İçərişəhər
İçərişəhər -
məhdudiyyət
və
ümid...
Bitirdim deyib nöqtə qoymaq istərkən
təzədən başladığın sevgi kimidir
dar
dalanlar,
hisslər arasında qalmış
kimi
qalırsan
iki divar arasında.
Təzə həyat, təzə
eradır sanki
hər bitən və təzədən başlayan
dalan,
çox
şeyə əl yelləyib boş verməyi öyrədir,
ələklənib ələkdə qalan
dostlara
oxunan fatihə kimidir
arxada qoyduğun küçə.
Küçəyə sığmayan ürəklər görüb,
içində ürək olmayan
tənlər
bu dər-divar,
təpiklər, tapdaqlar görüb,
məhəbbətlə basılan addımlar,
meh sığalı,
külək öpüşü,
günəş
təbəssümü görüb
bu daşlar,
soyuq sifəti ilə neçə-neçə
qar, çovğun çöküb
sinəsinə.
Kəpənək
yuxulu,
köhnəlik qoxulu,
İçərişəhər, İçərişəhər...
Yanardağ
İçindən od alıb yanan
Yanardağ,
Yanmağın
və bu yanğı ilə əzəmətin,
möhtəşəmliyin.
Varlığın, fərqliliyin sönməməyində.
Yanğın ağrıdır,
yoxsa, şövq, həvəs,
kim bilir...
Bəlkə, elə
küləklərin hücumudur səni bərkidən?!
Kimin atəşinə yanırsan,
kimə
görksən,
sinə
gərib ruzigara
kimin inadına sönmürsən?
İçindən od alıb yanan
Yanardağ.
Darıxmaq
Bilirsənmi,
nədir
darıxmaq?
- yaşadığın, qavradığın
bir məqamın
ayağına
getmək,
özünü unutmaq,
ürəyini didmək.
Rəngi-ruhu
oturub ölümünü gözləyən
qocanın
gözündən tökülən ətalət
rəngində.
Bir ovuc həsrətin
bir dünya hayqırtısı,
ölümün
yarısı.
Bir az da doğmalıqdır
darıxmaq,
bir
misqal həzdir.
Darıxırsan,
yaşayırsan,
deməli,
itməyib dünyanın dadı.
Bu acının,
belə
həzzin
elə darıxmaqdır adı.
Söz oyununda
İçimə çəkilib daldalanmışam,
Dəli
duyğularım öz
oyununda.
Təpədən dırnağa misralanmışam
Çarpışan fikirlər söz oyununda.
İntizarım bilmir nə hədd, nə hüdud,
İtir,
güman itir, üzülür umud,
Yüklənən kirpiklər - toqquşan
bulud,
Yaşlar
qıraq gedir göz oyununda.
Sən qutsal sandığın kimində oyun,
Aşkarında oyun, sirrində
oyun,
Ömrümüz illərin əlində
oyun,
Özümüz taleyin boz oyununda.
Bu sükut
Bu sükut nə soyuqdur,
Dondurur ruhu belə?!
Nə qədər sarmaşsa da,
İnsana
yaddır elə.
Ünvansız vahimədir
Bir kölgə tərpənişi.
Bir sərçə uçuşunda
Ürəyin ürpənişi.
Az qalır uda səni,
Hünərin var, yarıb keç.
Sazağın sırsıratək
Boynundan
asdınmı heç?
Bunun əfkarı zillət,
Dili ilan dilidir.
Niyə
ölü deyiblər?
Bu sükut dipdiridir.
Anam
dəniz
Laylamı dəniz çaldı
bu gecə,
anam oldu dəniz:
dalğa-dalğa,
xırçın-xırçın,
həzin-həzin.
Bir başqa olur dəniz gecələr:
nəhəng,
zəhmli,
romantik,
yer-göy eyni rəngdə,
dənizdir sanki göy də
qatlanıb
gəlib başım üstünə,
səsi
şirin,
nəfəsi
şirin,
anam dəniz
bu gecə mənimdir
arzularım kimi,
həsrətim
kimi...
***
Elə çox bənzərimiz
var ki dənizlə;
o da havalı, mən də.
Dəlidir, dəlisovdur dəniz,
sıxılır olduğu yerdən
mənim kimi,
əl-qol
atır,
uzanır
sahilə,
çırpır özünü ora-bura.
Dərindir, vahiməlidir dəniz,
amansızdır,
Bəzən içində basdırmağı
var
içinə girənləri,
boğub
lazımsız əşya
kimi
sahilə
tullamağı var.
Bəzən həlim, saf, məsum,
nə yükləsən, götürən
Nələri, nələri gizlədib
içinə çəkməyi var,
Etina etmir,
qımışır
ona daş atanlara,
gülür,
kimin kimə daş atmağına gülür.
