Balaca kişi
Hekayə
Polad müəllimin evi kəndin əl-ayaq dəyməyən, lap uçqar hissəsində yerləşirdi. Onlar bura bir necə il əvvəl Qukark rayonundan gəlmişdilər.
Gəlmə olduqlarına
görə kənd əhalisi əllərindən
gələn köməkliyi
onlardan əsirgəməmiş,
köməkləşib ikigözlü
ev də tikmişdilər. Elə gəldikləri gündən
Polad müəllim evlərindən xeyli aralıda yerləşən
kənd məktəbində
hərbi dərsi deyir, qalan vaxtlarını
da qoyun-quzu saxlamaq, bağ-bostan əkməklə
keçirir, bir növ, doğma Çiçəklinin həsrətini,
çəkdikləri məşəqqətlərin
ağrı-acısını ovutmağa çalışırdı.
Dinc-qayğısız öz halal torpaqlarında yaşadıqları
vaxt mənfur ermənilərin torpaq xəstəliyi baş qaldırmış, qəflətən
ev-eşiklərindən onları
didərgin salmışdılar.
Qohum-əqrabaları, kəndin
camaatı hərəsi
bir yerə dağılanda Polad müəllim məhz buranı seçib gəlmişdi:
- Qoy düşmən elə bilməsin ki, biz bu qisası onlarda qoyacağıq. Torpaqlarımızın hər
qarışı mənə
Vətəndir, təki
salamatçılıq olsun,
- deyirdi.
Çiçəklidən çıxanda saqqallılarla əlbəyaxada
aldığı yaraların
ağrısı hələ
canından çıxmamışdı.
Xüsusən, sol biləyinin
sınığı onu
çox incitsə də, ağrılarını
biruzə vermir, hələ də ovuna bilməyən oğlunun, arvadı Gülbəsin könlünü
almaq üçün
deyirdi:
- Görərsiniz, mən burda dığaların gözləri qarşısında
elə bir ev tikib təsərrüfat
quracam ki, Çiçəklidəkindən
də gözəl olacaq. Nə fərqi var, Gülü, evin nə başı,
nə ayağı. Elə bu torpaqların
hamısı bizim doğma yurd-yuvamız deyilmi? - desə də ürəiyndən qara qanlar axır,
qoyub gəldiyi ata, ana, baba qəbirlərinin
harayı ona dinclik vermir, intiqam hissi Polad
müəllimi rahat buraxmır, yuxusunu ərşə çəkirdi.
- Gülüyə deməsəm
də, buranı mən özüm seçdim ki, fürsət
düşəndə bu
dığaların anasını
ağlar qoyum. Şəhid Çiçəklinin
intiqamı yerdə qalmasın, - deyə düşünürdü. Polad
müəllim bilirdi
ki, burada da əvvəlki
rahatlıq, dinclik yoxdu. Kənd daima qorxu-səksəkə
içindədir. Evlərdə
olan ov tüfənglərini
də gecəykən yığıb sakinlərdən
alıblar. Dığaların
qabağına çıxmağa
beldən, yabadan, kərəntidən başqa
bir şey qalmayıb. Axı necə ola bilər ki, düşmən əlisilahlı
qulağının dibində
dayansın, sənin bir ov tüfəngin
də olmasın, torpağını, ailəni
qoruyasan? Bunun günahı
o yuxarıda oturanlardadır.
Günün-günorta sağı
iki yeniyetməni ermənilər öldürsün,
biz bir qadın kəlyağısını adlayıb
keçməyək ki, nə
var, nə var, qan tökülməsin. Ata-baba adətlərimizə
riayət edən gənclərimizi alqışlasam
da, yenə də bir şey məni
yandırır ki, vurmaq
lazımdırsa, gərək
vaxtında vurasan.
İndi buyur, bax! Ermənilərin dişlərində
şirə qalıb. Sumqayıtda törətdiklərini
indi də Xocalıda davam etmək istəyirlər.
Əhali
arasında ümidsizlik
yaranmışdı. Polad
müəllim bir neçə dəfə kənd ağsaqqalları ilə məsləhətləşsə
də, "silahsız
camaatın əlindən
nə gələr"
- deyib susmuşdu. Polad müəllimin gümanı
gənclərə idi.
Kəndin cavanlarını
bir yerə yığıb sözə
başladı:
- Bu qədər qüvvəsi
olan kənd camaatı da oturub gözləyər ki, görək
nə vaxt ermənilər gəlib
ana-bacılarımızı əsir aparacaqlar? Bu papağı başımıza
niyə qoyuruq, qardaş? Ona görə bu papağı gəzdiririk ki, burda qoyub qaçaq?
Rövşən adlı gənc
ürəklənərək irəli çıxıb
qeyzlə:
- Polad müəllim, çarəmiz nədir, arvad-uşağın əlindən
tutub çıxaq, erməniyə də deyək ki, buyur gəl, isti evimizdə otur? Gözləyirik ki, görək,
bəlkə, yuxarılar
bir şey düşünüb tapacaqlar.
Onlardan da səs-soraq yoxdur. Silah güzlədənləri
həbslə hədələyirlər.
Bəs nədir çarəmiz? Sumqayıt
hadisələrini ermənilər
özləri yaratdılar,
nəticədə neçə
min azərbaycanlı yurd-yuvalarından
qovuldular. Siz ki, bu müsibətləri gözlərinizlə görüb
gəlmisiniz. İtin qabağına çomaqla
çıxmaq lazımdır,
əliyalın yox.
Polad müəllim bu cəsarətli, gözlərindən
qan daman oğlanın
sözünü qəribliyə
salmadı:
- Düz deyirsən, Rövşən, mən də səninlə razıyam. Bir halda ki, yuxarılar başlarını
itiriblər, biz niyə
bazımızdan keçək.
Bizim də düşünən başımız
var axı? Çox şey eləyə bilərik.
Rövşən yerindən bir az dikəldi, gözlərində ümid
qığılcımları parıldadı.
