Xınasız daş idim -
qonmadı kəklik
Gənclik illərimdə
Qaraçı bir qız
yolumun
üstünə çıxdı və - baxdı,
(bəlkə
də, şairəm, inanmazsınız)
qəlbimi
ovcunda sıxdı və baxdı.
(Sonralar -
o cürə baxış görmədim,
Tutmuşdu
- o sayaq naxış görmədim,
yağmur
olmasaydı - yana bilərdim!)
İndi də
arabir yuxuma gəlir,
uzaqdan
boylanır, yaxına gəlir,
dediyi -
düz çıxıb - baxtıma gəlir;
siz Allah,
bir görün - hələ nə vaxtdı!
Yadımda
hələ də "o selim" qalır,
ovcunda
sağ üzüm, sol əlim qalır,
Qaraçı
deyənə - "Beş ilim" qalır!
Bu vaxt - həyatımın
bitdiyi vaxtdı.
Bir daha
görmədim o cür gözəllik,
xınasız
daş idim, qonmadı kəklik,
insanın
Dünyaya gəlməyi - şənlik,
getməyi
- murada yetdiyi vaxtdı...
10.04.2024
Bərəkət...
Yaşa,
firavan ol, vüqarlı Vətən,
hər
ömür anında vardı Bərəkət,
payız
bağlarında Fironluq edən
qışdakı
çiskindi, qardı Bərəkət.
Sən,
deyib-güləyən, düşmən vasvası,
qanla da
yuyulmaz qəlbinin pası,
abırlı
insanda - Şahlıq libası,
ismətsiz
əyninə dardı Bərəkət,
İsmini
duymuşdum Haqq aşığından,
hər an
söz salardı yaraşığından,
başlayıb,
adicə şam işığından
ocaqda
alovdu, qordu Bərəkət,
O, elə
varlıq ki, aşıb-daşandı,
sevincdi,
qürurdu, şöhrətdi-şandı,
nur gəzən
insana gözlər açandı,
qəlbiqaralara
kordu Bərəkət,
Yurdum, illər
boyu davalı oldun,
qaçqın-didərginli
yuvalı oldun,
çox
bağban sevincdən havalı oldu -
çünki
budaqları qırdı Bərəkət,
Qürurlu
millətim - çağlayan dəniz,
çoşan
bir dalğası mən –
Vahid
Əziz,
savaş
meydanında - Vətən sevgimiz,
şənlikdə
kamandı-tardı Bərəkət...
26.12.2023
Yaylaqda bir gün...
Ağzı
qırılaydı kərəntilərin,
gül məni
səsləyir, onu səsləmir,
yoluna
daş yağsın düşmən gələnin,
çiçək
yar gözləyir, onu gözləmir.
Nəfəsim
qarışdı bəyaz buluda,
görən,
yar tanıyıb, bilərmi sağam?
alaçıq
üstündə yanan quruda
gözüm
qamaşmaya - doyunca baxam.
Bir
çoban tütəyi nə cür çalırsa,
nə
göylə səmayam, nə yerlə yerəm,
yaylaqlar
ağlımı necə alırsa,
qışadək
özümə gələ bilmərəm.
Köynəyim
şehlərə elə batıb ki,
hələ
indiyədək nəm, əynimdədi!
Bir duman
qayada elə yatıb ki,
boynu elə
bil ki, yar çiynindədi.
Hər kəs
bir cür tapır həyatın çəmin,
mən isə
gəzəcəm ölənə kimi,
ağzı
qırıq qalsın kərəntilərin
gələn
yaz mən bura gələnə kimi...
12.05.2019
Öz aramızdı...
Səndən
də gəlib-gündə
Süleymana
deyirlər.
Süleyman Rüstəm
Gülüm,
özbaşına sınmır havalar,
Onu biz
soyutduq - (öz aramızdı).
Arada nə
düşmən, nə yabançı var,
arada olan
da - öz aramızdı!
Sevgimiz
olubsa bu qədər cılız,
Könül
dəftərindən lap adımı cız!
İki bədbəxt
ürək yanır cızhacız,
tüstüsüz,
dumansız köz - aramızdı.
Daha tuta
bilmir ürəyi sinə,
düşdü
dəli kimi eşq həvəsinə,
səndən
mənə deyir, məndən də sənə;
arada
dolaşan söz - aramızdı.
Tale
eşqi verdi bizə əmanət,
ocağa əmanət,
közə əmanət,
dedilər
-"Göz dəyib, nəzərdi həlbət?"
Vallah, nəzərləyən
göz - aramızdı!
