Qədim Nuh yurdunda böyük

qayıdışa aparan festival-konqres

 

Naxçıvanda 2023-cü ilin 23-24 noyabr tarixində keçirilmiş birinci festival-konqres "Böyük qayıdışa aparan yol" uğrunda həyata keçirilən tədbirlər sırasında böyük tarixi-mədəni xüsusi elmi əhəmiyyətə malikdir. Azərbaycan qardaş Türkiyədən bu mötəbər tədbirə dəvət almış çoxsaylı elm, təhsil, mədəniyyət, sənət adamları ulu öndər Heydər Əliyevin heykəli önünə tər gül dəstələri düzüb, onun əziz xatirəsini ehtiramla yad etdilər.

Sonra ulu öndərin adını daşıyan muzeydə olub, görkəmli dövlət xadiminin çoxşaxəli siyasi irsi mənalı həyat yolundan bəhs edən eksponatlar haqqında məlumat aldılar.

Naxçıvan Dövlət Milli Dram Teatrında "Qərbi Azərbaycana qayıdış" festivalı "Qərbi Azərbaycana qayıdışa gedən yol" konqresinin açılış tədbiri öz işinə başladı.

Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ərazi bütövlüyümüz uğrunda şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Qərbi Azərbaycana aid folklor nümunələrindən ibarət kompozisiya videoçarx nümayiş etdirildi.

"Qərbi Azərbaycana qayıdış" festival-konqresin açılış tədbirində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli çıxış etdi. O bildirdi ki, bu gün xalqımız öz tarixinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edib. Uzun illər gizli saxlanılan, təhrif edilmiş hadisələr əsl mahiyyətini qiymətini alır. Bunun ən mühüm səbəblərindən biri müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyilə Azərbaycanın 30 illik işğala son qoyaraq ərazi bütövlüyünü tarixi ədaləti bərpa etməsi oldu. 2023-cü ilin sentyabr ayının 19-20-də Qarabağda keçirilən antiterror tədbirləri isə dövlət suverenliyimizin onun bütün ərazisində təmin edilməsi ilə nəticələndi. Azərbaycanın bugünkü reallıqları Qarabağ Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafı ilə yanaşı, həm Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın hüquqlarının bərpası, Qərbi Azərbaycana qayıdışıdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə müəyyən etdiyi tapşırıqlara uyğun olaraq ölkəmizdə Qərbi Azərbaycana qayıdışla bağlı sistemli tədbirlərin keçirilməsinə başlanıb, bu məqsədlə konsepsiya qəbul olunub. "Qərbi Azərbaycana qayıdış" festival-konqresi cənab Prezidentin bu istiqamətdə müəyyənləşdirdiyi tapşırıqların icrası, Qərbi Azərbaycanın tarixi, mədəni irsi azərbaycanlıların tarixi torpaqlarından kütləvi deportasiyası ilə bağlı ölkəmizdə həyata keçirilən tədbirlərin tərkib hissəsidir.

Cənab Fuad Nəcəfli bildirdi ki, azərbaycanlıların deportasiyasının tarixi tam açılmamış beynəlxalq səviyyədə hüquqi-siyasi qiymətini almamışdır. Yalnız ümummilli liderimiz Heydər Əliyev ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra ilk dəfə bunlara hüquqi-siyasi qiymət verdi. Ulu öndərin siyasətini davam etdirən cənab prezident İlham Əliyev ata vəsiyyətinə əməl edərək torpaqlarımızı işğaldan azad etdiyi kimi, Qərbi Azərbaycana qayıdış konsepsiyasını da uğurla həyata keçirir. Qərbi Azərbaycana qayıdış üç prinsipə - tarixi faktlara, beynəlxalq hüquqa sülhə əsaslanır.

