Orxan Kamalın oğlu olmaq və ya Nazim Hikmətlə 3 il yarım...
Orxan Kamal kimdir?
Yunus Əmrə İnstitutunun rəhbəri Selçuq Karakılıçın böyük
əmək verdiyi layihədə tanış
olduğum maraqlı simalardan biri də İşık idi. Sadə görünən bu adamı xüsusi edən isə onun Orxan Kamalın
oğlu olması idi.
Bu tanışlıq Atatürk Kültür
Mərkəzindən İstanbul sokaklarında - Cihangirdə
gizlənən bir muzeyə - Orxan Kamalın evinə qədər uzanır. Vurğulamaq doğru olar ki, Cihangir həm də ziyalıların mərkəzləşdiyi
yer kimi də türklərin beynində son dərəcə
xüsusi yerdədir. Orxan Kamalın muzeyini gəzdikdə onun toxunduğu əşyaları, yatdığı
çarpayını, yazdığı
masanı görmək
beynimdə çox sayda suallar yaratdı.
Nazim Hikmətin Orxan
Kamala yazdığı məktublar
isə məni Orxan Kamalın 72-ci koğuşuna apardı. Burada yazarın çəkdiyi əzablar,
yaşadığı ağrılar,
ilk şeirlərində yaşadığı
uğursuzluqları gördüm.
Nazim Hikmətlə tanışlıq
sonradan onun həyatını, adətən
bir usta kimi hörəcəkdi. 3
il yarım Nazim Hikmətlə
həbsxanada eyni otağı paylaşan Orxan Kamalın daxilindəki qasırğalara
zidd sakit, əngin baxışlarla dünyaya baxması onun ilk əsərlərindən
başlayaraq son kitablarınadək
uzanır. Nazimlə eyni havanı udmaq, eyni ruhun
fərqli mərhələlərdə
vücud tapması deyilmi? Bir müddət Orxan Kamalın yazarkən oturduğu masada əyləşirəm.
Oğlu deyir ki, fikrimcə, bu gün Orxan Kamal sizə bir işıq,
ilham bəxş edəcək. Xatırlatmaq
istəyirəm ki, bu
il Orxan Kamalın 110 illiyidir. Belə mənalı bir zaman kəsiyində düşünürəm
ki, Orxan Kamalın oğluna bir sıra suallar ünvanlamalıyam, məncə,
bu gün Orxan Kamal onun dili ilə oxucu
ilə danışmalıdır...
Nargis
- Orxan Kamalın oğlu olmaq necə bir hissdir,
bunun hansı məsuliyyətləri var?
- Bu böyük bir məsuliyyətdir. Muzeyi açdıqdan etibarən
24 ildir ki, Orxan Kamal irsini toplayıram. Muzeyi və mövzunu aktiv saxlamaq böyük bir maddi və
mənəvi güc tələb edir. Bu, yük kimi görünsə
də, qiymətli, şərəfli bir işdir. Orxan Kamalı gələcəyə
daşımaq, onun irsini qorumaq, tanıtmaq mənim vəzifəmdir, borcumdur. Orxan Kamalın oğlu olmaq budur həm də.
- Tarixdə Orxan Kamal bir sıra haqsızlıqlar
yaşadı. Bu onun və sizin həyatınızda
nələri dəyişdi?
Bununla bağlı nə düşünürsünüz?
Bu illərlə bağlı
bir araşdırmanız
mövcuddurmu?
- Tarixən bilirik ki, yaradıcı və aydın təfəkkürə
sahib bir çox şəxsiyyət bu tərz haqsızlıqlara
məruz qalıb. Bu sizdə də belə olub, fikrimcə. Cəmiyyəti
o dönəmdə idarə
edənlər xalqın
oyanmasını istəmədikləri
üçün ziyalıları,
düşünürləri həbs edirdilər. Orxan Kamal daim xalqın özünü tanıması üçün
çalışıb. Bunu
ədəbiyyatla edib;
qələmi ilə bacarıb. O dönəm belə idi, bir də baxarsan,
elə vaxt gələr ki, Orxan Kamal baş tacı olar. Baxın tarixə, ziyalılara o cəzaları verənlər
unudulublar, bizlər isə hələ də həmin aydınlardan danışırıq.
Aydınlara yaşadılan
ruhsal və iqtisadi sıxıntılar
dövrə vurulan zərbələrdir, bunların
qayıdışı ağır
olur.
- Orxan Kamalla bağlı
indiyədək açıqlamadığınız
bir ağrı, yaşanmışlıqdan bəhs
edərsinizmi, Azərbaycan
oxucuları üçün?
- Bir dəfə atamla dənizə getdik. Buna onu mən məcbur
etdim. Bu xatirə məni hələ də düşünəndə
çox kədərləndirir.
1969-cu ildə anam,
atam və mən Menekşe plyajına getdik...İlk dəfə atamı dəniz geyimində gördüm. Necə arıq idi, ilahi... Canım yandı ona, daxili əzab yaşadım. Ömrünü
bizə sərf edən, min bir çətinliyi çiyinlərində
tək daşıyan adamın həmin görüntüsü, bu
yaşımda da düşünəndə
məni çox kədərləndirir. Uşaqlar
üçün axı
ataları onların qəhrəmanıdır... Ömrümüzdə
bir dəfə dənizə getdik... Bir il
sonra onu itirdik... Və hər şey sona çatdı... Bunu xatırlatdığınız
üçün sizə dərin təşəkkürümü bildirirəm.
- Orxan Kamal Nazim Hikmətlə
həbsxanada eyni otaqda yaşayıb illərcə... Nazim Hikmətdən necə bəhs edir əsərlərində? Bu birgəlik
ədəbiyyata nə
verib?
-
"Nazim Hikmətlə 3 il yarım" adlı bir kitabı var Orxan Kamalın. Çox qiymətli xatirə kitabıdır. Sonrakı nəşrlərinə
mən də bir sıra məktublar,
sənədlər, gündəliklərdən
əlavələr etmişəm,
bir növ zənginləşdirmişəm. Atam həbsdən çıxarkən Nazim Hikmətə
şeir yazıb. Nazim
Hikmət bunu oxuduqda ağlayıb. Həmin şeir ortada yox idi,
sonradan min bir əziyyətlə tapdıq.
"Nazim Hikmətə" adlanan bu nümunə
şərəfli bir tarixin, yaşanan mənalı illərin, iki ruhun birgə
mübarizəsinin manifestosudur.
Beləliklə... 14 kitabını
təkrar və itən romanlarını uzun araşdırmalardan sonra tapıb çap etdirmişəm. Mən təkəm, bilirəm ki, mən dünyaya gözlərimi yumanda bunu edən
olmayacaq....
- Orxan Kamalın 110 illik yubileyi ilə bağlı hansı işlər görülür?
- Ölkə olaraqmı?
- Bəli, bizim ölkədə bu çox qiymətlidir.
- Orxan Kamalı sizin ölkəyə göndərək, məncə...
Rəşid Kamal
Müsahibəni apadı: Nargis
Ədəbiyyat qəzeti. - 2024.- 24 avqust, ¹32.- S. 7.