- Məsələn, müəllim,
nə edə bilərik?
Polad müəllim hədəfə
vurmuş kimi ürəkləndi:
- Uşaqlar, mən sizin kəndin təzə sakiniyəm, valideynləriniz deyə bilər ki, Polad müəllim tovlayıb uşaqlarımızı ölümə
apardı. Axı sizin hər biriniz bir evin
çırağını yandırırsınız, heyifsiniz.
Amma namus-qeyrət verilməyib
ki, çölə ataq.
O, bizə qorumaq üçün verilib. Əsli-kökü bilinməyən,
zatıqırıq ermənilər
ana-bacılarımızı əsir aparsalar, necə? Bəs bu qeyrətsizliyi kimin adına yazacağıq?
Polad müəllimin səsi titrədi, kövrəldiyini
üzə vurmamaq üçün sözünə
ara verdi. Sözü elə bil boğazına tıxandı. İri çiyinləri yüngülcə
titrədi. Özünü
tez ələ aldı.
Bayaqdan qulaq asan, dinib-danışmayan
Kərim dilləndi:
- Siz deyənlərin hamısı düzdür,
Polad müəllim.
İndi silahı hardan
tapaq axı?
Elə Polad müəllimə də bu lazım
imiş kimi başını qaldırdı:
- Mən qarabağlıların
namusuna-qeyrətinə yaxşı
bələdəm.
Döyüşkənliklərinə də şübhəm yoxdur. Onu buraxın mənim öhdəmə.
Kim könüllü vuruşmaq,
ermənilərə gücümüzü
göstərmək istəyirsə,
könüllü "Müdafiə
dəstəsi"nə yazılsın.
Amma mənə bir nəfər köməkçi
lazımdır.
Rövşən sorğu-sualsız ayağa
qalxdı:
- Siz hara ayaq qoysanız,
mən başımı
qoymağa hazıram. Təki silah verin. Silahsız igidin gücü-qüvvəsi
olmaz, müəllim. Bilirsiniz də, ermənilərdə nə
qədər top-tüfəng
var.
Polad müəllimin sevincindən
gözləri yaşarmışdı.
Belə gənclələ
lap dağı aşırmaq
olar, - deyə fikirləşdi.
- Onlar köpək kimi qaraya hürürlər.
Əslində tülkü
kimi qorxaqdırlar. Onları sizdən əvvəl mən görüb gəlmişəm.
Törətdikləri vəhşilikləri
də gözümlə
görmüşəm. Onlarla
xüsusi haqq-hesabım
var.
- Hə, indi, müəllim, sözün
qısası, deyin görək silahı necə və hardan alacağıq?
Onun qara, qalın qaşları çatıldı.
Dişləri bir-birinə
sıxıb düyünlənmiş
yumruğunu dizinə çırpdı. - Tikəmizin
artığını yeyənlər
indi bizə qənim kəsiliblər,
- deyib müəllimə
doğru bir az da əyildi.
- Hardan? Elə ermənilərin özündən,
Rövşən! - deyib
bığının altında
azacıq dodağı
qaçdı.
- Onlar öz xoşları
ilə silahlarını
bizə verəcəklər
ki, a dəli müsəlman,
gəl bizi qır?
Hamı
gülüşdü.
- Yox, Rövşən, məsələ sən düşünən kimi deyil, əlbəttə, mənimlə razılaşsanız,
yolunu sizə deyərəm.
Uşaqlar arasında bir canlanma yarandı elə bil. Hamı
Polad müəllimə
diqqət kəsilmişdi.
- Mənə ermənilərin
silahlarının yerini
öyrənə bilən
hər nəfər lazımdır. Axı mən bu ətrafı
yaxşı tanımıram.
Bir neçə dəfə
kəşfiyyata gedib öyrənərik, sonra
da gecə gedib gətirərik.
Bayaqdan bəri pəncərənin
dalından söhbətə
qulaq asan Xıdır dilləndi:
- Mən gedərəm, ata! Siz mənə
etibar etsəniz, silahın yerini öyrənə bilərəm.
Polad müəllim özü də heyrətlənmişdi.
Xıdırın heç
on dörd yaşı
tamam olmamışdı.
Bu yaşda uşağın
elə ciddi işlərə qoyulmasına
razı ola bilməzdi.
Birdən-birə etirazını
bildirmədi. Allah eləməmiş,
başına bir iş gəlsə, mən buna dözə bilmərəm. Polad müəllim haçandan-haçana
dilləndi:
- Sən necə gedə bilərsən, bala, bu dağları,
meşələri hələ
yaxşı tanımırsan
axı?
- Çox yaxşı tanıyıram, ata! Sən özün demirdinmi, müharibədə
uşaqlar böyüklərdən
də çox hünər göstəriblər?
Mən dostum Səmədlə bunu çoxdan planlaşdırmışdıq.
Ancaq səndən icazəsiz getməyə ürək eləmirdim.
İndi ki dəstə yaradırsınız,
məni kəşfiyyata
Səmədlə birlikdə
yaz. Biz sizin üzünüzü ağ
eləyərik, ata, yalvarıram, razı ol! Axı mən
də bir kişiyəm.
Hamı
gülüşdü. Uşağın
cürətinə heyran
qalmışdılar. Xıdırın
cavabını eşidənlərin
çoxunu sanki tər basmışdı.
Toplaşanlar sözə
bir qədər ara vermişdilər Xıdır dilləndi:
- Olaydı Çiçəkli,
onda görərdiniz bu qarabala nələrə
qadirdir. Qonşu erməni kəndlərinin
bütün bənd-bərəsinə
də bələddim.
Burada da dostum Səmədlə neçə
vaxtdır ki, bu haqda götür-qoy edirik. Amma məsləhətsiz
iş görmək istəmirdik.
