Qəni Camalzadə nəsri

 

Fərqli düşüncə bucağı

 

Əgər desəm ki, Qəni ilə tanışlığımın 47-48 il tarixi var, mübaliğə deyil, eyni zamanda onun yaradcılığı ilə tanışlığımın yaşı elə bu qədərdi söyləsəm, yenə yalan deyil. Ötən 70-ci illərin qaynar şəhər kitabxanaları: Söhrab Tahirin, Nəriman Həsənzadənin, Ağacavad Əlizadənin, Seyfəddin Dağlının bu mədəniyyət ocaqlarında apardıqları ədəbiyyat dərnəkləri unudulmaz idi. Məhz o dərnəklərdən başlanan yol bizə ədəbi bir məkan - Azərbaycan Yazııçılar İttifaqını (indiki Birliyi) tanıtdı. Orda Süleyman Rəhimovu, Rəsul Rzanı, Mirzə İbarhimovu, Süleyman Rüstəmi, İlyas Əfəndiyevi, Mirvarid Dilbazini, Nigar Rəfibəylini, Bəxtiyar Vahabzadəni, Nəbi Xəzrini, İsmayıl Şıxlını Səməd Vurğunun divardan asılmış iri portretini gördük.

İnanmağa başladıq ki, bizdən gələcəkdə nəsə çıxar. Əlbəttə, həmişə olduğu kimi poeziya nəsri üstələdiyindən adətən dərnəklərdə nasirlər az idi, çoxluq şairlərin tərəfindəydi. Amma etiraf edək ki, nəsrlə poeziya arasında ciddi rəqabət vardı. Cavan olmasına rəğmən gənc nasirlərin lideri yetişmişdi həmişə müzakirələrdə hekayə novellalarını oxuyur, hər kəsdən, ən ümdəsi dərnək rəhbərlərindən müsbət rəy gözləyirdi. Bu, Qəni Camalov (Camalzadə) idi. Zarafat deyildi, Seyfəddin Dağlı, Salam Qədirzadə bu yeniyetmə oğlanın (yaşca hamıdan balacaydı) yumorlu hekayələrinə həvəslə qulaq asır, üzlərinə təbəssüm qonur, hərdənbir hansısa ifadəsinə "əla, oğlum" söyləyir, sonda bütöv fikir bildirirdilər.

Nəsrdə ən qədim maraqlı janr hekayədir. Çünki qısa mətləblə fikrini ifadə etməli, obraz yaratmalı, mövzunu tamamlamalısan. Mən Qəni Camalzadənin ilk hekayələrini ("Təcrübə", "Məktub", "Sonuncu yeznə", "Sibirə ezamiyyət" s.) uzaq keçmişdə oxuyub bəyənsəm , bu yazılardakı dil-üslub rəngarəngliyi, mətn dolğunluğu, yumor-təkiyə özünəməxsusluğu yaddaşımda iz buraxsa da, bütün hallarda onlar yenə dediyimiz kimi ilk qələm məhsullarıdır. Yazıçının mövzu dairəsinin genişliyini, ustalığını, səriştəsini tam şəkildə ortaya qoymur, onu bitkin nasir səviyyəsinə son dövrlərdə yazdığı irili-xırdalı əsərləri qaldırır. Fikrimizin izahına keçməsək üçün konkret nümunələrlə misallara varaq...

Yeri gəlmişkən, "Qanun" nərşriyyatı ötən ildən Hacı Qəni Camalzadənin 15 cilddə seçilmiş əsərlərini buraxmağa başlayıb. Elə birinci cildi bütövlükdə yazııçı- publisistin hekayətlər toplusu  adlandırmaq mümkündür. Əgər bu kitabdan öz peşəkar oxucu marağım üçün "seçim" eləməli olsam, qarşımda böyük bir siyahı yaranar: "Minarənin əri", "Dədəmin təsbehi", "Məşq", "Borc", "Qaraqabaq xalam", "Omba ağrısı", "Xan düyüsü" "Milçək ruzisi", "Yaxşı oğlanın dayısı", "Qayçı", "Yalançı oğul", "Şorba", "Zəif damar", "Nağıl gecəsi", "Paz", "Yazmağın xeyri", "Qisas günü", "Manatın məzənnəsi", "Teleqram", "İdarə zarafatları" i.a. Sözsüz ki, nasir kiçik nəsr əsərləri arasında özü seçim etməyib, arada fərq qoymayıb. Yəni, kitabda həm yazıçının köhnə hekayələri yer alıb, həm yeniləri.

