Azərbaycanlı şair Şimali Makedoniyada poeziya festivalında iştirak edir

 

Gənc şair, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseyn Şimali Makedoniyada 18 ölkədən 41 şairin qatıldığı "63-cü Beynəlxalq Struqa Şeir Axşamları"nda iştirak edir.

Beş gün davam edəcək beynəlxalq tədbirin antologiyasında F.Hüseynin şeirləri ingilis makedon dillərində nəşr olunub.

Festival çərçivəsində gənc şair bir sıra tədbirlərdə çıxışlar edəcək.

Yeri gəlmişkən qeyd edək ki, F.Hüseyn bu günlərdə Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvü seçilib.

 

Ədəbiyyat qəzeti. - 2024.- 24 avqust, №32.- S. 27.