Nizami Saraclının məzarı üstündə
Zamanında Borçalıda ağır kişilər ustadnamələrə də, gəraylılara da, təcnislərə də, qıfılbəndlərə də söz deyərdi,
a sözü Borçalımızın söz xəritəsi olan söz ömürlü dostum,
ruh qardaşım. Səninlə sözünün işığında
kəlmələşirəm...
Salam, a Nizami,
Sabahın xeyir,
Sabahların xeyir, a gözəl
kişi!
Bir çiskin görünür
baxışlarında,
O çiskin nə deyir, a gözəl kişi?!
Baxış - dağlarına düşməmiş
düyün
Hər sözün bir cəllad kötüyü
idi
o çiskin
üçün...
Nə deyir əlimdən yapışan külək,
Çatıb nə deyəcək
gələn atlılar,
Yolların tozunu nal darağıyla
silən
atlılar?!
Sənsizlik məni
Səninlə gör harda görüşdürübdü,
Gözümdən üzümə
sənsizliyinə
bənzər qafiyələr sürüşdürübdü...
Sənin
şeirlərin nələr
deyirdi
Türkün şeirini - türk
şeirini
Ruhuna
"Ruhani" havası
bilən,
Tarixi günahın ayrılığını
-
Borçalı adında bir məmləkətin
dünənə ruh olan sabahlarına
düşən kiriş ilə
davası bilən,
Sənin
söz davana üzərrik deyən,
Türkün türklüyünə ərənlik deyən
cavan
türklərə,
Söz
da silah idi söz anlayana;
Qazavat səsiydi davan türklərə,
a gözəl
kişi...
Ruhu rəvanların niyyəti
ilə
Sovuşar boran da, keçər
bürkü də.
Şeirin,
ruhumuzda
yaşayan şeirin
açan
çiçəklərin,
gülən güllərin,
axar bulaqların,
əsən yellərin,
daşlara doy gələn
daşan
sellərin...
söz ömrü olub
Yaşadar Nizami Mutlutürkü
də!..
Saraclı, 6 avqust, 2024
Rəşid Faxralı
Ədəbiyyat
qəzeti.- 2024.- 17 avqust, ¹31.- S.25.