"Dəmir pərdələr" aralandı, qapadıldı ...

 

"Mehdi Hüseyni öldürdülər..." 1965-ci il martın 10-da Nəbi Xəzri Bakıdan Moskvaya, SSRİ Yazıçılar İttifaqının rəhbəri Georgi Markova zəng vurub təlaşla bunu deyəcək əlavə edəcəkdi: "Elə iclasdaca öldürdülər". Söhbət Azərbaycan Yazıçılar İttifaqının sədri, xalq yazıçısı Mehdi Hüseyndən gedirdi.

Vəziyyəti araşdırmaq üçün Moskvadan Bakıya o vaxt orada yaşayan azərbaycanlı yazıçı Çingiz Hüseynov göndəriləcəkdi. Bakıda iclasda Mehdi Hüseynin ürəyini partladan "troyka" (Çingiz Hüseynovdan iqtibas etdiyim bu söz indi daha çox 1930-cu illərin repressiya maşınını yada salır!) isə Çingiz Hüseynovla Moskvaya xəbər göndərməyə çalışacaqdı ki, ölümlə nəticələnən münaqişənin kökündə Mehdi Hüseynin millətçiliyi olub. Bunları Çingiz Hüseynov sonradan öz xatirələrində yazacaqdı. Ancaq hələ bunlar olmamışdı...

Mənim bu hadisəni xatırlamağıma səbəb isə "Qazax Xeyriyyə" İctimai Birliyinin təşəbbüsü ilə Mehdi Hüseynin "Bir ay bir gün" kitabının "Çapar" nəşriyyatı tərəfindən yenidən nəşr edilməsi oldu. 

...1963-cü ilin yazı idi. Azərbaycan Yazıçılar İttifaqının rəhbəri Mehdi Hüseyn Türkiyəyə Sovet hökuməti tərəfindən mədəniyyəti təmsil edən rəsmi nümayəndə kimi göndərilmişdi. Bu o zaman idi ki, Sovet İttifaqında bolşevik rejiminin Stalindən sonrakı yumşalmaları öz bəhrəsini verir, Nikita Xruşşovun cəhd etdiyi dünyaya açılım sayəsində, bütün natarazlıqları siyasi lətifələri ilə bərabər,  havada "mülayimləşmə" hiss olunur, elm, təhsil, mədəniyyət, ədəbiyyat canlanma yaşayırdı. Göylə əlləşən Sovet İttifaqı artıq kosmosu fəth eləmişdi. Türkiyədə isə Mehdi Hüseynin səfərindən üç il əvvəl "27 Mayıs darbesi" - dövlət çevrilişi olmuş, xalqın iradəsi ilə seçilmiş Baş nazir Adnan Menderes hökumətin bir çox yüksək vəzifəliləri hərbçilərin əli ilə vəzifələrindən götürülərək edam edilmişdi. Ölkədə siyasətin ağırlıq mərkəzi yerini "sol"dan "sağ"a dəyişməkdə, ictimai həyat ayaq üstə dayanmaq üçün tarazlıq nöqtəsi axtarmaqda idi. Bir yandan da, kommunist ideologiyasının qorxusu, insanlarda "sol"a inamsızlıq daha betəri hərbi çevrilişin yaratdığı fobiya, vahimə hökm sürürdü...

Həmin həssas mürəkkəb dönəmdə dünyanın iki supergücündən biri olan sovet hökumətinin strateji məqsədlərindən biri rəqabət apardığı Amerikanın təsir dairəsində olan Türkiyə ilə mülayim qonşuluq münasibətləri qurmaq, Türkiyə dövlətini xalqını mümkün olduğu qədər öz tərəfinə çəkmək, öz müttəfiqinə çevirmək idi...

