Nizami Gəncəvinin mərhəmət
- sosial dövlət anlayışı
"Yeddi gözəl" məsnəvisinin "Quraqlıq ilinin təsviri və Bəhramın şəfqəti" adlı bölməsinin şərhi
(Əvvəli burada)
İyirminci doqquzuncu beytin şərhi:
fərman yazıldı
"(Tanrının)
belə bir fərmanı yazıldı
-
Ki, dörd
il ölüm ölkəndən
uzaq olsun".
Mətndə iç
səsin - müjdə
gətirən səsin
üç beytlik sözü var, bu, sonuncusudur, iki gözəl xəbəri
var: Bəhramın mərhəmətlə
mayalanmış niyyətinə
görə Allah qıtlıq
bəlasını onun
ölkəsindən uzaqlaşdırdı.
Şah qıtlıqdan
ölmüş o bir insanı düşündüyünə,
üzüldüyünə, məsuliyyəti üzərinə
götürdüyünə, Allaha dua etdiyinə
görə ikinci müjdə də gəldi: Nizami ikinci müjdəni bu vasitələrlə tanıdır:
- İç səs "dörd il"
deyir, bu dörd il qıtlıq illərinin qarşılığıdır,
ağır sınaq illəridir, o illər ki, Bəhram hər kəsə mərhəmət
hərəkatı ilə
xalqı ölümün
pəncəsindən qurtardı,
ilahi imtahandan keçdi, mərhəmətin,
mərhəmətli şahın,
sosial dövlətin gücünü göstərdi,
bircə insanın ölümünü belə
özünə dərd
etdi;
- Mətndə
"dörd il" sözünün
sonunda bitişən əvəzlik biçimində
"sən" əvəzliyi
var, bu işləri yerinə yetirir: 1) Bəhramı, onun mərhəmətini önə
çıxarır - qıtlığın
olduğu dörd il sənin illərin idi - sınandın, qazandın; 2) Allahın müjdəsinin keçərlilik
tarixi də dörd ildir - sənin dörd ilinin qarşılığıdır,
sən imtahan olundun, xalq əziyyət
çəkdi, Allahın
müjdəsinin hökmü
təkcə sənə
deyil, hər kəsə aiddir, Allah mərhəmətli Bəhrama
görə hər insana aid müjdə göndərir - O, bu dərəcədə mərhəmətlidir,
saleh əməlin qarşılığını qat-qat verər; 3) bu ölçü mərhəmətin
dəyərini göstərir,
bir insanın mərhəməti Allahın
mərhəmət xəzinəsinin
qapısını açdı
- mərhəmətin qarşılığı
mərhəmətdir;
- İç səs ilahi müjdənin dəyərinin,
böyüklüyünün ifadəsi üçün
bu vasitələrə
yer verir: 1) "yazmaq" ("yazılmış"
biçimində) feilini
seçir, əsla pozulmayacaq biçimdə yazılmışdır, Allahın
sözü dəyişməz,
qətidir, hökmdür,
əmrdir - Qurani-Kərimdə
Allahın bir sıra əmrləri
"yazıldı" biçimində
gəlmişdir, məsələn,
"oruc sizə yazıldı", fərz
oldu, əmr edildi - çox önəmlidir...; 2) "mənşur"
yazıldı, iç
səs məhz "mənşur" sözünə
yer verir, onu qafiyə mövqeyində işlədir,
müjdənin dəyərini
göstərir, söz
ərəbcədir, "n-ş-r" kökündəndir, eyni kökdən olan sözlər bu mənaları əhatə
edir: "diriltmək"
- o elə bir müjdədir ki, xalqı
maddi-mənəvi baxımdan
dirildəcək; "açmaq"
- inkişafın, ümidin
yolunu açacaq;
"yayılmaq" - hökmü
hər kəsə aid
olacaq; "genişlətmək"
- o ilahi müjdə xalqı darlıqdan qurtaracaq; "fərman"
- ən uca məqamın sözüdür,
Allahın əmridir;
"namə" / "məktub"
- Allah mərhəmətli Bəhrama
"məktub göndərmişdir"
- Onun əməyinə
bu qədər dəyər verir, məktubu məhz onun adına, onun işinə görə imzalamışdır;
- İç səs ilahi müjdənin dəyərini
göstərmək üçün
onun keçərlilik
tarixini də açıqlayır: dörd
il, bu zaman dilimi mərhəmətin önəmini
vurğulayır;
- Bu dörd ildə nə olacaq? "Sənin diyarında", yenə
"sən" əvəzliyi
gəldi (üç beytdə beş "sən" əvəzliyi
var, ikisi rədif yerindədir), hər şey Bəhramın adına bağlandı - mərhəmət, mərhəmətli
şah, sosial dövlət ilahi müjdəyə yol açdı;
- "Diyarından"
deyir, məkanı böyüdür, Bəhramın
hökmünün keçdiyi
hər yerdən, hökm hər kəsə aiddir;
- "Ölüm
uzaq olsun" - Bəhramın ölkəsində
dörd il ölən
insan olmayacaq, feil əmr biçimindədir
- "dur başəd", uzaq olsun, fərmandır,
ilahi hökmdür, mərhəmətin dəyərini
göstərir - həyati
önəmi olan şeylər əmr biçimində ifadə olunur;
- Bəhramın mərhəmətinin qarşılığı
onun ölkəsində
dörd il ölüm
hökmünün qaldırılmasıdır,
yəni mərhəmət
həyat, dirilik, ümiddir;
- "Ölüm
uzaq / iraq olsun" - bu, xalqın dilidir, onun anlayışına uyğundur, Nizami hər kəsin anlayacağı biçimdə
deyir ki, ölüm Allahın dəyişməyən
qanunudur - hər kəs öləcək, ancaq elə bir dəyər var ki, Allah
məhz ona görə ölüm qanununun hökmünü dörd ilə təxirə saldı, o dəyərin adı mərhəmətdir, mərhəmətli
olun, ey insanlar, o sizi xilas edəcək!
