Ulu Öndərə ilk görüşdə oxuduğum
şeir
Ey eşqim, vüqarım, sənətim, canım!
Ana çağırdığım Azərbaycanım!
Açıb qollarımı mehri-ülfətlə
bağrıma basıram səni hörmətlə.
Sən də, ey adıyla fərəhləndiyim,
şanlı sədasıyla ürəkləndiyim,
xalqımın istəkli, əziz övladı,
şerimin-sözümün qolu-qanadı,
sənin hər istəyin, sənin hər arzun
həyatda qoy şöhrət çələngi olsun!
Qaldırdın adını bu məmləkətin,
andın müqəddəsdi, südün təmizdi,
mənim taleyimdi sənin şöhrətin,
tarixdə tarixi mərhələmizdi.
Gəlin, addımlayaq sıx cərgələrdə,
gəlin, qabaqlayaq dövrü, zamanı.
Daim alqışlayaq yalnız zəfərlə
Ana dediyimiz Azərbaycanı.
1969
Dünyanın sirri
- Şair, yenə yazırsanmı? -
sual verdi biri, mənə.
Tanıtmaq istədi yəqin,
məndəki şairi mənə.
Axşam
olur, sabah olur,
mən yazmasam, günah olur.
Yazan zaman
agah olur
bu dünyanın sirri mənə.
Soyumasın od nəfəsin,
əvəzi yoxdu heç kəsin.
Ulu Tanrım çox görməsin
öz verdiyi şeri mənə.
Oğlum Nazimə
Nazim, o illəri salıram yada,
oğlum,
unudulmur heç nə dünyada.
Sənin
saçlarını
mən ağartmışam
infarktdan
yatanda
Almaniyada!
Üzündən görürdüm, fikrin
qətiydi,
döndərən olmazdı səni
bu yoldan.
Özün o yerlərə nabələdiydin,
bələdçim olmuşdun,
ay sənə qurban!
Bilmirdim,
həyata nəydi sualım,
qohumdan-qardaşdan yoxuydu heç kim.
Mənim
ağsaqqalım, qarasaqqalım
səniydin,
onda yox,
mən sonra bildim.
Arada görürdüm, sən
birtəhərsən,
ürəyim gəlmirdi, düzü,
soruşam.
Mən səndən qorxurdum,
xəstələnərsən,
Sən məndən qorxurdun, dözəmməz atam.
Gəncə Yazıçılar filialından
bir dostum varıydı -
qardaşəvəzi.
Gedib yaşayırdı Almaniyada,
dadıma
çatmışdı o da tələsik.
Simax Şeyda əmin, o həssas şair,
şanlı övladıydı bir
eşqin, andın.
O köçdü dünyadan,
dünya yaşayır,
gizlənpaç oyunudur -
bu da həyatın.
Oğlum,
Qaraxanı unutma bir an,
nə deyim, artıqdı bu söz, bəlkə
də.
Qatarla gəlmişdi Avstriyadan,
sənə həyan oldu qərib ölkədə.
Yaxşı insanlara yaxın
ol, müdam,
ünvanı çaşdırma, ünvan içində.
Bəzən, mən özüm
də səndən danmıram,
insan axtarmışam
insan içində.
Çağırış
Dünyanın bir tərəfi
yenə
od tutub yanır.
Günəşin gəlişini
xəbər verir təbiət.
Yerlər-göylər - nə varsa,
yuxusundan
oyanır.
Günəşdən səs - bir alqış! -
yaşamağa çağırış,
yaratmağa çağırış.
İnsan
fəaliyyəti
Günəşlə əl-ələdi,
dəyişir təbiəti
Günəş gedənə kimi.
Yaşayır ta qədimdən
bu, bir ənənə kimi.
Abidə
Kürdəmirli bir igid
şəhid oldu davada.
Kürdəmirli bir qızın
göyə qalxdı naləsi.
Möcüzələr varıymış
sən demə, bu dünyada,
-
misalmı?
Yadigarın
yadigar Abidəsi!