Azərbaycan Respublikasının elm təhsil naziri Emin Əmrullayev çıxışında bildirdi ki, Qərbi Azərbaycanda 1922-23-cü illərdə 36, 1924-cü ildə 62, 1929-30-cu illərdə 112, 1931-ci ildə 245 Azərbaycan məktəbi fəaliyyət göstərib. Nazir qeyd etdi ki, Qərbi Azərbaycandakı azərbaycanlı məzunlar arasından müxtəlif elm sahələri üzrə 10 akademik, 9 müxbir üzvü, 140 elmlər doktoru, 740 elmlər namizədi yetişmişdir. Emin Əmrullayev ali təhsil proqramlarına Qərbi Azərbaycan tarixi, mədəniyyəti, folkloru, toponimləri, İrəvan Müəllimlər Seminariyası ilə bağlı dərslərin, seçmə fənlərin daxil edilməsini vacib hesab etdi.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxışında vurğuladı ki, Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımıza məxsus tarixi faktlar, ədəbi-mədəni dəyərlər, xalq ədəbiyyatı nümunələri, toponimik məlumatları, o yurd yerlərindəki tarixi-mədəni abidələr barədə məlumatların elmi cəhətdən tədqiq olunması ziyalıların, xüsusən, elm adamlarının qarşısına mühüm vəzifələr qoyur. Bu mənada, keçirilən festival-konqresin mühüm tarixi, elmi-mədəni əhəmiyyəti vardır. Hörmətli rektor onu da bildirdi ki, konqresdə 200-dək ediləcək elmi çıxışlar nəşr olunacaq. Burada yer alan tarixi, ədəbi-mədəni faktlar Qərbi azərbaycanlıların layiqli ədalətli şəkildə yurdlarına qovuşmasını təmin edəcək, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına mühüm töhfə olacaq.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxışında bildirdi ki, cənab prezident İlham Əliyevin Qərbi azərbaycanlılar məsələsində nümayiş etdirdiyi prinsipial mövqe, onların hüquqlarının bərpa olunmasına doğma yurdlarına qayıtmasına qəti dəstək verməsi, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını hazırlamaqla bağlı tapşırıqları tarixi torpaqlarımıza dönüş uğrunda səylərə yeni təkan verdi. İcmanın sədri bildirdi ki, 1987-1991-ci illərdə baş vermiş sonuncu deportasiya zamanı Qərbi Azərbaycandakı 170-dən çox kənddə ancaq azərbaycanlılar yaşamış, 90-a yaxın yaşayış məntəqəsində azərbaycanlılar əksəriyyət təşkil etmişdir. Təəssüf ki, onların hamısı ermənilərə xas hiylə üsullarla son nəfərinədək ata-baba yurdlarından qovulublar. Bu hadisələr zamanı 200-dən çox soydaşımız ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib, 400-dən artıq insanımız bədən xəsarəti alıb. 17,5 milyard ABŞ dolları həcmində maddi ziyan vurulub ki, beynəlxalq qiymətləndirmə standartlarına görə, bu gün həmin ziyanın məbləği 700 milyard ABŞ dolları həcmindədir. Yeraltı-yerüstü sərvətləri, tarixi-mədəni abidələrə vurulan ziyanı da bura əlavə etsək, bu ziyan bir neçə dəfə artar.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Səbinə xanım Əliyeva çıxışında dedi ki, beynəlxalq hüquqda xalqın tarixən yaşadığı doğma yurdundan çıxarılması cinayət əməli hesab edilir. Ombudsman onu da bildirdi ki, Qərbi Azərbaycandan soydaşlarımızın zorla çıxarılması etnik təmizləmə siyasətini yerinə yetirənlər beynəlxalq cinayət məsuliyyətinə cəlb olunmalıdır.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, professor Mahirə Hüseynova bildirdi ki, toponimləri folklor nümunələrini öyrənməklə Qərbi Azərbaycan torpaqlarının Azərbaycan türklərinə məxsus olduğunu sübut etmək mümkündür.

Sonra tədbir bədii hissə ilə davam etdi.

24 noyabr 2023-cü il tarixdə festival-konqres bölmə iclaslarında işini davam etdirdi. Müxtəlif sahələr üzrə 200-dək elmi məruzə dinlənildi. Respublikamızın görkəmli bir çox tanınmış alimləri Qərbi Azərbaycanın tarixi, ədəbiyyatı, folkloru, dil faktorları toponimikası ilə bağlı maraqlı elmi məruzələr etdilər. Məruzəçilər indiki Ermənistanın qədim Oğuz-türk yurdunun tarixi bir bölgəsi olduğunu tarixi, arxeoloji, toponimik dil faktorları əsasında izah etdilər. Qərbi Azərbaycanın ta qədimdən bugünədək türk torpağı olduğunu diqqətə çatdırdılar. Göstərdilər ki, Oğuz ellərinin başbiləni Dədə Qorqud burada yaşamış, Bayandır xan Qazan xan ölkəni idarə etmiş, Oğuz igidləri ölkəni yağı-düşməndən qorumuşlar. "Dədə Qorqud" boyları Zaqafqaziya, Güney Azərbaycan Şərqi Anadolu bölgələrində Azərbaycan türklərinin bir xalq, "Koroğlu" eposu isə bir millət kimi formalaşdığını göstərir.

