Ejen İoneskonun Gəncə ləhcəsi
Ədəbiyyat tarixində krallardan, şahlardan bəhs edən bir çox
əsərlər var, hakimi-mutləqlərin
həyatı, taleyi,
həyat fəlsəfəsi
məhəbbət mövzusundan
sonra ədibləri ən çox maraqlandıran mövzu olub tarix boyunca.
Bu mövzuda qələmə
alınmış nəzm
və nəsr əsərlərinin əksəriyyəti
rejissorların da daim diqqətində olduğu üçün geniş kütlə müxtəlif
dövr və məmləkətlərin iqtidar
sahiblərinin ən azı adları ilə kifayət qədər yaxşı tanışdır. Bədii
söz yaradıcılığının
"absurdism", "dadaizm" deyilən cərəyanlarında
əsər yaradan qələm sahiblərinin
daha çox üz tutduqları mətləblərin mərkəzində
də məhz imperatorlar, şahlar, krallar dayanır - tamamilə anlaşılandır,
təbiidir, məntiqlidir;
bir ölkəni, bir xalqı idarə etmək kimi çətin və məsuliyyətli işdə absurddan sığortalanmaq elə də asan deyil.
Bu və ya digər
dilin quruluşunu dağıtmadan oxunaqlı,
esidimli, təfəkkür
yeniləyib təxəyyül
zənginləşdirən söz oyunu qura bilən, verbal ekvilibr yaradan sürrealist, absurdist, dadaist
ədəbiyyat yaradıcıları
və bu ədəbiyyatı dilləndirib
canlandıran rejissorlar
təzadlar teatrı, yaxud antiteatr qurucuları nitq və təsvir illüziyalarından, assosiasiyalarından istifadə
edərək özlərinə,
oxuculara və tamasaçılara yozum sərbəstliyi, qavrama azadlığı verirlər.
Məsələn, Kral
I Beranje: "Niyə siz hamınız mənə belə baxırsınız? Məgər
nəsə qaydasında
deyil? Heç bir qeyri-normallıq ola bilməz, çünki bütün qeyri-normallıqlar
artıq çoxdan adiləşib")
Gəncə teatrını dünyaya
tanıdan Birinci Beranje
Növbəti dəfə belə
bir imkan Gəncə Dövlət
Milli Dram Teatrının səhnəsində
baş tutdu. "Yuğ" Dövlət Teatrının və S.Vurğun adına Dövlət Akademik Rus
Dram Teatrının rejissoru
Tural Mustafayevin Gəncə truppasının
istirakilə quruluş
verdiyi "Kral ölür" tamaşasında
bir teatr səhnəsi üçün
qurulmuş oyunun
(absurd dram əsərinin tamaşasının
təhlilində "oyun"
təyini daha artıq üzvilik qazanır) səhnə əsəri statusuna kimi yüksəlməsi üçün
bir çox amillər var. Gəncə
Dövlət Milli Dram Teatrının
özünü sürrealizm
cərəyanından daha
çox dadaizm cərəyanının nümayəndəsi
sayan rumın-fransız
dramaturqu Ejen İoneskonun 1962-ci ildə
qələmə aldığı
"Kral ölür"
pyesi əsasında təqdim etdiyi "Kral ölür" tamaşasının diqqətçəkən
məziyyəti əhvalatın
ab-havasının ilk dəqiqələrdən
hiss olunub sonadək qüvvədə qalmasıdır.
Hər hansı vizual əsərin uğur qazanmasından ötrü bu, son dərəcə vacib amildir. Təəssüf
ki, son illərdə istər
yerli, istərsə də digər ölkələrin tamaşa
və filmlərində
bu, axtardığımız,
lakin tapmadığımız
cəhətə çevrilib.
Oynanılan, təsvir
edilən əhvalatın,
halın, vəziyyətin
ab-havasını bərqərar
edən nədir?
- Əlbəttə
ki, rejissorla aktyor heyətinin anlaşma dərəcəsi. Bu dərəcə
optimaldırsa, aktyorlar
səhnədə mizanlara
robotsayağı riayət
edib, personajın sözlərini deklamasiya etmirlər, hər bir aktyor hər
bir personajın ən yaxşı mənada, cildinə girir, əsər tarixi əsərdirsə, əlbisələr aktyorların
əyninə nəinki
fizioloji ölçülər
baxımından, ən
əsası, obrazın
dilini, xarakterini, danışığını, yerişini dəqiq tapmaq bacarığı baxımından düzgün
biçilir. Bütün
bunlar isə yaradıcı prosesə məsuliyyət və səliqə ilə yanaşmadan başlayır.
Vurğulamağa ehtiyac
yoxdur ki, məsuliyyətli
və səliqəli yanaşma istənilən işdə çox əhəmiyyətlidir. Gəncə
Dövlət Dram Teatrının
"Kral ölür"
tamaşasında quruluşçu
rejissorla aktyor heyətinin anlaşma dərəcəsi, məsuliyyət
hissi, səliqə keyfiyyəti bütün tamaşa boyunca tamaşaçının ilkin
təəssüratına sadiq
qalır. Təbii ki, hər bir zövqlü
səhnə əsərində
olduğu kimi, burda da kontekstə xidmət edən, ideyanı açan əlavələr və dəyişikliklər var. Məsələn,
ədəbi mətndə
kraliça Marqarita ilə kraliça Mariya ikisi də
fərqli çalarlı
qırmızı libasdadırlar,
Tural Mustafayevin quruluşunda isə kraliça Marqarita qara libasdadır, kəməri isə çoxlu sayda kiçicik kəllə fiqurları ilə, belə demək mümkünsə, bəzədilib.
Bu libas kraliça Marqaritanın kral Birinci Beranjenin həyatında və deməli, süjetdə tutduğu yeri aydın ifadə edir (Beranje Marqaritaya
işarə edərək:
"...O həmişə mənim
ölümümü arzulayıb...").
Müasir tamaşaçıya
hesablanmış və
həm də əsərin ruhunu saxlayan əlavə Qarovulçunun qulaqcıq
taxaraq musiqi dinləməsidir. "Qarovulçu"
demişkən, kralın
son anlarında o hökmdarının,
komandirinin dünya mədəniyyətinin yardıcısı
olmasına aid çoxlu
sadalamalar edir. Şekspir təxəllüsü
ilə əsərlər
yazdığını deyəndən
sonra Doktor "dayan, dayan, Gəncə
teatrını da o yaradıb?"
sualından ibarət əlavə replika atır. Bundan sonrakı səhnələrin
birində kraliça
Marqarita kral Beranjeni ölümə hazırlayarkən süngəri
ləyəndəki suda
isladıb onun əlini-qolunu yuyub-təmizləyir
və Gəncə ləhcəsində deyir:
"Bir az da döz, bir azdan yüngülləşəcən,
yaxşılaşacan..." Bu mental leksikon da çoxsözlü
farsda öz məntiqli yerini tutur. Personajların xarici görkəmi mövzusunu davam etdirərək o da qeyd edilməlidir ki, Gəncə
teatrının tamaşasında
kraldan başqa bütün personajların
üzü mimsayağı
ağ rəngdə qrimlənib. Bu, Beranjenin özünü digər insanlardan ifrat dərəcədə fərqləndirməsi,
üstün tutması
kimi dağıdıcı,
məhvedici xasiyyətinə
işarədir.
Samirə Behbudqızı
Ədəbiyyat qəzeti. - 2024.- 24 avqust, ¹32.- S. 8.