Polad müəllimin əlacı
kəsilmişdi. Bir də
bu ağzından süd iyi gələn
uşağı bu işə qatmaq, Gülbəsin nigarançılığını
birə-beş artırmaq
istəmirdi. Onsuz da, dağılan evlərinin,
kənd yandırılanda
evdən çıxa
bilməyən xəstə
atasının faciəli
ölümünün yasından
hələ çıxa
bilmirdi Gülü (evdə onu Gülü
deyə çağırırdılar).
İndi yeganə ciyərparasını
bu işə qoşub Gülünün
dərdinin üstünə
dərd qoymaq istəmirdi. Artıq geriyə yol yoxdur. Tökülən su bir də
qaba dolmaz. O, öz hökmünü vermişdi.
- Qoy istiyə-soyuğa düşüb bərkisin.
Yaşadığımız narahat dünyada indi bu çox
vacibdir. Kim bilir, mənim başıma nə gələcək? Qoy heç olmasa anasını, balaca bacısını qoruya bilsin. Bu ab-havanı ki belə görürəm, bu xəmir çox su aparacaq, deyəsən...
Gecənin qaranlığı evlərin
üstünə elə
sökmüşdü ki, iki
addım aralını
görmək olmurdu. Həyətlərdən ara-sıra
itlərin qaraya hürməsindən başqa
ətrafda bir səs-səmir yox idi. Onsuz da narahatçılıq
içində yaşayan
kənd camaatı axşamdan işıqları
söndürmüş, qapı-pəncərəni
tərkidib yatmışdılar.
Dağlardan yenən soyuq hava gecənin
zülmətinə qarışmışdı.
Həyəcandanmı, ya
elə fikirdənmi Polad müəllimin az qala dişi-şişinə
dəyirdi. Yandırdıqları
odun peçi də çoxdan keçmişdi.
Polad müəllim bir neçə dəfə çıxıb həyətə
baş çəkdi,
heyvanların tövləsini
dönə-dönə yoxladı,
qayıdıb əlində
gətirdiyi odun parçasını ocağa
qoydu. Əlləri əsdiyindən kibriti çəkə bilmədi.
Mizin üstündən
bir kağız parçasını götürüb
sobanı yandırmaq istədisə də, mümkün olmadı... Odun çox yaş idi.
Gecədən xeyli keçmişdi.
Özü yola saldığı Xıdırdan,
Səməddən hələ
də bir xəbər yox idi. Gülü təşvişlə otaqları
gəzir, bir yaşlı Sevinci yatırtmaq istəsə də, uşaq anasının sinəsindən
qopub yatağa uzanmırdı. Körpənin
səsini Polad müəllim sanki eşitmirdi. Güllü qonum-qonşuya bir neçə dəfə baş vursa da, sakitləşmirdi. İşdən
xəbərdar olduğunu
biruzə verməmək
üçün Gülbəsin
gözlərinə baxa
bilmirdi Polad müəllim.
- Hər şey yaxşı olacaq. Gülü, səbrini baş, Allah kərimdi.
İndi harda olsa, gələr. Axı o, sən deyən ana uşaqlarından deyil, Gülü! Özün deyirdin ki, Xıdır çox diribaş, fəhimli uşaqdır. Dəyirmanın boğazına
ölü salsan, diri çıxar. İndi
nədən qorxursan axı? Harda olsa, gələcək.
Bir azdan palçıq içində gələn
Xıdırı atası
güclə tanıdı.
Tez paltarını dəyişdirib
yatağına uzatdı
ki, Gülü onun kolda-kosda çızılmış
yaralarını görməsin.
Yataq otağına keçib rahat nəfəs aldı.
Vəziyyət get-gedə çətinləşirdi.
Ətraf kəndlər
bir-birinin dalınca ermənilərin əlinə
keçirdi. Polad müəllimin yaratdığı
"Müdafiə dəstəsi"
də böyüyür,
ermənilərə dinclik
vermirdi. Dəstə silah əldə etdikdən sonra Xıdır bu dəstənin bir üzvü kimi döyüşçülərdən geri qalmır, böyüklərin bacara bilmədiyi işlərin öhdəsindən bacarıqla
gəlirdi. Atasından
gizli heyvan tövləsində gizlətdiyi
avtomatı da işlətməyi
öyrənmişdi. Elə
vaxt olurdu ki, Polad müəllim iki-üç gün evə gəlmirdi. Xıdır ana-bacısının
qayğısına böyük
adamlar kimi qalırdı. Ermənilər
atasının başına
qiymət qoymuşdular.
Onu öldürən və ya tutan
adama mükafat vəd edirdilər. Bundan Xıdır çox qürur duyur, yaşıdları arasında hərdən öyünürdü də.
Polad müəllimin dəstəsi özlərinə
gizli sığınacaq
düzəltmişdilər. Ətraf kəndlərə
tez-tez hücum edən ermənilərə
dəstə layiqincə
dərs verir, planlarını alt-üst
edirdi.
Atası
bir gün onu yanına çağırıb dedi:
- Xıdır, görürəm
sən ürəkli, bacarıqlı, qorxmaz balasan. Vəziyyət elədir ki, insanın başına hər iş gələ bilər. Ananı, bacın Sevinci sənə tapşırıram.
Bir qədər də zarafatyana:
- Axı sən kişisən!
Qonşu
Sırxavənd kəndi
uğrunda qızğın
döyüş gedirdi.
Xıdır bilirdi ki, atasının
dəstəsi yaxın
meşələrdə gizlənib
ermənilərə göz
verib, işıq vermirlər. Artıq atışma səsi kəndin içində aydın eşidilirdi.
Kənd
sakinləri evlərini
tərk etmək fikrində deyildilər.
Lakin insanların üzündə
bir kədər, bir narahatçılıq
var idi. Kənddə çoxlu uşaq, qoca, əlil var idi. Əlli-ayaqlı cavanlar meşələrə,
dağlara çəkilib
vuruşurdularsa da, hamı
gün kimi aydın bilirdi ki, bu birləşmiş rus-erməni quldurlarının
topu-tankı qarşısında
qüvvələri çox
azdı. Bütün bunlara baxmayaraq hamı səksəkə içində səhəri
açrıdı. Gülbəs
gecələr kərəntəni,
beli yanına qoyur, hər dəfə bir cam duzu əlinin altında saxlayırdı.
