Günortaüstü küçədə

 

Avstraliya nasiri Alan Marşallın hekayəsi

 

Viktoriya ştatının Nurat şəhərində doğulan Alan Marşall (1902-1984) altı yaşında poliomielit xəstəliyinə tutulub, ömürlük şikəst qalıb. Bədii yaradıcılığa 30-cu illərdə yazdığı novellalarla başlayan İkinci Dünya müharibəsi illərində cəbhə qəzetində müxbir işləyən yazıçıya şöhrət gətirən ən məşhur əsəri üç kitabdan ibarət avtobioqrafik trilogiyadır: "Gölməçənin üstündən atlana bilirəm", "Hər yerdə bitən ot" "Mənim ürəyimdə".

 

İnkassator pulu cibinə qoyub kassirə dedi:

- qədər gəlib-getmək olar, lap boğaza yığılmışam.

- Düz deyirsən, - kassir başını qaldırmadan dedi; onun bütün fikri-zikri saydığı pullarda, barmaqları arasında parıldayan sikkələrdə idi.

İnkassator xudahafizləşdi, baş küçəyə açılan fırlanma qapını itələyib bayıra çıxanda tramvayın gurultusu içəri doldu. Ayağını təzəcə çölə qoymuşdu ki, səkiyə enən daş pilləkənin üstündə donub qaldı: pilləkənin ətəyində dəri önlüklü bir oğlan qollarından ölü kimi sallanmış qızı yerə düşürürdü, böyründəki qıvrımsaç gənc isə əllərini dizlərinə dayaqlayıb, qabağa əyilərək göz qırpmadan onlara baxırdı.

Qızı qucağından yerə düşürən oğlan tarazlığını saxlamaq üçün ayaqlarını gen qoymuşdu, özü qızın ağırlığı altında dodaqlarını bərk-bərk sıxıb, nəfəsini qısmışdı. Ehmalca pilləyə oturdandan sonra, çiyinlərindən yapışdı ki, qız yana aşmasın. Qızın başı sinəsinə əyilmişdi, aşağı sallanmış heysiz əllərinin bükülü barmaqları daş pilləyə toxunurdu, qırmızı pulqabısı isə səkiyə düşmüşdü.

İnkassatoru görəndə dəri önlüklü oğlan, sanki yüngülləşdi çarəsiz baxışlarını ona zillədi. Altdan-yuxarı baxdığından alnı qırışmışdı, sifətində incik, əzabkeş bir ifadə vardı.

- Bu qız, bax, orda dayanmışdı, durduğu yerdəcə qəfil yıxıldı, gözümün qabağındaca guppultuyla yerə sərildi!

Gözündə eynək olan arıq bir qadın becid addımlarla ora yaxınlaşdı. Əlindəki hörmə zənbili kağız bağlamanı səkiyə, qızın ayaqlarının böyrünə qoydu.

- Buraxma onu, - dedi, - başını da dala elə, dik saxla.

Dəri önlüklü oğlan dərhal qadının dediyini elədi. O, ürəkdən çalışırdı, üzündən aydın görünürdü ki, məsuliyyət yükünü kiminləsə bölüşdüyünə sevinir.

- Su tap gətir, - qızın üzünə təlaşla baxan qadın növbəti tapşırığını verdi.

- Su! - oğlan qıvrımsaç dostuna baxıb çığırdı.

Qıvrımsaç oğlan inamsızlıqla ətrafa göz gəzdirib mızıldandı:

- Su? , su. Əlbəttə, su pis olmazdı.

- Qaç, bankdan gətir, - inkassator karıxmış gəncə dedi; qıza iləsə kömək etmək imkanı tapdığına görə o da sevinirdi.

Qıvrımsaç oğlan dərhal banka tərəf yüyürdü, qızın isə başı hələ pilləkənin qırağına söykənmişdi. Dəri önlüklü oğlan onun çiynindən yapışıb, onu diqqətlə süzürdü; bu zərif sısqa bədən sanki ölümə məhkumdu.

