İkimizin sirri

 

"Qaçhaqaç" romanından parça

 

- Çuvak, hardasan, səhərdən səni axtarıram... - Ziya dedi.

- Gözünün qabağındayam, bu bir, ikinci, Ziya, bir də sən mənə çuvak desən, sənin o dilini dartıb xirtdəyindən çıxardacam, bildin?! - Onun üstünə qışqırdım.

- Bildim, bildim, - Ziya çaşdı, - dekan səni çağırır.

- Görürsən siqaret çəkirəm, - əlimdəki siqareti göstərib mülayimcəsinə dedim, -gedirəm... - Ziya bu dəfə də tərsinə çaşdı.

- Tay özün bil, mənnən demək... uşaqlar da gördü ki, mən dedim. - Ziya hər təsadüfə qarşı özünə şahidlər də "bron" elədi və attana-attana getdi, yerişi eləydi.

Dekanın otağına girən kimi o, əlindəki təqvim vərəqini mənə göstərib dedi:

- Bu nömrəyə zəng elə, özü də təcili.

- Həsən müəllim, sizdə iki qəpiklik var?

- İki qəpikliyi neynirsən, burdan zəng elə... işlərin necədi?

- Çox sağ ol, Həsən müəllim, yaxşıyam, - onun üzünə baxdım, - bu kimin nömrəsidi?

- Nəbi Xəzrinin... televiziyanın sədr müavini.

Nömrəni yığdım, bir qadın götürdü.

- Bağışlayın, - dedim, - Nəbi müəllimi olar?

- Nəbi müəllim yoxdu.

- Necə yəni yoxdu? - dedim.

- "Yoxdu" sözünü başa düşürsünüz? - Qadının hikkəli səsi az qaldı qulağımda partlasın.

- "Yoxdu" sözünü başa düşürəm ee... ancaq bir şeyi başa düşmürəm.

- Nəyi başa düşmürsünüz? - Eyni tonla soruşdu.

- Nəbi müəllim özü deyib ki, ona zəng eliyim.

- Həəə? - Qadının səsi Şəki ipəyi kimi yumşaldı, - belə deyin , bağışlayın, kimdi ki, danışan?

- Deyin ki, Seyran Səxavətdi.

- Bircə dəqiqə gözləyin... - Qadın bu dəfə, yalan olmasın, xahiş elədi ki, bir dəqiqə gözləyim, mənə elə gəldi.

- Gözləyirəm, - dedim.

Heç yarım dəqiqə keçməmiş qadının səsi gəldi:

- Seyran müəllim, bağışlayın ee, o qədər adam zəng eləyir ki, işləməyə qoymurlar. Nəbi müəllimi, indi calaşdırıram, danışın.

Nəbi müəllimin səsi gəldi.

- Alo.

- Nəbi müəllim, Seyran Səxavətdi narahat eliyən.

- Xoşdu, xoşdu... Necəsən, ay gözəl oğlan!

- Çox sağ olun, Nəbi müəllim, yaxşıyam.

- Seyran, "Azərbaycan" jurnalında şeirlərini oxudum, çox xoşuma gəldi. Əhsən! Sən belə elə ... Özünün xoşuna gələn on-on beş dənə şeirini götür, sabah saat üçdə ol yanımda, vaxtın varmı?

- Mütləq gələrəm, Nəbi müəllim, çox sağ olun.

- Yaxşı, gözləyəcəm... görüşərik, dud... dud...dud...dud...

Soyuq adamı kəsib doğruyurdu. Axşamdan yağan qar səngimişdi. Şaxta adamın iliyinə işləyirdi. Torpağın, ağacların donu açılmamışdı. Bir yandan da Bakı küləyinin dəliliyi tutmuşdu, adama elə gəlirdi ki, bu külək bir heç vaxt "ağıllanmayacaqdı".

Üçə beş dəqiqə qalmış birtəhər gəlib Nəbi Xəzrinin qəbul otağına çıxdım.

- Sizə kim lazımdı? - Qadın mənim şaxtadan qızarıb pörtmüş sifətimə baxıb üşüyən kimi oldu.

- Nəbi müəllim çağırıb, - dedim, saat üçə, - qol saatıma baxdım, - hələ beş dəqiqə var.

- Siz Seyran...

- Bəli, - mən onun sözünü kəsdim.

- Buyurun, buyurun, əyləşin.

- Sağ olun. - Mən paltomu soyunub əyləşdim, - yaman soyqudu, çöldə iti quyruğundan bağlasan, durmaz.

