçıların nizami Səlcuqi qoşunları ilə 11 dəfə qarşılaşdığı, hər dəfə üstünlük qazandığı rəvayət edilir. Bunun bir səbəbi əsgərlərin ürəklə vuruşmaması, Babanın kəramətindən, babayilərin dini nüfuzundan çəkinmələri idi. Bəhramşahın ordusunda isə "alınlarına xaç işarəsi çəkilmiş" xristian frank bölükləri vardı üsyançıların ilk həmlələrini məhz həmin birliklərin dəf etdikləri, bundan sonra ordunun cəsarətə gəldiyi Baba İshaqın, digər xəlifələrin öldürülməsi ilə qiyamın yatırıldığı bildirilir. Mənbələrdə deyildiyinə görə, "türkmənlərin çoxu qılıncdan keçirildi, sağ qalanlar əsir edildi, xəlifələrdən qurtulanlar sağa-sola qaçışaraq izlərini itirdilər"...

Bir neçə kəlmə ilə üsyanın nəticələrinə toxunası olsaq, qeyd etməliyik ki, babayi qiyamı Anadolu Səlcuqi dövlətinin artıq iflasa uğradığının aşkar nümayişinə çevrilmiş özü onu süquta sürükləyən əsas siyasi-psixoloji amillərdən biri olmuşdur. Dövlətin dərviş sadə xalq kütlələrinin üsyanını asanlıqla yatıra bilməməsi monqol istilası ərəfəsində səlcuqilərin düşdüyü acınacaqlı durumun bariz göstəricisi idi. Artıq Əlaəddin Keyqubadın miras qoyduğu o qüdrətli dövlətdən əsər-əlamət qalmamışdı. Sultanı asi bir kütlənin qəzəbindən qorxaraq qaçıb gizlənmək üçün paytaxtını tərk edən, Qubadabada sığınan bir dövlətin dünyanı lərzəyə gətirən monqol orduları qarşısında duruş gətirə biləcəyini təsəvvür etmək belə mümkün deyil. Digər tərəfdən, şəhərləşməni, urbanizasiyanı qəbul etməyən türkmənlər üsyan dövründə şəhər qəsəbələri xüsusi bir amansızlıqla hədəfə almış, oturaq əhalinin, ələlxüsus, tacirlərin mal mülkləri yağmalanmış, onsuz da zəif durumda olan iqtisadiyyat dağılmışdı...

...Statistika öz yerində. Lakin etiraf etməliyik ki, üsyanın tarixi əhəmiyyətini düzgün qavramaq qiymətləndirmək üçün deyilənlər yetərli deyil. Boşluğu doldurmaq üçün hələ çox amilləri araşdırmalı olacağıq. Bunlardan biri birincisi türkmənlərlə qiyamın təşkilatçıları rəhbərləri arasındakı münasibətlərdir. "İslam ensiklopediyası"ndan gördüyümüz kimi, ilkin mərhələdə babayilər üsyanının təkanverici qüvvələri bütün türkmənlər deyil, "Baba İlyasa bağlı türkmənlər"dir. Şəxsləndirib adbaad söyləsək, hərəkatın ideoloqu Baba İlyas (Şücaəddin Əbül-Bəqa Şeyx Baba İlyas bin Əli əl-Xarəzmi), qiyamçıların rəhbəri bayraqdarı Baba İshaq, əsas zərbə qüvvəsi isə onların ətrafına toplaşan abdallar (vəfayi, qələndəri, yasəvi, heydəri təriqətlərinə mənsub dərvişlər) onlara qoşulan əxilərdir.

Qiyamın təşəbbüskar iştirakçıları

Anadolu türkmənlərinin mənəvi öndərləri olan babaların kimliyini müəyyənləşdirmək üçün, əvvəlcə, onları bu məqama yüksəldən onların əsas ictimai gücünü təşkil edən abdalları tanımaq lazım gəlir. Babalar abdallar haqqında ən dolğun məlumatı Xəlil İnalcıqın "Osmanlı tarixində İslamiyyət dövlət" kitabından alırıq. Tarixçi Anadolu dərvişlərini iki qismə ayırır: sultandan vəqf qəbul edən konformist, loyal dərvişlərə, bir oturaq dövlətin nəzarət basqısına üsyan edən asi döyüşçü (belə demək mümkünsə, non-konformist) dərvişlərə. Abdal-dərvişlər bu ikinci qismə aiddir. Qaynaqlarda abdalların "əksər hallarda Xorasan ərənləri ya Azərbaycandan köç edən qruplar arasında xatırlanması"nı xüsusi bir vurğu ilə diqqətə çatdıran X.İnalcıq, onların böyük bir qismini "ilk dövrlərdə "ölü" torpaqlarda, bataqlıq meşəliklərdə tarlalar salan, yaxud "kafirun"u qovaraq ələ keçirdikləri torpaqları işləyib "şənləndirən" dərvişlərin təşkil etdiyi"ni Ömər Lütfi Barkanın "onlara "kolonizator" sifəti verdi"yini yazır.

