Yazı masam
Yazı masam təndir misalı,
həmişə odda saxladım.
Nə şit gördü, nə təlx gördü,
bir şirin dadda saxladım.
Təndirə çırpı yığan
uşaq kimi,
6 il qapı-qapı gəzdim,
-
Qələmə şəlləyib gətirdim,
üstündə "Laçın folkloru"
yazdım.
14 ilə o tay-bu tay Vətəndə
topladım Sarı Aşığı,
İndi adı ölkəylə birdi, -
aləmi
tutub işığı!
Masada dizimi yerə verdim,
qoymadım it-bat ola Aşıq Alı.
Sözləri səmtinə qoydum,
üzə çıxdı təcnisin
gül camalı.
Bir gözümdə gülüş,
o birində yaş,
Laçının "Lətifə"sini yazdım,
Şad günündə sevinə-sevinə
"Söz xəritəsi"ni
cızdım.
Yazı
masamda nə yazdımsa,
məndən irəli düşdü
ürək.
Ayrı
masamız olmadı -
mən üstünə söz daşıdım,
qadınım çay-çörək.
Yazı
masamda yazıldı
essem, şeirim, bayatım...
Yazı
masamdan başladı
yoxluğa bağlı məhkumluq
həyatım.
***
Hər günümə şərik
çıxdı,
Ömrü sözlə tən
elədim.
Necə
ki nar dənələnər,
Qələmdən söz dənələdim.
Yolların ağına çıxdım,
Qəmin
ocağına çıxdm,
Sözün qabağına çıxdım,
Qapımı da gen elədim.
Payız
gəlir yaydan sonra,
Uçurumdu qıydan sonra...
Xeyli götür-qoydan sonra
Sözü məndə mən
elədim.
Mənim dərdim ayrı dərddir
Daşdan
uzaq, gülə yaxın,
Mənim
dərdim ayrı dərddir.
Dişdən uzaq, dilə yaxın,
Mənim
dərdim ayrı dərddir.
Yara yol gedən ərinməz,
Hər ağac gülə bürünməz.
Çıraq tutalar, görünməz,
Mənim
dərdim ayrı dərddir.
Tikan olmadım, kəsələr,
Acı demədim, küsələr.
Deyil eşq dərdi, - desələr,
Mənim
dərdim ayrı dərddir.
Məna
xovdu, söz ilmədi,
Çox
sirr qaldı çözülmədi...
Yıxılmadım, əzilmədim,
Mənim
dərdim ayrı dərddir.
İlham,
telə gül taxdı yar,
Gül məmnundu, yar bəxtiyar.
Ariflər gözdən oxuyar,
Mənim
dərdim ayrı dərddir.
Eşq sənə
çəkdirər, aşıq
Aşıq Nəbiyə
Vurulsan bir salatına,
Eşq sənə çəkdirər,
aşıq!
Tablamarsan
təlatümə,
Eşq sənə çəkdirər,
aşıq!
Başını sadağa qoyar,
Dilini qadağa qoyar.
Yanağı isdağa qoyar,
Eşq sənə çəkdirər,
aşıq!
Baxmaz adın urvatına,
Qəm toxuyar bayatına.
Üzüm ayağın altına
-
Eşq sənə çəkdirər,
aşıq.
Dərd
dərdi yedək eyləyər,
Od vurar, ətək eyləyər.
Dilini gödək eyləyər,
Eşq sənə çəkdirər,
aşıq!
Evdi - girəcək görünməz,
Yoldu - duracaq görünməz,
Belə
görəcək görünməz,
Eşq sənə çəkdirər,
aşıq!
Aşıq belə zalım olmaz
Aşıq Afil Bəxtiyara
Allah sənə insaf versin,
Aşıq belə zalım
olmaz!
Barmaq simə hesab versin,
Aşıq belə zalım
olmaz!
Ta görməzlər təzə
bizi,
Sən də belə bəzə bizi.
Almadınmı gözə bizi?!
Aşıq belə zalım
olmaz!
Körpü atmışam keçə
yol,
Gedər,
bölünər üçə
yol...
Ölüb dirildim neçə
yol,
Aşıq belə zalım
olmaz!
Yar dolanan o dağ olam,
Yelləndiyi budaq olam.
Ha istədim toxdaq olam...
Aşıq belə zalım
olmaz!
Ölü haqqı, diri haqqı,
Od-ocağın qoru haqqı,
Dədəmizin goru haqqı,
Aşıq belə zalım
olmaz!
Hal-əhval
Ürəyimdən keçən adam,
Ürəyimi necə gördün?!
Yəqin
qədim evlər kimi
Dərd-qəmi iç-içə gördün?!
Dağların qarı tükənər,
Heç
tükənməz məlal
məndən,
Yaxam qalıb öz əlimdə,
Sən bu məni gəl,
al məndən.
Ürəyimdən keçən adam,
Başına yol qəhətdirmi?!