Qadın qaqqıldayıb güldü, mən ona baxan kimi dedi:

- Ömrümdə belə söz eşitməmişdim.

Mən ona fikir vermədim, ürəyimdə dedim:

- Cəhənnəmə-gora eşit... elə yerdə oturmusan ki, burda heylə sözləri hardan eşidə bilərsən ki?!

Mən içəri girən kimi Nəbi Xəzri ayağa durub qabağıma yeridi, əl verdi:

- Xoş gəlmisən, ay gözəl oğlan... buyur, əyləş.

Nəbi Xəzri mənimlə üzbəüz oturdu, onun boş qalmış kreslosunun sağ tərəfində beş-altı telefon var idi. "Bu telefonların hamısı birdən zəng çalsa, tək adam ona təhər cavab verər görəsən?"

O, əllərini üst-üstə qoyub diqqətlə mənə doğma bir nəzər salandan sonra dedi:

- Səni necə təsəvvür eləmişdimsə eləsən.

- Sağ olun, Nəbi müəllim.

- Şeirləri gətirmisən?

- Bəli.

- Sənin yazılarını həmişə izləyirəm. "Ədəbiyyat incəsənət"dəki şeirlərin çox xoşuma gəldi. Qəzeti saxlayıram.

Nəbi Xəzri  stolunun üstündən qəzeti götürdü, gözünü ora zilləyib oxudu:

 

Gözümdə qaranlıq, gözümdə sabah,

Yol var cığır yükü daşıya bilmir.

Deyirəm, dünyanın işlərinə bax,

Yollar tapdanmasa yaşaya bilmir,

 

-  çox əladı, burda söhbət yoldan yox, insan taleyindən gedir, adamın gözünün qabağına əzabkeş insan gəlir. İndi hamısını oxumaq istəmirəm, hamısı gözəldi, tutarlıdı, hər misranın öz yükü, öz çəkisi var. Sən yaşda olanda biz belə şeirlər yaza bilmirdik... ... Yaxud da, "Adalar" şeiri. Deyirsən ki:

 

İndi alim olub hər xalq, hər ölkə

Onlar adaları yaxşı duyarlar.

İyirminci əsrdi, bilim, bəlkə

Adasız dənizi oğurlayarlar.

İnsanın bir şeydə gözləri qalsa,

Əksi gözlərinin yaşına düşər.

Dənizə ildırım düşməli olsa,

Yenə adaların başına düşər.

 

yaxud:

 

Qərib adaları kimsə gəzməyib,

boynunu həsrətlə burubdu torpaq.

Suların altında sanki dözməyib,

Qalxıb ayaq üstə durubdu torpaq.

 

Hamısı gözəldi. Jurnaldakı "İlk məhəbbət - son məhəbbət" şeirin sevgi haqqında yazılmış nadir şeirlərdəndi. Sonra, "Mənim subay planetim..." Yer kürəsinin, bəşəriyyətin taleyi ilə bağlı boyda narahatlıq var orda.

Başımı aşağı salıb Nəbi Xəzrinin dediklərini bütün dəqiqliyi ilə tuta bilməsəm , onu bilirdim ki, məni bərk tərifləyir. Tər dabanımdan gedirdi, çölün soyuğu bu təriflərdən sonra damla-damla canımdan çıxırdı.

- Heç mənim qəzetdəki şeirlərdən xəbərim yox idi. Əliağa Kürçaylı zəng eləyib təriflədi, mən tapıb oxudum, gördüm ki... aləmdi.

Qadın iki stəkan çay gətirib stolun üstünə qoyan kimi Nəbi Xəzri dedi:

- İsti-isti , qızış, - sonra pəncərədən bayıra baxdı, - bu gün bərk soyuqdu, heç Moskvada belə soyuq olmur. Moskvada belə külək olmur, ha...

- Çox sağ olun, Nəbi müəllim, məni təhər təriflədinizsə qızışdım... - dedim.

- Olanı dedim, fikirləşdiklərimi... Halal haqqındı sənin.

- Çox sağ olun.

- Sən sağ ol ki, belə şeirlər yazırsan... çay ...

Biz çay içə-içə xeyli söhbət elədik, çox şey barədə, ədəbiyyat, adamlar, təbiət, münasibətlər, Cənubi Azərbaycan...

- Bəxtiyar da səni tərifləyirdi o günü, hətta bir şeirindən sitat da gətirdi, mənim yadımda qalıb... bir dəyqə, bir dəyqə... ... Lirik qəhrəman sevdiyinə deyir ki:

 

Evinizin başına

Mənim kimi dolanan

Barını da sevirəm.

