Turan yolçusunun duaları
Torpaqdan
yaranıb, torpağa çevrilən insanın
şəxsiyyət və
xarakterinin doğulub boya-başa çatdığı
torpağa, onun relyefinə, təbiətinə
və bar-bəhərinə
bənzəməsi haqqında
çoxlu mülahizələr
var. Bu mülahizələrin, təbii ki, daimi olaraq özünü doğruldanları da var, doğrultmayanları
da. Uzun illər dostluq etdiyim, qələminə və şəxsiyyətinə böyük
rəğbət bəslədiyim
şair Rafiq Ələkbər,
məncə, doğulduğu
Yardımlı torpağının
təpədən-dırnağa inikasıdır.
Ağlım kəsəndən Yardımlını
doğulduğum Şuşa
torpağı qədər
özümə doğma
bilmişəm. Təbii
ki, burada əziz müəllimim və qardaşım, xalq şairi Sabir Rüstəmxanlının
da Yardımlıda doğulmasının
böyük təsiri
olub. Şuşasızlığın
xatirəyə çevrilmiş
28 ili boyu onun qoxusunu aldığım
4 rayondan biri də (Qax, Gədəbəy,
Göygöl) məhz
Yardımlı olub.
Başdan-başa Turan sevdası ilə yaşadığım
ömrümdə ən
çox gəzdiyim və gəzməkdən doymadığım müqəddəs
ünvanım Turan Günəşinin doğduğu
Tanrı Dağları
- Ala-Too dağlarıdır (bu yerdə o müqəddəs məkanları
dəfələrlə mənimlə
bərabər dolaşmış
əfsanəvi Çingiz
Aytmatovun ruhunu şükranlıqla yad edirəm).
Mənə görə
Yardımlı dağları
Ala-Too dağlarının daha
cilvəli bir formasıdır. Rafiq Ələkbər
isə öz kamil və zəngin
poeziyası ilə Yardımlı dağlarından
bərq vuran Turançılıq sehri ilə
süslənmiş azman
günəşin şüaları
altında öz əzəmətli mavi bədöy atında əbədi yolçuluğa
çıxmış bir
Türk və Turan süvarisidir.
Rafiq Ələkbər qranit şəxsiyyəti ilə
Yardımlı dağlarından
qopub gəlmiş əsl Türk kişisidir. Əxlaqda, müdriklikdə, səxavətdə
və savaşda əsl Türk kişisi obrazıdır. Keçmişimizi yüzdə-yüz
yaşadan, bu günümüz və gələcəyimiz üçün
etalonlaşa bilən əsl Türk kişisi!!!
Rafiq Ələkbərin Türkçülüq
və Turançılıq
ruhundan yoğrulmuş
müdrik və rəngarəng poeziyası
isə qutsal bir Turan yolçusunun
sehrli Şaman dualarıdır. Bu dua-misralarda
Türkçülük əbədiyyəti,
Turançılıq möhtəşəmliyi,
Vətən müqəddəsliyi,
din və iman kamilliyi, sufilik, zərdüştilik, şamanlıq
sehri, ən nəhayət,
türkün klassik ailə institutunun təməl daşı olan yar, xatun, xanım, qadın sevgisinin ilahiləşdirilməsi
və sevgi obyektinin mələkləşdirilməsi
duyğuları böyük
içdənliklə hakim kəsilib.
Rafiq Ələkbərin şeirlərində
əsas ardıcıllıq
qayəsi də məhz yuxarıda sadalanan mövzulardan ibarətdir.
Rafiq Ələkbərin Vətən
sevgili və sevdalı misralarının
əsas motivini Türkçülük və
Turançılıq duyğuları
süsləyir. Onun üçün Savalanla üz-üzə həsrətdən
qovrulan Yardımlı
torpağından başlayan
Vətən coğrafiyası
Türkün atlarının
nallarının toxunduğu
yovşan ətirli bütün torpaqlardan keçərək, Böyük
Turanla hüdudlanır:
Bir ocağı itirmək
Min dərdimi ötəcək.
Dünyanı dərk edəntək,
Turan çıxdı dilimdən.
və ya:
Yadlara əzəldən gözdağı
olub
Türkün düşmən bağrı
yaran ordusu.
Yolundan çıxanı cəza
gözləyir,
Tanrı ordusudur - Turan ordusu...
və yaxud:
Qismətin acısıyam,
Dəryanın damcısıyam.
Mən Tanrı yolçusuyam,
Yolum Turandan keçir.
Təsadüfi deyildir ki, ikiyə
bölünmüş Vətənimizin
hər an birləşmək
və bütövləşmək
amalı yolunda cihad aparan Rafiq Ələkbər poeziyası
bu ulu savaşda böyük söz ustadları Şah İsmayıl Xətaini və Məmməd Arazı totemləşdirir:
Çaxılıb sinənə Araz - qılınctək,
Arazın o tayı, bu tayı Vətən.
Kərkükdə, Dərbənddə
izim itəcək,
Hanı o məmləkət Xətai-Vətən?
və yaxud:
Əsrlərdən qalan sönməz od payım,
Soylarımın közü məndə, odlayım.
Xətai ruhuyla Araz adlayım,
Qurtarım bu dərddən,
bu dərd çox ağır,
Pozulsun alnıma yazılan
axır.