Sözümün başlanğıcında bildirdim ki, mən Qəni Camalzadənin ən qədim dostlarındanam insan kimi sabit, mürəkkəb xarakterinə, xasiyyətinə yaxş bələdəm. O, ilk baxışdan ciddi təsir bağışlayır əgər yaradcılığını öyrənməsən, oxumasan, elə səndə quru adam təsiri oyadar. Ancaq o zaman ki, Qəninin qısa, lakonik hekayə novellalarını, miniatürlərini mütaliə edirsən, "qaraqabaq", tündxasiyyət, ciddi Qəni çevrilib olur gülərüz, zarafatcıl, daxili dünyası başan-ayağa yumorla dolu bambaşqa bir zəngin Qəniyə. Mən bu vaxt sevdiyim nasiri oxşadıram "Aldanmış kəvakib"i (Yusif Sərrac), "Hacı Qara"nı (Mərdi-Xəsis) yazan Mirzə Fətəli Axundzadəyə. Bir az da Mirzə Cəlilə, Əbdürrəhim bəy Haqverdiyevə. Ən nəhayətdə nəhəng türk satiriki Əziz Yesinə. Təbii ki, bu bənzərlik zahirəndir, dərinliklərə, daxilə varsan, müasir, çağdaş Qəni Camalzadə nəsri ilə klassiklərin əsərlərinin müqayisəli təhlilində kəskin fərqlər mövcuddur. Hər kəsin öz baxış bucağı, şəxsi dəst-xətti, yazı manerası...

Hacı Qəninin nasir fərdiliyi fərqliliyi ondadır ki, istər lap kiçik hekayə olsun, istərsə irihəcmli roman - o, asan süjet qurur. Əsas məsələ mövzunu mənimsəmək, idrakının nəhayətsiz təxəyyülünün süzgəcindən keçirməkdi. Sonra forma-qəlib özü-özünü müəllifə diqtə edir. Məsələn, yazıçıının cəmi beş səhifəlik "Minarənin əri" hekayəsini götürək. Əsər üçün maraqlı, qəribə quruluş tapılıb. Ərlə arvadın ailə münaqişəsi baş mövzudu. Minarə elmi işçidi, tədqiqatla məşğuldu. Kişi (Hekayədə əvvəldən axıradək evin kişisinin adı çəkilmir, elə Minarənin əri deyilir) isə musiqiçidi, ansamblda tranban çalır. Vaxtilə nazlı-qəmzəli Minarəni necə ələ keçirmişdisə, ona məhəbbət nağılı danışmıışdısa, Minarənin əndamı əsim-əsim titrəmiş, musiqiçi oğlana bir könüldən min könülə vurulmuşdu. Daha əyri boruya oxşayan qeyri-adi çalğı alətinə əhəmiyyət verməmişdi.

Doğrusu, elə Minarəni özündən çıxaran ərinin "tranban" adlandırdığı musiqi alətiydi, bunu həvəslə, coşqun ehtirasla çalmasıydı. Qadın həmkarlarının, peşə dostlarının yanında lap utanıb yerə girirdi, ərinin çalğı alətinin adını söyləməyi ar bilirdi. Elə iki ayağını bir başmağa dirəyib deyirdi, kişi musiqiçidi, daha incələyib o zəhrimar əyri alət barədə məlumat vermirdi. Düzdü, ərinin azdan-çoxdan qazancı var idi, ailə xərcləri, bazar-dükan əlinə baxırdı. Minarə əmr edirdisə, dərhal kişinin canına "vicvicə" düşür, yavaş-yavaş halı pozulur, əhvalı dəyişilirdi. Neyləyəsən ki, qadın qane deyildi, deyingən idi, küncdə-bucaqda qır-qır qırıldayır, tranbanı bəhanə gətirir, lənət oxuyurdu. Kişi qırıla-qırıla qalır, söz tapmır, çörək ağacını hərdənbir evdə çalır, məşq edirdi...