Qızın gözləri yumulu idi, üzünün qanı qaçmışdı, güclə nəfəs alırdı. Ayaqları pillədən aşağı sallanır, hündürdaban ayaqqabıları səkiyə dəyirdi. Qalın, qəhvəyi sapla tarım çəkilmiş corabının ilməsi görünürdü. Eynəkli qadın da qızın üzərinə əyilib, onu aciz baxışlarla süzürdü.

Üzbəüz səkidə xeyli adam yığışmışdı, hamısı da gözünü qıza zilləyib durmuşdu. Kimisi əyilib o birinin qulağına nəsə pıçıldayır, kimisi cınqırını çıxarmadan, dinməzcə tamaşa edirdi.

Bankın qarşısına yığışanların sayı getdikcə artırdı. Velosipedli bir uşaq da camaatın toplaşdığını görüncə dayandı, yerə düşmədən bir ayağını səkiyə dirədi. O, saqqız çeynəyə-çeynəyə qızdan göz çəkmir, marağını gizlətmirdi. Bəs necə?! Onun gündəlik kuryer işi darıxdırıcı maraqsız idi, burda isə canlı həyat vardı.

Damağında qəlyan olan, görkəmindən filosofa oxşayan iri cüssəli bir kişi velosipedli oğlanın yanında ayaq saxlayıb, qızın tamaşasına durdu. Kibrit dənəsini alışdırıb tələsmədən qəlyanına yaxınlaşdırdı parlaq alovun üzərindən yenə qıza baxmağa davam elədi. Sonra qəlyanı ağzından çıxarıb tüstünü çölə üfürdü, qalın tüstü burumları başının üzərində əriyib dağıldı. İndi o, beynində çoxdan yetişmiş hansısa dərin fikrin təsdiqini tapmış kimi görünürdü. Başını mənalı tərzdə əsdirib camaata müraciətlə dedi:

- Həmişə eyni hadisə. Çox görmüşəm.

Onun dediyinə heç kəs fikir vermədi, yalnız velosipedli oğlan maraqla dönüb baxdı kişinin sözlərini havadaca qamarladı ki, təzə məlumatla biliyini, düşüncəsini artırsın.

Banka cuman qıvrımsaç oğlan bir stəkan su ilə qayıdıb gəldi onu eynəkli qadına uzatdı. Qadın stəkanı alıb, dəri önlüklü oğlana bərkdən dedi:

- Dikəlt onun başını!

Oğlan tapşırığa yenə çevik şəkildə əməl elədi, sanki yaxşı başa düşürdü ki, belə kritik məqamlarda ləngimək olmaz. O, qızın başını dikəldib, üzünü camaata tərəf çevirdi. Bu cansız, bu donuq sifət, hər cür hissiyyatdan məhrum olan kədərli çöhrə sanki hamını ittiham edirdi.

Eynəkli qadın stəkanı qızın dodaqlarına yaxınlaşdırdı, ancaq qızın dişləri bir-birinə sıxıldığından su çənəsinə töküldü.

İnkassatorun sifəti eybəcər şəkildə qırışdı.

- İçmir, - eynəkli qadın bunu deyib, üzünü inkassatora tutdu. Qadının təcrübəsi ona bundan artığını deməyə imkan vermirdi o, çəkə bilməyəcəyi məsuliyyətin ağır yükünü sanki baxışlarıyla inkassatora ötürürdü.

İnkassator birdən-birə özünü tam köməksiz vəziyyətdə, sanki tələdə hiss elədi; bilmədi neyləsin adamlar ondan hansı qərarı gözləyir.

- Siz onun alnına su vurun, - hardansa oxuduğu, yaxud kimdənsə eşitdiyi məsləhəti inamsızcasına dilə gətirdi.

- Həmişə eyni hadisə, - qəlyanlı kişinin səsi eşidildi. - Çox görmüşəm.

Piyli qarnının üstündə bazar zənbili tutmuş kök bir arvad adamların içindən çıxıb şəstlə irəli yeridi, zənbili səkiyə qoyub, döyüşə yollanan əsgər kimi, inamlı görkəmlə qıza tərəf addımladı.