Bir məsələ xüsusi qeyd edildi ki, son 200 ildə havadarları tərəfindən Şimali Azərbaycanın bəzi kənd, şəhər xanlıqlarına köçürülmüş ermənilər ilk dövrlərdən özlərinə saxta tarix düzəltməyə, türk-müsəlman abidələrini məhv etməyə, erməniləşdirmə, "yersiz gəldi yerli qaç" siyasəti aparmağa başladılar. İrəvanı Ereburi, Göyçə gölünü - Sevan, Ağrı dağını Ararat adlandırdı, yüzlərlə türk toponimlərini dəyişdirdi. Hansı ki, Ereburi, Sevan, Ararat sözlərinin erməni sözü olmadığını özləri bilmir. Ermənilər Hay nəsli deyil, Balkanlardan gəlmiş köçəri Prometey nəslidir. Ararat sözü yəhudilər tərəfindən Bibliyada Urartu dövlətinə verilmiş addır s.

Bu mənada, alim tədqiqatçıların bir çoxunun Qərbi Azərbaycanla bağlı çap olunmuş kitablarının təqdimatının keçirilməsi, sərgilərdə nümayiş etdirilməsi erməni məkri saxtakarlıqlarının ifşası yolunda böyük elmi əhəmiyyətə malikdir. Bu sırada Naxçıvan Dövlət Universiteti Elmi kitabxanasında ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynovanın "XX əsrdə Dərələyəzdə Urbisid Etnosid Aktları" kitabı, "Ulduz" jurnalının "Qərbi Azərbaycan" xüsusi buraxılışının, bizim tərəfimizdən konqresqabağı nəşr olunmuş "Aşıq yaradıcılığında Qərbi Azərbaycan" adlı monoqrafiya digər müəlliflərin xüsusi səylə kitab təqdimatlarının keçirilməsi konqres nümayəndələrində çox yaxşı təəssüratlar yaratdı.

Ənənəvi olaraq "Qərbi Azərbaycana qayıdış"la bağlı ikinci festival-konqres isə 21-22 iyun 2024-cü il tarixdə muxtar respublika rəhbərliyi tədbir iştirakçılarının Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini muzeyini ziyarət etməklə başladı. Sonra festival-konqresin nümayəndələri Naxçıvanın səfalı Batabat yaylağına yola düşdü. Saat 11-də fəaliyyətə başlayan festival-konqresi təcrübəli aparıcı, polkovnik Abdulla Qurbani açıq elan etdi. El ağsaqqalı, müdrik Dədə Qorqud əlində müqəddəs qopuzla tədbirə gəldi, festival-konqresin işinə xeyir-dua verdi. Azərbaycanın üçrəngli Dövlət Bayrağını başları üzərində vüqarla dalğalandıran atlı çaparlar dəstəsi bir anda geniş tədbir meydanının qarşısındakı təpənin başına qalxıb qədim Oğuz adətinə görə, üç bayram tonqalı qaladılar. Oğuzların uca dağ başında üç tonqal qalaması qalib, zəfər simvolunun göstəricisi demək idi. Elə Qərbi Azərbaycanın yaxınlığındakı Batabat yaylağında qalanan üç tonqal da Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə qazanılmış Azərbaycan ordusunun zəfər qələbəsinin, soydaşlarımızın Qərbi Azərbaycana qayıdışının başlanğıc simvoludur.