Bunu nənəsindən
öyrənmişdi. On səkkizinci
ildə evlərinə
basqın edən erməninin gözünə
duz atan nənəsi babası Göyüşü ölümdən
xilas etmişdi. Bu, onun uşaq yaddaşına çoxdan
həkk olunmuşdu:
"Balalarımı xilası
üçün əlimdən
gələni etməliyəm.
Suda boğulan saman çöpünə əl
atar", - deyib duz dolu kasanı
özündən kənar
qoymurdu.
Kəndin
üstünə elə
bil zülmət çökmüşdü. Bir addım aralıda gözə barmaq soxsan görmək olmurdu. Ara-sıra hürüşən kənd
itlərinin səsi gəlirdi. Əhali işıq yandırmırdı.
Polad müəllimdən
səs-soraq belə yox idi. Üzdə
deməsələr də,
bəzi kənd sakinləri için-için
çəkilib getmişdilər.
Gülbəs zəncirdə
özünü yeyib-tökən
Sarıbaşı buraxmışdı.
Buz kimi soyuq otaq elə
bil dilə gəlib danışırdı.
Uşaqların hər
ikisini bir yatağa salan Gülbəsin gözünə
yuxu getmirdi. Bura nə qədər rahat olsa da, (insafən özünü
doğmaları arasında
olduğu kimi hiss edirdi) o müdhiş gecədə, evlərinin qapı-pəncərəsindən qalxan alovun içərisində
yanıb külə dönən atasının
səsi qulaqlarından
getmir, unuda bilmirdi. O gecə özünü odun içərisinə atıb
yazıq qocanı xilas etmək üçün can atan Poladın başından nankor qonşu elə vurmuşdu ki, Polad müəllim ayılanda özünü
üstüaçıq maşında
görmüşdü.
Onun ilk sözü bu olmuşdu:
- Məni kim vurdu,
Gülü? Bəs atan hanı?
Gülbəsin üz-gözünün, yaxasının cırıldığını
görüb işin nə yerdə olduğunu anlamışdı.
İlk dəfə olaraq
başını Gülbəsin
sinəsinə söykəyib
uşaq kimi ağlamışdı Polad
müəllim. İlk dəfə
bir and dilini od kimi yandırıb ürəyini dilim-dilim qarsımışdı.
- Bu qisas yerdə qalmayacaq, - demişdi.
- Bir dəfə erməni bizi didərgin saldı, bura gəldik. İndi burdan
hara gedək? Öz torpağımızda bu yurdsuz-yuvasız, dini-məzhəbi
bilinməyən dığaların
əlindən qaçqın
düşdüyümüz bəsdir! Öldü var, döndü yox, biz burdan heç yana getməyəcəyik.
Gülbəs təzə tikdikləri
evin pilləkənində
oturub olub-keçənləri
təkrar çözələyir,
hərdən də Polada haqq qazandırırdı:
- Polad elə düz deyir, haqdı! Mən bir az hövsələsizlik
edirəm, amma ermənilər bizi öz torpağımızdan
iki dəfə qaçqın sala bilməzlər. Çiçəklidə
başımıza gələn
faciəni ikinci dəfə yaşamaqdansa,
elə meşələrə
çəkilib bu qansızlara qan uddurmaq lazımdır. Bu neçə ayda Polad ev-ailə üzü görməyib,
əvəzində onun
dəstəsi elə-ad-san qazanıb ki, hətta ermənilər onun başının qiymətini bilirlər. Sağ ol, Polad,
ürəyimə vurulan
yaranın odu-alovu üstünə sən su səpdin. - O, dərindən köks ötürüb ayağa qalxmaq istəyirdi ki, birdən elə dəhşət qopdu ki,
it hürüşündən, arvad-uşaq çığırtısından
qulaq tutuldu.
Gülbəs özünü yatan
uşaqların üstünə
atdı. Sevinci geyindirib qurtara bilmədi. Evə soxulan yaraqlılar onun başının üstünü aldılar.
- Yaxşı əlimizə
keçdin, türk ləçəri. Ərini
tuta bilmədik, indi onun əvəzində
sənin toyunu çalarıq. Ara, mən
bu bu günü
çoxdan gözləyirdim.
İndi burdan tərpənmək
istəməyənləri gör
necə dingildəcəyik?
Massab haqqı burda, torpaqlar var ha, bir xəzinədir, xəzinə.
Burnu çənəsinə qədər
sallanan saqqalı bel kəmərini bərkidə-bərkidə
irəli yeriyib Gülbəsin sağ böyürünə bir təpik vurdu:
- Götür
küçüklərini, sən bizə lazım olacaqsan.
Gülbəs aşağı əyilib
Sevinci götürmək
bəhanəsilə cam dolu
duzu saqqalının gözünə atdı.
O biri avtomatın gundağı ilə Gülbəsi yerə sərdi. Saqqalı ayı kimi bağırıb
gözünü tutdu.
Xıdır yaddan çıxmışdı.
Huşu özünə
gələn Gülbəs
Xıdır - deyə
ətürpədici səslə
qıyya çəkdi.
Xıdır əlindəki
avtomatı saqqallıya
tuşlamışdı:
- Sevinci götür, meşəyə qaç,
ana! - Deyə Xıdır
qəflətən dilləndi.
Anasını vuran erməni köpəyi evin ortasında qan içində çabalayrıdı.
O, biri dığa:
- Vay gözüm, - deyə özünə gəlincə, Xıdır
ana-bacısını götürüb
meşənin lap dərinliyinə
çəkildi.
O, dəstənin gizli
sığınacaq yerini
bilirdi. Ora can atan Xıdır yaxınlaşanda
səs eşidib dayandı. Sevinci kürəyinə bağlayan
Gülbəsin az qala nəfəsi kəsilirdi.