Sovet İttifaqı rəhbərliyinin Azərbaycan Yazıçılar İttifaqından Mehdi Hüseyni rəsmi nümayəndə kimi Türkiyəyə göndərməsi isə gəlişigözəl təsadüf ola bilməzdi. Bunun Mehdi Hüseynin öz arzusu ilə təşkil edilmiş "yaradıcılıq ezamiyyəti" olduğunu düşünmək sadəlövhlük olardı. İdeoloji baxımdan inanılmış, kəskin mühakiməli, özünü sözünü dəqiq ifadə edən, savadlı, yüksək xarizmatik keyfiyyətlərə malik, ən başlıcası da, türk dilində danışan, türk mənşəli bir ziyalının Türkiyə səfərinin təşkil edilməsi dövlətlər arasında münasibətlərə "xalq diplomatiyası"nın müdaxiləsi üçün, heç şübhəsiz, perspektivli "gediş" kimi hesablanmışdı. Bu, həmin dövrdə Türkiyə siyasətində Amerikanın təsirini neytrallaşdırmaq məqsədilə atılmış addımlardan biri kimi başa düşülə bilərdi. Ancaq perspektiv - qarşıdakı üfüqlər o qədər qarışıq dumanlı idi ki... 

Mehdi Hüseyn 1963-cü ilin aprel-may aylarında Türkiyədə paytaxt Ankaradan başlayıb, müxtəlif şəhərlərdən keçəndən sonra İstanbulda başa çatan 30 günlük səfər təəssüratlarını, ayrı-ayrı görüşlərin təfərrüatlarını, siyasət, ədəbiyyat, teatr, rəssamlıq kino haqqında düşüncələrini yaddaş qeydləri - gündəlik formasında qələmə almışdı. Həmin qeydlər "Bir ay bir gün" adı ilə kitabça şəklində həm Moskvada (rus dilində), həm Azərbaycanda nəşr olundu Azərbaycanda sovet hökumətinin, bəlkə elə Mehdi Hüseynin özünün gözləmədiyi böyük maraq sevgi ilə qarşılandı...

Məsələ bundadır ki, Mehdi Hüseynin qələmə aldığı gündəlik qeydləri Azərbaycan oxucusuna sovet qadağalarının, "dəmir pərdə"nin arxasındakı Türkiyəni, oradakı mədəni ictimai həyatı, insanların yaşayış düşüncə tərzini, ən başlıcası isə, Azərbaycana, Azərbaycan ziyalısına münasibətini görməyə imkan yaratmışdı. Bu qeydlərlə Azərbaycan oxucusu üçün "dəmir pərdələr" aralanmış, uzun sürən həsrətin buz sükutu sınmışdı. Türkiyəyə ideoloji baxımdan arzuolunmaz bir cəbhədən gələn Mehdi Hüseynin bir ay ərzində gördükləri, müxtəlif mövqeli ziyalılar ilə görüşləri onillər boyu pantürkizmdə ittiham olunmaq qorxusunu içində daşıyan Azərbaycan oxucusunun təsəvvüründə yeni Türkiyənin real obyektiv mənzərələrini canlandırırdı. Bu mənzərənin başı üstündə isə Cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürkün qəlblərə həkk olunmuş möhtəşəm abidəsi ucalırdı. Mehdi Hüseynin görmək istədiyi Türkiyə Atatürk yolu ilə gedən demokratik dövlət olmalı idi. 

"Ankaranın gecə işıqlarına baxırdım. Elə bil rəngarəng muncuqları parıldaşan nəhəng bir boyunbağı qırılıb düzə səpələnmişdi. Sapından qopmayan bir cərgə muncuq isə düzünə uzanıb gedirdi. Mən dostlarımdan soruşdum:

- Bu, yəqin ki, küçədir, deyilmi?

- Bəli, - dedilər, - Atatürk caddəsi!..

Sonralar Ankaranın ümumiyyətlə Türkiyənin həyatı ilə yaxından tanış olduqda mən şəhərin bu gecə mənzərəsində isə simvolik bir məna görməyə başladım: Türkiyənin istiqlaliyyətini qorumuş bir şəxsiyyət kimi sevilən yad edilən Mustafa Kamal Atatürk xalqına bu cür işıqlı düz bir yol arzulayırdı..."