Abdalların/babaların etnik mənşəyindən söz açarkən, X.İnalcıq da ilk mənbə kimi Aşıqpaşazadənin "Tarix" əsərinə (1474) istinad edir. Bildiyimiz kimi, "Tarix"də abdallar Anadoluya köç etmiş "müsafir" zümrələrdən ("müsafirin", yəni, gəlmələr, "qonaqlar") hesab olunur. "Müsafirin" deyərkən, Aşıqpaşazadə monqol zülmündən qaçıb Anadoluya pənah gətirən Xorasan, Mavəraünnəhr, Türküstan qismən Azərbaycan türkmənlərini nəzərdə tutur bu qrupa 4 əsas zümrəni daxil edir: abdalları ("abdalani-Rum"), əxilərı ("ahiyan"), bacıları ("bacıyan"), qaziləri ("qaziyan"). Bu etnik-sosial qrupların, əsasən, Anadolunun cənub-şərqində məskunlaşdıqlarını bilirik (babayilər üsyanı da məhz həmin ərazilərdə baş verir). Yəni, "müsafir zümrələr" (əksəriyyət etibarilə) etnik türkmənlərdən təşkil olunub öz aralarında daim qarşılıqlı əlaqədədirlər. X.İnalcıq ətraflı təhlil etdiyi "Vilayətnamə" (Fateh Sultan Məhməd zamanında yaşamış Otman Babanın həyatı kəramətləri haqqında onun dərvişlərindən Kiçik Abdalın qələmə alıb, 1483-cü ildə tamamladığı "Vəlayətnameyi-Sultan Otman", yaxud digər adları ilə "Vəlayətnameyi-Şahi", "Vəlayətnameyi-Sultan Baba" kimi tanınan mənaqibnamə) əsərinə istinadla Babanın tez-tez əkinçiliklə məşğul olan kasıb türkmən kəndlilərinin, kafirlərlə döyüşən qazilərin köməyinə yetişdiyini bildirir. Qazilərin (qənimət torpaq əldə etmək üçün qəzaya qoşulan alplar nəzərdə tutulur) yeganə gəliri döyüş meydanlarında qazandıqları "doyum"dan, yəni qənimətdən ibarətdir əsasən, ianələr (sədəqə) hesabına dolanan babalar/abdallar dövlətin, varlıların vəqflərini rədd etmələrinə rəğmən, "küffar məmləkətinə axınlardan dönən" qazilərdən nəzir-niyaz almağı özlərinə rəva görürlər ki, bu da onlar arasındakı münasibətlərin doğmalığını göstərir.

Lakin babaların/abdalların "müsafir" zümrələrlə münasibətləri yalnız etnik-sosial mənsubiyyətlə şərtlənmir. Onların dini görüşləri mühüm faktorlardandır. X.İnalcıq Otman Babanın təbiri ilə abdalların "özlərini Allahdan başqa hər şeydən məhrum etdiklərini", dünya ilə bütün bağlarını kəsdiklərini vurğulayaraq yazır: "Abdalan qaziyan cihad yolunda birləşirlər - biri müqəddəs bir vəlinin təriqində (şeyx, mürşid seçdikləri babaların yolu ilə - N.M.) Allaha yetişmək, o biri Allahın hökmünü buyruğunu dünyada hakim etmək üçün mücadilə içindədir". Özünü unudub Tanrıya qovuşmaq, onunla bütünləşmək, Böyük Varlığın içində əriyib yox olmaq istəyi ilə təsəvvüf fəlsəfəsi, vəhdəti-vücud (panteizm) təlimi arasında paralellər aparan alim abdalları sufizmə bağlayır, xatırladır ki, İslam mədəniyyətində dini elm Allaha yetişmək üçün iki qoldan inkişaf edib. Birinci qolu "müqəddəs mətnlərin düzgün oxunub hədis təfsir üsulu ilə anlaşılması ilə məhdudlaşan" mədrəsə üləması, ikincini "neoplatonist vəhdəti-vücud (varlığın vəhdəti, birliyi) görüşü ilə eşq-cəzbə yolunu seçən" sufilər təmsil ediblər.

İbrahim Qəfəsoğlu da "türkmən babaları"nı abdalları təsəvvüfi təsirlərə məruz qalmış "xalq vəliləri" ("vəli" sözü, lüğətlərdə, əsasən, 2 mənada işlənir: 1) valideyn, hami; 2) övliya, müqəddəs şəxs) adlandırıb yazır: "Zehniyyətləri bəsit bir İslami cila altında inkişaf edən qeyri-ortodoksal düşüncələrdən meydana gəlmişdi. Tamamilə təbii idi ki, Xorasana enən türk kütlələri üzərində yeni mədəniyyət dairəsindəki İslam əqidələri ilə birlikdə İranın manexeizm, məzdəkizm zərdüştilik kimi dini qalıqları ilə birləşərək yeni bir məzhəb görüntüsü qazanmış sufilik təsir göstərəcəkdi".