Həyatın bir anı
Şabrandayıq, püsələyir bala-bala,
otaqda da
üşüyürdük biz az qala.
Sevinc xanım süfrə açır, çörək
qoyur,
Arif təzə bəstəsinə
ürək qoyur.
Əvəzi yox səsindəki
məlahətin,
Haqdan gələn sərvətidi
bu millətin.
Sevinc xanım sevincindən aşıb-daşır,
yerdə
sular, göydə quşlar pıçıldaşır.
4 avqust, 2024
Mir Cəlal müəllimin xatirəsi
Şair,
Mir Cəlalın isti nəfəsi
mənə Haqdan gələn
bir ilham idi.
Mən ata görmədim, atam əvəzi
həyatda yeganə bir arxam idi.
Minnətdarlıq
Niyə
Nərminə deyirəm?
-
Bilirsənmi, nə deyirəm:
xeyirxahdı, rəhimlidi,
bir ömürdə neçə
ildi -
kimsəsizə kömək durur,
dediyim,
bax,
elə budur!
Çıraqqala
Amil müəllimə
Sasani igidləri
qalxdı
Çıraqqaladan,
Şabran
qalxdı ayağa
nizə
çıxdı yayından,
qalxan qalxdı ayağa!
Hünər qaldı yadigar
ulu babalarından.
Yaşa,
yaşat, dedilər
bu diyarın adını.
Şərəflə həsr elədin
sən də öz həyatını.
Bir nəsil alqışladı
nəsillərin adıyla.
İnsan
qalxır, ucalır
adıyla,
soyadıyla.
Amil, - deyə sevildin
el-obanın yanında.
Qədim
Çıraqqalanın
ən
yeni ünvanında.
İllər, talelər
Görkəmli alim, tədqiqatçı
Sadıq Şükürovun xatirəsi
Niyə
sağlığında yad olur bizə,
görmürük o boyda bir istedadı?
Elə
ki, getdilər,
çıxırlar üzə,
yüksək kürsülərdən çəkilir adı.
Niyə
yuxudadı, şöhrət
tanrısı,
niyə
qarışdırır ağı
sarıyla?
Niyə
o kəslərin oğlu,
ya qızı
xəlvətdə fəxr edir,
Atalarıyla?!
Sadıq
Şükürovu xatırlayıram,
təmiz
insan idi, alim adıyla.
Onun sinəsində qaynar bir ilham,
daim
məşğuluydu tədqiqatıyla.
Elə
ki, deyirdi Nərimanovdan,
pərəstiş edirdi o böyük
ada.
Bəlkə, alovlanıb yanırdı,
inan,
Nuru Paşanı da,
hallandıranda.
İllər var, səsləyir bizi
arxadan,
illər
- təzələnir arada,
ancaq.
Alim var, hörmətlə keçdim
yanından,
mən qibtə elədim,
bu ada, ancaq.
Ziyarət yolu
Hörmətli sənətkar
Elşad müəllim Nağıyevə
Bakıda
bir yol var, Ziyarət yolu,
orda da, bir evin bir
darvazası.
Dərmanlar düzəldir bir
vətən oğlu,
dilində -
daimi xeyir-duası.
"Müəllim" çağırılır
ustadın adı,
unudub xeyli var o, sinif nədir.
O sevir çəməni, çiçəyi, otu,
dərsi
də
otların öz dilindədir.
Evdə
mavi gözlü ağ pişiyi var,
deyir: nə ev bilir,
nə eşiyi var.
Lovğadı,
Şir qulaq,
sərt
keşikçidi,
xüsusi
xidmətdə fəxri
işçidi.
Elşad
- ixtiraçı bir istedaddı,
iki qız övladı, üç də nəvəsi!
Bəs onun xanımı?
Sevincdir
adı,
onu eşqinədir bunun həvəsi!
O da əvəzsizdi, bu da əvəzsiz,
onda da, bunda da taleyin əli.