Səfəri boyunca sovet bayrağı daşıyan səfirlik maşınında səyahət edən, bununla belə, Türkiyə Cümhuriyyətinin qardaş türk xalqının işıqlı düz yolda irəliləməsini istəyən Mehdi Hüseynin düşüncələrində marksist ideologiyanın təsiri qədər aşkar görünsə , bu onun Atatürkə qardaş Türkiyə dövlətinə olan rəğbətinin üstünə kölgə salmırdı. Mehdi Hüseyn yol qeydlərində Atatürk sevgisini hər fürsətdə var səsi ilə car çəkməyə çalışırdı bunu etmək üçün onun əlində "daşdan keçən" bir əsas vardı: vaxtilə Atatürklə Lenin arasında isti münasibətlər olmuş, gənc Türkiyə dövləti öz rəhbərinin iti zəkası uzaqgörənliyi sayəsində bu münasibətlərdən yararlanmışdı. Mehdi Hüseynin yaddaş qeydlərinin altında o vaxt Yer kürəsində yeganə müstəqil türk dövləti olan bir ölkənin gələcək taleyinin közərtilərini görməmək mümkün deyildi. Ankarada Atatürkün məzarını ziyarət edən Mehdi Hüseyn öz təəssüratlarını bu sözlərlə bölüşürdü:

"...boz sərt daşlar üzərində Atatürkün ayrı-ayrı fikir ideyaları nəqş olunmuşdur; bunların hamısının mərkəzində, məqbərənin uca sütunlarından aşağıda, bütün binanın eni ilə müvazi uzanan naxışlar arasında "Hakimiyyət qeydsiz-şərtsiz millətindir" sözləri daşlara həkk edilmişdir".

Türkiyənin, Türkiyədən çox könülsüz nikah üzərində qurulmuş Sovet İttifaqının da millətin hakimiyyətinə çox ehtiyacı olduğu bir zamanda, Atatürk abidəsinin bu cür təqdimatı Azərbaycan xalqının yaddaşındakı milli hakimiyyət, milli dövlət duyğusunu oyatmaqla yanaşı, Atatürk obrazını da yenidən canlandırmağa xidmət edirdi. Hələ 1920-ci illərin əvvəllərində, Atatürkün yeni qurduğu Türkiyə Cümhuriyyəti ilə Nəriman Nərimanovun rəhbərlik elədiyi Azərbaycan Sovet Respublikası arasında münasibətlərin öz axarı ilə getdiyi bir dövrdə ziyalılarımız Türkiyə ilə Azərbaycan arasında ortaq bir gələcək görməyə göstərməyə çalışırdılar. Bunun ən parlaq nümunələrindən biri böyük maarifçi yazıçımız, Azərbaycan türklərinin milli ideologiyasının formalaşmasında əvəzsiz xidmətlər göstərmiş Nəcəf bəy Vəzirovun 1923-cü ildə yazdığı "Təzə əsrin ibtidası" pyesidir. Əsərdə Azərbaycan gəncləri yeni zəmanənin təntənəsini "Mustafa Kamal marşı"nın sədaları altında qeyd edirlər...

Mehdi Hüseyn o vaxt Türkiyədə "Atatürk inqilabından sonra ikinci bir həyat mərhələsinə ehtiyac duyulduğu" qənaətinə gəlmişdi. "Dünyaya İstanbuldan pəncərə açılır! Türkiyənin ziddiyyətləri - onun tərəqqi xilas yoludur..." yazmışdı.

Mehdi Hüseynin yazdıqlarının, eləcə 30 gün ərzində Türkiyədəki görüşlərinin Türkiyənin siyasi, ictimai mədəni həyatına hər hansı ciddi təsiri barədə fikir söyləmək çətindir. Ancaq birmənalı deyə bilərik ki, bu qeydlər Azərbaycan oxucusunun yaddaşında kəskin silkələnmə yaratmış, dərin ziddiyyətlər içində tərəqqi xilas axtaran Türkiyəni Azərbaycan oxucusuna xeyli yaxınlaşdırmışdı...

