Möhtəşəm
yaradıb
Yaradan
səni
Möhtəşəm
yaradıb Yaradan səni,
Puç
etmə ümidin uca göylərin.
Aparmaz
tufanlar aradan səni,
Əzəl
incisisən qoca göylərin.
Sən əgər
istəsən, istəsən əgər,
Səninlə
ağlayıb-gülər bu dünya;
durub
ayağına gələr hər səhər,
Hər
axşam qapında mələr bu dünya.
Yetər
ki, imanla aşıb-daşasan,
Sarmaşıqtək
sarmaşasan eşq ilə.
Sən
ki, qoca kainatla qoşasan,
Zirvələrə
dırmaşarsan eşq ilə.
Ruhunda
gizlənən gücü ara sən,
Heyifsən,
özündən xəbərsiz olma.
Hər
yerdə hər şeyin bətnini görən,
O sirli
gözündən xəbərsiz olma.
Qoyma
sındırsınlar qanadlarını,
Ulduzdan-ulduza
uçmaq üçün sən.
Qopar
beynindən o qandallarını,
Göylərin
sirrini açmaq üçün sən.
Çəkilib
kənardan özünə bir bax,
Sahilsiz
ümmansan, dəniz deyilsən.
Di
qaldır başını, üzümə bir bax,
And olsun
Allaha, aciz deyilsən.
Eşqindən
tanıyar
yurd yiyəsini
Lap belə
göy uçsa, dünya dağılsa,
İyindən
tanıyar it yiyəsini.
Göz
gözü görməyən gecə də olsa,
Ahından
tanıyar dərd yiyəsini.
Ulu
ulusumun ulu yurdu var,
Önündə
yol gedər ölməz ordular.
Bu torpaq
eşq ilə dönüb yurd olar,
Eşqindən
tanıyar yurd yiyəsini.
Bir
söz çiçəkdirsə, bir söz də oxdur,
Söz
dedik, deyəsən, su da duruxdu.
Qurdun yer
üzündə yiyəsi yoxdu,
Göylərdə
axtarar qurd yiyəsini.
Dumana
düşmüşəm
xəyallarında
Əbədi
bir qəmi kürk eləmişəm
Bu əyri
dünyanın düz yollarında.
Həyatın
özünü dərk eləmişəm,
Dünyanın
cavabsız suallarında.
Bu da bu
taleyin talesiz günü,
Səni
çaş-baş saldı saçımın dəni;
Deyəsən,
tanıya bilmədin məni,
Dumana
düşmüşəm xəyallarında.
Ürəyi
alovlu, gözü qan idim,
Bir
gün qürub çağı, bir gün dan idim.
Mən
onda ağ atlı bir oğlan idim
Nənəmin
sehrli nağıllarında.
Ağ
bulud kimi
Elə
bil tələsik gedən yeri var,
Zaman
öz-özünü çapır at kimi.
Dünən
o yamacda quruyan ağac
Bu gün
bu yamacda bitir ot kimi.
Həsrətmi
küləyi oxudur elə,
Eşqmi,
göy qurşağın toxudu elə?!
De,
hansı aşiqin ruhudu elə,
Keçir
göy üzündən ağ bulud kimi?!
Gözüm
su içmədi xam xəyalından,
Özün
də diksindin öz sualından.
Qismətin
olmasa dünya malından,
Yurdun
qürbət kimi, yuvan dərd kimi.
Fitnələr
atından yıxanda səni,
Dərələr
selində boğanda səni,
Dünya
caynağında sıxanda səni
Mələmə
quzutək, ula qurd kimi.
Cənubdan
əsməsin şimal küləyi,
Döysün
hər qapını eşqin gerçəyi,
Sən
heç köhnəlmədin, "köhnə"
çiçəyim,
Könül
sevdi səni, ana yurd kimi.
Adət
Sevəndə
dünyanı
ətrə bürümək
çiçək
adətidir, gül adətidir.
Hər
zaman eşqində üzüağ olmaq
Mənim
kimi qara qul adətidir.
Payızda
köç
etmək
köçəri
quşların el adətidir.
Hüseyn
Bağıroğlu
Ədəbiyyat
qəzeti.- 2024.- 17 avqust, №31.- S.27.