Ulusuna, torpağına, soy-kökünə
və Vətəninə
böyük vətəndaş-oğul
olan şair ali əxlaqi dəyərlərə söykənərək
mənsub olduğu dinin yücəliyinə bərraq misraları ilə işıq tutur. İslam dininin aliliyi, mükəmməlliyi
və bəşəriliyi
onun söz gülşənində oxucu
qəlbini daim rayihələndirir:
Xoş gələr pak,
dürr Tanrıya,
Agahdır hər sirr Tanrıya,
Gecə-gündüz bir Tanrıya
Baxıb səcdə qılan
mənəm.
Atasına həsr etdiyi
"Mələklər və
ruhlar" poemasında,
"Şəhidlik məktəbi",
"Tanrıdan iki alanlar" və s. şeirlərində şairin
bu ilahi din sevdasının və sevgisinin mükəmməl
sayğılı misralarına
rast gəlirik.
Rafiq Ələkbər poeziyasının
təməl köklərindən
biri də sufilik, zərdüştilik
və şamanlığa
bağlı poetik genetikadır. Rafiqin şeirlərini oxuduqca bu bağlılığın
dəb üçün,
gündəm üçün,
zahiri cazibə üçün yox, çox doğal olaraq, təbii şəkildə, içtənliklə
öz milli geninə bağlılığın təzahürü
kimi qarşımıza
çıxır.
Türksüz dünya ədalətsiz
yuvadır,
Baxsan, hər yer nahaq qandır, davadır.
Yurdum Altay, Yeniseydir, Tuvadır,
Zühur edər qədim
şumer görürəm.
Tanrınınmı nəzarəti azalıb,
Dünyamızın tarazlığı
pozulub?!
Nizamlamaq türk alnına
yazılıb,
Tanrı türkə nurun
səpər görürəm.
və yaxud:
Məni müdrik saydın,
hər vaxt elə bil,
Vurğunam bu yurda, bir də elə,
bil.
Eşqim od püskürür, indi elə bil,
Hörmüzlü, Odərli, Şumerli, Bağlı.
Şairin
ümumi poeziyasında
rast gəldiyimiz poetik tapıntılardan biri də onun
sevgi şeirləridir.
Bu aspektdə elə
ilk tanışlıq üçün
şairin "Gözümdən
düşərsən, gözəl"
adlı şeirini tam olaraq diqqətinizə çatdırmaq istəyirəm.
Yelləmə o yan-bu yana
gül kimi saçı,
sevdiyim.
Baxmağı da günah bildin,
olma
xırdaçı, sevdiyim.
Deyəsən, gözüm açıldı
çəkən tək ona tətiyi.
Gəl, gir gözümə,
indi də
qorusun səni kirpiyim.
Qorxma gözümün odundan,
uzağı bişərsən, gözəl.
Sözümü yerə salma, ha…
gözümdən düşərsən,
gözəl.
R.Ələkbər poeziyasında
onun sevgi şeirlərini sinifləşdirərək
təsnif etsək, oxucu qənaətimiz aşağıdakı kimi
olar:
1) sevginin ümumi mahiyyəti və fəlsəfəsini təsvir
edən şeirlər.
2) sevginin konkret obyektlərini - ilahiləşdirilmiş
gözəlləri vəsf
edən şeirlər.
3) sevginin xanımlaşmış,
xatunlaşmış obyektinin
əsl Türk kişisi gözündə
təsvir olunduğu şeirlər.
Bütün hallarda R.Ələkbərin bu
mövzuda yazdığı
bütün şeirlərində
sevgi obyektini sonsuz sevgi ilə tərənnüm edir:
Ürəklər fəth etmək asan deyildir,
Yetən eşq yazısı
yazan deyildir.
Qollarım üstündə insan
deyildir,
Qollarım üstündə mələk
utanır.
və ya:
İndiki sevginə ehtiyacım
var,
İstəsən, qına sən sonra da məni.
Əlimyandıdayam təmiz sevgiyə,
Sən sevsən, sevəcək
Tanrı da məni.
və yaxud da:
Saxta sevgiləri adlamaq
asan,
Həyatda saxtalıq deyil
qismətim.
Məni ilk baxışla odlamaq
asan,
Məni ilk baxışdan tanımaq
çətin.
Rafiq Ələkbərin yaradıcılığında
yer almış xüsusi diqqətçəkən
məqamlardan biri də onun bir-birindən
mükəmməl və
maraqlı təcnisləridir.
Şairin ilkinliyimizdən
bu günümüzə
yol gəlib formalaşan milli Türk mentalitetinə dərin köklərlə bağlılığı
haqqında bəhs etmişdik. Onun dərin fəlsəfi məna yükünə və leksikonumuzun zənginliyinə kamilcəsinə
söykənən təcnislərini
oxuduqda şairin romantik erudisiyasına və poetik məharətinə heyran olmaya bilmirsən:
Söz üstə söz
durmur, söz də yan aşır,
İndi
söz də sözə düşmən
yanaşır,
Özüm öz sözümlə
qaldım yanaşı,
Sözüm də özümtək
ucalıqdadı.
Əziz
oxucular, mən Rafiq Ələkbərin sadiq oxucusu olaraq, bu qısa ürək
sözlərimdə onun
çoxşaxəli poeziyasını
təhlil etməkdən
uzağam. Əslində
görünən dağa
nə bələdçi?!
Mayası və qayəsi Yardımlı və Ala-Too dağlarından
yoğrulmuş əbədi
Turan yolçusunun dilindən qopan bu qutsal Şaman
duaları ilə ona 60 illik yubiley
yaşında daha böyük yaradıcılıq
uğurları arzulayıram.
Elçin İSGƏNDƏRZADƏ
Ədəbiyyat qəzeti. – 2024. – 20 aprel, ¹ 13-14. – S.
29.