Gözdən əlil cavanın şamları
Hekayə
Qambay əmioğlunun
xatirəsinə
225
saylı məktəbə yaxınlaşanda bir səs məni
ayaq saxlamağa məcbur elədi – giriş
qapısının sol əlində yerləşən reklam
lövhəsinin arxasından asta, deyərdim ki, bir az da cəsarətsiz,
mərsiyəyə oxşayan avaz eşidilirdi:
–Şam
satıram, şam, üçü bir manata.
Səs
batır, bir azdan yenidən ucalırdı:
–Şam
satıram, şam, üçü bir manata.
Maraq mənə
güc gəldi. Yeriyib lövhənin arxasına baxanda... mat
qaldım.
Təxminən
bir saat əvvəl məktəbin sol tərəfində
maşını saxlayanda bir nəfərin əlində əsa,
ucunu yerə döyə-döyə yol keçdiyini
gördüm. Baxdım ki, üç gün əvvəl
qarşıma çıxan gözdən əlil cavandı.
Onda iki yeniyetmə qolundan yapışıb yolun məktəb
tərəfinə keçirdirdi onu. Yeniyetmələrdən
ayrılan cavan, əsanın ucunu yerə döyə-döyə
Dağlı məhəlləsinə tərəf getmişdi.
Onda
ağlıma gəmişdi ki, yəqin əsanın ucunda
hansısa bir yol göstəricisi var, yoxsa gözdən əlil
özbaşına belə ürəklə yeriyə bilməz.
Bu gün
isə onu təkbaşına küçəni adlayan görəndə
maşından düşüb qarşısına yeridim:
–Ha yana
gedəcəksiniz – bu tərəfə, ya o tərəfə?
– Ürəyimdə öz-özümə
gülmüşdüm də – bu ytərəf-o tərəfi
nə bilə¬cəkmiş bu yazıq?!
–Yox,
bura...
Başa
düşdüm ki, köməyimə ehtiyacı yoxdu. Odur ki,
çevrilib, Allahın məni dünya
işı-ğından məhrum eləmədiyinə
şükr eləyə-eləyə yaxındakı dəftər-kitab
mağazasına girdim...
İkinci
növbənin qurtarmasına az qalmış yenidən məktəbin
giriş qapısına tərəf getməyə
başladım.
–Şam
satıram, şam, üçü bir manata.
Gözdən
əlil cavan heykəl kimi dayanıb, sol əlində
üç dənə, sağ əlində isə bir topa
qırmızı qələm tutmuşdu. Əslində
tutmuşdu demək düzgün olmazdı, bərk-bərk
yapışmışdı qələmlərdən. Durmadan təkrarlayırdı:
–Şam
satıram, şam, üçü bir manata!
–Məgər
indi şamı qələm kimi buraxırlar?! – Soruşdum.
–Xeyr.
–Niyə
onda qələmə “şam” deyirsiniz?!
–Bu da mənim
reklamımdı. – Dinmədiyimi duyub, söünü kəsmədi.
– Bilirsiniz, bu reklam da olsa, mayasındakı həqiqətdi. Həqiqətdir
ki, bunlar qələmdi. Amma mənim əlimdə heç qələm
də deyil. Sadəcə əşyadı. Gözü olan hər
kəsdən ötrü bunlar əşya da ola bilər, qələm
də ola bilər, şam da. Baxır adamına.
Gözdən
əlil cavanın bu fəlsəfəsi məni fikrə
saldı. Doğrudan da yaşamaq uğrunda mübarizə
aparmaq üçün ağlı işə salmaq
lazımdı. Hətta dünya işığına həsrət
qalan bu insan adamların diqqətini özünə cəlb etmək
üçün filosof kimi mühakimə yürütməyə
məcburdu.
Məktəb
zənginin eşiyə vurulduğunu eşidib, tələsik
darvazadan içəri girdim.
Nəvəmi
qapıçı Şəkər xanımın yanından
götürüb, geri qayıtdım.
Məktəblilərin
gur çıxdığını hiss eləyən gözdən
əlil bu dəfə daha tez-tez təkrar eləyirdi:
–Şam
satıram, şam, üçü bir manata.
Cibimdən
çıxartdığım bir manatı əlinə
toxundurdum:
–Buyurun,
bu da sizin manatınız.
Gülümsəyib,
pulu almamış sol əlindəki üç qələmi mənə
tərəf uzatdı:
–Bu da
sizin şamlarınız.
–Pulu götürün.
–Hələ
şamları tutun.
–Yox,
saxlayın özünüzə.
Cavanın
əli havadaca quruyub qaldı. Üzü bozarıb,
qaşları çatıldı:
–Niyə?!
–Ehtiyacım
yoxdu, evdə onlarla qələmim var.
–Xeyir ola,
pulunuzdan bezmisiniz nədi?
–Qələm
də özünüzə qalsın, pul da.
–Mənim
papağım var?
–Bu nə
sualdı?
–Soruşuram.
–Əlbəttə,
var.
–Haramdadı?
–Haranızda
olmalıdırsa orada!
–Çömbəlib
oturub, qarşıma qoymamışam ki?!
–Xeyr.
–Onda bir
manatı niyə verirsiniz mənə?!
–Olmaz?!
–Bağışlayın,
mən qələm satıram, dilənçilik eləmirəm.
Bu
sözlərin ağırlığına duruş gətirə
bilmədim – bərk utandım.
–Oy, baba?!
– Zeynəb çığırdı.
–Nədi,
bala?!
–Əlimi
elə sıxdın, az qalmışdı ki, sına!
–Həəə...
– Maşına tərəf yeridim.
Heç
nə olmamış kimi arxadan gözdən əlil cavanın
səsi gəlirdi:
–Şam
satıram, şam, üçü bir manata!
Qəşəm
İsabəyli
Ədəbiyyat
qəzeti.- 2024.- 6 dekabr, ¹47.- S.13.