Qadın yazıçıdan spekulyativ fantastika yazmaq istəyənlərə
7 məsləhət
Dünya şöhrətli kanadalı
yazıçı, ədəbi
tənqidçi Marqaret
Etvudun spekulyativ fantastika yazmaq istəyən gənc yazıçı həmkarlarına
məsləhətlərini təqdim edirik.
1. Fikrinizin mənbəyi hazırda yaşadığınız cəmiyyət
olsun
Marqaret Etvuda görə,
spekulyativ fantastika cəmiyyətdə gizli qalan və hələ
də reallaşmamış
imkanlardan bəhs edir. Spekulyativ fantastikadakı texnoloji və fantastik elementlər köklərini,
bizim növümüzün
artıq etdiyi, ya da etməyə hazırlaşdığı şeylərdən
almalıdır.
2. Səbəb-nəticə
əlaqələri qurmaq
bacarığınızı təkmilləşdirin
Spekulyativ fantastikanı idarə
edən şey "necə olardı?" sualıdır. "Bu və
ya başqa cür olsaydı, necə olardı?" ilə başlayan suallar vermək və onlar haqqında
düşünmək hadisələrin
təsirli personajlarını
yaratmağınıza kömək
edir.
3. Yaradacağınız
dünyanın qazananlarını
və uduzanlarını
müəyyənləşdirin
Utopiyalar indiki dünyadan
daha yaxşısını,
distopiyalar isə daha pisini təsvir
edir. Ancaq bu, sabit bir
zəmin deyil. Çünki bir insanın utopiyası başqasının distopiyası
ola bilər. Ya da hər distopiyada daha kiçik utopiyalar ola bilər - və ya əksinə.
Sizin yaradacağınız
bu dünya kimin utopiyası və kimin distopiyası
olacaq?
4. Araşdırma aparın
Paradoksal görünə bilər,
lakin istər realistik fantastika, istərsə də spekulyativ fantastika üzərində işləyin,
ətraflı araşdırma
aparmaq (tarixi faktlardan uzaqlaşsanız
belə) layihənizi inandırıcı etməyə
kömək edəcək.
Siz əhatə edəcəyiniz mövzudan
asılı olaraq öz dünyanıza aid qaydalar yarada bilərsiniz. Müəyyən
edəcəyiniz bu qaydalar əhatə etdiyiniz materiala ağırlıq gətirdiyi
kimi, həm personajlarınız, həm
də oxucularınız
üçün risk yaradan
elementləri fərqləndirəcək.
5. Güclü vizual dil yaradın
Oxuculara təsir edəcək,
tarixə və həyata istinad edən güclü vizual dil yaradın.
Məsələn, "Damazlıq
qızın əhvalatı"
əsərindəki distopik
Qileddəki kostyumların
mənbəyi "Old Dutch Cleanser" reklamındakı üzü
görünməyən bir
qadının başındakı
örtüklə tamamlanan
paltardır.
6. Qaydalarınıza sadiq qalın
Spekulyativ fantastika hər
hansı digər fantastika kimidir: mahiyyətcə maraqlı
deyil. Ona görə də, öz qaydaları çərçivəsində
ağlabatan və
realist bir hala gətirilməlidir. Məsələn,
Marqaret Etvud, Conatan Sviftin məşhur "Qulliverin
səyahətləri" əsərini
misal gətirir: əgər siz, əvvəlcə, müəyyən
bir at cinsinin daha fəzilətli olduğuna dair bir qayda yaratsanız,
o inandırıcı və
təsirli dünyanın
illüziyasını pozmadan
bədxah bir at xarakteri yarada bilməzsiniz.
7. Böyük əsərləri oxuyun
Spekulyativ fantastikanın nələr
izah edə biləcəyi barədə
fikir yaranması üçün Marqaret Etvudun tövsiyə etdiyi kitablar bunlardır:
"R.U.R." - Karel Çapek
(1921)
"Yeni Cəsur Dünya" - Oldos Haksli (1932)
"Dünyaların müharibəsi" - Herbert Corc
Uells (1897)
"Zaman səyahəti"
- Herbert Corc Uells (1895)
"Donovanın beyni" - Kurt Siodmak (1942)
"Qulliverin səyahəti" - Conatan
Svift (1942)
"Biz" - Yevgeni Zamyatin (1924)
Həll etmək istədiyiniz
sosial məsələlərin
siyahısını tərtib
edin. Bunlar içərisində hekayənizə
daxil etmək istədiyiniz mövzular
ola bilər. Spesifik olun. Alternativ nizam yaradırsınız və
orada hər şeyə yer yoxdur. Hansı məsələni və ya kəşfi həyata keçirmək istədiyinizə qərar
verin. Qlobal miqyasda hər şeyin mənalı olması lazım deyil. Reallıq çərçivəsində etdiyiniz dəyişikliklər
bütün mövcud
riskləri artırmağa
və ya azaltmağa xidmət edə bilər. Siyahınızdakı maddələrdən
birini götürüb
bu mövzu və ya hadisənin
ətrafında personajlar
qrupu yaradın. Bütün personajlarınız
birbaşa süjetdə
iştirak etməli deyil. Spekulyativ fantastika oxucuları sosial hadisələrin dolayı araşdırmalarından
həzz alırlar. Nəhayət, unutmayın
ki, hansı personajı
seçməyinizdən asılı
olmayaraq, hər biri bədii ədəbiyyatımızdakı hadisələri hiss etməli
və onların nəticələrini müzakirə
etməlidir.
Marqaret Etvudun
Hazırladı: Nilufər
Hacılı
Ədəbiyyat qəzeti. - 2024.- 6 aprel, №11-12.- S. 48.