“Azərbaycan uşaq ədəbiyyatı:
uğurlar, qayğılar”
mövzusunda - ictimai müzakirə təşkil
edilib
Mədəniyyət Nazirliyi yanında İctimai Şura Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası
ilə birgə
“Azərbaycan uşaq ədəbiyyatı:
uğurlar,
qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib.
Tədbirdə kitabxana
əməkdaşları, İctimai
Şura üzvləri,
sahə mütəxəssisləri
iştirak ediblər.
Tədbir iştirakçıları
əvvəlcə kitabxana
ilə yaxından tanış olublar. Kitabxananın direktoru, Əməkdar mədəniyyət
işçisi Şəhla
Qənbərova qonaqlara
kitabxananın yaranma tarixi, inkişafı, mövcud fondu, şöbələri
barədə geniş
məlumat verib, uşaqların oxu mədəniyyətinin artırılması
və onların həyatında kitabın rolu haqqında fikirlərini bölüşüb:
“Əsas məqsədimiz
kitab xəzinəmizi qorumaq,
uşaqlara sevdirmək
və gələcək
nəsillərə bu
irsimizi doğru-düzgün
şəkildə ötürməkdir”.
Mədəniyyət Nazirliyi
yanında İctimai Şuranın sədr müavini, Milli Məclisin
Mədəniyyət komitəsinin
eksperti Əkbər Qoşalı müzakirə
olunan mövzu ilə bağlı aparılan dövlət siyasəti, görülən
işlər və mövcud problemlərdən
danışıb. O, çıxışında
çağdaş uşaq
ədəbiyyatının janr
problemlərindən söz
açıb, qalib ölkənin uşaqları
üçün ruhlandırıcı
əsərlərin yazılması
kimi məsələlərdən
danışıb.
Digər çıxışlarda
çağdaş uşaq
ədəbiyyatının qarşılaşdığı
mövcud problemlərə
toxunulub və onların həlli yolları müzakirə edilib.
Ədəbiyyat qəzeti. – 2024. – 20 aprel,
¹ 13-14. – S. 32.