Qərənfil
"20 Yanvar" günü o kordiogen şok keçirmiş
al qərənfillərin
içindəki yurd sevgisinə and olsun:
"Vətən" adlı yol gedən qatarın
sərnişiniyəm,
hər gecə
həsrət daşıyıram
ayağımda bir vaqon.
Göyçə
Sarı Qulunun qızı Sədəf
Ər evinə gəlin köçəmmədi.
Kor Hido əllərini yuxarı milləyib,
Gəzdi
Allahın ətəyini,
Tapammadı...
Namazın ölüm xəbəri
gəldi,
Səlbi
mamam başını
möhürə
qoyub doluxsundu,
Sızladı kimsəzilikdən -
Düşmən toy karvanının qabağını
kəsib
Ağlatdı anamızı.
Həmin
il nədənsə,
nəzir-niyazları
qəbul
etmədi "Miskin Abdal",
Aşıq Nəcəfin belinə
odlu samovar bağlayıb,
Təpədən aşağı tulladı
haylar,
Axşama
yaxın Məşhədi
Qasımın tüfənginin
Səsi
eşidildi:
Qopdu əli qanlı Aramyanın
axsaq atının nalı.
Terrorçular boşaltdı kəndi,
Qobustan qayalarına doğru yol alan,
Günəşin söykəndiyi
Əjdaha
dağının üzərindəki
Sakral rəsmlər elə bil dirildi o gün
-
Ağlaşdı canlı kim, nə vardısa,
Qırıldı canlı kim, nə oldusa.
Salam, Dərələyəz!
Qırğın qopdu, uçdu evin, sarayın,
Dilə
düşdü ahın,
nalən, harayın.
Viran qaldı bir Alagöz yaylağın,
Didərgindir el-oban, Dərələyəz!
Çətin idi həsrətinlə
yaşamaq,
Qocalara boz şəhərdə yaşlanmaq.
Dərddən oldu nər oğullar bir yumaq,
Sığanmadıq Bakıya, Dərələyəz!
Arpaçayın suyu düşər
Araza,
Əziz
elim getdi yaman güdaza.
Salam deyin o qərib Ardaraza,
Yaman sənsiz qaldıq bil, Dərələyəz!
Həsrətindən dərdə düşdü bu millət,
Saatlıda xəstə düşdü
Məhəmməd.
"Can qurtaran dağ"da vardı min hikmət,
Kimsəyə sirr vermə sən, Dərələyəz!.
Qayıdacaq Qaşqa, Sallı,
Cul, Zerək,
Qəlbim
olub yumyumuşaq, çox kövrək.
Ayrı
düşdük neçə
vaxtdı, di, neynək,
Sil o yaşı, yanaqdan, Dərələyəz!
Dua
Yıxıldım misra-misra,
Əzildim heca-heca.
Böyüdüm günbəgün
Hər üz turşudan
alça
mövsümü
ayrılıqlar incitdi həssas
ruhumu
Sonra...
Sonra...
Anamın
dualarından güc aldım.
Xilas
İntihar etmək istəyən
ağaclara
Mişarı psixoloq,
Sahilə
çırpılan balıqlara
Balıqçıları xilasedici təyin etdilər.
Elə
o vaxtdan:
Ağaclar ağıllandı,
Balıqlar möhtəşəm üzgüçü oldu.
Seyid Aynur
Ədəbiyyat qəzeti.- 2024.- 6 dekabr, ¹47.- S.19.