Dəniz, göy, məhəbbət
I
- Dənizi
hədiyyə verirəm sənə...
Mən
dedim, sən baxdın, sən gülümsədin.
Göylərin
şəfəqi düşdü üzünə.
- Mən
isə... göyləri verirəm, - dedin...
Ayrıldıq
qəribə hədiyyələrlə,
Göylər
eşqim kimi mənə əzizdir.
Ayrıldıq
dənizlə, ağ ləpələrlə,
Necə
aparasan? Dəniz dənizdir.
Dənizi
verdim ki, sənə hədiyyə,
Gəldiyim
sahilə gələsən bir də.
Məni
görməyəndə o mənəm - deyə,
Mənimlə
danışıb, güləsən bir də.
- Əgər
görüşməsək, bizə dağ olar,
Dedim,
neçə dəfə belə dedim mən.
Dəniz
sahilinə qayıtmaq olar,
Göylərin
sahili varmı, gedim mən?!
Düşündüm,
ayrıldıq gələndən bəri,
Sən mənim
eşqimə çıraq olasan.
Onunçün
verdinmi mənə göyləri,
Məndən
göylər qədər uzaq olasan?!
II
Mən
bir dənizəm ki, eşqim səhərdir,
Səni
düşünürəm, əzizim, yenə.
Mənim
dalğalarım xatirələrdir,
Qoy
çatsın qəlbinin
sahillərinə.
Əsl məhəbbət
ki, böyük hünərdir,
Coşar
ümman kimi təzə arzular.
Mənim
dalğalarım
xatirələrdir,
Orda tufan
da var, burulğan da var.
Dənizəm,
eşqimdən qaçmaq hədərdir,
Mən
ki, adlayıram çölü, çəməni.
Mənim
dalğalarım,
xatirələrdir,
Gecə də,
gündüz də tapacaq səni.
III
İstəsən
yuxuna gələrəm sənin,
gələrəm
dəniz kimi.
Üzünə
incilər çilərəm sənin,
çilərəm
dəniz kimi.
Yoluna
şəfəqlər səpərəm hərdən
səpərəm
dəniz kimi.
İstəsən
üzündən öpərəm hərdən,
öpərəm
dəniz kimi.
Adını
qəlbinin sahillərinə
yazaram dəniz
kimi,
"Sevirəm"
söyləsən bir axşam mənə,
Susaram dəniz
kimi,
Susaram dəniz
kimi.
IV
Dünyada
sakitlik aramadım mən,
Günəş
kimi parla,
səhər
kimi gəl.
Göylərtək
yuxuma gəlmək istəsən,
Sən
aylı, ulduzlu göylər kimi gəl.
Adla
qucağından gur tufanların,
Mən
baxım axşamdan səhərə kimi.
Adla
ağ yoluyla kəhkaşanların,
Parlasın
hər ulduz xatirə kimi.
Gəl,
qış gecəsində,
yaz səhərində,
Dənizi
göylərdən ayırmaq olmaz!
Sonsuz
kainatın üfüqlərində,
Sən görüş
vaxtını şimşəklərlə yaz!
Mən gərək
nəğmətək səni dinləyəm,
Sən mənim
eşqimlə, ürəyimləsən.
Nə qədər
göylər var, mən səninləyəm,
Nə qədər
dəniz var, sən mənimləsən.
İkilikdə
Gəl
bölək dünyanı ikilikdə biz
Dərə
mənə düşsün
Dağı
sən götür.
Qalsın
yer üzündə qoşa izimiz
Qara mənə
düşsün
Ağı
sən götür.
İlin
evladıyıq yayla qış kimi
Fəsillər
yaşasın yanaşı məndə
Birgə
bir yerdəyik gözlə qaş kimi
Gözlər
səndə qalsın
Göz
yaşı məndə.
Gündüzü,
gecəni əziz saxlayaq
Günəş
sənə düşsün
Ay mənə
qalsın
Coşğun
sellər kimi birgə çağlayaq
Dəniz
sənin olsun çay mənə qalsın.
Bizik bu
dünyadan sənilə şərik
Bizsiz nə
qış gülər, nədə ki bahar
Həyatda
hər şeyi bölə bilərik
Amma
bölünməyən:
Bir
sevgimiz var...
