"Qobustan" dərgisinin Türkiyə
özəl sayı işıq üzü gördü
"Qobustan" Sənət Toplusunun yaz sayı işıq
üzü görüb.
Ötən ilin noyabr ayında Türkiyənin nüfuzlu ədəbi təşkilatı olan Türk Ədəbiyyatı
Vaqfı və onun mətbu orqanı "Türk ədəbiyyatı" dərgisi
ilə qarşılıqlı
razılaşmaya əsasən
bu say Türk mədəniyyətinə, incəsənətinə,
ədəbiyyatına həsr
olunub.
Dərgidə Xalq yazıçısı
Anar, akademik İsa Həbibbəyli, professor Vilayət
Quliyev, filologiya üzrə fəlsəfə
doktoru Pərvanə Məmmədli, şair-publisist
Fərid Hüseyn, Aysel Xanlarqızı, Pərvin, sənətşünaslar
Natiq Əfşar, Dürdanə Qurbanova və başqa müəlliflərin məqalələ-esselərində
böyük Türk mədəniyyətinin müxtəlif
yönləri təhlil
olunub.
Mürəkkəbi qurumuş qələmlər,
latın əlifbasıyla
çap edilmiş ilk
kitab - Çingiz Əlioğlunun
evindən reportaj
Hacı Şahinin videolarını
"YouTube"-dan niyə silirlər?
"Hamını sevmirəm..." - Azərbaycanın
ilk daun sindromlu aktyoru ilə müsahibə
Bu sayda həmçinin
yazıçı-tərcüməçi
İmdat Avşar kimi müəlliflərin timsalında qardaş türk ədiblərinin də yazılarına yer verilib. Türk
və Azərbaycan mədəniyyətini vəhdətdə
göstərən dərgi
qardaşlığın sənətdəki
əksini də önə çəkib. Dərginin bu sayında çağdaş
sosial şəbəkələr
zamanı ilə ayaqlaşan redaksiya heyəti bir yeniliyə də imza atıb. Belə ki, dərginin mündəricatında QR kodu
oxutmaqla yeni, "Baş
redaktor təqdim edir" rubrikasını
video-formatda izləmək
imkanı yaranır.
Bir neçə dəqiqədə
dərgidəki yazıların
ümumi ideyasını
ifadə edən redaktor Pərvin Nurəliyeva "Qobustan»ın
bu sayını niyə oxumalısınız?"
- sualının cavabını
oxucularla bölüşür.
P.Nurəliyeva dərginin bu sayı ilə bağlı digər yenilikləri də bölüşüb: "Bu ildən
qarşımıza yeni hədəflər
qoymuşuq. Görünən
odur ki, zaman internet və
sosial şəbəkələr
zamanıdır və
bu vasitələrlə
oxucuya çatmaq, ona xitab etmək
daha doğrudur. Əlbəttə ki, bizdən
ötrü bu, yeni bir yoldur, hələ
incəlikləri öyrənməyə
çalışırıq. Amma bununla belə necəsə başlamağa
və ədəbiyyat
aləmindən uzaq
internet izləyicilərinə də necəsə görünməyə çalışırıq.
Dərginin sosial şəbəkə hesablarında
qısa, amma maarifləndirici video-materiallar
yerləşdirməklə, qısa özəti yenə video-formatda danışmaqla müəyyən
bir təbliğat yolu tapmaq istəyirik".
Dərgi redaktoru, həmçinin
onu da bildirib ki, bu sayın «Poeziya» əlavəsi də yaxın günlərdə işıq
üzü görəcək:
"Türkiyə özəl
sayının kitab əlavəsi
də çapdadır.
Yaxın zamanlarda çağdaş türk
poeziyasının orjinal
nümayəndələrindən biri Furkan Çalışkanın
şeir kitabını
da oxucularımıza təqdim
edəcəyik. Şeirləri
azərbaycan dilinə
şair Aysel Xanlarqızı çevirib".
Qeyd edək ki, bu sayı şəhərdə
müxtəlif oxuculara
da təqdim, hədiyyə
etməklə təbliğat
üsulu seçən
dərgi əməkdaşları
kitab sərgilərində, yarmarkalarında iştirak
etmək niyyətindədirlər...
Ədəbiyyat qəzeti. - 2024.- 6 aprel, ¹11-12.- S. 29.