 

Bəxtiyar dedi ki, burda Allahlıq eliyib... isə bunlar öz yerində. Bilirsən , bizdə, televiziyada "On dəqiqə poeziya" rubrikası var. - Üzümə baxdı.

- Bəli, - dedim.

- ... Bilirsən ki, orda ancaq yaşlı adlı-sanlı şairlər çıxış eliyirlər... heç baxmısan?

- Bəli, demək olar ki, hamısına.

- Lap yaxşı. Ənvər müəllimnən, Ənvər Əlibəyliynən danışmışam ki, sən "On dəqiqə poeziya" verilişində şeirlərini oxuyasan.

Nəbi Xəzri elə bil məni öz kabinetindən götürüb dağın başına qaldırdı ki, otur burda, sənin yerin buradı. İnanın ki, qulaqlarıma, qulaqlarım cəhənnəm, gözlərimə inanmadım; çünki mən həmişə qulaqlarımdan çox, gözlərimə inanmışam.  Axı, "On dəqiqə poeziya" verilişinin ənənəsinə tələblərinə görə mən, ən yaxşı halda, iyirmi ildən sonra orda çıxış eləyə bilərdim. mənim,   yaşıdlarımın yuxusuna da girməzdi belə şey... cəmisi iyirmi iki yaşım vardı.

Burda bir həqiqəti deməyi lazım bilirəm. Xahiş eləyirəm, məni düz başa düşün, söhbət mənim istedad sahibi olmağımdan, mənə göstərilən diqqətdən, özünütəbliğdən gedir, söhbət ondan gedir ki, bunlar hamısı olub mən başıma gələnləri yazıram axı... Diqqətinizə məni düz başa düşdüyünüzə görə minnətdaram bu da o demək deyil ki, sizin boynunuza nəsə qoyuram. Ancaq yenə özünüz bilən məsləhətdi...

"Söz vaxtına çəkər", deyiblər, mən deyirəm. 1983-cü ildə, Nəbi Xəzri ilə görüşümüzdən təxminən, on beş il sonra, Moskvada, Vladimir İliç Leninin beş-on addımlığındakı "Moskva" mehmanxanasında idim. "Sovetski pisatel" nəşriyyatında çap olunacaq povestlər hekayələr kitabımla əlaqədar gəlmişdim. Noyabr ayı idi, burda da iti quyruğundan bağlasan, çöldə durmazdı. Burda da şaxta adamı kəsib doğrayırdı. Ancaq burda Bakı küləyi əsmirdi -  Allah moskvalıların üzünə baxmışdı.

Rusiyalı gənc şair Lyubov Varapayeva ilə görüşüm vardı, "SDL" kimi tanınan, "sentralnıy dom literaturov" kimi şifrə olunan Mərkəzi Ədiblər evində. Məşhur rus şairi Rimma Kazakova bu yaxınlarda Lyubov Varapayevanı Sovet oxucularına təqdim eləmişdi, qız da bu təqdimatdan sonra yerə-göyə sığmırdı, çünki o vaxt belə bir təqdimat, özü Rimma Kazakova tərəfindən, böyük uğur sayılırdı hər istedad sahibinə qismət olmurdu. Bu gün Lyubov Varapayeva Rusiyanın ən məşhur nəğməkar şairlərindən biridi, sevilir mükafatlar alır.

Ancaq görüşümüzə hələ iki saatdan da bir az artıq vaxt qalırdı. "Moskva" mehmanxanasından Mərkəzi Ədiblər evinə isə taksi ilə on dəqiqəlik yol idi. Yeri gəlmişkən, onu da deyim ki, Mərkəzi Ədiblər Evinin SSRİ Yazıçılar İttifaqının birgə yerləşdiyi bu yer İkinci Aleksandrın malikanəsi olmuşdu. İkinci Aleksandrın binanın həyətindəki at tövləsində isə "Drujba narodov" jurnalının redaksiyası yerləşirdi. Mərkəzi Ədiblər Evində kimə desən, rast gələ bilərdin; Rəsul Həmzətova, Mirzə Tursunzadəyə, Yevgeni Yevtuşenkoya, Andrey Voznoseneskiyə, Valentin Katayevə, Kaysun Kuliyevə, Nəbi Xəzriyə, Mirzə İbrahimova, Andrey Bitova, Bela Axmadulinaya kimlərə, kimlərə... Çünki burda yeyib-içmək hamıya ləzzət eləyirdi. SSRİ-nin illərlə bir-birini görməyən yazıçıları, şairləri burda bir-birinə rast gəlir, stol arxasında dərdləşir, bir-birinə təzə kitablarını bağışlayırdılar.