Burda bir ailə yaşayır
səssiz,
şöhrəti ucadır,
adı
- şərəfli.
Bakıda
bir yol var, Ziyarət yolu,
orda da, bir evin bir
darvazası.
Dərmanlar düzəldir bir
vətən oğlu,
dilində -
daimi xeyir-duası.
Ağlat, sən məni
ağlat
Arif Mehmandosta
("Qaragilə... ağlama, bəsdi" mahnısına)
Bir əsrin qəm səsidi,
ya da əksinə, Arif!
Necə
dözdün, yanmadın,
sən öz səsinə, Arif?!
Səsində bir od-atəş,
bir çağırış, bir
üsyan,
ağlama,
deyə-deyə
sən yenə ağladırsan.
Oyadırsan bizdəki,
həmən o bizi, Arif!
Göstərirsən sırada
öz yerimizi, Arif!
Araz-Kür daşır, Arif!
Ey,
"Qaragilə", heyhat!
Ağlama,
bəsdi, demə,
qoy bir az yüngülləşim.
Rəhm
elə ürəyimə,
ağlat,
sən məni ağlat!
2024
Sədr hesabat verir
AzTV-nin birinci proqramı
ilə
"Həftə verilişləri"ni
dinlərkən
Sədr
hesabat verir
o, Cənab Prezidentin
hər gününə, anına
tarixi bir ad verir.
Sədr
hesabat verir
Əsrin
qəhrəmanına,
nəydi
əsrin şah sözü?
Dəmir
yumruq, haqq özü!
Səngərdə qələbəmiz, -
tarixi Zəfərimiz!
Sədr
sayır günləri,
ünvan
verir, ad deyir.
Sədr
hesabat verir:
An var - anlar içində
o da - əbədiyyətdir.
Prezident
oyaq qalır, -
Vətən qalır, xalq qalır,
müqəddəs torpaq qalır.
Başımız üstə - ZAMAN! -
üçrəngli bayraq qalır.
Deyir
Sevimli sənətkarımız
Mənsum İbrahimovun ad gününə
Mənsum
havalanıb oxuyur yenə,
nəfəsi bənövşə qoxuyur yenə.
Səsin
ipəyini toxuyur yenə,
rəngləri yaddaşdan-yaddaşa deyir.
Hər söz, hər qafiyə, hər kəlmə yanır,
dəymə, mən yandığım
bu qəmə yanır.
Yanıb
kül olmuşam, külümə yanır,
çəkdiyi hər nalə sən yaşa, deyir.
Elçin, yerə qoyma əlindən tarı,
Elnurun kamanı göynədən
tarı.
Qarabağ tarıdı, o Vətən
tarı,
bu Ağdam deyəndə, o Şuşa deyir.
Nədir
o pərdənin, o simin
səsi,
duyğumun səsidi, hissimin
səsi.
Allahım, nə deyir Mənsumun səsi?
Milləti qoymayın daşdaşa,
deyir.
Deyin, əl saxlasın
tarixi yazan
"Zəfər dastanı"
əsərinin müəllifi,
hörmətli Rahilə Soltanqızına
Qələbə yolumuz - "Zəfər
yolları",
bu yol da, o yol da bir haqdan keçir.
Səngərdə millətin gənc
oğulları,
Allahım,
nə ağır sınaqdan keçir.
İtirir
huşunu biri qəfildən,
birinin qolu var, qılçası
yoxdu.
Qabaqda düşməndi, arxada Vətən,
çəkməyə
bir rəssam fırçası
yoxdu.
Belə
itiririk mərd oğulları,
qoymur ayılmağa bizi bu ovsun.
Ey düşmən cəbhəsi,
namərd
yolları,
sizi yaradanın gözü kor olsun.
Deyin, tələsməsin fərman
sahibi,
deyin, əl saxlasın tarixi yazan.
Ey dava axtaran,
Bir An sahibi,
sonuncu addımı atanda, dayan!
Olsun
Ağ yel, ağ yelənli
sənin ağ atın:
Şimşəklər ovcunda qantarğan olsun.