Ay
ürək
Yaralar
qövr edir təzədən ürək,
Niyə
könül verdin ona sən ürək,
O səni
sevmədi, sən niyə sevdin!
Səni
sevməyəni sən niyə sevdin!
Eşqinə
mən qurban gedim ay ürək,
Dedim,
neçə dəfə dedim ay ürək,
Sevməyir
o səni, niyə sevirsən,
Səni
sevməyəni niyə sevirsən,
Sözümə
baxmadın, indi yan ürək,
Yan ey mənim
tək peşman ürək,
Sevmirdi o
səni, niyə sevirdin!
Səni
sevməyəni niyə sevirdin!..
İstə
Öz məğrur
eşqimdə təmənnasızam,
Bir damla
istəsəm,
Bir
ümman istə.
Mən
ki, bir dünyalıq boranam, yazam,
Bircə
gül istəsəm,
Gülüstan
istə.
Mənə
ulduz boyda işıq ver desəm,
Sən məndən
Günəşli
asiman istə.
Haçan
bir saatlıq görüş istəsəm,
Sən
bütün ömrümü,
Ərmağan
istə.
Söylə,
bəs hardaydın?
Sən gəldin,
Zülmətdən
gün çıxdı birdən,
Nə qədər
ecazkar göründü cahan?
Səni
gözləmişdim ömrüm boyu mən,
Söylə,
bəs hardaydın sən bu vaxtacan?
Keçib
göy dərəni,
yaşıl
çəməni,
Elə
yaxın gəldin, elə uzaqdan!
Bəlkə
min il əvvəl görmüşdüm səni,
Sərin
su içəndə sən buz bulaqdan!
Elə
bil üzləşdim
ilahi sirlə,
Bu nə
möcüzədir, bu nə heyrətdir?!
Məhəbbət
ölçülmür illə, əsrlə,
Məhəbbət
ölçüsü əbədiyyətdir.
Zöhrə
ulduzutək
yanıb
obaşdan,
Üfüqlər
aşırdın xəyallarımda.
Sən hələ
dünyaya göz açmamışdan,
Küsüb-barışırdın
xəyallarımda.
Sən gəldin
ömrümün
qarlı
qışında,
Ruhumda
ehtiras, ürəyimdə qəm.
Cənnət
qapısının elçi daşında,
Hazırdım
min il də səni gözləyəm.
O nəydi?
Zülmətdən
gün çıxdı birdən,
Nə qədər
ecazkar göründü cahan!
Səni
axtarırdım ömrüm boyu mən,
Söylə
bəs hardaydın sən bu vaxtacan?
Şeir
mənim üçün
bir
kainatdır
Şeir mənim
üçün bir kainatdır,
Onun
ulduzları, Günəşləri var.
Şeir mənim
üçün sirli həyatdır,
Onun
öz sevinci, öz kədəri var.
Şeir də
yaşayır öz baharıyla,
Ona yol da
verir sonsuz asiman.
O
keçir təbii addımlarıyla,
Süni
peyklərin aşdığı yoldan.
Keçir
addım-addım kənddən, şəhərdən,
Ulduzlar
üstünün naxışı kimi.
O
keçir başına yağsa da hərdən,
Tənqidlər
meteor yağışı kimi.
Sözüm
də gücünü ellərdən alıb,
Qoy
uçsun göylərə, o, birnəfəsə.
Qalın
qatlardakı yanan peyk olub,
Nə qəm,
neçə şeirim geri dönməsə.
Nə qədər
qol-qanad, açsa da ilham,
Mən
ana torpağın sinəsindəyəm.
Nə qədər
göylərə uçsa da ilham,
Mən
yerin cazibə qüvvəsindəyəm.
Yenə
düşüncələr aparır məni,
Deyirəm:
susmaram boran-qar olsun.
Gəzirəm
sevdiyim ana Vətəni,
Misralar gəzirəm,
misralar olsun.
Şeirə
vurulduğum, de, aymı, ilmi?
Qəlbim
arzularda, diləklərdədir.
Ən
böyük kainat sənət deyilmi,
Sənət
kainatı ürəklərdədir.
Hər kəs
xoşbəxt olar öz diyarında,
Əzizdir
əzəldən öz yerim dedim.
Kaş
xalq ürəyinin fəzalarında,
Dünyalar
dolaşa bir şeirim dedim.