Sonra mərasim iştirakçılarına "Zəfər" kompozisiyası təqdim edildi, şanlı "Zəfər" bayrağı meydana gətirildi. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olundu, Azərbaycanın Dövlət Himni səsləndirildi. "Zəfər marşı" ifa olundu. Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyası hazırladığı "Dərələyəz" kompozisiyasını iştirakçılara təqdim etdi. 2023-cü ilin noyabr ayında keçirilmiş simvolik olaraq birinci "Qərbi Azərbaycana qayıdış" festival-konqresin yaddaqalan məqamlarını əks etdirən videoçarx nümayiş olundu.

Festival-konqresin plenar iclasında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli nitq söylədi.

Fuad Nəcəfli bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyilə 2020-ci ildə Azərbaycanın 30 illik işğala son qoyması, 2023-cü ilin sentyabr ayının 19-20-də isə dövlət suverenliyinin onun bütün ərazisində təmin edilməsi vaxtilə Qərbi Azərbaycandan deportasiya edilmiş soydaşlarımızın pozulmuş hüquqlarının bərpası üçün real imkanlar yaradıb.

2022-ci il dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı müəyyən etdiyi tapşırıqlara uyğun olaraq ölkəmizdə Qərbi Azərbaycana qayıdışla bağlı konsepsiya qəbul olunub konkret tədbirlərin icrasına başlanılıb. Naxçıvanda keçirilən növbəti "Qərbi Azərbaycana qayıdış" festival-konqresi ölkəmizdə bu sahədə görülən mühüm işlərdən biri kimi çox dəyərlidir.

Fuad Nəcəfli "Gülüstan" "Türkmənçay" müqavilələrindən sonra ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi ilə azərbaycanlıların deportasiya siyasətinin əsası qoyulduğunu, 1905-1906, 1918-1921, 1948-1953 1987-1991-ci illərdə xalqımıza qarşı mərhələli şəkildə deportasiya soyqırımılar həyata keçirildiyini xüsusi qeyd etdi. Göstərdi ki, tarixi-mədəni irsimizin məhvinə başlanılıb, abidələrimiz, qədim Azərbaycan toponimləri saxta uydurma adlarla əvəzlənib, etnik təmizləmə siyasəti həyata keçirilib. Bundan sonra 1970-1980-ci illərdə ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründə bu proseslərin qarşısı alınıb, xalqımız növbəti deportasiya etnik təmizləməyə məruz qalmayıb.

Səlahiyyətli nümayəndə çıxışında Prezident, cənab İlham Əliyevin rəhbərliyilə Azərbaycanın yeni reallıqlar yaradan bunu diktə edən dövlətə cevrildiyini vurğuladı. Göstərildi ki, Azərbaycan dövlətinin, onun qüdrətli liderinin mövqeyi sülhə, beynəlxalq hüquqa tarixi ədalətə əsaslanır. "Qərbi Azərbaycana qayıdış" konsepsiyası da bu üç prinsipə uyğun reallaşdırılır. Hər kəsin öz əzəli torpaqlarında yaşamaq hüququ var bu hüquq beynəlxalq konvensiyalarda təsbit edilib. Hörmətli səlahiyyətli nümayəndə onu da qeyd etdi ki, Zəngəzurda, İrəvanda digər əzəli Azərbaycan torpaqlarında yaşamaq hüququnu beynəlxalq birlik qarşısında qaldıran xalqımız əmindir ki, Qarabağa, Şərqi Zəngəzura Böyük Qayıdışın davamı olaraq Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Qərbi Azərbaycana qayıdış da reallaşacaqdır.

