AMEA-da Məhəmməd Füzulinin 530

illiyinə həsr olunmuş yekun tədbiri

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) dahi Azərbaycan şairi mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunmuş yekun tədbiri keçirilib.

Füzulinin sənət dünyası akademiyanın Füzulinaməsimövzusunda keçirilən tədbir Bakı Musiqi Akademiyası nəzdində opera studiyasının konsert salonunda baş tutub.

Əvvəlcə tədbir iştirakçıları Əlyazmalar İnstitutunun Füzuli irsinə dair əlyazmaları AMEA əməkdaşlarının şairin həyat yaradıcılığı haqqında kitablarının sərgisi ilə tanış olublar.

Tədbiri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq Prezident İlham ƏliyevinDahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” 2024-cü il 25 yanvar tarixli Sərəncamının işığında ölkəmizin digər qurumlarında olduğu kimi, akademiyada da il ərzində silsilə tədbirlər keçirildiyini, dahi şairin həyat yaradıcılığı ilə bağlı geniş tədqiqatlar aparıldığını, çoxsaylı kitablar nəşr edildiyini bildirib.

Akademik İsa Həbibbəyli qeyd edib ki, Azərbaycan alimlərinin apardığı tədqiqatlar Füzulinin Qarabağ bölgəsindən, bayat boyundan olduğunu göstərir. O, Bağdad, İraq, Kərkük-türkman mühitində yetişib formalaşıb orta əsrlər Azərbaycan dilinin bütün qüdrətini, özəlliyini əks etdirən dahiyanə əsərlər yaradıb. Füzuli Azərbaycan ədəbiyyatının görkəmli klassiki, türkdilli ədəbiyyatın ən böyük şairlərindən biri, eyni zamanda, dünya ədəbiyyatının yaradıcıları sırasında fərqli yer tutan ustad sənətkardır.

Şairin qəzəllərini dünya ədəbiyyatında yalnız onunla eyni əsrdə yaşamış ingilis dramaturqu şairi Uilyam Şekspirin sonetləri ilə müqayisə etmək lazımdır”, - deyən AMEA rəhbəri dahi Azərbaycan şairi Füzulinin böyük lirika ustası olduğunu vurğulayıb. Bildirib ki, şairin lirikası istedadla, ilhamla idrakın işığından yaranmış böyük sənətdir.

Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, Füzuli böyük ədəbiyyatın, böyük sənətin yaranmasında elmin qüdrətini səmimiyyətlə etiraf təsdiq edib. Elmi idrakla bədii istedadın vəhdəti Füzuli sənətini yaradıb.

Şairin bir çox şeirlərinin Azərbaycan xalq ədəbiyyatının nümunələri kimi ictimaiyyət arasında geniş yayıldığını kütləviləşdiyini söyləyən AMEA prezidenti vurğulayıb ki, Füzulinin əsərlərində azərbaycanlı mənəviyyatı, düşüncəsi öz bədii ifadəsini tapıb.

Akademik İsa Həbibbəyli bildirib ki, Füzuli təkcə Azərbaycan xalqının, öz əsrinin deyil, bütün bəşəriyyətin, böyük sənətin böyük oğludur. O, dünya ədəbiyyatında qəzəlləri, pîemaları ilə şöhrət qazanan qəlb şairi kimi tanınan nadir sənətkarlardandır.

Füzulinin çoxcəhətli bədii-fəlsəfi irsinin Azərbaycanda dərindən tədqiq edildiyini söyləyən AMEA rəhbəri bu baxımdan akademik Məmməd Cəfər CəfərovunFüzuli sevir”, “Füzuli düşünür”, “Füzuli yaşayıradlı silsilə məqalələrini, akademik Həmid AraslınınBöyük Azərbaycan şairi Füzulimonoqrafiyasını, görkəmli yazıçı ədəbiyyatşünas alim Mir Cəlal PaşayevinFüzuli sənətkarlığıkitabını, professor Mirzağa QuluzadəninFüzulinin lirikasıəsərini qeyd edib.

Akademik İsa Həbibbəyli müstəqillik illərində Azərbaycan füzulişünaslığının daha dərindən, azad ölkənin azad təfəkkürünün məhsulu kimi inkişaf etdiyini söyləyib, yeni əsərlərin meydana çıxdığını bildirib. Vurğulayıb ki, akademiklər Rafael Hüseynov, Teymur Kərimli, professor Ataəmi Mirzəyev başqalarının müstəqillik dövründə çap olunan əsərləri həm Azərbaycan ədəbiyyatşünaslığında Füzuliyə həsr edilmiş fundamental tədqiqatlar kimi, həm dünya füzulişünaslığını zənginləşdirən, klassik füzulişünaslıq ənənələrini yeniləşdirən əsərlər kimi dəyərlidir.

Akademik İsa Həbibbəyli AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Füzulişünaslıq sektoru tərəfindən son beş ildə 10 monoqrafik əsərin çap edildiyini diqqətə çatdırıb.

Çıxışının sonunda AMEA prezidenti qeyd edib ki, Füzuli haqqında aparılan tədqiqatlar dahi mütəfəkkirin əsərlərinin əbədiyaşarlığını bir daha təsdiqləyir.

Tədbirdə Azərbaycan Dövlət Akademik Opera Balet Teatrı kollektivinin ifasındaLeyli Məcnunoperası nümayiş olunub.

Qeyd edək ki, müsəlman Şərqinin ilk operası, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli tərəfindən yazılanLeyli Məcnunoperası 1908-ci il yanvarın 12-də tamaşaya qoyulub. Məhəmməd Füzulinin eyniadlı poeması əsasında yazılanLeyli Məcnunoperasının rejissoru Hüseyn Ərəblinski, dirijoru Əbdürrəhim bəy Haqverdiyev olub.

 

Ədəbiyyat qəzeti.- 2024.- 6 dekabr, ¹47.- S. 9.