 

Sufi görüşləri həm abdal/babalarla əxiləri birləşdirən mühüm mənəvi körpüdür. Ümumiyyətlə, əxiliyin bir türkmən təsisatı kimi səciyyələndirilməsi əxi təşkilatlarının yaranıb formalaşmasında qazilərin (ərənlər alp-ərənlərin) yaxından iştirak etmələri tarixi həqiqətdir. Bu cəhətdən, Anadoluda əsnaf sənətkarları ətrafında toplayan əxilik təşkilatının qurucusu Nasirəddin Evrən/Evranla (Xoylu Şeyx Nasirəddin Mahmud; xalq arasında, sadəcə, Əxi Evrən) Baba İlyasın yaxın münasibətlərinin şəxsi dostluq çərçivələrini aşıb əqidə birliyi səviyyəsinə yüksəlməsi kifayət qədər əsaslı ehtimaldır. Əxi Evrən XIII əsrdə Bağdaddan Anadoluya gəlmiş üləma sufilərdən idi. Bu təsəvvüf alimlərini "fütüvvət (dini mətnlərdə əxiliyi bildirən istilahdır) ərbabının dostu" Əlaəddin Keyqubadın şəxsən himayə etdiyi məlumdur. Onun səltənəti dövründə əxilər dövlət tərəfindən dəstək görmüş, böyük Səlcuqi şəhərlərində təşkilatlanmışdılar. Eyni zamanda Keyqubadın Baba İlyas onun mürşidi Dədə Qarkına böyük ehtiram bəslədiyi, iltifat göstərib, Qırşəhərdə onların ziyarətinə gəldiyi Dədə Qarkına 17 kənd bağışladığı da rəvayət olunur. Aydın məsələdir ki, Sultanın zəhərlənib öldürülməsi istər babayi, istərsə əxi dairələrində, eləcə əsnaf sənətkarlar arasında (unutmayaq ki, əxi liderlərinin hərəsi bir mühüm peşə sahiblərinin, misal üçün, Əxi Evrən dabbaqların şeyxi idi) qəzəb hiddətlə qarşılanmışdı. II Qiyasəddin iqtidarına qarşı çıxışlar edən bir çox əxi öndərinin, o cümlədən, Əxi Evrənin tutulub zindanlara atılması faktdır. Cavad Haqqı Tarımın yazdığına görə, vəzir Sadəddin Köpəyin intriqaları nəticəsində türkmənlərin siyasi-mənəvi liderlərinə qarşı genişmiqyaslı cəza tədbirlərinə başlayan II Qiyasəddinin əmri ilə Baba İlyas Qırşəhərdən (alimin fikrincə, Baba İlyas o vaxta qədər "türkmən yurdu, Yasəvi xalq təriqətlərinin, xüsusən , babayi ənənələrinin mərkəzi" sayılan bu şəhərdə qazılıq etmişdir) Amasyanın Çat kəndinə, Əxi Evrən Konyadan Dənizliyə, Hacı Bəktaş Vəli isə Qırşəhərdən Suluca Qarahöyükə sürgün edilmişdi. Alimin qənaətinə əsasən, Qırşəhərdəki əxilər təşkilatı da Baba İlyas tərəfindən qurulmuşdur. Göründüyü kimi, Anadolu cəmiyyətinin azsaylı mütəşəkkil təşkilatlarından olan əxilərin babayi qiyamına qoşulması üçün əlverişli dini-siyasi zəmin, habelə korporativ zərurət yaranmışdı.  