- Adamın ürəyi gedəndə, onun biləyini yaş əskiyə bükmək lazımdır, - kök arvad arıq qadına irad bildirdi.

Sonra camaata tərəf dönüb, sanki öz müdaxiləsinin səbəbini izah etməyə çalışdı.

- Belələriylə çox əlləşməli olmuşam, - dedi. - Bu üçün neçə dəfə məni köməyə çağırıblar. Məlum məsələdir.

Arvadın hərəkətlərində peşəkarlıq, qətiyyət inam vardı. O, qayğıkeşcəsinə qızın üzərinə əyilib, kürt toyuq kimi, sanki onu qanadlarının altına almışdı.

- İndi özüm onunla məşğul olub, bir əncam çəkərəm.

Bu sözlərdən dəri önlüklü oğlanın kefi dərhal duruldu, sanki çiynindən dağ götürüldü məmnun təbəssümlə dedi:

- Buyurun, buyurun, missis. Əlbəttə, biz kişilərdən fərqli olaraq, siz qadınlar belə işlərdən daha yaxşı baş çıxarırsınız. Bu sizə aid məsələdir.

O da üzünü yığışanlara tutdu, belə hesab etdi ki, təhlükə sovuşandan, qorxu keçəndən sonra maraqlı təfərrüatları bilməyə hamının haqqı var.

- Bu qız, bax, orda dayanmışdı. Nəsə mənə bir az qəribə görsəndi. Harriyə dedim: "Gör qəribə qızdır". Elə bu vaxt yıxıldı. Hələ bəxti gətirdi ki, başı daşa dəymədi.

Velosipedli oğlan məlumatı aşkar maraqla dinlədi. Təzə eşitdiyi xəbər  hadisəyə işıq salır, ona mühüm çalarlar əlavə edirdi. Əla fürsətdi, eşitdiklərinə bir azdan yeni boyalar qata-qata, bəzəyib-düzəyib başqalarına danışacaqdı. Qürrələnə bilərdi ki, danışan oğlanla münasibəti var, bu isə zarafat-filan deyildi, çünki o əsas şahiddir. Odur ki, dərhal təsdiqlədi:

- Eynən onun dediyi kimidir. Mən ikinci çatdım.

Kök arvad stəkanı arıq qadından alıb, gödək, yoğun barmaqlarını qabın içinə soxdu; suyun rəngi çirkdən bulandı.

- , qəşəng qız, özünə gəl, - deyib, əliylə qızın alnını, boğazını islatdı; arvadın yaş hörükləri qızın yanaqlarına yapışmışdı. - Bir onun başını dikəlt, görüm.

Dəri önlüklü oğlan aşağı əyilib, əlini qızın boynunun ardına verdi. Arvad stəkanda qalan suyu qızın üzünə çilədi.

Qızın başını dik saxlamağa çalışan dəri önlüklü oğlan üzünü döndərib altdan yuxarı inkassatora baxdı.

- , dostuma dedim: "Gör qəribə qızdır". Sonra qıza yaxınlaşıb soruşdum: "Sizə nəsə olub?" Soruşmağıma bənddi: tappıltıyla yerə yıxıldı.

Birdən arvad səkiyə düşmüş qırmızı pulqabını gördü, yaş əliylə onu götürüb qızın qoynuna dürtdü, enli sifətini qızın üzünə yapışdırıb bərkdən dedi:

- Pulqabını qoynuna soxdum ki, heç kəs götürməsin. Narahat olma.

- Burda oğru yoxdur, missis, - qəlyançəkən kişi ciddi görkəmlə dedi.

- Əcəb çox bilirsiniz! - kök arvad söz altında qalmadı. - Sən sakit ol, əzizim, pulqabını qoynuna qoymuşam.

Bunu deyəndə arvadın incik sifəti yenidən mülayimləşdi üzünü su gətirən oğlana tutdu, stəkanı irəli uzadıb hökmlə dedi:

- Get birini gətir.

Qıvrımsaç oğlan yenə banka cumdu, arvad isə qızın sifətini şappıldatdı.

- Ayıl, qəşəng qız, özünə gəl. Pulqabı qoynundadır, narahat olma.