- Bala, bir az
dayan, toxtayım! - Dedi.
- Yox, ana, dayanmaq vaxtı deyil, bizi tuta bilərlər.
Qaranlıqda səs gələn
tərəfə getdilər.
Bir ümid, bir inam bu balaca,
qurd ürəyi yemiş sığınacağa
doğru çəkirdi.
Burada öz döyüşçülərindən mütləq olacağına
əmin idi. lap yaxına gəldilər. Xıdır yad danışıq
eşidib tələyə
düşdüklərini anladı.
Artıq gec idi. Ayaq üstə
tir-tir əsən anasında taqət qalmamışdı. Saqqallılar
bir göz qırpımında onları
mühasirəyə aldılar.
Xıdır başından
aldığı zərbədən
yerə sərildi. Gülbəsin yalvarışları,
qarğışı bir
nəticə vermədi.
Yekəpər, tütün
səkməkdən dişləri
saman kimi saralan bir erməni:
- Ara, elə bunları Allah özü bizə yetirib. Uşaxlara dəyməyin, onlar bizə lazım olacaqlar. Amma bu türk gözəli pis deyil ha... - Hırıldayıb güldü.
Yaxınlaşıb Gülbəsin üzünü-gözünü şillələdi. Qarnına
dəyən təpikdən
ikiqat oldusa da, Gülbəs səsini çıxarmadı. Sinəsinə
sıxdığı Sevinci
daha bərk qucaqladı. Saqqallı nə qədər əlləşdisə, uşağı
onun sinəisndlən qopara bilmədi. Haçandan-haçana özünə
gələn Xıdır
anasının bu görkəmindən od tutub yandı. İlk dəfə olaraq kövrəldi:
- Haradasan, ata! - deyə inildədi. Gözlərindən axan yaş sinəsini, yanaqlarını islatdı.
Üzünü torpağa
söykəyib səsini
çıxarmamaq üçün
bir ovuc torpaq götürüb ağzına basdı. Gülbəsi o qədər
sürümüşdülər ki, ağlamağa da halı qalmamışdı. Sevincin
qorxudan dili batmış, gözləri
hədəqəsindən çıxıb
böyümüşdü. Xıdır yerindən qalxıb anasına sarı süründü.
Sevinci anasından almaq istəyən dığanın arxadan üstünə atıldı.
Dişi ilə boynunun ardından elə yapışdı
ki, axan qan erməninin boyun-boğazını,
yaxasını boyadı.
Əlləri boşalan
erməni Sevinci buraxıb Xıdırın
ayaqlarını boynundan
açmağa çalışdı.
Xıdır:
- Sevinci götür qaç, ana! Mən ölsəm də, sizi bu qaniçənlərin
əlinə vermərəm!
- dedi.
Gülbəs yarımcan sevinci
götürüb yeraltı
daxmadan çıxmaq
istəyəndə qarşısında
yekəpər saqqallını
görüb yerə çökdü. Sevinc qollarının arasnıdan
daş kimi sürüşüb yerə
düşdü. Uşaqda
həyat əlaməti
yox idi. Gülbəs gücünü
toplayıb özünü
uşağın üstünə
atdı. Aldığı
zərbədən huşunu
itirdi. Uşağın
öldüyünü görən
bu qansızlar:
- Ara, bu bizə diri
lazım idi. Bilirsiniz ki, hər bir türk uşağının
ürəyi, böyrəyi
bizə nə qədər pul gətirə bilər. Haykaz bunu bizə
bağışlamaz. Axı
Amerikadan, Fransadan neçə dostumuz bizə bunu zakaz veriblər.
Səsə daxmadan bir neçə saqqallı da
çıxdı. Sevinci
yerə sərili görüb gülüşdülər.
Ayaqları ilə uşağı bir-birinə
futbol topu kimi atır, oynayırdılar. Huşu
özünə gələn
Gülbəs dişlərini
bir-birinə sıxmışdı
ki, səsi çıxmasın.
Gözlərini yumdu
ki, balasının cəsədini
benzin töküb odladıqlarını görməsin.
İki saqqallı onun göz qapanlarını
aralayıb baxmağa məcbur edirdi.
- Siz türklərin bir küçüyünü
də salamat buraxmaq olmaz. Sonra o balaca küçüyünüz qurda
dönür. Aç gözlərini, bax ki, bu yerlərə cürət edib bir də gəlməyəsən.
Ərin çox erməni analarını ağlar qoyub, indi də sənin
növbəndir.
Gülbəsin ağlamağa gücü
qalmamışdı. Əllərini
qoynuna soxub yerindəcə donmuşdu.
Gecə ana-balanı
mal tövləsinə atıb
qapısını bağladılar.
Qana bulanmış, heysiz, taqətsiz Gülbəs Xıdırın
da öldüyünü zənn
edib ona sarı süründü.
Xıdır anasına
ürək-dirək vermək
üçün başını
qovzadı. Anasının
əlini əlinə alıb bərk sıxdı. Qoynunda gizlətdiyi bıçağı
çıxarıb tövlənin
arxa divarındakı taxtanı kəsməyə
başladı. Ana qorxudan,
heyrətdən yerində
qurumuşdu. Gecə saqqallıları yuxuya verib ana-bala tövlədən çıxdılar.
Ayaqları yer tutduqca meşənin içərilərinə qaçdılar.
Gülbəs özünün sağ
qalmağını istəmirdi.
Məqsədi Xıdırı
yağı əlindən
qurtarmaq idi. Hiss edirdi ki, Sevincin müsibətindən sonra
yaşaya bilməyəcək.
Ayaqları dalınca getmirdi. Odur ki, qaranlıqda dayanıb Xıdıra dedi:
- Bala, məni burda qoy, get! Barı sən salamat qall! Atan sağ
olsa, səni mütləq tapacaq. Ancaq indi mənə
qulaq aç. Çay kənarına çıxsan, onun axarıyla gedərsən.
