Səslərin
sirr zəmisi
Müasir
fransız şairi Patrik Lopən (Patrick Laupin) 1950-ci ildə
doğulub. İyirmiyə yaxın şeir, nəsr, esse və
fəlsəfi kitablar nəşr etdirib. Bu uzun yaradıcılıq
yolunda nə edib, nələrə can atıb?
Bədəndə
iz buraxmış, şırım açmış yaddaş
yerlərini və onların təsirlərini bərpa etmək
cəhdləri...
2009-cu
ildən başlayaraq Lionda bioqrafiya, tarix və
şüursuzluq arasında əlaqələri araşdıran
yaradıcılıq və yazı günlərinin
(özünütəcridə və insanda, hər kəsdə
dilin ecazkar varlığına diqqət yetirən qurum) əsasını
qoyur, ədəbiyyat, fəlsəfə, poetika və psixoanaliz
arasında informasiyanın sərbəst ötürülməsi
mexanizmini tapmağa çalışır. "Gens de
Lettres" Cəmiyyəti 2013-cü ildə onu Grand Prix
mükafatına layiq görüb.
Patrik
Lopən nə deyir? Dinləyin: "Mən mütaliə və
yazını sevirəm, digər insanlarla danışmağa
da eyni dərəcədə önəm verirəm, bir gün
anladım ki, digər insanların bizim içimizdəki səsləri
bizə həqiqətən, nəsə başqa enerji
aşılayır, ruhumuzda nəsə fərqli bir şey
yaradır. Mənim bütün cümlələrim belə
bir coğrafiya xəritəsinə əsaslanır, bu isə
dünyadakı səssizliklə səslər arasındakı
dialoq iqlimidir. Bu mənada, öz
yaradıcılığımda heç zaman poeziya, fəlsəfə
və nəsr arasında fərq qoymadım, həmişə
səsin intonasiyasına güvəndim. Axı səs
çılpaqlıqdırsa, insan danışdığı
anda, yəni danışanda və kimlərsə onu eşidəndə,
içindəki sirlərdən bəzisini kölgədən
aydınlığa çıxarır və səmimiliyin həqiqətinə
tapınmalı olur, sözü çiçək kimi qəlbindən
dərib onu yer üzünün, yuxu və dillərin
köçəri mahiyyətinə qaytarır..."
Patrik
Lopən
***
Gözlər
yarıyumulu.
Kosmos və sadə insanlar
üçün bəzədilmiş musiqi.
Özünü
məkanın daş-divarına çırpan, qıvrılan
səs-küy.
İpək
kimi xışıldayan çayın güzgüsü.
İki
qardaş danışır, söhbətləşir.
Yaxşılığın titrək pəncərəsi.
Səs
sirlərin arxa divarına qədər hər şeyi hiss edir və
eşidir.
Bu,
körpələrin yumyumşaq mərhəmətidir.
Mavi-göy
rəngdə,
Həm
yaddaş çiçəyinin pıçıltıları
arasında,
buludların
ilahiliyi, mavi göy üzü,
lavanda,
dimdik qayanın ağlığı
əyilib
bizə toxunacaq indi...
Çılpaq
səslərin musiqisinə sarılmış budaqlar
səbət
içində. Sözlərin içindəki boşluqlar
onları
danışanların ağzındakı yerdən daha önəmlidir.
Bu
tutulmanın və bu qəddar səbrin gizli
prizmasını
ifadə etmək mümkün deyil.
Bu,
bütöv ağrı izlərinin sirr zəmisi, zirzəmisidir...
***
Anlamağa
çalışıram,
Heç
nə başa düşmürəm.
Heç
nə düşünmədən küçələr boyu
addımlayırıq
Göz
yaşlarımızı tutub saxlayaraq.
Özünü
itirmiş hiss edirsən, ancaq hər şey getdi,
çıxdı əldən,
Bir
daha geri dönməz,
Nə
qaldı ki? -
Hisslərin
qadağan olunmuş tənəzzülü,
Bir də:
qəlbindəki daşın ağırlığı
Qolların
arasındakı boşluqda.
Sən
artıq bilmirsən ki, üz nədir?
İnsan
nədir,
Tanınan
halda deyil heç nə.
İnsanlar
gedib, oyun qalıb,
İçində
qəddarlıq... bir oyun...
Bir də:
"sevgi" sözünün yandığı yer,
Baxırsan,
əlindən gəlmir nəsə...
***
Bütün
iztirablar, dərdlər içində elələri var ki,
adsızdı,
onların
halını bilmək üçün
adını
sən özün tapmalısan. Məsələn,
özünüzü
artıq canlı hesab etmirsiniz, ya da,
qaçılması
imkansız təhlükə hiss edirsiniz,
sirlərin
divarını yarıb
sizi
təhlükələrə qarşı ovsun tapmağa məcbur
edən
nəyisə
can dərmanı kimi bulmaq...
Canımı
ortaya atıram,
gavalı
ağacını silkələyirəm.
Canlı
kainatın, jestləri açıq havada əks-səda verən
canlı
sözlərin qaçılmaz varlığını
açmağa
çalışıram.
Bu
dünyada mövcud olmayan sözlərə söykənib
birdən
bu dünyada olmayan sözün üstünə əyilən
müqəddəs
varlıq görürəm,
Alçaq
kreşendo ilə oxunan mahnının
yan-yörəsindəki
hər şey
canlanır...
Orijinaldan tərcümə:
Cavanşir Yusifli
Ədəbiyyat qəzeti 2024.- 27 aprel, ¹15.- S.42.