Könlün,
inanmıram, düşmür həvəsə,
Gecələr
qəlbimlə verə səs-səsə,
Od tutar,
yanarlar üz-üzə gəlsə?
Həyadan
keçməyən üz aramızdı.
Səninlə
olsaq da bir eşqə şərik,
düşüb,
bir araya gələ bilmirik,
bir
azı sənlikdir, bir azı mənlik;
azaldaq;
ara ki - öz aramızdı...
06.03.2021
Mənə gül gətirmə
şad günlərimdə...
Bir insan
ömrünü girov qoymuşam,
bir
şair ömrünü yaşatmaq üçün...
Nəriman Həsənzadə
Mənə
gül gətirmə şad günlərimdə,
bu sayaq eləmə
göyçək ömrümü.
əzəli
çəmənlik, sonluğu güldan -
yarımçıq
bitirmə çiçək ömrünü.
Təkcə
günahkarlar olmur müttəhim;
kim var ki,
ömründə xəta etməsin?
İşdir,
çiçək olsam, o yerdə bitim -
insan əl-ayağı
ora yetməsin.
Mənə
gül gətirmə xoşbəxt günümdə -
görkəmi
solanda pisimə gəlir,
qucağı
gül dolu insan görəndə
çaşıram
- elə bil, yasıma gəlir!
Görürəm
- oxuyub bu yazdığımı,
niyə
dodaq büzür, niyə əsirsən?
Məyus
eləyərək arı yazığı,
pətəyi
boş qoyur, balı kəsirsən.
Hələ
kəpənəkdən danışmıram mən -
birgünlük
ömrünə qənim kəsilmə.
çiçəklər
məkanı - yamaclar, çəmən,
ömürlər
qırmağa buraya gəlmə.
Doğum
günlərimdə gül gətirməyin,
yetər
- açıq ürək, nurlu təbəssüm,
qıymaram,
bir anlıq bəxtəvərliyim
başqa
ömürlərə qənim kəsilsin...
08.01.2021
Böyük hünər...
Aranı-dağlara,
dağı-arana
çəkmək
ricasını mənə gül yazır.
əzmim
can atdıqca baş çıxartmağa,
qısqanan
zəmanəm başımdan basır.
Məkri
qəribəymiş yana bilənin;
candan əl
götürməz külə dönmədən.
nahaq
ayağına qaçdım gələnin,
gəlməyin
məğzini bilə-bilmədən!
Ayıran,
bir yerə yığan da çomaq -
yatanı
oyatmaq - böyük hünərdi!
Asan
iş olsaydı bina ucaltmaq,
zəhmətkeş
qarışqa Saray hörərdi.
Özüm
də arabir dağda-aranda
istədim
qoyunlu-quzulu olam,
cızılıb
Qobustan qayalarında,
tarixə
müəmma yazılı qalam.
İçimin
qaranlıq "sandıqçası"ndan
bu gün
oxunanlar boyun vurdurar,
Dünyaya
qayıtsam başqa bir zaman -
duyan Yeni
nəsil farağat durar...
13.04.2024
Kəlbəcərdə...
Yolunu bizlərdən
yaxşı salmısan,
gecənin
bu vaxtı qapımı döyən.
Bu eldə
hər kimin qonağı olsan
ya dastan
yazandı, ya şeir deyən.
Çox evdə
işıqlar sönməz gecələr,
aşıqlar
göylərdən enməz gecələr,
comərdlər
diyarı - ulu Kəlbəcər -
hər
sözü oynadıb yerində deyən.
Hələ
indiyədək görünər yeri -
dağlar
da unutmaz Dədə Şəmşiri,
Vurğunla
Ustadın deyişmələrı,
dillər
əzbəridir - Ellər söyləyən.
Hansı
diyarda var bir belə sərvət;
Bəhmən
Vətənoğlu, Qəmdər, Sücayət;
bu eldə
- Baş tacı - namusla qeyrət,
(biri də
mən özüm - bu şeiri deyən).
Dünya
"Daş muzeyi" - qədim Kəlbəcər,
bura
Tanrı özü hərdən baş çəkər,
torpaq
özü oldu zirehli əsgər,
qanlı
kəfənini əyninə geyən.
Fərq
etməz, bizlərdə "qışdı", ya
"yaydı",
hər ev
səni bu cür qarşılayardı,
hesab et:
bacındı, ya qardaşındı,
hər kəs
- gecə vaxtı qapımı döyən...
