Dağlar
Zaman-zaman
yol gəlib,
Yatırmı
indi dağlar?!
Yorğunluğun
daşını,
Atırmı
indi dağlar?!
Ayrıla
da bilmirəm,
İnanmazdım
əfsuna.
Qartallar
keşik çəkir,
Dağların
yuxusuna.
Dağlara
Uşaqlıqdan
sizə saldım mehrimi,
Həsrətiniz
məni çəkir, sehirmi?
Görən
gözlər sizdən doydum deyirmi,
Bir
meh olub tələsirəm dağlara.
Mən
gəlmişəm görüşünə
yağışda,
Seyr
etmədim sizi ani baxışla.
Əzizlərim,
ay ilk eşqim, bağışla,
Məcnunuyam
baş əyirəm dağlara.
Təşnə
könül, həsrətindən çək ahı,
Hər
kədərin bir sevinci var axı.
Keçmişimin,
bu günümün, sabahın,
Vətəndaşı
mən deyirəm dağlara...
Bahar
Açılıb
göylərin qaşı-qabağı,
Günəş
ağır-ağır üfüqə enir.
Vüqara
bələnib Ziyarat dağı,
Mənim
gözlərimdə həsəd gizlənir.
Qanını
qaraltmır üfüqlər daha,
Yerin
nəfəs alır dərin qatları.
Günəş
boy göstərib söykənir dağa,
Əriyir
gündüzün son saatları.
Qızılı
şəfəqlər süzülüb gəlir,
Yer
ilə günəşin uzaq qatından.
Gülümsər
çöhrəli ana təbiət,
Nurlanır
göylərin bu sovqatından.
Heyrətəm
baharın bir vərdişinə,
Gələndə
hər zaman vaxtında gəlir.
Boyalı
rəng qatıb öz tişəsinə,
Hər
zaman gözəllik taxtında gəlir.
Qorxuram
Dəymə
mənim malıma, dövlətimə,
Əvəzində
canımı al, - qorxmuram.
Qaydanı,
qanunu əfi ilan tək,
İstəyirsən
boynuma sal, - qorxmuram.
"Volqa",
"Jiquli", nə bilim tay nəyi,
Evi,
bağı adıma sal, - qorxmuram.
Nəzarəti,
müfəttişi demirəm,
İllah
gələ Rüstəmi Zal - qorxmuram.
Hər
havaya oynamışam bilirsən,
Təzə
hava çalsa da val - qorxmuram.
Yıxsa
məni bu aşkarlıq yıxacaq,
Aman
dayı qeydimə qal - qorxuram.
***
Bu qədər
kövrəklik puç etdi məni,
Bir
az sərt olmadım, bir az ağıllı.
"Səadət
hər kəsin öz əlindədir",
Əllərim
uçurtdu, onu dağıtdı.
Mənim
arzularım dünya qədərdir,
Hamısı
işıqlı, hamısı parlaq.
Yaxşılıq
həmişə əlimdən tutub,
Pisliklər
yolumda əngəldi ancaq.
Buna
nə ad verək, necə çağıraq,
Düşünmək,
daşınmaq məni yorubdur.
Günahın
bir ucu mənim əlimdə,
Neştərli
tərəfi səndə olubdu.
Bir də
o günlərdən niyə danışdım,
Yazdığım
misralar xətrinə dəyər.
Hələlik
bəxtimin yuxusu şirin,
Hələ
uğursuzluq qapımı döyür.
Bir də
o günlərə qayıtmaq çətin,
40-a
yaxınlaşır ömür gəmimiz.
Tufana
düşmüşük kiçik qayıqla,
Qoşa
avarlarıq bizim ikimiz.
***
Başım
üstdə gəzdirərəm,
Ana
yurdun şəkilini.
Ürəyimdə
gəzdirmərəm,
İtin-qurdun
şəkilini.
Çiçəkləyər
nar ağacı,
Namus-qeyrət
ar ağacı,
Harda
gördüm dar ağacı,
Gördüm
mərdin şəkilini.
Hər
işini görübdür şər,
Artıq
qanda zəhrimar şəkər,
Məni
görən rəssam çəkər,
Dərdin-qəmin
şəkilini.
Tanrı
sevdi mən dəlini,
Verdi
mənə öz əlini,
Qırıb
bütün heykəlini,
Cırıb
atdım şəkilini.
***
Arzuya
çatdı kimlər?
Başımı
qatdı kimlər?
Götürdü
atdı kimlər?
Arzumuzdan
o yana.
Dünyada
kimlər varmış,
Dünyada
giclər varmış,
Dünyada
biclər varmış,
Özümüzdən
o yana.
Gəlin,
üstümə gəlin,
Dondum,
istimə gəlin,
Yandım,
tüstümə gəlin,
Közümüzdən
o yana.
Anam əbəsdir
səyin,
Günlər
ömür ləçəyi,
Ürəyim
qəm çiçəyi,
Əzizimdən
o yana.
Turac şəlalə...
Usta
Adil Həmidova
Təbiət
dəyişir İnsan əlilə,
Hünər
dilə gəlib gülür üzünə.
Əllərin
gövrəkdi ürəyin kimi,
Adicə
daşlarda baxır sözünə.
Yenədə
özünü asıb qayadan,
Şəlalə
gözüylə ağlayır sular.
Uzaqdan,
yaxından gələn yolçunu,
Yolundan
əyləyib, saxlayır sular.
Zəhmətin
yaraşıq verdi bu elə,
Adını
daşlara beləcə yazdın...
Xətrinə
dəyməsin heç ay "insafsız",
Günahız
suları qayadan asdın.
Qoca dost
Q.Şəhriyara
Kişilikdən
danışırsan hər zaman,
Kəlmə
başı köhnə vaxtlar deyirsən.
Sözü
ilə əməli düz tapmazsan,
Bu
dünyanı dolan axtar deyirsən.
Bir
"sən ölə" qan bağlanıb əzəldən,
Duz-çörəyə
düz çörək də deyiblər.
Dost
süfrəsi boş olanda bilirsən,
Xəcaləti
çörək kimi yeyiblər.
Yolda
qalan ac qalmazdı heç vədə,
Çöldən,
düzdən çörək ətri gələrdi.
Bir
qonağım özündən tez süfrəyə,
Köhnə
salam, əziz xətri gələrdi.
Göz
işləməz dağları var bu yurdun,
Dağları
tək adəti var qədimdi.
Hər
məsəlin sərraf sözün duyurdum,
Çoxlarına
yağı idi, qənimdi.
Hər
sözünü bu qəlbimə həkk edib,
Səndən
ancaq yaxşı vərdiş götürdüm.
Səbrin
ilə, ağlın ilə qoca dost,
Susuz
gedib, çaydan su da gətirdim.
Əyrinin
yüz, düzlərin bir yolu var,
Aramızda
yalana yer yoxdu, yox.
Yaxşı-pisi
tanımaqda qoca dost,
Haqqın,
sayın bu boynumda çoxdu, çox.
Elxan Hüriyyət
Ədəbiyyat
qəzeti 2024.- 27 aprel, ¹15.- S.45.