Otuzuncu beytin şərhi:
bir nəfər də ölmədi
Onun məmləkətində böyükdən
kiçiyədək,
Belə nağıl edirlər ki, dörd ildə bir nəfər də ölmədi.
Məsnəvinin süjet
xətti yeni bölməyə
keçir, mərhələləri
yada salaq, Nizami mərhəmət anlayışını,
mərhəmətli şah
obrazını, sosial dövlət ölçüsünü
inşa etmək üçün: şiddətli
quraqlığı, onun
ortaya çıxardığı
qıtlığı, aclığı,
Bəhramın qərarvermə
biçimini, tədbirlərini,
hər kəsə mərhəmət hərəkatını,
bu hərəkatın
nəticələrini, xalqın
xilasını, bircə
insanın ölümünü,
Bəhramın o bir insanın ölümünə
görə Allaha duasını, duanın qəbulunu, ilahi müjdələri tanıtdı,
Allahın mərhəmət
qanununu izah etdi...
Yeni mərhələdə
Bəhramın ölkəsində
dörd il kimsə ölməyəcək müjdəsinin
nəticəsi təqdim
olunur. Nizami bu vasitələri seçir:
- Müjdə, həqiqətən, gerçəkləşdi
ölçüsünü qoyur - Allah verdiyi sözü yerinə yetirər;
- "Onun mülkündə" - Bəhramın
şah olduğu imperatorluqda, buradakı
"o" vurğusu Bəhramı,
onun mərhəmətini
önə çıxarır,
sınır qoyur, başqa mülklərdə
deyil, məhz, ancaq Bəhramın mülkündə, dörd
il kimsə ölməyəcək
hökmü yalnız
Bəhramın mülkünə
aiddir. Niyə? Orada mərhəmət var
- Allahın rəhmət,
xeyir, bərəkət
yağışı mərhəmət
olan ölkəyə,
vicdana daha çox yağar;
- Nizami istisnaya yer qoymur,
bu məqsədlə
"böyüklərdən/yaşlılardan kiçiyədək"
deyir - Allahın hökmü hamıya aid oldu;
- "Kəs",
"kimsə", "heç
kim", "bircə
insan belə" dörd ildə ölmədi - Allahın müjdəsi/buyruğu yüzdə yüz gerçəkləşdi;
- Şair "eşitdim ki" deyir, şahidlik rolundan çıxır, eşitdiyini
yazır, bu söz də mərhəmət anlayışının
təqdiminə yol açır: a) Nizami ondan neçə yüz illər öncə baş vermiş hadisəni danışır, yəni
bu hadisə o qədər məşhur oldu ki, o qədər şahidi var ki, elə önəmlidir ki, dillərə
düşdü, dastana
çevrildi, nəsillərdən-nəsillərə
keçdi, Nizami də onu eşitdi,
örnək göstərdi;
b) insanlar o xəbəri,
hadisəni yadda saxlayır,
danışır, gələcək
nəsillərə ötürürlər
ki, içində insanlığın
ehtiyacı olan dəyər daşıyır
- mərhəmət, mərhəmətli
dövlət başçısı,
sosial dövlət dəyişməyən ehtiyacdır;
c) Allah ömrünü mərhəmətə
həsr edənin adını unutdurmaz, dəyərli olan (mərhəmət) dəyərli
qılar;
Otuz birinci beytin şərhi:
ölümdən qoruyur
Xoşbəxt o şahdır ki, öz nemət və nəvazişi ilə,
Rəiyyəti ölümdən qoruyur.