Sonda yazıçının məqsədi aydınlaşır: o, adi məişət evdarlığını, biş-düşü   bacarmayan, hazırladığı xörəyi pişik yeməyən lovğa, eqoist, özündənrazı "alim" Minarənin üzünü açır. Bülbül kimi dil-dil ötən kişi qəzəblə  "dublyonkan üçün, bahalı qolbağın-saatın üçün çalıram o əcaib borunu, balalarımızın dolanışğı naminə çalıram" söyləyir gözləri yaşarır. Ağzından od tökülürdü bu od-alov arvadı qarsımağa, vücudunu bürüməyə  başlamışdı. Çünki Minarə ailə qurduğu bu neçə ildə ilk dəfəydi ərinin gözlərində yaş görürdü. Kövrələn qadının gözlərindən gildir-gildir yanaqlarına yaş süzüldü. "Elə o gündən Minarənin əri hava çalırdısa, Minarə o havaya oynayırdı".

"Qaraqabaq xalam", "Hər şeyin öz adı", "İstehsalat təcrübəsi", "Hasarın söküyü", "Füzuli elektronika", "Xeyir ", "Şirin dördlük", "Qayçı", "Xəzinə", "Zəif  damar", "Nağıl gecəsi", "İtik impuls", "Teleqram", "İdarə zarafatları" hekayələri həcm etibarı ilə yığcamdı, nağılçılıqdan, uzun didaktidadan pafosdan uzaqdır - qəhrəmanlarının əksəriyyəti istehsalat adamlarıdır, sadə peşə sahibləridir, yəni tikintini seçən sıravi fəhlələr, bənnalar, maakeşlər, zavod fabriklərdə işləyən, kirpiyiylə od götürən tornaçılar, qaynaqçılar, təlim ustaları, sağıcılardır. "Qaraqabaq xalam"da yazıçı şəhərlə kəndi qarşılaşdırır. Xədicə adlı kolxozçu istehsalat zədəsi alan mühəndis elektrik bacısı oğluna düyə bağışlayır. Şəhərin dəbdəbəli həyatından Abşeronun bağlar massivinə keçən bu şəxs mehri-məhəbbətini heyvana salır. Bu ünsiyyət sayəsində inəyin balası böyüyür, artıb-törəyir. Südü ilə həm mühəndis dolanır, həm başqaları. Qəni incə yumorla şəhərli "maldarı" yenidən sağıcı xalası Xədicəylə görüşdürür. Kolxozçu qadın israrla bildirir ki, "Mərcan" cinsli inəyi hər gün dörd vedrə süd verir. Təqaüdçü mühəndis inəyinin yalnıız iki vedrə süd verdiyini söyləyir. Məsələ qarışır, qəlizləşir. Məlum olur ki, həqiqətən  inək günə iki vedrə süd verməyə qadirdir. Kolxozun hiyləgər sədri iki vedrə südə iki vedrə su qatırmış.

Qəni Camalzadənin yazı dilində işlənən istehsalat terminləri rəngarəngdir: onların bir qismi  məkan bildirir: məsələn, kombinat, sex, laboratoriya, zavod, müəssisənin təcrübə stansiyası, fabrik, maqnit sahəsi. Bu terminlər dərhal qaynar əmək meydanını, orda qan-tər tökən zəhmət adamlarını canlandırır. İkinci qisim adlardır - termin adları. Qaz borusu, dəzgah, cihaz, buxar maşını, termometr, zindan, körük, hesablayıcı sayğıc, dəmir çəkic, rəndə, sink, mişar, külüng, daş piltə, mis qab, elektrik fanarı, malaçəkən, mikroskop s. Bu texniki terminlər təsdiq edir ki, bir nasir kimi Qəni istehsalatdan gəlir, orda bərkiyib, orda möhkəmlənib.