Çay səni yaşayış yerlərinə
aparıb çıxaracaq.
Gecə yorulsan, ağacın haçasına
çıx. Yerdə
sənə qurd-quş
dəyə bilər. Hansı kəndə gedib çıxsan, sənə həyan duran olacaq. Sonra Bakıya Bəxtiyar əmingilə gedərsən.
Mən Sevincim yatan torpaqda ölmək istəyirəm.
Sağ qalsan, atana deyərsən, bizi burda axtarsın.
Xıdır anasının sözlərindən
təsirlənib ağlamaq
istədisə də,
onları ermənilərin
eşidə biləcəklərindən
ehtiyatlandığından səsini
boğdu. Qaranlıqda
yavaşca hıcqırdı:
- Yox, ana, səni burda tək qoyub gedə bilmərəm. Axı atam sizi qorumağı
mənə tapşırmışdı.
- Nə etmək olar, yəqin bu bizim taleyimizə
yazılıb. Yazıya
pozu yoxdur, oğlum. Biz Quqarkdan - ata-baba yurdumuzdan qovulanda sənin səkkiz yaşın təzəcə tamam olmuşdu. başımıza
gələn bu müsibətləri ikinci
dəfədir ki, görürsən.
Alovlanan evimizdən çıxara bilmədiyimiz
babanın səsi qulaqlarımdan getmir, bala!
Gülbəsin səsi qırıldı.
Hıçqırtıları deyəcəyi sözləri
eşitməz etdi. Qaranlıqda dişləri
bir-birinə dəydi.
Canına düşən
üşütmədən yaxa qurtarmaq üçün Xıdırı
özünə yaxın
çəkib sinəsinə
sıxdı. Xıdır
da əsim-əsim əsirdi.
Soyuq payız küləyi, üstəlik
aclıq, qorxu onu da əldən salmışdı.
- Arxayın ol, ana, biz mütləq burdan sağ-salamat çıxacağıq,
amma heyif ki...
Xıdır Sevinc sözünü
dilinə gətirə
bilmədi. Qaranlıqda
dodaqları əsdi, səsi eşidilməz oldu. Hələ bərkiyib ərsəyə
çatmayan çiyinləri
titrədi.
- Yox, bala, sözümü
kəsmə. Bunları
sənə deməkdə
sözümün canı
var.
- De, ana,
de! Nə desən, yerinə yetirəcəyəm.
And içirəm ki, Sevincin
qisasını yerdə
qoymayacam.
- Atana deyərsən ki... - Gülbəsin
səsi qırıldı.
- Məni harda dəfn etsə, yanımda Sevinc üçün də baş daşı qoysun. Bir də bu gördüklərini heç vaxt unutma! Düşmən hər vaxt düşməndir!
Ana-bala bir-birlərinə qısıldılar. Elə
bil canlarına istilik gəldi. Yoğun bir ağacın gövdəsinə
söykəndilər. Göz-gözü
görmürdü. Ağacların
hər biri adama dönmüşdü,
getdikləri yerin səmtini-yönünü itirmişdilər.
Qəfil ermənilərə
tuş olmamaq üçün bir az gedir, dayanıb
dinləyir, yenə də yollarına davam edirdilər. Birdən elə bil hənirti eşitmiş kimi Xıdır anasının
əlindən dartıb
dayanmağa işarə
etdi. Gülbəs ayaqüstə sanki can verirdi. Uçuna-uçuna
yerə çökdü.
Xıdır anasını
ağacın gövdəsinə
söykəyib bir az irəli çıxdı.
Bir cüt göz qaranlıqda parıldayır,
hərdən də zəif səslə inildəyirdi.
- Kömək edin, qardaşlar!
Xıdır bir az da irəli dayandı. Ətrafa göz gəzdirsə də, bir şey görə
bilmədi. İkinci dəfə öz dilində "qardaşlar"
sözünü eşidib
ürəkləndi. Artıq
səhərin ilk işartısı
görünürdü. Alatoran
olsa da, az-çox nəyi isə seçmək olurdu. Xıdır zarıyanın
özününkülərdən olduğuna əmin olduqdan sonra ürəkləndi. Anasını
arxayınlaşdırmaqdan ötrü geri döndü. Ağaca söykəyib getdiyi anasında həyatdan əsər-əlaməti qalmamışdı.
Xıdır qaranlıqda
əlini anasının
üzünə, alnına
sürtdü, yaxınlaşıb
qulağını anasının
sinəsinə söykədi.
Anası nəfəs alırdı. Xıdır
sevindiyindən qışqırmaq
istədi. Səsi boğazına tıxanıb
qaldı. Anasının
qulağına sarı
əyilib bir neçə dəfə:
- Ana, ana! - deyə pıçıldadı.
Gülbəsin qaranlıqda
az qala bağrı
yarılan balasına yazığı gəldi,
bütün gücünü
toplayıb Xıdırın
əlini sıxdı
ki, sağ olduğunu bildirsin. Ana-bala qucaqlaşdılar. İndiyə
qədər özünü
kişilərsayığı aparıb anasına ürək-dirək verən
Xıdır onun qucağında cocuqlaşdı,
ana mehrindən, ana təmasından
qəhərləndi. Gülbəs
Xıdırın çiyinlərinin
titrəməsindən onun
ağladığını başa düşüb yerdən qovzandı. Səhərin soyuğundan
tir-tir əsən balasını isitmək üçün başındakı
cırıq şal parçasını açıb
Xıdırın başına
doladı. Sinəsini oğlunun sinəsinə söykəyib əllərini
qoynuna saldı. Üzünü-üzünə söykəyib nəfəsi
ilə hovxura-hovxura Xıdırı isitdi.
Bir azdan hava işıqlandı.
Ana-bala elə bil yuxudan ayıldılar.