Ayağın altında yer Cıdır düzü,
başının üstündə
göy qalxan olsun.
Ağ bulud çiynində bir ağ yapıncı,
əlində Babəkin misri qılıncı.
Bu yolun sonunda dördyol
ayrıcı,
İrəli!
Çağıran səs arxan olsun.
Mənə demişdilər daş
atma quşa,
daşa
tutulubdu Daşaltı,
Şuşa.
Elə zirvədən uç,
qoy o uçuşa
bütün qadağalar qadağan
olsun.
Qayıt
ki, yolunu gözləyir
anan,
bir millət danışsın
sənin adından.
Ağatlım, ağüzlüm, qarasaç
oğlan,
ağsaçlı şairin
sadağan olsun.
Mən yazılı kitabam
Gülgün qağaya məktub
"İçib Poylu suyundan
şair
oldun, Nəriman.
Sənə su göndərirəm,
bizim Vağzal Poyludan,
unutma,
Gülgün qağan".
Siz şair elədiniz,
getməyin çox uzağa,
gün onda doğru, Qağa!
Ahıllar və cavanlar,
şeirimi oxuyanlar
ürəyimi qırmadı,
könülsüz çağırmadı.
Görəndə - sevindilər,
şairimiz - dedilər.
Dost-tanışın səsiydi,
kənd
- Anam əvəziydi.
Dünya
pəncərəsindən
hamınızı görürəm.
Mən yazılı kitabam,
özümü köçürürəm.
Bizim qızlar
Akademik Arif Paşayevin
ad gününə
"Amazonka qızları",
-
anam, ailəm mənim.
Ey Gülşənim, Aygünüm,
bir də Nailəm mənim!
Xanım-xatın Gülərim!
Ellada, Rəna, Solmaz, -
hərəsi bir əsərim,
qızıl səhifələrim!
Hələ Südabə xanım
xaricdədi xeyli var.
Səyahətə meyli var,
gəlsin
danışaq, gülək,
təzə nə deyir, görək.
Lyubov Nikolayevna,
ukraynalı bir ana!
Ləhcəsi duzlu, şirin.
Göründü sənin yerin, -
Vüsalə, laləm mənim.
Nüşabə də var hələ,
daşqın şəlaləm mənim.
Ələddin - müdrik insan,
həm sayan, həm sayılan.
Elçindən də qoy deyim,
mənim
gənclik illərim!
Həm şıltaqdı, həm
əziz,
gah türkdü, gah ingilis.
Ofelya xanım da var,
halal bir qızdı rahat.
Gəlişi yarımştat,
görüşü yarımştat.
İşə bir xanım gəlir.
Demə,
bir ştatıymış,
O, yarım-yarım gəlir.
Tehran... konservatoriya...
Orda tələbələri,
burda da şah əsəri:
"Amazonka qızları",
qızlara hədiyyəsi, -
Mehmandost
- dost nəfəsi!
Həssasdı Gülnarə xanım,
nüfuzu
xeyli üzdədi,
bir gözü üstümüzdədi.
Rektorun Nümayəndəsi
Haqqın,
ədalətin səsi!
Ədalət müəllimin də
"Ədalət!" - adı
üstədi,
adı-soyadı üstədi!
O, Elmi Şuralarda da
Kürsüdən hesabat verir.
Rektorun hər təbəssümü
ona bir qol-qanad verir.
Tələbəm olubdu dekan,
Ayxan... Rüstəmzadə Ayxan.
O, dekan olandan bəri,
İstanbulun alimləri
Rektorun qəbulundadı,
Qardaş
- qardaş yanındadı.
Bizə
bu uçuş xəyalı
Töhfə verən oğul
da var, -
Bir ölkənin Ağsaqqalı!
O, getdiyi haqq yol
da var, -
O yol - Tanrının düz yolu,
Arifdi,
Mir Cəlal oğlu!
27 avqust 2024-cü il
Nəriman HƏSƏNZADƏ