Azərbaycanın elm təhsil naziri Emin Əmrullayev çıxışında ikinci festival-konqresin Batabat yaylağında keçirilməsinin özünəməxsus məna daşıdığını diqqətə çatdırdı. Bildirdi ki, festivalın keçirildiyi bu füsunkar məkandan bir neçə kilometr məsafədə həmvətənlərimizin yaşadıqları Qərbi Azərbaycan kəndləri yerləşir. Bu festival bizi həm ruhən, həm coğrafi cəhətdən Qərbi Azərbaycana daha da yaxınlaşdırır. Cənab nazir bu mühüm tədbirin "Qərbi Azərbaycana qayıdış" mövzusuna həsr olunmuş sanballı bir ictimai-mədəni müzakirə platforması rolu oynadığını qeyd etdi. Bildirdi ki, "Qərbi Azərbaycana qayıdış" ümummilli məsələdir; doğma ellərindən məhrum edilmiş minlərlə həmvətənlərimizin insan hüquqları məsələsidir. Ona görə hər birimiz bu istiqamətdə əlimizdən gələni etməliyik. Bu məqsədlə məktəblilər arasında keçirilən "Qərbi Azərbaycana qayıdış" olimpiadası davam etdiriləcək, tələbələr arasında maarifləndirmə tədbirləri, Gənc Müəllimlərin Qərbi Azərbaycana Qayıdış Forumu təşkil ediləcək, Qərbi Azərbaycana həsr edilmiş elmi araşdırmaları təşviq edən qrantların verilməsi nəzərdən keçiriləcək.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev faktlara istinad edərək bildirdi ki, azərbaycanlıların Ermənistan ərazisindəki ata-baba yurdlarından sonuncu deportasiya zamanı 300-ə yaxın yaşayış məntəqəsindən 50 mindən artıq ailədən 300 minə yaxın soydaşımız zorla qovulub, 200-dən artıq soydaşımız vəhşicəsinə qətlə yetirilib, 400-dən çox insan yaralanıb, çoxlarının evləri, əmlakları yandırılıb, yandırılmayanlar ermənilər tərəfindən əvəzi ödənilmədən qəsb edilib, 300-dən çox məscid, ziyarətgah, 500-dən artıq qəbiristanlıq yer üzündən silinib. Natiq onu da diqqətə çatdırdı ki, 1988-ci ildə Ermənistandan qovulmuş insanlara dəyən ümumi maddi ziyan 20 milyard ABŞ dollarından artıq olub ki, beynəlxalq qiymətləndirmə standartlarına görə 37 ildən sonra bu gün bu rəqəm 1 trilyon ABŞ dollarına catmaqdadır. Soydaşlarımıza dəyən mənəvi ziyanın qədəri isə ölçüyəgəlməzdir. Bütün bunlara yalnız ümummilli liderimiz Heydər Əliyev hüquqi-siyasi qiymət verib, bununla bağlı 1997-ci il dekadrın 18-də "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında", 1998-ci il martın 26-da "Azərbaycanlıların soyqırımı" 2001-ci il avqustun 22-də "Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında" fərmanlar imzalayıb. Bu tarixdən başlayaraq, hadisələrin elmi təhlil obyektiv siyasi münasibətlərin formalaşdırılması təmin olunub.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli ötən il keçirilmiş ilk festival-konqresin uğurlu nəticələrindən söz açdı. O, festival-konqresi Qərbi Azərbaycana qayıdış Konsepsiyasının ideya müəllifi Prezident İlham Əliyev xalqımız qarşısında hesabat kimi dəyərləndirdi. Görülmüş işləri diqqətə çatdırdı. Bildirdi ki, Qərbi Azərbaycana qayıdış ideyası ilk dəfə beynəlxalq müstəviyə çıxarılıb, dünyanın çox ölkə qurumlarına məktub müraciətlər ünvanlanıb, icmada 225 bəyanat qəbul edilib. Qərbi Azərbaycan İcmasının yeddi rəsmi sənədi BMT-nin rəsmi sənədi kimi bütün rəsmi dillərdə beynəlxalq qurumun üzvü olan dövlətlər arasında yayılıb. 200 il ərzində ermənilər tərəfindən doğma yurdlarından qovulmuş, geriyə qayıtmaq ümidini itirməkdə olan qaçqınlarda inam yaradılıb, insanlarımız bu ideya ətrafında təşkilatlanıb. Qərbi Azərbaycanın 24 rayonu 277 yaşayış məntəqəsi üzrə icmalar formalaşdırılıb, Azərbaycanın 41 rayonu üzrə nümayəndəliklər qərargahla təmin olunublar. Qərbi Azərbaycana qayıdış artıq 60 milyonluq Dünya azərbaycanlılarının, bir çox məqamlarda Türk dünyasının məsələsidir. Bu, ulu öndər Heydər Əliyevin bizə vəsiyyəti, cənab prezident İlham Əliyevin tapşırığı atalarımız qarşısında övladlıq, övladlarımız qarşısında atalıq borcumuzdur.

