Muxtariyyətimizin 100 illik yubileyinə yeni töhfə
Ədəbi-bədii, ictimai-publisistik dərgi olan "Ədəbi incilər"
jurnalı
2024-cü il 2-ci nömrəsini Naxçıvan Muxtar Respublikasının 100 illik
yubileyinə
həsr edib. Jurnalın üz qabığı ilk baxışdan
oxucunu özünə
çəkir. Hər
bir naxçıvanlı
və Naxçıvanı
tanıyan şəxs
bu rəsmin "Köhnəqala" olduğunu
bilir. Əməkdar rəssam Sabir Məmmədovun
yağlı boya ilə işlədiyi bu gözəl sənət əsəri hər birimizə Naxçıvanın yaşanmış
şanlı və şərəfli tarixini xatırladır. Jurnal
"Ədəbi incilər"in
redaktor guşəsi"ndə
şair-publisist, Azərbaycan
Yazıçılar və
Jurnalistlər Birliklərinin
üzvü, bir sıra mükafat və diplomlara layiq görülmüş
Xalidə Nurayın (jurnalın təsisçisi
və redaktoru) çox qiymətli faktlarla diyarımızın
tarixinə, mədəniyyətinə,
görkəmli şəxsiyyətlərinə
işıq tutan qeydləri ilə açılır. Müəllif
Azərbaycan Respublikası
Prezidentinin "Naxçıvan
Muxtar Respublikasının
100 illik yubileyinin qeyd edilməsi haqqında" 2023-cü il 30 dekabr
tarixli Sərəncamını
- "Naxçıvanın qədim dövlətçilik
tarixi vardır", - deyən
ulu öndərin bütün
fəaliyyəti boyu Naxçıvana göstərdiyi
qayğının bu gün də davam etdirilməsi kimi dəyərləndirir.
Bildirir ki, Naxçıvan
Naxçıvan olmağının
haqqını canı,
qanı ilə qazanıb. Dəfələrlə
dağıdılıb, yerlə-yeksan
edilib, amma kərpic-kərpic, pillə-pillə
yenidən ucalıb. Müəllif yazır:
"Naxçıvanın davamlı
inkişafında ümummilli
lider Heydər Əliyevin böyük xidmətləri olub. Ulu öndər hakimiyyətə
gəldiyi vaxtlardan etibarən daim Naxçıvanı diqqətdə
saxlamış, Muxtar Respublikanın gələcəyi
ilə bağlı ən vacib qərarların
təşəbbüskarı olmuşdur".
Çox
da böyük olmayan yazı vasitəsilə müəllif bu qədim yurd yerini tanımayan oxucuda Naxçıvan haqqında ətraflı və canlı təsəvvür yarada bilib. Naxçıvan memarlıq məktəbinin
nümayəndələri, onların yaratdıqları
əsərlər, görkəmli
şəxsiyyətlərinin zəngin yaradıcılıqları,
Naxçıvanın "Nəqşicahan"
olması yolunda söz-sənət adamlarının
bir insan ömrünə sığışmayan
fəaliyyəti barədə
söylənənlər müəllifin
anasından cismən ayrı düşsə də, doğma Azərbaycanımızın bu
məğrur və qəhrəman, səfalı
guşəsinə, qonaqpərvər
insanlarına böyük
sevgisinin ifadəsi kimi diqqəti çəkir.
Müəllif bu gün Naxçıvanın yeni inkişaf
mərhələsinə qədəm
qoymasını naxçıvanlıların
dahi öndərin müəyyənləşdirdiyi siyasətə böyük
ehtiram göstərmələri
və davam etdirmələri kimi dəyərləndirir. Ölkə
başçısı cənab
İlham Əliyevin Muxtar
Respublikanın sosial-iqtisadi
inkişafı ilə
bağlı imzaladığı
2023-cü il 5 iyun tarixli
Sərəncamın qədim
yurd yerinə qayğının yeni ifadəsi
olaraq naxçıvanlılar
tərəfindən böyük
sevinc hissi ilə qarşılandığını
dilə gətirir.
