Tarixi roman qadın obraz

 

Elçin Hüseynbəylinin "Pərixan" romanı əsasında

 

Tarixi romanlar oxucuları xəyalən müxtəlif dövrlərə aparır, zəngin hekayələri ilə keçmişə canlı bir nəzər salır. Onların cazibəsi bədii ədəbiyyatı real tarixi hadisələrlə qarışdırmaq, valehedici təsirli oxu təcrübəsi yaratmaq bacarığındadır. Oxuculara keçmiş sivilizasiyaları, cəmiyyətləri mədəniyyətləri cəlbedici obrazların gözü ilə araşdırmağa imkan verən zaman maşını rolunu oynayır. Belə əsərlər həm diqqətlə araşdırılmış detallar vasitəsilə tarixi maraqlı tərzdə  öyrənmək üçün unikal imkan təqdim edir. Tarixi romanların cazibəsi həm unudulmuş ya gözdən qaçan şəxsiyyətləri hadisələri yenidən həyata qaytarmaq, keçmişə yeni mənalar vermək bacarığına sahibdir.

Müəlliflər faktları təxəyyülü birləşdirərək tarixi daha geniş auditoriya üçün əlçatan edir, indi ilə keçmiş arasında körpü yaradırlar. Bu, bir növ, zamanda səyahət etməyə bənzəyir. Bu romanların gözəlliyi onların təkcə informativ deyil, həm emosional rezonans yaratmaq bacarığına malik olmasıdır.

Xalq şairi Sabir Rüstəmxanlı müsahibədə deyib: "O fikirlə razıyam ki, tarix nəzarətsiz bir sahə deyil, tarixə sahiblik hissi olmalıdır. Yarıfantastik, yarıtarixi əsərlərdə təxəyyüldən istifadə etmək olar, amma o əsərin ki, mərkəzində şəxsiyyət dayanır, yaxud hansısa real tarixi hadisə dayanır, orda artıq uydurmalara qətiyyən yol vermək olmaz. Tarixi roman, şübhəsiz ki, bədii əsərdir, ancaq onun sənədlilik tərəfi gərək heç vaxt unudulmasın." ("Ədəbiyyat qəzeti". - 2019. - 30 noyabr. S. 12-13.)

Ümumilikdə isə ədəbiyyatımızda yaranan tarixi romanlara nəzər salanda, real tarixi hadisə obrazların uydurulma elementlərlə birləşdirildiyini görürük. Bədii əsər öz ilhamını tarixdən alsa da, hadisələrə müəllifin baxış bucağı da zəruridir. Təbii ki, hadisələri çox təhrif etməmək şərti ilə baş verməsi məqbul sayılır. Bu, yazıçılara tarixi faktlara sadiq qalmaq eyni zamanda yaradıcılıq azadlığından istifadə etmək imkanı verir. Tarixi romanlar ümumiyyətlə o dövrün sosial mədəni normalarına, problemlərinə tənqidi şərhlərinə diqqət yetirir. Bu janr bəzən cari hadisələrə ya sosial məsələlərə istinad edərək tənqidi perspektiv təklif edə bilər. Həmin dövrün ab-havasını oxuculara çatdırmaq üçün geyimlər, adət-ənənələr, dil həyat tərzi kimi elementlər önəmlidir.

Tarixi romanlarda obrazlar dövrün sosial normalarına, mədəni dəyərlərinə tarixi hadisələrə uyğun olaraq formalaşır. Onlar tez-tez problemlərlə üzləşirlər bu hadisələrin fonunda inkişaf edirlər.

Kraliçalar, şahzadələr zadəgan qadınlar da daxil olmaqla, aristokratiyadan olan qadınlar tez-tez tarixi romanlara mövzu kimi seçilir. Onlar siyasi intriqalarda mövqeləri ilə bağlı məsuliyyətlərin fonunda təsvir edilə bilərlər. Arvadların anaların ənənəvi rolları da tez-tez  romanlarda araşdırılır. Bu obrazlar ailə dinamikasını, analığı, evlilik uşaq tərbiyəsi ilə bağlı ictimai gözləntiləri qarşılaya bilər.

Çox vaxt baş qəhrəman dövrün məhdudiyyətlərinə baxmayaraq, cəmiyyətin gözlədiyi normaların əksinə gedərək öz yolunu seçmiş cəsur qadınlar olur. Belə qadın obrazlar təkcə məhəbbət dastanlarının bir parçası deyil, həm dövrün siyasi ya ictimai dəyişikliklərində fəal iştirak edir. Müəllif çox vaxt qadın obrazını o dövrün ictimai təzyiqlərinə müqavimət göstərən, azadlıq bərabərliyi müdafiə edən bir şəxsiyyət kimi təsvir edir. Romanın qadın obrazı təkcə gözəlliyi ilə deyil, həm zəkası, biliyi, cəsarəti ilə seçilir, dövrün qadın stereotiplərini qıraraq oxucunu ruhlandırır. Belə qadın obrazların timsalında müəllif müxtəlif dövrlərdə bəşəriyyət təcrübəsini işıqlandırır, qadınların tarixin fonunda necə yaşadıqları, sevdikləri mübarizə apardıqları barədə fikirlərini təqdim edir.