"Hər şeyin öz adı" "Hasarın söküyü" yaxın mövzulardır. Hadisələr yenə istehsalat həyatında cərəyan edir. Hekayələrdə Fatma, Züleyxa, Vilayət, Xəlil müəllim, Murad kimi müasir gənclərin surətləri canlandırılıb. Sözsüz, kiçik mətnlər üçün gərək elə konkret məzmun seçəsən ki, heç olmasa, bir neçə kəlmə ilə kimlikləri bilinsin, xarakter cizgiləri açlsın. Yoxsa əsərin qəhrəmanının surəti havada asılmış şəkildə qalar. Bu mənada dəqiqlik Qəninin maraqlı, məzmunlu hekayələri üçün başlıca şərtdir. Baxmayaraq, yazıçının yaratdığı obrazlarla cəmi bir neçə saniyə ya dəqiqə olursan, onlar unudulmur, yaddan, hafizədən çıxmır, idaraka hopur, fəlsəfi-estetik mahiyyətini tapır. "Göz ağrısı"nda (Aşbaz Ağaəmi, Zərifə, həkim), "Xeyir iş"də (Məmməd, Alxan, Sürəyya bacı), "Qayçı"da (Şakir Mahmudov), "Papaqçı oğlu"da (Əli Cavan), "Xəzinə"də (Usta Səlim) həqiqətən detallara üstünlük verilir, yalnız ştrixlərlə, qısa dialoqlarla müxtəlif oxucu tipi ilə rabitə yaradır.

"Bədbəxt kələkbaz", "Məzənnə", "Namərd zəmanə", "Qorxulu məktub", "Usta İbişin Məmiş dostu", "Yamaq", "Şura həsrəti", "Fərasətli məmur", "Qiymət", "Bir məktəbin qiyamı", "Sabah pul günüdür", "Həkim" əsərlərində dövrün aktual problemləri diqqət mərkəzinə çəkilir, zəmanənin, mövcud quruluşun doğurduğu çətinliklər kəskin satira atəşinə tutulur, obyektiv təhlil olunur, məchul suallara cavab axtarılır. Qəni Camalzadənin yumorlu əsərlərindən ("Həmzənin nağılı", "Basdar ulduza hürürdü", "Tamah", "Ağbulaq xotuğ sənətini dəyişir", "Bala filin nağılı", "Zibil", "Müdrik buqələmun") başqa bütün digər ciddi mövzulu əsərlərinə bir "dodaqqaçdı" hökmdür. Qəninin gülüşü gülüşdür, daxili ironiyadan doğur qətiyyən süni təsir bağışlamır. Qoqolun "Müfəttiş"ini, Çexovun kiçik "Məmurun ölümü"nü kim mütaliə eləməyib ki? yaxud Mirzə Cəlilin "Quzu"sunu oxumayan, "Poçt qutusu"ndan xəbərdar olmayan varmı? Yox, inanmıram. sevinirici haldır ki, Qəni Camalzadənin obrazları gülüşün ironiyanın ən dərin alt qatından gəlir onların yaddaqalan olacağına ürəyimdə dərin inam var.

Nasirin roman yaradıcılığı barədə. Bu hərtərəli möhtəşəm janrda hələlik say dördə bərabərdir şübhəsiz, Qəni Camalzadənin əlyazmaları şəxsi arxivində qorunur, onların içində yarımçıqları var, yazarın haçansa "sandıq ədəbiyyatı"na qayıdacağına, "laboratoriya"sına məqssədli dönəcəyinə inanıram. "Qızıl xotuğ", "Karxana", "Kiaksarın axırıncı savaşı" "Şeytana daş atanlar". Mən 15-20 il öncə "Azərbaycan" jurnalında dərc olunan elə bu dərginin səhifələrində  sevə-sevə oxuduğum "Qızıl xotuğ"u ümumən nəsrimizdə hadisə sayıram. Abşeron kəndlərinin keçmişindən, çeşidli insan xarakterlərindən bəhs edən "Karxana"nı da ciddi nəsr nümunəsi hesab edir bəyənirəm. Hər yazıçının tarixə bir "papaq atmağı" var Qəni Azərbaycan tarixini incəliklərinə qədər öyrənən ədibdir, bu mənada qədim Midiya dövlətinin yaranmasını, varlığını araşdırıb, özündən keçirib, məşhur şahənşah haqda zəmanənin hadisələri civarında ("Kiakasarın axaranca savaşı")  roman yazb. "Şeytana daş atanlar"ın da mövzusu müasir həyatımızdan alınıb orijinal quruluşa malik əsər təsiri bağışlayır.