Jurnalda Naxçıvanı tərənnüm
edən şeirlərə
geniş yer verilib ki, bu da nəşrin özünə
geniş oxucu auditoriyası qazanmasına
səbəb olub. Şeirləri oxuyarkən
adıçəkilən Sərəncamda
deyilən "Naxçıvan
diyarı Azərbaycanın
çoxəsrlik zəngin
keçmişində layiqli
yer tutmuş ictimai-siyasi və elmi-mədəni həyatında
özünəməxsus rol
oynamışdır" qənaətinin
doğruluğunu görürük.
Filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının
Əməkdar incəsənət
xadimi, Əməkdar mədəniyyət işçisi
Məhəbbət Mehdiyevanın
"Ulu yurdum" adlı
şeirinin hər misrası dediklərimizin poetik ifadəsidir:
Bu torpaqdan güc alıb neçə-neçə
igidlər,
Fəzlullah Nəimilər, Cəmşid
Naxçıvanskilər.
Bu torpaqdan güc alıb Mirzə Cəlil dühası,
Hüseyn
Cavid, Qəmküsar, Məmməd Araz dünyası.
Rənglərindən rəng alıb Bəhruzumun fırçası,
Düşmənə sipər çəkib mərd Əlincə qalası.
Müəllifin bu yurd yerinə məhəbbətinin
ifadəsidir ki, şeiri
oxuyarkən Naxçıvanı
gözlərinin önünə
gətirə bilir, onun dünəninə səyahət edir, bu gününə sevinir, sabahının daha gözəl olacağını görürsən.
Bu poetik və tarixi xəritəni Azərbaycan Yazıçılar
və Jurnalistlər Birliklərinin üzvü,
Prezident mükafatçısı,
AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat
İnstitutunun əməkdaşı,
şair-publisist İbrahim Yusifoğlu
bir qədər genişləndirir:
Naxçıvanam!
Yarandığım əzəl gündən,
Odlar Yurdu Azərbaycan olmuş anam!
Sinə
gərib düşmənlərin
od püskürən davasına,
Vüqarımı məlhəm qoydum
igidlərin yarasına!
Sinəm
üstdə əsrlərin
silinməyən izləri
var.
Əcəmidən abidələr qucağımda
var yadigar.
***
Şərqin qapısında ucalan
diyar,
Sevimli Naxçıvan, ey gözəl Vətən.
Araztək gümüşü bir kəmərin var,
Bu bayram günündə əlvan geyin, sən!
- deyən filologiya üzrə fəlsəfə
doktoru, jurnalist, mərhum şair-publisist, Naxçıvan torpağının
yetirməsi, vaxtilə
öz yazılarında
doğma yurdu sevə-sevə vəsf edən Cavad Cavadlının qızı
Jalə Cəfərovanın
"Naxçıvanım - ədəbi qürur mənbəyim" adlı
publisistik yazısı
hər bir naxçıvanlının qəlbində
yurd yerinə olan məhəbbəti daha da artırır.
Jurnalın üstün cəhətlərindən
biri də burada Əməkdar rəssam Sabir Məmmədovun
Naxçıvana həsr
etdiyi silsilə rəsmlərindən bir neçəsinin - "Köhnəqala
- Naxçıvanqala", "Haçadağ" və
digər əsərlərinin
özünə yer almasıdır.
Jurnalın redaktoru Xalidə
Nurayın bəhs etdiyimiz nəşrin sonunda özünə yer alan şeirləri
bizi bir daha Naxçıvana səyahətə aparır;
kəndbəkənd gəzirik,
yolumuzu obalardan salırıq. Naxçıvanın
hər bir guşəsi bizi qonaqpərvərliklə qarşılayır;
bu yurdun övladı olmaq fəxarətini yaşayırıq.
Onun "Naxçıvanım"
şeiri ruhumuzu təzələyir. Qeyrət
qalamızın Zorbulağı,
Əlincəsi, Əshabi-kəhfi,
Möminə xatunu,
Nuh peyğəmbəri, Mirzə
Cəlili, Məmməd
Səid Ordubadisi, Məmməd Arazı bizə qədimliklə müasirliyin vəhdətini
özündə yaşadan
ulu öndərin Vətənini
bundan sonra da belə qoruyub saxlamaq tövsiyəsini verir. Qoruyub saxlayaq ki, gələcək
nəsillərə ərməğan
edək.
Muxtar MƏMMƏDOV
Ədəbiyyat
qəzeti.- 2024.- 31 avqust, №33.- S.17.