14.04.2024
Balaban
Qardaş
Türkiyədə məskunlaşmış ustad, balaban
ifaçımız
Əlihan
Səmədova
Duyub
milyon-milyon səslər içində,
həmən
tanıyram - hankı Balaban!
Sonuncu
ümidi sönən içində -
ağlayan
kişidir sanki Balaban.
Ürək
tar kimidir, ciyərlər - Kaman,
Zurna -
coşan seldir, Sazlar - asiman,
Tütək
- sürüləri qoruyan duman,
Davul - Ordu
zəhmi, cəngi - Balaban.
Nə əhval
pozandır, nə qulaq yorar,
adamın
içindən bədbinlik qovar,
kübardır
- çəkilib kənarda durar,
Zurnalar
çalanda "Cəngi" - Balaban.
O - uca
göylərdə durna qatarı,
ağac
gövdəsinə bal yığan arı,
Günəş
işığının Yeddi çaları,
üstəlik,
Yeddi min rəngi - Balaban!
Çoxdan
görüşmürdün Vahid Əziznən,
ayrı
düşənlərdən - Dərələyəzdən,
məni
körpəlikdən bəyaz bələkdə
öpüb-oxşayardın,
sən ki, Balaban,
dindirin -
nəğmələr, səslər içində
həmən
tanıyaram - hankı Balaban...
08.04.2024
Anamın boyu...
Adı həm
dilimdə, həm ürəyimdə,
Qəlbimdə
- yaxdığı çıraqdır yanan,
boyu necəydisə
mən ilk görəndə,
elə o
boyda da köçdü Dünyadan.
Qızlar
saç buraxır, söyüdlər kimi,
"Koroğlu"
oğlanlar bığ saxlayırdı,
artmaqda
olsa da saçımın dəni,
Onu
öpdüyümtək körpəliyimdə,
(Anam da
lap elə-qocalığında)
məni
eyni cürə qucaqlayırdı.
Dolaşıb
nəyinsə axtarışında,
hər
şeyi yerinə vaxt qaytarırmış.
İndi
anlayıram, ahıl yaşımda,
insan
qocaldıqca - uşaqlaşırmış.
Ömür
dərə-təpə, sıldırım, yarğan,
keçərik
taleyin körpüləriylə,
qızlar
boy atmazlar Ana olandan,
boyu
paylaşarlar körpələriylə.
Qalar
keçmişimlə gələcəyimdə;
ürəyim
- yaxdığı çıraqdır yanan,
O nə
boydaydısa mən ilk görəndə,
Anam o
boyda da köçdü Dünyadan...
21.03.2024
İnanmasan...
Doğula
bilməzdim niyyəti çirkin -
açım
ürəyimə bax, inanmasan,
qonmuş
eyvanıma bəyaz göyərçin,
bu da ki,
şəklidir - "ağ!" - inanmasan,
Küləklər
çox oldu - ömrümə əsən,
elə
güman etmə, tək elə - sənsən!
Çaşma,
min il sonra tapıb-görüşsən;
bu da ki, o
şəklim, "sağ" - inanmasan.
Mən -
sevgi yolunda həm dağ, həm aran,
üstümdə
havalar, hey, xarab olan,
sənsiz
ömür soyuq, can perik-pərən,
buyur, ətəyinə
yığ, inanmasan.
Mənimlə
tən gəlməz - sevsən hər kimi,
qəlbim
"ağılarda" sətirlər kimi,
duyub sənə
olan məğrur eşqimi,
gələr
ayağıma dağ, inanmasan...
19.02.2024
Gözəllikpərəst
Giley eləməyə
yoxdur adətim -
(sadəcə,
özümlə dərdimi böldüm)
həm
Şair, həm Rəssam ola bilərdim;
amma
inanmıram gözəlliyini
vəsf
edə bilməkçün bir boya yetsin,
Sən -
mavi göylərdə süzən qağayı,
tapılmaz,
üzünün-gözünün tayı,
Üfüqsən;
"Lacivərd", "Yaşıl", "Çəhrayı"-
qatsam
bir-birinə Min ili-ayı,
yatsam,
inanmaram, səndən doymağa
bütün
yuxularım bəs edə bilsin!
Səttar
da "Fırçadan" əlini cəkdi,
(üzünə
Cənnətdən örtük çəkildi),
Mən də
Müşfiq kimi "Gözəllikpərəst";
mənə
də səmalar hönkürəcəkdi,
çətin,
ağlamağa El yası yetsin!
Söykə
ürəyini qəlbdəki səsə,
eşqinlə
ayrılıb-dönən nəfəsə,
yaşamaq,
sadəcə, ömür etməkdirsə,
fərq
etməz, hansı bir anında bitsin...
