Açılan əllərimdə
Ümidlərim çiçək açır.
Bar verir, meyvəsi var,
Təravəti ürək açır.
Sanma ki,
bağbanı yox
Dərdiyim tər meyvələrin.
Bağçası, bağı mənəm
Verdiyim hər meyvələrin.
Sorduğun ağacların
Səcdə adlı torpağı
var.
Allaha yetmək üçün,
Qiblə
xətti, yardağı
var.
Pillələr keçirəm ki,
Asta gedim, toxunmayım.
Nişan
verən imamətə
Yad kimi, oxunmayım.
***
Dünyanı vəsf edərəm
Axirətə yetmək üçün.
Savaba yol verərəm
Məlakütü ötmək üçün.
Kim gəlsə, utanmaram,
Saxlayaram
qamətimi.
Bu səbəbdən də, mənə
Allah verər nemətini.
Cənnətin hər yerini
Ruhuma səyyar eləyər.
Kim ki, nadanla olar,
O ruhu əğyar eləyər.
Yazıram əhdimi mən,
Əş-şüara qeyd eləsin.
Allaha ərz olunan,
Beytinə bir beyt eləsin.
***
Bir qələm yazmadığı
Naməni
yazdın, ey gözüm.
Düldülün gözündəki
Fəryad
edən, qəmə dözüm.
Kim dözər, naləsinə,
Dərk
eləyər, eşqə
çatar.
Arifin göz yaşı da
İlahi
eşqində yatar.
Necə
çəkdinsə, gözüm,
Qəlbimi yardı, göz
yaşı.
İçimi sızladacaq
Qəsrilərdə bəla daşı.
***
Damarımdakı qanın
Tərkibində şeir var.
Yazmadığı şeirin
Tərk
içində xeyir
var.
Şeytanın səsi tanış,
Aldada bilmir məni.
Neçə misram həkk olub,
Ruhuma gəlmir qəmi.
İlahidən gələn səs
Doğma,
əzizdir mənə.
Ey məni anlayan kəs,
Çatmazsan heç bir kəmə.
Ondan yaxın varlığın,
Sevgisi olmaz, duyun.
Yaradanın lütfünə,
Eşq adına söz yayın.
Eşqə məktub
Qələm yazmayanda göz
yaşım yazır
Qəlblərin şəhidə məhəbbətindən.
Necə
anlayım ki, duymayanları?!
Enirlər Allahın səadətindən.
Görünən dağdı bu,
pakdı, zirvədir,
Zirvəyə yetişməz kinli
qəlblilər.
Şəhidin haqqına girənlərə
de,
Məhv
olar, əzilər kəmli qəlblilər.
Ən üstün, ən ali məqamdır şəhid,
Zəkası zəiflər anlamaz,
bilməz.
Cənnətin ən üstün
sakinləridir,
Xəyanət edənlər cəzasız
ölməz.
***
Bu nə hicrandı ki, ya Rəbb,
Bəşəri heyrətə salmış.
Zamanla nihan eyləmiş,
Əqli
pak, xəyala dalmış.
Elə bir zirvədə durmuş,
Saxlamış adını hər
dəm.
Kim onu yada salarsa,
Axmaz ürəyinə bir qəm.
Həsrətə qərq olar yadlar,
Tanıtmaz İlahi eşqi.
Seçilər bəndə sınaqla,
Unutmaz İlahi eşqi.
Özünü anlamaz çoxu,
Oyanmaq istəməz, qəflət.
Dərinə baş vuran anda,
Yağdırar şeytana lənət.
***
Cürəti varsa o kəsin,
Versin
nizam, əməlinə.
Nameyi-əmalı üçün
Töksün, mizan təməlinə.
Asılmasın günahlardan,
Ruh qurtarsın çün, ahlardan.
Açılmayan sabahlardan
Çəksin azan səm dilinə.
Məkan
etsin məzlum evin,
Alqış deyin, həm də sevin.
Pak olanı ruha geyin.
Çöksün hər an çəm
əlinə.
Boşluqlara vurmayın baş,
Peşman
olar, deyər, dil, kaş.
Çatdır əhdə, etmə
çaşbaş.
Əksin
xəzan şum belinə.
***
Ovcumda sıxdığım məktub
sənədi,
Ürək sözlərimi yazmışam,
ey dil.
Pıçıltı səslərim qarışıb aha,
Kövrək sözlərimi yazmışam,
ey dil.
Haqqa susduğunu eşitməmişəm,
Sözün tərkibində, hikkə
vurmusan.