Daha burda qala bilməzdilər. Yenidən ermənilərin
əlinə keçə
bilərdilər. Xıdır
gördüklərini Gülbəsə
dedisə də, nə edəcəyini kəsdirə bilmirdi. Yenidən gələn inilti səsi onu uzaqlaşıb getməyə qoymurdu. Gülbəs əllərini
yerə söykəyib
çətinliklə ayağa
qalxdı. Ağaca yaxınlaşıb gördüyündən
dəhşətə gəldi.
Rövşəni erməni
faşistləri tanınmaz
hala salmışdılar.
Onu ölmüş bilib çıxıb getmişdilər. Ağaca
sarınan Rövşənin
başı sinəsinə
sallanmışdı. Sinəsindən,
başından axan qan yerdə laxtalanmışdı. Xıdır
anasının üzünə
baxdı:
- Biz nə edək indi, ana?
Ətrafdakı meyitlərin çoxu
onların kəndinin adamları idi. Bura atasıgilin toplaşdıqları
gizli yer idi. Xıdır bura çox gəlib-getmişdi. İlk dəfə
ermənilərdən gətirilən
silahı da atası burda gizlətmişdi. Meyitlərdən Xıdır
hər şeyi başa düşdü.
Lakin atasını onların
arasında tapmadığına
görə bir az yüngülləşib,
toxtadı:
- Dayanın, faşistlər,
el-obanın igidlərini
nə qədər qırsanız da, hamısını
yox eləyə bilməyəcəksiniz. Bu torpağın
qisası sizdən alınacaq. İnanıram
ki, atamın dəstəsindəki
şahinlərin hamısını
öldürə bilməmisiniz.
Xıdır cib bıçağını
çıxarıb Rövşənin
əl-ayağındakı ipləri
kəsdi. Yaralı Rövşən daş kimi Xıdırın üstünə gəldi.
İkisi də yerə sərildi. Rövşən Xıdırı
çoxdan tanımışdı.
Yeraltı sığınacağa
sarı süründülər.
Gülbəs addımlarını
ata bilmirdi. Hər addımbaşı
yıxılırdı. Koldan-kosdan
tuta-tuta onların dalınca gedirdi. Yeraltı sığınacağa
girəndə torpağın
istisi elə bil canlarına qüvvət gətirdi. Hava artıq işıqlanmışdı. Burda
qalmaq qorxulu idi. Rövşən əli ilə qazmanın sol küncünə
işarə etdikdə
Xıdır bir şey anlamadı. Küncdəki ağac qanadlarının altında
bir bağlama gizlədilmişdi. Rövşən
onu gətirməyi işarə ilə bildirdi.
- Nə yaxşı, faşist köpəkləri
onu tapa bilməyiblər,
- deyə pıçıldadı.
Xıdır bağlamadan yod, tənzif
çıxarıb gətirdi.
Rövşənin yaralarını
sarıdılar. Bir az
da irəli gedib bıçaqla yeri qazmağa işarə etdi.
Avtomat hissələrini görəndə
Xıdırın gözlərinə
işıq gəldi. Avtomatı yığdılar.
Burada dayanmaq olmazdı. Xıdır iki ağac parçasını
gətirib dayaq üçün Rövşənə
verdi.
Rövşən başa düşdü
ki, Gülbəsgil yolu
yaxşı tanımırlar.
Odur ki, bütün gecəni Ağdama sarı getmək əvəzinə bir yerdə fırlanıblar.
Onun sol qolu ət paçası kimi yanına sallanmışdı. Ayağının
biri yaralı olduğu üçün
getmək ona çətin idi. Əksər vaxtlarda Rövşən, demək
olar ki, sürünürdü.
Acından az qalırdı taqətini itirsin. O, cadar-cadar olmuş dodaqlarını dili ilə yalayıb
islatdı. İyrənc
qoxudan ürəyi bulandı. Ermənilər
onu ağaca sarıyanda necə dəfə su istəmişdisə ona su əvəzinə dəmir qabda sidik içirmək istəmişdilər.
Xıdır Rövşənə və anasına növbə ilə kömək edə bilirdi. Birini 20-30 metr aparıb qoyur, sonra o birisinin dalınca qayıdırdı. Özü
də əldən düşmüşdü. Əl-ayağı
cızıq-cızıq olmuşdu.
Əynində demək
olar ki, paltardan əsər-əlamət qalmamışdı.
Bir tərəfdən də
aclıq, susuzluq öz işini görürdü. O, anasını
irəli sürüyüb,
geri qayıtmaq istəyirdi ki, yad danışıq
eşidib dayandı.
- Ara, gəl sıxıb gedək, eli. İndi musurmanların əlinə
keçə bilərik.
Onların güvəndikləri
Ağdama az qalıb. Ələ keçə bilərik. Naxax yerə dəstədən ayrılıb
səninlə bura gəldim. Massab haqqı, mən qorxuram. Gəl qayıdax geri.
- Ağ ciyər olma, Aşotcan. Sən bilmirsən ki, o quş bizimkilər üçün nə hədiyyə olardı. Onu tutsaq, elə
Polad müəllim əlimizdədi, eli.
- Qurddan törəyən də qurd olar.
Görmədin əlimizdən
necə çıxdı?
Harda olsalar, bu ətraflardan Ağdama sarı çıxacaqlar. Bir az səbr elə. Bu quşu vursaq, şef bizi çox
yaxşı mükafatlandıracax.
- Yox, mən daha
onlara da inanmıram. Gəl qayıdax geri.
- Ara, nə mazhabsızsan. Bir qulaq as da. O uşağı
elə bilirsən öldürdün, sənə
buna görə çox
sağ ol deyəcək? Ona diri lazım idi. Bilirsən də nə demaxdı bu? Hər bir
türk uşağı
milyonlar demaxdı!
Xıdır üzü üstə
torpağa uzandı. Qalxmağa taqəti qalmamışdı. Onlardan
biri anasına, Sevincə işgəncə
verən saqqallı idi. Xıdır avtomatı hazır vəziyyətə gətirsə
də, atıb onları hürkütmək
istəmirdi. Yadına
Rövşənin və
anasının vəziyyəti
düşdü. Sevinci
yarımölü vəziyyətdə
təpiklə atıb-tutan
bu caninin qanını içmək
istədi. Anasının
meşədəki tala boyu
süründüyü gözləri
qabağına gəldi.