03.04.2024
O yolnan...
Bir
gün kor olarsan, gözəl, tüstümə -
sən məni
yandırma gülüm, o yolnan,
kölgəm
də kölgənin düşməz üstünə,
qol-qola
getməsə bu qol o qolnan.
Çiçək,
təkəbbürlü baxışdan əl çək,
səndə
şəklim varsa, yanında gül çək,
könlündən-könlümə
telindən tel çək,
səsləşə
bilsinlər bir yol bu yolnan!
Arada,
bilirsən, nə qədər il var?
Baxma
duruluğa - çeşmədə lil var!
Bu kol -
bülbüllüdür, o kolda gül var -
nələr
pıçıldaşar bu kol o kolnan?
Yel əsdi
- bağlarda çox yuva uçdu,
pərvanə
şamdakı alova uçdu,
bəlkə,
sonaları bivəfa quşdu,
nədən
yola getmir bu göl o gölnən?
Axşamı
- qaraqaş, səhəri göygöz,
Bakinin
işvəli Xəzəri göygöz,
özünü
yanırar dağıtdığın köz,
sən mənə
qıymışdın bir yol o yolnan!
Üz-üzə
gələnə kormu olursan?
Donuram -
saçlarda qarmı olursan?
Mən də
öz qəlbimi korluğa vursam,
nə
cürə anlaşar bu "kor" o "kornan"?
Qırıldı
qəlblərin çox arzuları,
Davalar -
şavalar, el qırğınları.
Analar
Sülh üçün doğur onları;
savaşa
qalxmasın oğul-oğulnan;
dağılar
Dünyamız, Tanrım, o yolnan...
25.03.2024
Sənə yanan mən olacam...
Çoxmu
qalır gəlməyinə?
qarşılayan
mən olacam!
Göz
yumaraq hər işinə,
qarışmayan
mən olacam,
Ömrün
bir son baharında,
köçsəm
durna qatarında,
vəfasızlar
Divanında
qınanmayan
mən olacam,
Qıyma;
həyat qəfil sına,
ürəyimin
vəfasına,
xəcalətlər
boyasına
boyanmayan
mən olacam,
Ürəkli
ol, vaxta dirəş,
tacsız
saman - adi küləş,
nə Ay
olsa, nə də Günəş,
sənə
yanan mən olacam,
Duymazsan qəlbin
ahını?
Adam danmaz
Allahını!
Özgə
etməz - günahını
bağışlayan
mən olacam,
Qurban olum
gözlərinə,
rəhm
elə bu sərsərinə,
hər dərdinə,
hər şərinə
yenə
şayan mən olacam,
Çoxmu
tutum səni dilə,
yaşlar
töküm gilə-gilə?
Üzün
məndən dönsə belə,
xatırlayan
mən olacam,
Yolların
düşdü haradan?
yerimi
bilir Yaradan!
Bəxş
etdiyin yaralardan
sağalmayan
mən olacam,
Satmaqdayam
günü-günə,
güman
qalmır gəlməyinə,
el desə
də, ölməyinə
inanmayan mən
olacam...
03.02.2024
Dünya bizimdi...
"Dünya
sənin, dünya mənim,
dünya
heç kimin".
Məmməd Araz
Eşələdim
bu cahanı mən hər üzünə;
düşünmə
ki: "Ömrün mehi bircə əsimdi",
Tanrı
özü şərik qoşub bizi - Özünə,
əgər
bura gəlmişiksə, Dünya bizimdi!
Biri -
aydın, biri - zülmət; Doğu - Batı var,
yer
üzünün bizim üçün üstü, altı
var,
əl
çatmayan səmaların yeddi qatı var -
bilmişiksə,
kainatla - Dünya bizimdi!
Bezdirsək
də, bir kənara çəkməz özünü,
pıçıltıyla
danışsan da - tutar sözünü,
dünyamıza
basqın etmiş düşmən izini
qanımızla
silmişiksə, Dünya bizimdi!
Saniyəsi,
dəqiqəsi, ayı, ili var,
ixtiyarı
bizdə olan dağı, çölü var,
gözlərimiz
tox olarsa - hamı tox olar,
zəmilərdə
bitmişiksə - Dünya bizimdi!
Ayırd
etmək dadı, duzu - dilə bağlıdı,
hətta
duru çeşmələr də lilə bağlıdı,
ögey
bilsə, cismimizi saxlayarmıdı?
Qucağında
ölürüksə - Dünya bizimdi...