Utanıram soruşmağa -
Barı,
yolun rahatdırmı?!
Hələ gedir tağa dərdim
Yar üzdən telin qatlasa,
Deyərdin, Göy ayazıdı.
Məni
qoyub gedən gündən
Rəngi-rufum avazıdı.
Günümüz onda gün idi,
Həm işıqlı, həm şen idi,
Aramızda yol gen idi,
İndi durna boğazıdı.
Bu bəy dərdim, ağa dərdim,
Hələ gedir tağa dərdim,
Qalxıbdı qurşağa dərdim,
Vaxt varıdı, dayazıdı.
***
Yaz göyərən qamış
kimi,
Bir şivərək oğlan
idim.
Qələm bellə, kağız
bağla
Söz bağında bağban idim.
Cütüm nəydi, təkim
nəydi,
Bu bəxt gələn hökm nəydi?!.
Dərman
nəydi, həkim nəydi,
Top kimiydim, sağlam idim.
Ya yerdə qaçan öləcəm,
Ya göydə uçan öləcəm...
O sirdi, haçan öləcəm, -
Yazağzı doğulan idim.
Nədi
Bir gözəl görmüşəm,
əhli-hal bilər -
Sinəmin çəkdiyi bu
ahı nədi?!
Onu görən gündən keçən günlərin
Bilmirəm axşamı, sabahı
nədi.
Deyib-gülən idim, bir zaman şuxdum,
Qalamın bürcünə ağ
bayraq taxdım...
Kəsdirə bilmədim nə
qədər baxdım
-
Cəlladdı, mələkdi, ya,
Ya Hu, nədi?!
Bilək
balıq qarnı, ayaqlar mildi,
Boyu yasəməndi, dodaqlar güldü...
Demir
İlham birdən yıxılıb
öldü, -
Deməz
bu yazığın günahı nədi.
Düşə
Könül istər qara qultək,
Gözəl, sənə kölə
düşə.
Gözəlliyindən umsunur, -
Bir azca da gülə düşə!
Qollar dolana boynuna,
Əllər sallana qoynuna,
Sənin
xatalı oynuna
Düşən canım belə
düşə.
Yasımda qara geyələr,
Saç
yolalar, diz döyələr,
Gözəl öldürdü - deyələr,
İlham belə dilə düşə.
Mənəm
İndi əcəb bir halım var -
Yarı
sənəm, yarı mənəm.
Hər günümün yoldaşıdı,
Kədərin simsarı mənəm.
Gül neyləsin solan yerdə,
Göz neyləsin dolan yerdə?!
"Zəminxarə" çalan
yerdə
Tarzənlərin tarı mənəm.
İlham,
yol var yol içində,
Bənövşə var kol içində.
Öz yığdığı bal
içində
Batıb
ölən arı mənəm.
Adam
İlim-zalım qəm gözündən
-
Tərəzisi əyən adam.
Qara damın bacasıtək
Köksünü dərd oyan adam.
Göz sıxırsan kəlməbaşı,
Şeytan
əl çalıb qımışır!
Yanağında köhnə yaşı
Təzə yaşla yuyan adam.
Mərhəmət kişiyə tacdı,
Çörəyi bişirən sacdı...
Gözün toxdu, qarnın acdı,
Bu dünyadan doyan adam.
Yaxşı ilə Sarı Aşıq
Göz ilə göz yaşı kimi,
Yaxşı ilə Sarı Aşıq.
İsa-Musa
quşu kimi,
Yaxşı ilə Sarı Aşıq.
Həkəridə bağ meynədən,
Dastanı ürək göynədən.
Nakam getdilər, dünyadan
Yaxşı ilə Sarı Aşıq.
Aynadı
sular sevgiyə,
Ağladı qular sevgiyə.
Heykəl
qoydular sevgiyə,
Yaxşı ilə Sarı Aşıq.
Bu dünyadan o dünyaya
Səfər bəlli, zaman sirdi,
Bu dünyadan o dünyaya.
Hamı
üçün təhər
birdi
Bu dünyadan o dünyaya.
Çatanda vədən, saatın,
Çevirərlər salavatın...
Beş arşın bez mükafatın
Bu dünyadan o dünyaya.
Say üstündən çıxılmaqdı,
Yan-yörədən yığılmaqdı.
Ölüm bir də doğulmaqdı
Bu dünyadan o dünyaya.
***
Könlümdə pünhan guşəsi,
Dəm-dəm eynimə düşəsi...
Bədbəxt təlxəyin peşəsi
Şahı güldürməkdən yana.
Yar sevənə naz görünər,
Naz çəkənə az görünər.
O lal hoqqabaz görünər,
Eşqi
bildirməkdən yana.
Şehli
çiçəklər üşünür,
İçimdə dərdim eşinir...
İlhamı Allah düşünür,
O da öldürməkdən yana.
İlham Qəhrəmanov
Ədəbiyyat qəzeti. - 2024.- 24 avqust, ¹32.- S. 5.