Almısan yanına fəqir,
məzlumu,
Qəlbində elə bil, Məkkə qurmusan.
Naxələf, nankorun yanından
keçib,
Haqqı
dostun sanıb, onla qalmısan.
Nə qədər keçsə
də, üstündən
zaman,
Halı
dəyişməyən, donla
qalmısan.
Gah nala,
gah mıxa vurmamısan
heç,
Belə
tanıyıblar, əzəldən
səni.
Tanrı
bəxş etdiyi ruhun səsisən,
İçiblər andını, kəsiblər
qəmi.
***
Məni
məndən qoparan -
Duyğulara məhkumam.
Səcdədən eşqə çatan
-
Baxın,
həmin məktubam.
Səmadadır bu ruhum -
Duam qunut əldədir.
Möminlər anlayarlar -
Qunut hansı dildədir.
Oxumağa, yazmağa
Nə çox mövzularım
var.
Quran vurub təsdiqin,
Möhür avazlarım var.
Bəlkə də, anlamazsan
Orda olan ayəni.
Əş-şüara qeyd edir
Yazdığım hər qayəni.
***
Əllərində əlimin saldığı
eşqin izi var,
Elə bir iz ki o, zülmətdən
uzaq, gündüzü
var.
O dəniz gözlərinin vahiməsi üzdü məni,
Dərin
üzmək dilədim,
olmadı, çün,
bir üzü var.
Sözlərində sözümün
vergülə bənzər
nəfəsi,
Söz də var təkcə nida ilə bitir,
bir sözü var.
O gözü gözdə görən dəhridə
aləm üşüyür,
Göz də var bircə fəda ilə ötür, bir gözü var.
O kəniz dizlərinin göynəməsi közdü
mənə,
Köz də var məncə, əda ilə yetir, bir közü
var.
Sönməz eşqi könlümün,
atəşi hicrandı
mənə,
Qəlbi
çək öncə
səda ilə gətir, bir düzü var.
***
Bitməz
ömür boyu bu sevgim sənə
-
Yar oldun, qəlbimi fəth etdin, Adam.
Xeyir-dualarla imzanı atıb
-
Ruhunla ruhumu şərh etdin, Adam.
Səni
izah etmək qürur sayılır,
Yolunda sözlərin ətri yayılır.
Şeirlər, romanlar sözdə
yuyulur.
Toxudun sözünlə, şərf
etdin, Adam.
Yaşayır adınla, ucalır
sözlər,
Böyüyür, boy atır izində
izlər.
Axır
səadətə yol gedir gözlər,
Uzatdın söz ömrün,
sərf etdin, Adam.
Ərz etdim Allaha, pənah
apardım.
Ummadım kimsədən, O, etsin
yardım.
Hissimlə bu şeri ruhdan qopardım,
Anladım, bacardın, ərk
etdin, Adam.
***
Məclisi təqvaya yetib
Allaha mən ərz elədim.
Büsbütün aləmdən ötrü
O varlıqdan əfv dilədim.
Yetişdi dadıma duam -
Ucaldı
göylərə əlim.
Nə yaxşı ki, adamlardan
Asılmadı saçım, telim.
Böyüdü eşqim yenə
də -
Qırılmadı ümidlərim.
Üstün gəldi ruhum, dünya,
Yıxılmadı təhdidlərim.
Səmaya
qalxan şairdə -
Burulğanın açarı var.
Düşməz burulğan eşqinə,
Yar bildiyi hasarı var.
***
Səbəbsizdir,
darıxdığım bu anlar -
Kimdən
ötrü darıxıram,
bilmirəm.
Xəyalların arxasınca qaçanda
Yıxılıram,
Dizlərimi silmirəm.
İstəyirəm,
səbəb olsun dəyməyim
-
Büdrəməsin,
dik dayansın qamətim.
Bölünməzdi
iki kürəyə sözlərim.
Çağırırlar sülh yoluna,
Gəlmirəm.
***
Vətən dediyin bu ad
Tarix yazan can olur.
Ruhu müqəddəs edən
Torpaq udan
qan olur.
Hər ruha
qismət olmur
Çatsın dərin qatlara.
Sevgi, hünər
istəyir -
Qatsın qanın
qatlara.
Sevgilər cürbəcürdür,
Bunun adı başqadır.
Vətənə can verməyin
Eşqi, dadı
başqadır.
Zirvələri fəth edən
Şah olar, padşah olar.
Eşq yolunda gedənin
Yardımı Allah olar.
Bəhram Bilaloğlu
Ədəbiyyat
qəzeti.- 2024.- 17 avqust, №31.- S.28.