X.İnalcıq babayilər üsyanından birbaşa bəhs etmir, babayilərdən isə erkən Osmanlı tarixi çərçivəsində söz açır. Bununla belə, onun XIV-XV əsrlərdə baş vermiş hadisələr haqqında çıxardığı nəticələr mövzumuz araşdırma predmetimiz baxımından müstəsna önəm daşıyır, üsyanın məqsəd motivlərini aşkarlamaq üçün bizə tutarlı arqumentlər verir. Alim yazır: "Bəyliklər dövründə abdalların bəylər tərəfindən müqəddəs şəxslər kimi şərəfləndirildiyini görürük... Osman Qazi dönəmində dərvişlər xalqın gözündə xanədanın nüfuz hakimiyyətini legitimləşdirən ən təsirli vasitəçilər, hakimiyyətə olan ilahi dəstəyi, "təyidi-ilahi"ni təmin edən müqəddəslərdir. Əslində bir babaiyyə/ vəfaiyyə xəlifəsi olan Şeyx Ədəbalının Osman Qazi ailəsinə təmin etdiyi təyid (sanction) bu xanədanın qurulmasında ən önəmli faktorlardan biri olmuşdur... Bu dönəmdən sonra isə abdallar/babalar rəsmən cəmiyyətdən təcrid edilmiş (segmented) bir duruma düşür, mədrəsəyə, dövlətə şəhərlilərə qarşı şiddətli bir mübarizəyə başlayır, siyasi hakimiyyətə meydan oxuma mərhələsinə qədəm qoyurlar. Siyasi iqtidara loyal, itaətkar, dövlətdən vəqflər alıb zaviyələr quran dərvişlərdən fərqli olaraq abdallar dövlətə qarşı açıq şəkildə cəbhə açırlar. Osman Qazi səltənətinin (1302-1324) sonlarına doğru Osmanlıda artıq Konya Səlcuqi Sultanlığı İran qaynaqlı mərkəziyyətçi dövlətin prototipinin qərarlaşdığı aydın görünür. Sənədlərdən dəqiq bildiyimiz kimi, mərkəzdə İran mənşəli bürokratik təsisatlar formalaşır, kəndlərdə Osman Qazidən "dirlik"/vəqf alan sünni fəqihlər (fakılar) abdalların yerinə keçirlər. Fatehin son dərəcə mərkəzləşmiş dövlətində (1451-1481) isə artıq onlara yer yoxdur. Bundan sonra yörük həyat tərzi, habelə "abdalizm"in inanc dəyərlər sistemi Şərqi Rumelinə, uc qazi bəylərinə sığınır. "Vəlayətnamə"dən gördüyümüz kimi, Otman Baba həmin uc bəyləri tərəfindən sayılıb qorunur"...

 

Deyilənlərdən aydın olur ki, babalıq/abdallıq institutunun təkamülü bir xətt üzrə deyil, dalğalar şəklində (ziqzaqvari) getmiş, qabarmalar çəkilmələr bir-birini əvəz etmişdir. X.İnalcıq açıq şəkildə qeyd edir ki, Osman Qazi səltənətinin sonlarına doğru Osmanlıda qərarlaşan ictimai-siyasi idarəçilik modeli Konya Səlcuqi Sultanlığı İran qaynaqlı mərkəziyyətçi dövlətin prototipidir. Bu modelin isə artıq I Qiyasəddin Keyxosrov dövründən yarandığı II Qiyasəddin Keyxosrov dönəmində zirvə nöqtəsinə çatdığı məlumdur. Yəni, təsvir olunan dəyişikliklər (mərkəzdə İran mənşəli bürokratik təsisatların formalaşması, kəndlərdə sünni fəqihlərın abdalların yerinə keçməsi) hələ XIII əsrin əvvəllərindən başlamış babayilər üsyanı ilə nəticələnmişdi. Fərq elə bundadır: XIV-XV əsrdə təcrid olunmağa başlayan abdallar (artıq gözləri qorxduğundan!) Şərqi Rumelinə, uc qazi bəylərinə sığınmalı olurlar, onların sələfləri isə "abdalizmin inanc dəyərlər sistemi"ni əldə silah, müdafiə etməyə qalxırlar.

Bu sistemdir, nələri ehtiva edir? X.İnalcıq bu suala açıq qəti bir cavab vermir, yalnız bu sistemin sünni üləmasının rəsmi görüşləri ilə ziddiyyətdə olduğuna işarə edir. O, XIV-XV əsrlərdə Anadolunun kənd şəhərlərində türklərin böyük bir qisminin oturaq həyata keçərək, mədrəsə (ortodoksal dini elmlər) fəqihlərin ("fakı"ların) təsiri altına düşdüklərini, sünniliyi şəriət normalarını mənimsədiklərini, köçəri həyat sürən türkmən/yörüklərin isə bu proseslərdən kənar qaldıqlarını yazır. Faktların təhlili onu "Abdallar məhz həmin zümrəyə, yörüklərə xas mədəni-ictimai baxışların, dəyərlərin daşıyıcıları təmsilçiləridir", -qənaətinə gətirir. Alimin fikrincə, Otman Babanın həyatı təcrid edilmiş yörük toplumu ilə oturaqlaşmış sünni toplumu İrani bürokratik dövlət sistemi arasında gedən mübarizənin dramatik bir hekayəsidir". : "Abdalani-Rum türkmən/ yörük mühitində Orta Asiya şamanları kimi din cəmiyyət həyatına istiqamət verən müqəddəs şəxslər kimi tanınmışdır".

 

 (Davamı var)

 

Nizaməddin MUSTAFA

Ədəbiyyat qəzeti. - 2024.- 6 aprel, ¹11-12.- S. 26-27.