Məsnəvinin süjet
xətti yeni mərhələyə
keçir, Nizami mərhəmətin, mərhəmətli
şahın, sosial dövlətin yol açdığı ilahi
bərəkəti tanıtdıqdan
sonra "Gerçək
dövlət başçısı
kimdir?" sualına cavab verir, uyğun
vasitələr seçir:
- "Fərrox"
sözünə yer verir, bu sözün
"yararlı", "uyğun",
"xoş", "gözəl",
"yaxşı", bir
də "xoşbəxt"
mənası var, Nizami
xoşbəxt dövlət
başçısının dəyərini ifadə etmək üçün iki addım atır: ona "şah" deyir, bu anda məhz
"şah" sözünə
yer verir, onu barmaqla göstərir
- fərrox o şahdır
ki, yararlı, xeyir-bərəkətli,
xoşbəxt şah
o şahdır ki...;
- Şair bir addım da atır, "o" deyir, xeyirli dövlət başçısının mövqeyini
gücləndirir, mərkəzə
qoyur, "xoşbəxt
şah", "o şahdır
ki", "o" - beytdəki bütün sözlər onun özəlliyini açıqlamağa yönəlib;
- Onun üç özəlliyi
var: a) xalqa nemət verir - "nemət" sözü ərəbcədir
"n-ayn-m" kökündəndir,
bu mənaları var:
"yaxşı hal",
"gözəl həyat",
"yaxşılıq", "bol ruzi", "xoşbəxtlik", "insanı
sevindirən bütün
gözəl şeylər",
"bəli" - biz sözün
"bol ruzi" anlamını önə çıxarırıq, səbəbi
budur: mətn qıtlıq illərində
xalqını ruzi ilə xilas edən şahın tanıdılması ilə
bağlıdır. "Nemət"
sözü ("nemətlə",
"nemət verərək"
anlamında) bu mesajı verir - mərhəmət xalqa bol ruzi vermək,
onu sıxıntılardan
qurtarmaqdır, mərhəmətli
şah xalqını zənginləşdirən şahdır;
b) xalqının nazını
çəkir - "naz"
sözü qafiyə mövqeyində - güclü
yerdədir, dövlətin,
şahın işini göstərir, mətndə
qayğı ilə, qayğısını çəkərək
mənasına yüklənir,
yəni mərhəmət
- xalqın nazını
çəkmək, ona
qayğı göstərməkdir,
mərhəmətli şah
xalqının nazını
çəkər - dövlət,
şah, hakimiyyət insana xidmət üçündür; c) mərhəmətli
dövlət başçısı
nemətlər verərək,
xalqın nazını
çəkərək hansı
hədəfi gerçəkləşdirər?
Nizami mərhəmətli,
ədalətli dövlət
başçısının dəyərini ifadə etmək üçün ən çətin zaman dilimini - dörd il davam edən qıtlıq, yoxsulluq, aclıq, ölümlə
savaş illərini
yada salır, bu məqsədlə "ölüm"ü
("mərg ra") sözünü
seçir, onu ikinci misranın başına yerləşdirir,
deyir ki, mərhəmət,
mərhəmətli şah
ölümü uzaq tutar, kimdən uzaq tutar? Rəiyyətdən
- bir insandan, qrupdan deyil, bütün vətəndaşlardan
uzaq tutar. Xalqa öz övladı
kimi baxmağın - mərhəmətin nəticəsi
budur
- Mərhəmətli
şahın özəlliyi
budur: o inanır, saleh əməlləri ilə də sübut edir ki, dövlət də, sərvət də, vəzifə də, xalq da mülkiyyət deyil, Allahın əmanətidir;
- Nizami mərhəmətli şaha
xilaskarlıq vəzifəsi
yükləyir - o ən
çətin illərdə
xalqını ölümün
pəncəsindən qurtardı;
- Mərhəmət
qurucu dəyərdir -
xeyirli insan tərbiyə edir, sosial dövlət qurur, sarsılmaz birliyə yol açır, sevgi, paylaşma, qardaşlıq
şüuru - mədəniyyəti
inşa edir;
- Mərhəmət
qurtarıcı dəyərdir
- xalqı ölümdən,
didişmədən, nifrətdən,
sıxıntılardan, qorxulardan,
qayğılardan, yoxsulluqdan,
ümidsizlikdən qurtarır;
(Davamı olacaq)
Siracəddin HACI
Ədəbiyyat qəzeti.
– 2024. – 20 aprel, ¹ 13-14. – S. 8.