Fikirləşdim ki, bu qədər vaxtı mehmanxanada oturub neyləyəcəm ki, yaxşısı budu, gedim Mərkəzi Ədiblər evinə, kofedən-zaddan içim, bəlkə dost-aşnaya da rast gəldim. Vaxtımı öldürərəm, ona qədər Lyuba da gəlib çıxar.

Geyinib aşağı düşdüm. Liftdən çıxanda Nəbi Xəzri ilə üz-üzə gəldim. O liftə minmək istəyirdi, ancaq minmədi. Məni görüb sevindi.

- yaxşı sən burdasan, ay gözəl oğlan, var, yox?

- Sağ olun, Nəbi müəllim, siz necəsiniz?

- Mən yaxşıyam. vaxt  gəlmisən?

- İki gündü, - dedim.

- Heç qarşılaşmamışıq... burda olduğunu bilmirdim.

- Mən sizin burda olduğunuzu bilmirdim, yoxsa, tapardım sizi.

- Tapdın , - Nəbi Xəzri dedi.

- Bəli, - dedim.

- Hara belə gedirsən?

- İki saatdan sonra "SDL"də görüşüm var, - dedim.

- Hələ çox var, - dedi, - qalxaq mənim otağıma.

- Qalxaq, - dedim.

Nəbi Xəzri lüks otaqda qalırdı, burda lap futbol oynamaq olardı. Pəncərənin qabağındakı royal otağa xüsusi yaraşıq verirdi. Royalın sol tərəfində böyük bir vazada gül qoyulmuşdu. Sizə zarafat gəlməsin, kişi SSRİ Dövlət mükafatı laureatı idi.

- Çoxdan gəlmisiniz? - Nəbi Xəzridən soruşdum.

- Bir həftədi. Sabah gedirəm, - dedi.

- tez?

- Yaponiyaya uçuram.

- Yaponiyaya? - Mənim üçün gözlənilməz oldu.

- .

- Orda olmusunuz, yoxsa...

- Birinci dəfədi, - dedi, - çoxdankı arzum idi.

Hal-əhval tutandan sonra Nəbi Xəzri ayağa durub soyuducuya tərəf getdi. Əlində "Napoleon" konyakı iki rumka ilə qayıtdı:

- Əlli-əlli içək, - dedi, - hava da soyuqdu... aclığın var?

Yoox, təzə yemişəm.

- Elə mən ... - dedi, - süz görək.

Nəbi Xəzri dedi ki, qəfil görüşümüzə çox şaddı, özü Moskvada. Mənim şərəfimə, sizə ətraflı demək istəmədiyim təmtəraqlı, səmimi bir sağlıq dedi, içdik.

- Təmiz fransuzskidi... çox yumşaqdı. - Nəbi Xəzri konyakı təriflədi.

Sonra biz çox şeylər barəsində söhbət elədik: dünya ədəbiyyatındakı yeniliklərdən, öz ədəbiyyatımızın uğurlarından naqis cəhətlərindən, insani münasibətlərdən, sənətə dəxli olan ayrı-ayrı şəxslərdən, respublikamızın problemlərindən... Söhbət genişləndikcə vaxtım daralırdı. Mən bir dəfə qol saatıma baxan kimi o dedi:

- Başımız qarışdı, söhbət uzandı, mətləbdən yayındıq. Sən "On dəqiqə poeziya"da çıxış elədiyin vaxtdan gör neçə il keçib...

- Hardasa on beş il. - Mən tez cavab verdim.

- Ondan sonra, - Nəbi Xəzri davam elədi, - biz müxtəlif tədbirlərdə səninlə dəfələrlə görüşmüşük, bir dəfə soruşmadın ki, ay Nəbi müəllim, o vaxt məsələydi, niyə bir heylə tay-tuşlarımın içində məni çıxartdın, "On dəqiqə poeziya"ya... - Nəbi Xəzri üzümə baxdı.

- Nəbi müəllim, o vaxt sizin dediklərinizdən belə başa düşmüşdüm ki, şeirlərim xoşunuza gəlib, ona görə.

- Düzdü, - dedi, - bu da əsasdı... ancaq bunun başqa bir səbəbi var, - üzümə baxdı.

Maraq məni götürdü ki, başqa səbəb ola bilər, qədər fikirləşsəm , ağlıma heç gəlmədi. Dedim:

- Bilmirəm, vallah...