Maraqlı tarixi qadın obrazları yaradılmış əsərlərdən biri Elçin Hüseynbəylinin mövzusu tarixdən alınmış "Pərixan" romanıdır. Həmin dövrün hakim təbəqəsinin əsl simasını ortaya çıxaran, insanın həyatda qalmaq ehtirasının onu nələrə vadar etməsinin incəliklərinə qədər düşünülüb təsvir olunduğu, qadının zəkasını ön plana çıxaran əsərin baş qəhrəmanı, adından da məlum olduğu kimi, Pərixandır. Əsər Pərixanın ölümə məhkumedilmə səhnəsi ilə başlayır sonrakı taleyi haqqında məlumat verilmədən yazıçı məsələni ən başdan, yəni onu bu situasiyaya qədər gətirən əhvalatı danışmağa başlayır. Məlum olur ki, Pərixan uşaqlıqdan bəri müəyyən mövzularda, hətta fitri istedada malik olmuş (belə ki, müəllif tez-tez onun öncəgörücülük istedadını, falçılıq cadugərlik keyfiyyətlərini xüsusi qeyd edib oxucunu da buna inandırır), yüksək səviyyədə təhsil almış, şah babasının (atası) ən sevimli eləcə ən çox etibar etdiyi övladıdır. Onun yaşadığı cəmiyyətdə qadın daha çox uşaq dünyaya gətirmək, nəsil artırmaq, hərəmxanalarda mövcud olmaq bir gün isə amansız qətlin qurbanı olaraq bu dünyadan getmək funksiyalarını daşıyır. Bir çox hissələrdə qadınların dövlət idarəetməsində iştirakının qanunsuz olduğu haqqında bildirilir. Bununla bağlı əsərin müxtəlif hissələrində Pərixanın öz dilindən təəssüf dolu sözlər deyilir.

- Yazıq babam bu gözəl, cah-cəlallı məmləkəti qarğa-quzğunun öhdəsinə buraxdı. Mənim nəsibimə isə qıraqda dayanıb, onu necə parçalayacaqlarının şahidi olmaq düşdü. Nədi-nədi, qadınam! Məgər bu ədalətlidir?

Əsərin əvvəllərində elə bir mənzərə var ki, bütün ölkə idarəetmə sistemi kişilərin əlindədir. Amma hadisələrin inkişafında bunun əksi, yəni, şah nəslindən olan qadınların bu məsələlərdə daha fəal olduğu müşahidə edilir. Şah atasının ölümü ilə Pərixanın da tez-tez ölümlə üzləşdiyi ağır günləri başlayır. O, qısa bir zaman ərzində düşünüb kimin hakimiyyətə gəlməsinin öz mənafeyini daha çox müdafiə etdiyinə qərar verməli idi. Öncəliklə qardaşı İsmayılın hakimiyyətə gəlməsində mühüm rol oynayır. Hətta belə demək mümkünsə, məhz Pərixanın təşəbbüsü ilə İsmayıl hakimiyyətə gəlir. Hərçənd Pərixan onun ölkə idarəetməsində qədər səriştəsiz işəyaramaz olduğunun fərqindədir. O düşünür ki, məhz bu səbəbdən İsmayıl, sadəcə, fiqurdur, əslində isə, hakimiyyət dolayısı ilə onun əlində olacaq. Amma hadisələr heç gözlədiyi kimi olmadı Pərixan qardaşını ən yaxın adamının köməyi ilə  zəhərləyib öldürür.

Bundan sonra Pərixan qardaşı Məhəmmədin hakimiyyətə gəlməsini dəstəkləyir. Amma bu dəfə daha amansız düşmənlə qarşılaşır. Pərixan qədər gözəl hiyləgər olan Xeyrənnisə (qardaşının zövcəsi) ən güclü rəqibini aradan götürmək qərarına gəlir ərinin razılığı ilə onun öldürülməsini əmr edir. Nəhayət, Pərixan bu vəziyyətdən çıxış yolu taparaq özünü ölmüş olaraq qələmə versə , əslində dövlət işlərində dolayı yollarla iştirak edir. O, qisas arzusu ilə müxtəlif planlar qurur. Eyni zamanda məlum olur ki, o nəslində olan kişilərdən məhz kiminsə vasitəsilə hakimiyyətə gəlmək iddiasındadır. Bunun üçün mübarizəsindən bir addım belə geri çəkilmir.

Yaşadığı mühit onu yaltaq (hakimiyyətə gələn hər qardaşa səmimiyyətsiz təriflər yağdırması, onu hakimiyyətə layiq bilməsi), vəhşi, qəddar, eqoist, satqın olmağa vadar etmişdir. O fərqindədir ki, bu keyfiyyətlərə sahib olmasa, düşmənləri tərəfindən öldürüləcəkdir. Çünki düşmənləri güc iqtidar istəyirlər onlar da Pərixana qarşı məhz bu mövqedədirlər.

Romanda qadın obrazları dövrün mədəni sosial normalarına uyğun formalaşır. Pərixan obrazının xarakteri müəllifin baxış bucağından dəyərləndirilmişdir. Xüsusən , dövrün normalarına qarşı çıxa bilən, taleyinə boyun əyməyən, mübariz ruhlu xarakter kimi səciyyələndirilmişdir. Romanda qadın obrazı sosial dəyişikliklərə təsir edən müəyyən mənada da onlara rəhbərlik edən fiqur kimi təsvir edilmişdir. Eyni zamanda strateji zəkası ilə düşmənlərinə meydan oxuya bilən, mübariz xarakteri təmsil edir. Pərixanın, həm daxili konfliktləri, həm düşmənləri ilə mübarizədəki hadisələrin inkişafı romanın əsasını təşkil edir. Obrazın emosional zənginliyi oxucuya onunla əlaqə yaratmağa imkan verir. Pərixan ənənəvi gender rollarına meydan oxuyan güclü müstəqil fərd kimi təsvir edilir. Digər obrazlarla olan dialoqlarda da əsərin dili həmin dövrün reallıqlarını obrazın tarixdəki şəxsiyyətini əks etdirir.

 

 İlahə SƏFƏRZADƏ

Ədəbiyyat qəzeti. - 2024.- 6 aprel, ¹11-12.- S.36.