Ancaq az sonra Mehdi Hüseynin söykəndiyi divarlar yıxıldı. Onun Türkiyə ilə müqayisə etməyə ehtiyatla yanaşdığı, lakin fürsət düşəndə nümunə göstərməyə çalışdığı Sovet İttifaqının "tərəqqi xilas yolu" yarıda qırıldı...

murtamsanMehdi Hüseynin yol qeydlərinin nəşr olunduğu 1964-cü ilin payızında Moskvada dövlət çevrilişi baş verdi. Nikita Xruşşovu Kommunist partiyasının əli ilə hakimiyyətdən uzaqlaşdırdılar "boşalmış qaykalar"ı yenidən bərkitməyə başladılar. "Dəmir pərdələr" bir daha endirildi, yenidən "millətçi ovu"na şərait yarandı. Bunun üçün Azərbaycanda "Bir ay bir gün"ün müəllifi tam uyğun bir hədəf kimi seçilmişdi. Onun Moskva tərəfindən yüksək vəzifəyə çəkilə biləcəyi barədə ehtimallar da bu hədəfə münasibətin daha da aqressivləşməsinə təkan verirdi...

Onu da deyim ki, Mehdi Hüseynin ölümünün mahiyyəti  istər o vaxt, istərsə , sonradan bəsitləşdirilərək vəzifə üstündə çəkişmə, "kreslo davası" kimi təqdim edilib. Yenə Çingiz Hüseynovun xatirələrinə əsasən, bu versiya ilk dəfə Moskvada irəli sürülüb, Azərbaycana rəhbərlik eləyən Vəli Axundov hökumət telefonu ilə SSRİ Yazıçılar İttifaqına zəng vurub elə orada da əlüstü qərar verilib: "Rezulğtat intriq!" Yəni "intriqaların nəticəsi!"

Mehdi Hüseynin ürəyini partladan "troyka"nın (Çingiz Hüseynov xatirələrində onların adlarını da çəkib) üzvlərindən heç biri sonradan onun vəzifəsinə keçməyə iddialı olmadı. Ortada vəzifə intriqası olsaydı, onlar bir-birlərinin başını yeyərdi. Mehdi Hüseynin ölümü, əslində, tarixi prosesin məntiqindən doğan faciəvi bir qətl idi. Xruşşov islahatlarının qarşısı kəsiləndən sonra Mehdi Hüseynin missiyası başa çatmışdı. Dünyanın iki supergücündən biri olan SSRİ-nin batdığı sonradan "durğunluq" adlandırılan bataqlıq "şər imperiyası"nı iflasa aparacaqdı. Mehdi Hüseyn bu iflasın ilk qurbanlarından biri oldu.

Kəskin tarixi silkələnmələrdən keçən "tərəqqi xilas yolu"nun o biri başında isə Azərbaycanın öz müstəqilliyinə qovuşması, tarix səhnəsində Türkiyə ilə  "bir millət, iki dövlət" kimi qoşa addımlamaq perspektivi vardı. Mehdi Hüseyn, yəqin ki, bu perspektivi görməmişdi.

Mehdi Hüseynin yaddaş qeydlərini - "Bir ay bir gün" kitabını indi fərqli mövqelərdən oxumaq, oradakı bəzi məqamlara tənqidi yanaşmaq, bəzi fikirləri səhv hesab etmək, bəzi mülahizələrlə razılaşmamaq da mümkündür. Ancaq bir həqiqət var ki, bu kitab tarixi yenidən vərəqləmək, keçib gəldiyimiz "ildırımlı yollar"a nəzər salmaq baxımından bu gün Azərbaycan oxucusu üçün , Türkiyə oxucusu üçün çox maraqlı lazımlıdır.

 

Məti OSMANOĞLU

Ədəbiyyat qəzeti. - 2024.- 6 aprel, ¹11-12.- S. 41.