12.12.2021
Gəlin axtarardı
toyda analar...
Unuda bilmərəm
həyatım boyu,
hardasız,
sinəsi kövrək sazlılar?
Tozlu-tozanaqlı
"Palatqa toyu"
bəxtəvər
edənlər - boşanmazdılar!
Şənliyə
axardı bütün el, mahal,
Günəştək
yanardı bəylər, gəlinlər,
qoçlar
- buynuzunda qırmızı dəsmal;
izdivac
yolunda qurban gedənlər.
Gəlin
axtarardı toyda analar,
bəxtləri
gülərdi subay qızların,
şəninə
uyardı köçən durnalar
toylar fəsli
olan son baharların.
Yaxşı
ki, hələ də toylar çalınır -
qəmlər
unudulur, dərdlər sovrulur,
"Saray"
toylarında hər şey tapılır,
bir azca
doğmalıq qıtlığı olur.
Bir azdan
dönəcək payız toyları,
görək
- kim "bəy" olur, kim "gəlin" gedir?
"Üzərlik"
yandırın, "Toy Sarayları",
dəbdəbə
toyları gözə gətirir...
27.05.2017
Paho, qatarımız
çoxdan gedib ki...
Sən o
perrondasan, mən bu perronda,
arada relslərin
saldığı uçrum,
çiçəyim,
deginən: - "boranda-qarda,
inciyən
sonamı hara uçurdum?"
Uzat əllərini,
bəlkə qovuşdu
saçına
həsrətli bu əllərimlə,
indidən
göz yaşım ovuc-ovucdu,
ayrılma,
sel olub gedər səninlə!
Elə
bil ilk dəfə qarşılaşırıq;
sən o
perrondaydın, mən bu perronda,
elə
bil sıramı salıb qarışıq,
gözucu
süzərək durdum yanında.
Gəl,
vurnux dövrəmdə, elə bilək ki:
"Guya,
düymən qopub, sırğan itibdi,"
başımız
qarışsın, gileylənək ki:
"Paho,
qatarımız çoxdan gedib ki..."
Arada heç
bir şey olmayıb kimi,
öpərək,
çantanı əlinnən alım,
yenə də
köksümə sıxaraq səni,
isti pencəyimi
çiyninə salım.
Göz-gözə
gah coşaq, gah pıçıldayaq:
"Bir
gör, nəyə görə davalıymışıq?"
Sən məni,
mən səni günahkar sayaq:
"Həlbət,
ikimiz də havalıymışıq!"
Sən o
perrondasan, mən bu perronda,
arada relslərin
saldığı uçrum,
çiçəyim,
bir dayan, bu son baharda
ömrümü-günümü
hara uçurdum?..
01.02.2007
"Yüzdən" sonra...
Mənə
"Yüz il" arzulayan,
nə
olacaq "Yüzdən" sonra,
xatırlayıb
yada salan -
nə
salacaq "Yüzdən" sonra?
Daha mənə
dost, o zaman,
fərq
eləməz, dağla aran,
qurudunsa -
canlar alan
nə
alacaq "Yüzdən" sonra?
Lap yerində
qalsın huşun,
yaşıdı
ol kor bayquşun,
həmsöhbətin,
ya tay-tuşun
kim olacaq
"Yüzdən" sonra?
Çəkil,
get üzü yumuşaq,
inan mənə;
oğul-uşaq
səndən
canın qurtarmağa
çalışacaq
"Yüzdən" sonra!
Cana hər
cür azar gələr,
son bahartək
yazlar gələr,
tiftiklənmiş
astar gələr
didiklənmiş
üzdən sonra!
Nə
minməli belin qalar,
nə pul
verən əlin olar,
adın
eldə bəd hallanar,
(kül
atılar közdən sonra)
Get...yansınlar
boş yerinə,
çəkil,
uzaqlaş Yerinə,
ağlayanda
- yaş yerinə
nə gələcək
gözdən sonra;
Yüzdən
sonra
yaşananlar
- qismətimiz,
qorunmalı
hörmətimiz,
gedək,
abır-ismətimiz
gedə
bilər üzdən sonra.
Alovlar
dil-dil danışar,
xatirələr
kül danışar?
Gerçəyini
El danışar
barəmizdə
bizdən sonra.
Basa-basa səbrimizi,
qələm
qazar qəbrimizi,
Vahid
Əziz,
yaşamağın
nə ləzzəti
"Yüzdən"
sonra?
Vahid Əziz
Ədəbiyyat qəzeti 2024.- 27 aprel, ¹15.- S.20-21.