Qərbi Azərbaycan Araşdırma Mərkəzinin təsisçisi Mahirə Hüseynova yüz minlərlə insanın Vətəninə qovuşmaq istəyini müxtəlif yerli beynəlxalq təşkilatların platformalarından dünya ictimaiyyətinə çatdırılmasında göstərdiyi ardıcıl dəstəyə görə, Prezident İlham Əliyevə şükranlarını catdırdı. O, Naxçıvandan həqiqətlərin bəyan edilməsi üçün yaradılan platformaya görə, əməyi olan hər kəsə təşəkkür etdi, festival-konqresin işini yüksək dəyərləndirdi. Mahirə xanım Qərbi azərbaycanlı soydaşlarının hər zaman yanında olacağını bəyan edən cənab prezident İlham Əliyevin elmi ictimaiyyət qarşısında da mühüm vəzifələr qoyduğunu göstərdi, 1920-ci ildə Sovet Rusiyasının dəstəyilə yaradılmış Ermənistanda 1948-1953 sonuncu 1988-1991-ci illər deportasiyaları zamanı törədilmiş çoxminli insan faciəsinin gənc tədqiqatçıların araşdırma mövzusu olacağına inamını da ifadə etdi.

Festival-konqreslərin işində yaxından iştirak edən Türkiyədən gəlmiş təhsil, mədəniyyət xadimlərinin çıxış məruzələri soybir, dilbir iki qardaş xalqın dövlətin tarixi, ədəbi-mədəni, siyasi əlaqələrinin inkişafı baxımından təqdirəlayiqdir. İkinci festival-konqresdə iştirak çıxış edən İğdır Universitetinin rektoru, professor Mehmet Hakkı Almanın çıxışı da bu prizmadan dəyərləndirilməlidir. O, çıxışında Nuh peyğəmbərin yurdu sayılan qədim Naxçıvan diyarının, sadəcə, Azərbaycan böyük Türk dünyası üçün deyil, bütün dünya üçün çox önəmli bir coğrafiya olduğunu diqqətə çatdırdı.

Cənab rektor dedi ki, Zəngəzur dəhlizinin buradan keçməsi Naxçıvanın əhəmiyyətini daha da artırır. Mehmet Hakkı Alma onu da bildirdi ki, Azərbaycan ordusunun şanlı zəfər qələbəsi ilə bitən 44 günlük Vətən müharibəsindən sonra regionda yeni reallıqlar yaranıb. Buna görə Zəngəzur dəhlizinin reallaşması da gündəmə gəlibdir.

Türk dünyasını birləşdirən bu mühüm dəhliz həm humanizm sülh prinsiplərini özündə ehtiva edən mühüm sosial layihədir. Türk-İslam mədəniyyəti tarixinin önəmli bir parçası sayılan Zəngəzur dəhlizi Avropa Asiyanı birləşdirən bir körpü rolunu oynayacaq.

Naxçıvan Dövlət Universitetinin Texnologiya Mərkəzinin təşkil etdiyi Qərbi Azərbaycan mətbəxinə aid kulinariya sərgisi özünəməxsusluğuna, çoxçeşidliliyinə yüksək keyfiyyətlə hazırlandığına görə, festival-konqres iştirakçılarının böyük marağına səbəb oldu. Sərgidə 60-dan çox milli yemək, 44 çeşiddə meyvə meyvə qurusu, 94 növdə mürəbbə, 12 adda bitki çayı, 30 adda müalicəvi bitki, 13 növdə şirniyyat, 20-dən çox doşab meyvə şirəsi nümayiş etdirildi.

Batabatdakı tədbirdə Qərbi Azərbaycanın tarixi, toponimikası, mədəniyyəti, ədəbiyyatı, aşıq sənəti yaradıcılığından bəhs edən monoqrafiya çoxsaylı kitablardan ibarət kitab sərgisi öz məzmun zənginliyi əhatəliliyi ilə diqqəti çəkirdi. Tanınmış alim ziyalıların sərgidə nümayiş etdirilən əsərlərinə maraq baxış yüksək səviyyədə idi. Buradakı "Azer-Gold" QSC-nin stendi nəzər-diqqəti cəlb edirdi. Stenddə ümimmilli lider Heydər Əliyevin anadan olmasının 100, Heydər Əliyev Fondunun yaranmasının 20 illiyi münasibətilə, həmçinin milli ornamentlərimizi əks etdirən qızıl gümüş sikkələr nümayiş olunurdu.

