Bir sönməz ilhamla yazıb-yaratdın,
Sözün meydanında ixtiyar
oldun.
Ömrünü əritdin millət
yolunda
Sən özün taleyə, bəxtə yar oldun.
Sözə maya tutdun doğrudan-düzdən,
İşlədi dərinə, olmadı
üzdən,
Dikəldin çinartək soykökümüzdən,
Ruhun var
olduqca özün var oldun.
"Birdir Azərbaycan - birdir can" yazdın,
Yurdumun şəninə çox
dastan yazdın,
Ən qorxunc zamanda "Gülüstan" yazdın,
Ən cavan çağında saçı qar oldun.
Vətən ana oldu, sən ona bəndə,
Ucaldın vətənlə göylərə
sən də.
Şəhid oğullara ağı
deyəndə,
Sızlayan, inləyən kaman,
tar oldun.
Haqqın,
ədalətin səndin
hakimi,
Sağaltdın, hər dərdin
oldun həkimi.
Ad yazdın tarixə bir ustad kimi,
Həmişə dillərə belə
car oldun.
Ürəyin bir vurdu obayla, ellə,
Zirvəyə ucaldın pillə
və pillə,
Bu xalqa yadlardan dəyəndə güllə,
Dözmədin, talandın, tarimar
oldun.
Bir bayraq, bir Vətən,
bu idi andın,
Vicdanı həmişə Allahın
sandın,
"Şam əgər yanmırsa" dedin də, yandın,
Yanıb
qətrə-qətrə Bəxtiyar
oldun.
Aynur QAFARLI
Ədəbiyyat qəzeti.- 2024.- 17 avqust, №31.- S.13.