- Mən sənə onu demək istəyirəm ... aradan illər keçib, sən böyümüsən, indi sənə demək olar.

- Eşidirəm, Nəbi müəllim, - doğrudan, maraq məni götürmüşdü.

- Bilirsən, Seyran, oğul, insanıq . Mənim çox hörmət elədiyim bir qadın vardı,  səninlə açıq danışıram, bir dəfə necə oldusa, bakılıyam ... Bakılılığıma salıb onu bərk incitdim, özü haqsız yerə. Yaman əzab çəkirdim, özümə yer tapa bilmirdim. Üzr istəməyə imkan vermirdi, zəng eliyirdim, səsimi eşidən kimi adboy verirdi. Özümdən başqa heç kəs mənə kömək eliyə bilməzdi, əslinə qalanda bu yerdə başqasının mənə kömək etməsinin özünü təsəvvür eləmirdim, - üzümə baxdı, istəyirsən, bir əlli vuraq?

İçdik.

- Həə... - Nəbi Xəzri davam elədi, - sifariş göndərməli deyil, çünki özün bilirsən ... qədər fərdi cəhdlər eləsəm , hamısı boşa çıxdı elə bil ki, özümdə-sözümdə deyildim. Vicdanımın ağrısı baş ağrısına çevrilmişdi. ... Əlli vuraq?

İçdik.

- ... əlacsız qalıb taleyimlə barışdım, " olar, olar", dedim. Bir gün işdə mənə "Azərbaycan" jurnalı verdilər, vərəqlədim, sənin şeirlərinə rast gəldim, "İlk məhəbbət - son məhəbbət" şeirini elə bil ki, mənə yazmışdın, özümün bütün sarsıntılarımı gördüm o şeirdə. Heç özüm bilmədim necə oldu, ümidsiz-filansız o şeiri kəsdim jurnaldan, bir konvertə qoyub öz əlimlə poçt qutusuna salıb onun ünvanına göndərdim. Günləri sayırdım, günləri saymağnan qurtaran deyil axı. Düz on beş gündən sonra, kabinetdə mənim ailə üçün ayrıca şəhər telefonum vardı, o telefon zəng çaldı, elə bildim ki, evdəndi. Dəstəyi qaldırdım, o idi, telefonda hönkür-hönkür ağlayırdı, telefonda ağlayanı sakitləşdirmək, üzbəüz ağlayanı sakitləşdirməkdən min dəfə çətindi axı. Ömrünün ən uzun üç-dörd dəqiqəsi oldu. Özü-özünü sakitləşdirəndən sonra pıçıltı ilə dedi:

- Nəbi, o şeiri mən jurnalda oxumuşdum, mənim ürəyimdən keçirdi ki, onu kəsib sənə göndərim, ancaq özümə sığışdırmırdım. Sənnən ötrü yaman darıxmışam, sabah zəng vuracam... - Nəbi Xəzri susdu.

Azərbaycan SSRİ ədəbi mühitinin son dərəcə ciddi adam kimi tanıdığı, əslində beləydi. Nəbi Xəzri necə kövrəlmişdi, uşağa dönmüşdü.

- Seyran, oğlum, bu mənim sirrimdi, övladım kimi onu sənə etibar eliyirəm. Ancaq məndən sonra, vaxtsa yerinə düşsə, xatirələrinin birində mütləq yazarsan. Yazarsan ki, necə oldu birdən-birə sən "On dəqiqə poeziya"da çıxış elədin. Sən Nəbi Xəzriyə yox, ona borclusan...

- Oldu, Nəbi müəllim, söz verirəm...

..."Moskva" mehmanxanasında Nəbi Xəzri ilə aramızda olan bu söhbətdən az, çox - düz iyirmi yeddi il keçir. Onun mənə etibar elədiyi sirri otuz ilə yaxın göz bəbəyim kimi qorudum. Bir neçə ildi ki, Nəbi Xəzrini itirmişik. Ancaq o mənim üçün diridi ona diri kimi sifariş göndərirəm:

- Əziz Nəbi Xəzri! Sizə verdiyim sözə əməl elədim, vədimə naxələf çıxmadım...

Ünvanına çatacağına inanmasaydım, heç vaxt bu dünyadan o dünyaya sifariş göndərməzdim...

Hörmətlə, Seyran Səxavət.

 

Seyran SƏXAVƏT

 

Ədəbiyyat qəzeti: xüsusi buraxılış.- 2024.- 10 dekabr, ¹48.- S.10-11.