Naxçıvan Muxtar Respublikasının şəhər, rayon icra hakimiyyətləri digər qurumları tərəfindən Batabat yaylağında Qərbi Azərbaycanın 11 mahalının əlamətlərini əks etdirən çadırlar qurulmuşdu. Əlahiddə Ümumqoşun Ordu Dərələyəz, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Qırxbulaq, Naxçıvan Dövlət Universiteti Vedibasar, Naxçıvan Şəhər İcra Hakimiyyəti İrəvan, Şərur Rayon İcra Hakimiyyəti Şörəyel, Babək Rayon İcra Hakimiyyəti Göyçə, Ordubad Rayon İcra Hakimiyyəti Zəngəzur, Culfa Rayon İcra Hakimiyyəti Zəngibasar, Kəngərli Rayon İcra Hakimiyyəti Kərbibasar, Şahbuz Rayon İcra Hakimiyyəti Dilican Sədərək Rayon İcra Hakimiyyəti Sərdarabad mahalına aid cadırlar təşkil etmişdi.

İyunun 19-22-si tarixlərində Qərbi Azərbaycanla əlaqədar keçirilən kitab təqdimatları   sərgiləri öz mövzu rəngarəngliyi məzmun yeniliyi ilə festival-konqres iştirakçıları tərəfindən maraqla izlənildi. Milli Məclisin deputatı, şair-publisist Musa Quliyevin "Zəngəzur", professor Fərrux Rüstəmovun "İrəvanın Kişi Gimnaziyası onun azərbaycanlı məzunları", professor İbrahim Bayramovun "Tarixi Azərbaycan torpağı Qərbi Zəngəzur", Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin "Qərbi Azərbaycana qayıdış konsepsiyası kimi" adlı tanıtım kitabı, fəlsəfə doktoru Cəlal Allahverdiyevin "Qərbi Azərbaycan mətbuat tarixi" kitablarının təqdimatı tədbir iştirakçılarının fəallığı şəraitində keçirildi.

Konqresin Qərbi Azərbaycan tarixi, ədəbiyyatı folkloru, Qərbi Azərbaycanın dil faktları toponimikası, Qərbi Azərbaycanda elm təhsil, Qərbi Azərbaycanın mədəni təbii sərvətləri, Qərbi Azərbaycana qayıdışın hüquqi aspektləri kimi istiqamətləri, şübhəsiz ki, ən yaxın dövrdə "Qərbi Azərbaycana qayıdış" konsepsiyasının reallaşmasına inamı artırır.

Festival-konqresdə Elm Ali təhsil üzrə Dövlət Ağentliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universiteti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Milli Konservatoriyası, Dövlət Gömrük Komitəsi Akademiyası, Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Turizm Menecment Universiteti, AMEA Naxçıvan Bölməsi, Naxçıvan Müəllimlər İnstitutu qardaş Türkiyədən olan universitetlər, həmçinin Naxçıvan Muxtar Respublikasının şəhər rayon icra hakimiyyətləri, Mədəniyyət Təhsil nazirlikləri tərəfdaş qurum kimi iştirak edirdilər.

Beləliklə, yekunda bütün bu deyilənlərlə yanaşı, onu da əlavə edək ki, yüksək dövlət dəstəyilə qədim Naxçıvan torpağında keçirilən bu iki festival-konqres böyük təşkilatçılıq gərgin əməyin nəticəsində ərsəyə gətirilmiş yüksək elmi, ədəbi-mədəni, ictimai xarakterli tədbir olaraq böyük dəyərə malik tarixi bir hadisədir. Bu möhtəşəm tədbirin ən ümdə məqsədlərindən biri isə böyük elm, təhsil çoxminli ictimaiyyət nümayəndələrinin ermənilər tərəfindən yurdundan didərgin salınmış soydaşlarımızın doğma vətəni - Qərbi Azərbaycana qayıdışı üçün dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək verməkdir.

 

Yusif  SƏFƏROV

Filologiya elmləri doktoru, professor,

"Qərbi Azərbaycana qayıdış"

festival-konqresin Elmi Komitəsinin üzvü

 

Ədəbiyyat qəzeti.- 2024.- 17 avqust, №31.- S.18-19.