Başından elə
bil od çıxdı.
Avtomatın tətiyinə
əl atmışdı
ki, bir əl qolundan yarışıb hərəkət eləməyə
qoymadı. Bu, Rövşən
idi:
- Dayan, nə edirsən? Mənim gücüm-qüvvəm
yoxdur. Bəlkə, çıxıb gedəcəklər.
Atəş açıb
ananı da, bizi də güdaza verərsən.
- Burax, Rövşən dayı. Özümüzün,
Sevincin qisasını
buradaca saqqallı canavardan alım. Sonra mənə nə olur-olsun. Anama söz vermişəm. - Xıdır yana-yana elə ağladı ki, Rövşəni də qədər boğdu.
- Yox, Xıdır, hövsələ elə. Bəlkə, onlardan birini diri tuta
bildik.
Rövşənin tədbiri onu sevindirdi.
- Bax, bu lap ürəyimcə
olar, Rövşən
dayı.
- Mənə diqqətlə
qulaq as, Xıdır! Sən avtomatı götür bir az aralan. Kolları
tərpədib azcə
səs eləyən kimi sənə sarı gəlmək istəyəcəklər. Biri aralananda sən atəş açarsan o birinin öhdəsindən gələ
bilərik.
- Yaxşı, - deyib Xıdır aralandı.
Bir azdan açılan güllədən saqqallının
biri heyvan kimi anqırıb yerə sərildi.
- Ara, səni elə kim vurdu? - Deyə
onun üstünə əyilən ikinci dığanın Rövşən
ağacla başından
vurdu. Saqqallı dığa özünə
gəlməmiş, Xıdır
avtomatın qundağı
ilə ikinci zərbəni endirdi. Huşunu itirən dığanın əl-ayağını
nazik çubuqlarla bağlayıb yerə yıxdılar. O biri saqqallının silahını
Rövşən götürdü.
- Xıdır, bax buna deyərəm əsil intiqam! İndi bu murdarı Ağdamdakı qərargaha aparmaq lazımdır.
Anasını, Sevinci döyəndə
özünü pələng
kimi aparan bu iyrənc dığa ilan dilini işə saldı:
- Ara, massab haqqı, mən sizə pislix eləməzdim, əgər o böyüklər
olmasaydı. Neyniyax
ki, ağa deyir sür dərəyə, sür
da, necə deyir sizinkilər?
Xıdır avtomatın qundağı
ilə saqqallının
qarnına el vurdu ki, səsi güclə eşidildi:
- Can bala, mənim də sənin yaşında balam-oğlum
var.
"Sənin də balan varsa, mənim
anamı, bacımı"
demək istədisə
də, səsi boğuldu, boğazından
çıxmadı. Yadına
anası düşdü.
Əsiri Rövşənin
yanında qoyub anasının yanına yüyürdü. Gülbəs
yerə yıxılmış,
gözləri açıq
qalmışdı. Xıdır
bir şey başa düşmürmüş
kimi özünü anasının üstünə
atdı. Anasının
taxtaya dönmüş
cəsədini qucaqlayıb
nə qədər belə qaldığını
bilmədi. O, daha ağlamırdı. İri,
qara gözlərindən
axan yaş damlaları yanağında
daşa dönmüşdü.
Rövşən onu cəsəddən ayıra
bilmirdi.
- Ana, ay
ana! - deyə nalə çəkən Xıdırın
səsi meşədə
əks-səda verirdi.
Gördüyü mənzərənin dəhşətindən,
ya qorxduğundanmı
dığa da yerdə
elə bil qurumuşdu.
Rövşənin yaralı olduğundan
istifadə edib qaçmağa fürsət
axtarırdı. Rövşən
bir əli ilə dığanın ayağından bərk-bərk
yapışıb özünə
tərəf çəkdi.
- Bir qolum
olmasa da, sənin boğazını
dişimlə üzəcəm,
it balası. İndi heç yerə qaça bilməzsən!
Güllə səsinin izinə düşən dəstə
üzvləri və Polad müəllim bu mənzərədən
sarsıldılar. Rövşən
dığadan, Xıdır
anasının meyitindən
bərk-bərk yapışıb
yerə sərilmişdilər.
Uşağı və
cəsədi tanıyan
Polad müəllimin bir anda dizləri
titrədi, beli büküldü. Sanki kiçilib balacalaşdı.
Yerindəcə canlı
heykələ döndü
elə bil. O, ağlamırdı. Yumruqları
düyünləndi, bir
nöqtəyə zillənən
baxışlarından od-alov
töküldü. O, sanki
yerə-göyə, bütün
dünyaya üsyan edirdi. Polad müəllim
Xıdırı cəsəddən
ayırıb Gülbəsin
cəsədi qarşısında
diz çökdü:
- Bağışla məni, bağışla,
Gülü. Səni bu vəhşilərdən
qoruya bilmədim. Atanın, şəhid Çiçəklinin qisasını
alacağım günü
gördüm. Sənin,
körpə Sevincimin qarşısında günahkaram.
Sizin ruhunuza and içirəm ki, nə qədər
sağam bu torpaq uğrunda vuruşacağam. Ermənilər
bizi belə qırğınlarla qorxuda
bilməyəcəklər.
Polad müəllim
əli-ayağı bağlı
əsir ermənini görəcək ürəyi
atlandı, riqqətə
gəldi elə bil. Oğlunun bu igidliyindən kövrəlib ağladı.
Xıdırı sinəsinə
basıb məhəbbətlə
alnından öpdü.
Sonra da:
- Sən, doğrudan
da, əsil kişisənmiş, - deyə
saçlarını qarışdırdı.
Şövkət Zərin Horovlu
Ədəbiyyat
qəzeti.- 2024.- 31 avqust, ¹33.- S.22-24.