ADPU-nun Beynəlxalq
əlaqələr üzrə
prorektoru prof. Mahirə Hüseynova Dünya Söz Akademiyasının Rəyasət
Heyətinin qərarı
ilə qurumun fəxri akademik üzvü seçilmişdir
16.04.2024-cü il tarixində ADPU-nun Filologiya fakültəsində təşkil
olunan görüşdə
Beynəlxalq əlaqələr
üzrə prorektor, filologiya elmləri doktoru, professor Mahirə Nağı qızı Hüseynovaya Dünya Söz Akademiyasının fəxri
akademik üzv diplomu təqdim olunub. Təqdimat mərasimi zamanı universitetin qonaqları
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
Mətbuat tarixi və publisistika şöbəsinin müdiri
professor Vüqar Əhməd, Dünya Söz Akademiyasının
prezidenti professor Fahrettin İvgin, AMEA Məhəmməd Füzuli
adına Əlyazmalar İnstitutunun direktor müavini dos. Əzizağa Nəcəfov
və tədqiqatçı-şair
Qardaş Əlişoğlu
olmuşdur. Həmçinin
görüşdə ADPU-nun
rektoru professor Cəfər Cəfərov,
Tədris işləri
üzrə prorektor dosent Eldar Aslanov,
Tədris Departamentinin
direktoru dosent Sənan Əliyev, Filologiya fakültəsinin
dekanı dosent Könül Həsənova,
professor-müəllim heyəti
və tələbələr
iştirak ediblər.
Tədbiri
giriş sözü ilə açan AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
Mətbuat tarixi və publisistika şöbəsinin müdiri
Vüqar Əhməd professor. Mahirə Hüseynovanın Dünya
Söz Akademiyasının
fəxri akademik üzvü seçilməsinin
təsadüfi olmadığını,
onun görkəmli dilçi alim olmaqla yanaşı, eyni zamanda, mahir
söz ustası, şairə olduğunu söyləyib. O, Mahirə
Nağıqızının şeirlərində qəlblərə
toxunan sözləri xüsusi ustalıqla qələmə alan sənətkar olduğunu qeyd edib.
Dünya
Söz Akademiyasının
prezidenti professor Fahrettin İvgin professor Mahirə Hüseynovanın Azərbaycanın
elm aləmində əhəmiyyətli rolu olduğunu vurğulayıb,
onun Türkiyədədə
də tanındığını,
türk dünyasının
görkəmli şəxsiyyəti
olduğunu qeyd edib. O, professor Mahirə Hüseynovanın
xalq şairləri, aşıq yaradıcılığı
ilə bağlı əhəmiyyətli tədqiqatlarının
olduğunu vurğulayıb,
məhz bu tədqiqatların onun daha çox diqqətini cəlb etdiyini söyləyib. Daha sonra professor
Fahrettin İvgin Mahirə xanım Hüseynovaya fəxri akademik üzv diplomunu təqdim edib.
Çıxış
edən AMEA Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutunun
direktor müavini dosent Əzizağa Nəcəfov Mahirə Nağıqızı yaradıcılığının
tədqiqinin müasir
ədəbi mühit üçün əhəmiyyətli
olduğunu, onun örnək şəxsiyyət
olduğunu qeyd edib.
Daha
sonra çıxış
edən tədqiqatçı-şair
Qardaş Əlişoğlu
və Ədəbiyyatın
tədrisi metodikası
kafedrasının müdiri
dosent Nazilə Abdullazadə professor Mahirə Hüseynovanın
həm ictimai xadim, həm də rəhbər kimi uğurlu fəaliyyətini iştirakçıların
diqqətinə çatdırıb,
onun bir sıra ölkələrin
əhəmiyyətli qurumlarının
fəxri doktoru olduğunu qeyd edib.
ADPU-nun
rektoru Cəfər Cəfərov çıxış
edərək professor Mahirə Hüseynovanın
həm kafedra müdiri, həm də fakültə dekanı işlədiyi dövrdən ADPU-nun tarixində əhəmiyyətli
iz qoyduğunu vurğulayıb, onun Beynəlxalq əlaqələr
üzrə prorektor olduqdan sonra da universitet və Azərbaycan elmi üçün etdiyi yenilikləri iştirakçıların diqqətinə
çatdırıb.
Sonda çıxış edən professor Mahirə Hüseynova söylədikləri xoş sözlərə görə hər kəsə öz təşəkkürünü bildirmiş, onun Azərbaycanda və türk dünyasında tanınmış şəxsiyyət olmasının universitet rəhbərliyinin, fakültə kollektivinin birgə əməyinin nəticəsi olduğunu dilə gətirib.
Ədəbiyyat qəzeti.
– 2024. – 20 aprel, ¹ 13-14. – S. 9.