Küçədə adamlar çoxalırdı. İndi camaat səkinin lap qırağına yaxınlaşmışdı. İnkassator adamları mehriban baxışlarla süzür, özünün onlara yaxınlığını hiss edirdi. Adamları bir-birinə mərhəmət duyğusu, şəfqət hissi birləşdirirdi, inkassator da onlarla danışmaq, bu barədə nəsə demək istəyirdi.

Qıvrımsaç oğlan qayıdıb su stəkanını arvada uzatdı.

- , bu sərin sudan bir udum görüm, - arvad stəkanı qızın dodaqlarına yaxınlaşdırdı.

Qızın göz qapaqları titrəyəndə adamlar sevinclə baxışdılar.

- Bax belə, əzizim, indi yaxşı olacaqsan.

Qız gözlərini açdı, amma camaatı görəndə qorxub təzədən yumdu, elə suyu da gözüyumulu içdi: bu qədər adamın başına yığıldığını görmək dəhşət idi.

- Sən sakit dayan, balası, - kök arvad həlim səslə dedi. - Sakitcə otur, bir az güc topla.

Qız yenə gözlərini açdı yüngülcə gülümsünüb qalxmağa çalışdı.

- Özünü toparla, balası, əhsən! İndi lap yaxşı olacaqsan. Pulqabını da qoynuna qoymuşam. , bax belə, tələsmə, asta-asta.

Kök arvadın dəri önlüklü oğlanın köməyi ilə qız, nəhayət ki, oturduğu yerdən qalxdı, səntirləyə-səntirləyə ayaq üstə durdu, bir əliylə arvadın çiynindən tutub tarazlığını düzəltdi. Sonra başını silkələdi, sanki gözünün qabağını tutmuş dumanı qovmaq istədi.

- , indi yaxşıyam, - yavaşdan dedi.

Camaat dağılışmağa başladı. İnkassator küçəni keçib öz köhnə, sınıq-salxaq maşınının kabinəsinə girdi, qıza göz qoya-qoya bir az ləngidi, onun kök arvada təşəkkür edib tramvay dayanacağına yönəldiyini, orda isə kərpic divara söykənib qaldığını gördü. Tez mühərriki işə saldı, maşını sürüb qızın yanında saxladı.

- Sizi evə aparım?

- Zəhmət olmasa. Özümü yaxşı hiss etmirəm.

İnkassator qapını açdı, qız keçib onun yanında oturdu.

- Mən qızmar günün altında dayanmışdım, - dedi, - nəsə halım xarablaşdı, amma özümü divara yetirə bilmədim.

- Bunun nəticəsi həmişə belə olur, - inkassator dedi. - Gün adamı qəfil vurur, adam qəti hiss eləmir. Siz harda yaşayırsınız?

- Vellinqton-stritdə.

- Conson-stritin arxasında?

- .

Vellinqton-stritə çatanda inkassator təzədən soruşdu:

- Bəs indi hara?

- Qəhvəyi hasarlı evə.

İnkassator alaqapıya çatıb, maşını əylədi.

- Çox sağ olun, - qız maşından düşdü. - Siz olmasaydınız, heç bilmirəm, neylərdim... Belə bir müsibət mənə lazım idimi?!. Hələ o adamlar... onlar necə pisdilər, dəhşətdir. Sizsə, xeyirxahsınız, mərhəmətlisiniz, onlar kimi deyilsiniz.

- Fikir verməyin, boş şeydir.

Qızın alaqapıya tərəf necə getdiyinə baxan inkassator nədənsə özünü bir qədər naqolay hiss etdi. Qız qapıya çatanda, dönüb ona əl elədi.

Qulaq asın, - inkassator başını kabinədən çıxarıb qızın arxasınca qışqırdı, - Qulaq asın, axı mən onların biriyəm, mən o adamlarla bir yerdəydim!..

 

Alan Marşall (Avstraliya)

 

Dilimizə çevirdi: Mahir N.QARAYEV

 

Ədəbiyyat qəzeti.- 2024.- 6 dekabr, №47.- S.22-23.