Adaları
sinəsindəki dağlar
gözlərdən boy verən kədər
kimi...
Elə çox bənzərimiz
var ki dənizlə.
Qış ağacları
Ümidləri yaza, günəşə,
talanıb
yaşılı,
Rəngi,
ruhu bomboz.
Yolub saçlarını sərxoş
küləklər,
Döyür təpəsinə
dünyanın
qışının dolusu,
qarı,
Pəjmürdə görkəmin düzəltmək
üçün
yağış
damlasından sırğalar
taxıb
bu
çör-çöp ağaclar
-
Qış ağacları...
Qar
yağıb dünyaya
Qar yağıb dünyaya,
dünyaya qar yağıb,
hər tərəf ağappaq, tərtəmiz.
Baxır
ilk dəfə qar görən körpə,
o körpənin ruhu,
dünyası rəngdədir hər
yer.
Qalsa,
qalıb
çirklənəcək,
ləkələr düşəcək bu qara.
Böyüyəcək uşaq
baxa-baxa
belə
yağan, əriyən
qarlara,
böyüdükcə bozaracaq,
bozaracaq
dünyası,
hər dəfə naxələflik,
saxtalıq görəndə
eybəcərləşəcək
o dünya.
Ağ üzlü afət
Qar yağır...
sevdalı çağıdır təbiətin,
göydən yerə endirib
nazı
ilə oynayır
ağ üzlü afətin.
Baxıram
lopa-lopa
yağan qara,
qar şələli budaqlar üstündə
ayaqları üşüyən,
bəyaz
qardan günü qara quşlara.
Kiminə
qayğı bu qar,
kiminə
göz eşqidir.
Can töküb,
canlar
alan
bu bəyaz zər, bu afət
dünyanın təmiz üzü,
göylərin qız eşqidir.
Bəkləntisi bəllidir
Gedir
payız
ilə dərdləşə-dərdləşə
ömrünü payızlara
paylayan qoca.
Bu dünyanın günəşində
isinib,
yağışında
islanıb,
sevinc görüb,
qəm yeyib doyunca.
Sinəsi
xatirələr məskəni,
bəlli
edir görünüşü,
görkəmi.
Daha
ayağı altda yer titrəmir,
əli titrəyir bu qocanın,
birtəhər hərləyir canın.
Gedir,
dəstələyib əllərində
illəri,
kim bilir, nə düşünür...
Bir ömür yola verib,
bəllimi görən ona
ömür adlı bu nəsnənin sirləri?!
Sönükən gözlərində
bu dünyaya etiraz,
bəkləntisi
bəllidir,
geci-tezi
var bir az.
Durub gözünə yollar
enin, uzunun ölçür,
tapdalamır xəzəli,
dönüb yanından keçir,
uzanır
yolu.
Gedir,
gedir qüruba doğru.
Ürək şəkli çəkən
qız
Ürəklərlə oynayıb,
ürək şəkli çəkən
qız,
çəkdiyin o ürəkdə sevinc,
səadət
nə rəng?
Kövrəlməyi göstər, görüm,
baş ürəklə,
ürək başla yollaşmasa
yaman olur,
darıxmağı göstər, görüm.
Yaşantılar rəng-rəng, xal-xal,
ordan nələr ötüb keçdi, orda nə var?
Baş vurub çıxanlar kimlər,
başa
çəkilən kim
olub?
Neçə arzu, istəklərə
əsim-əsim əsib gedib,
hansı
əzab o ürəyi
öz içindən söküb,
didib?
Ürəkli qız,
ay dünyası, özü göyçək,
sən
qırmızı qələminlə
qanla yaşayan ürəyi
qan rəngində çəkirsən,
çək!
Bu duman
Udacaq bu duman,
udacaq məni.
Udacaq
üstünə qonanları udan
ingilis şehçiçəyitək.
İtəcəm, batacam bu dumanda mən.
Ağrı, xiffət kimi gəldi,
fikrimdə,
halımda
az
imiş kimi,
başımın üstünü də
aldı,
düşdüm bu dumanın ovcuna.
Bu dumanda təklik, tənhalıq xofu
sarıb
sarmaladı hər yeri yenə,
Bu duman
dünyanın
gözünə enən
yuxu.
Eyni açılmayan insan kimidir
dilsiz, ağızsız təbiət
bu gün,
çəkir
duman yükün...
Həvəsi azdırıb, sozaldır
burda
belə
süst, mürgülü,
belə
boz duman.
Yönsüz-yöndəmsiz,
tutqun,
toz duman.
Udacaq bu duman,
udacaq məni,
İtəcəm,
batacam
bu dumanda mən...
Xatirə
FƏRƏCLİ
Ədəbiyyat qəzeti.- 2024.- 6 dekabr, ¹47.- S.14.