Gülöyşə nar kimi

 

Eh, qızlar, qadınlar!.. qəlbiniz ki, var

köksünüz altında bircəciyidir.

Üçüncü - sinəniz üstə qoşa nar,

İkinci qəlbiniz nar çiçəyidir.

 

Dördüncü, beşinci qəlbiniz var;

Gül dodağınızdan sorular nektar,

Diliniz ağızda narşərab dadar,

İkinci qəlbiniz nar çiçəyidir.

 

Atır, atdığında çağrı çatlayır,

Başvurdan başında ağrı çatlayır,

Gülöyşə nar kimi bağrı çatlayır,

İkinci qəlbiniz nar çiçəyidir.

 

Qardaşxan

 

Ədəbiyyat qəzeti.- 2024.- 17 avqust, №31.- S.7.