"Qızıl xotuğ" tam şəkildə təkcə roman yox, həm kino-komediya ssenarisidir. Bu əsər Camalzadə yaradıclığının şah əsəridir kifayət qədər zidiyyətli, maraqlı qəhrəmanları var: Romanın mərkəzi  baş surəti Vətənimizin cənub bölgəsində - dağlıq rayonlarımızın  bir uzaq guşəsində ixtiyar ömrünün son çağlarını yaşayan Ehsan babadır, kətda qızı arvadı Gilə nənədir, Bakıda Sumqayıtda ailə quran oğlanları - Cəmo, Cümü Əbidir. Eyni zamanda Qardi əmi, Gülnaz, Molla Bala (əsl adı Balamirzə), zastava komandiri, Höccət, Xudu, sədr Ağabala, Əsvər (Ninioğlu), Məmi, briqadir Həzər, proffessor Morel (fransız), Gülər, Qəmər xanım, Gülbahar, Janet, Ataxan müəllim, Güdə Bağır, Fərhad, İslam ağa s. kimi obrazlar koloriti ilə yadda qalır, əsəri bütövləşdirir. Gülüş isə romanın ana xəttidir. Yazıçı təkcə oxucunu (tamaşaçını) güldürmür, personajların özləri yeri gələndə hədəfə çevrilir.

"Karxana" romanında karxana simvolik bir addır müəllif bəri başdan haqlı surətdə etiraf edir ki, həmin ad həm ünvandır həm qeyri-müəyyən məkan. Az qala mifik əfsanə səciyyəsi daşıyan hadisələrdən uzun zaman ötüşüb, bu kəsikdə roman qəhrəmanlarının meydan suladıqları, cövlan elədikləri ərazilərin doğru-dürüst yeri-yuvası dəfələrlə dəyişib. Bəlkə müəyyən məxfi orqanlar tərəfindən izini-tozunu itirmək üçün qəsdən dəyişdirilib, yəni qanuni oğruların keçirtdikləri yığıncaq, sığınacaq ərazilərin adları unudulmaq, yaddaşdan silmək naminə pozulub. Karxana da belə bir hafizələrdə bir-birinə ötürülmüş qeyri-dəqqi ifadədir: guya hadisələr məhz burda baş verib, burda baş tutub.

Taxta Ravil (Kazan tatarı), Asta, Lotu Faxı, Rahib, Polkovnik, Vağzal rəisi, Mariya, Topal, Səmayə, Hatəm ağa, Kaştan kişi, Şiri Şiriyev, Mir Qədir ağa, Mir Canpolad Sərraf, Nazıoğlu Qulu, Artuş, Mara (hər ikisi erməni), Simsar xanım, Gülü, sürücü Mizi, Teddi, Yelena, Dadaş, Nemət, Xalis, Tiqran (erməni), Şikil, Gürsümoğlu, Suçu, Piri, Cinni Cani, Bic Əbdül, Albina kimi epizodik əsas surətlər göstərir ki, oğru qanunlarına sədaqəti ilə seçilən, idarə olunan bu adamların hər birinin öz mənliyi var. Onlar mövcud cəmiyyətin bir hissəsini təşkil edirlər bizdən tam təcrid deyillər. Kiminin uzaq qohumlarıdır, kiminin yaxın qohumları, kiminin dostu-aşnasıdırlar, kiminin qan düşmənləri. Dünya belədir, heç kəs doğulanda əvvəlini, axırını bilmir, hansı yolun yolçusuna çevriləcək, cəmiyyətdə yerini tuta biləcəkmi, yoxsa girdaba yuvarlanacaq, həyatın ən naqis, passiv üzvünə çevriləcək?

Qəni Camalzadə qətiyyən "yoruldum" deyib, qələmi yerə qoymur. Nasir eyni ilhamla xırda-para hekayələrini yazır, zəhmətə qatlaşıb, iri həcmli romanlarını bitirir, Uca Tanrının ona bəxş elədiyi istedad imtiyazından mümkün qədər çox yararlanmağa çalışır. Mən bu müqəddəs yolun yolçusuna "Allah yardıımçın olsun!" - deyirəm başa çatdırdığım bu qeydlərimə ehtiramla nöqtə qoyuram.

 

Ağacəfər Həsənli

Ədəbiyyat qəzeti. - 2024.- 6 aprel, ¹11-12.- S. 40.