Baxıram
göylərə qəlbimdə şeir,
Ulduzlar uzaqdan
göz vurur mənə.
Kainat
sirrini açsa da bir-bir,
Sənət
kainatı sirlidir yenə.
Bəli,
şeir mənə bir kainatdır,
Sözlü,
soraqlıdır bir kitab kimi.
Bəli,
şeir mənə sirli həyatdır,
Açsam
da, bağlıdır bir kitab kimi.
Qadınsız
ev
Çiyinlərdə
yerin-göyün qəmidir,
Ah çəkirsən
asimana yetişir.
Qadınsız
ev -
tufandakı
gəmidir,
O nə
batır, nə limana yetişir.
Ağır
dərdlər faciənin gücüdür,
Nə
sevinib, nə də gülə bilirsən.
Qadınsız
ev -
xəstəxana
küncüdür,
Nə
dirilir, nə də ölə bilirsən.
Fəlakətdə
neçə-neçə sirr yatır,
Səni
yıxır, polad kimi o sınmır.
Qadınsız
ev -
günəşsiz
bir dünyadır,
Nə od
yansa, qızınmır ki, qızınmır.
Sən
bir quşsan, ruhun sınmış qanaddır,
Heç
baxma ki, külək sərin, meh ilıq...
Qadınsız
ev -
ulduzsuz
kainatdır,
Həmdəmindir
sükut ilə qaranlıq.
Ey
kişilər!
Sevginizi əzizləyin
cahanda,
Qadınlığın
sədaqətdir ilk adı.
Vay o
gündən -
ömrün
axır anında,
Gözünüzü
qapayan da olmadı!
Şəklinə
baxıram
Mərhum
ömür yoldaşım
Gülarə
üçün
Sən
getdin cahanın
Dərdli
çağında.
Bir
çaya döndüm ki, sısqa axıram.
...Sənsiz
bir otağın tənhalığında
Şəklinə
baxıram...
Yenə
baxıram.
Əsir pəncərədən
Yel incə-incə,
Sanki isti
nəfəs üzümə dəyir.
- Gecən
xeyrə qalsın - söylərəm gecə,
Səhər
də söylərəm: sabahın xeyir!
Ürəyim
narahat,
Qulağım
səsdə
Dövrün
haqsızlığı titrədir məni.
Çevrilib
mələyə başımın üstdə,
Ruhun gecə-gündüz
hifz edir məni.
Axı, səninlədir
hər anım mənim,
Sən mənim
nisgilim, pərişanımsan.
Gündüz
şəkillərdə susanım mənim,
Gecə
yuxularda danışanımsan;
- Ay Nəbi,
özündən muğayat ol sən,
Bil, daha
dünənki cavan deyilsən.
- Əlbəttə,
mən səni itirən gündən,
Həyatım
dəyişdi tamam kökündən.
Qar əskik
olmayır doğma dağımdan
Bir
gündə asılıb hər ayağımdan.
Bəzən
yersiz düşdük haya, haraya,
Axı
pis də gedir, yaxşı da qalmır.
Sən məni
qısqandın bütün dünyaya,
İndi
dünya məni heç saya salmır.
Tanrım
bağışlasın,
Günah
varsa da,
Günah
xoşbəxtlikdən pay alan deyil.
- Gənclik
günahları yuyularsa da,
Qocalıq
günahı yuyulan deyil!
Gec duydum
həyatın
Mən
sirlərini,
Zaman pərişandır,
ömür pərişan.
Mən
öz günahımın zəncirlərini
Çoxdan
parçalayıb, çoxdan qırmışam.
Səni
yana-yana səsləyirəm ki,
Eşitsin
sözümü sevdiyim mələk.
Dünyada
o günü gözləyirəm ki,
Gülarə
adında nəvəm gələcək.
Şəklinə
baxıram,
Baxıram
yenə,
Sanıram
çiynimə yumşaq əl dəyir.
- Gecən
xeyrə qalsın - deyirəm sənə
Səhər
deyəcəyəm:
-
Sabahın xeyir!
Dərələr
Çinarlar
qatar-qatar,
Qalxıb
zirvəyə çatar
Dağa
qısılıb yatar
Mışıl-mışıl
dərələr,
Yaşıl-yaşıl
dərələr.
Sizlərə
vurğunam mən,
Bəzəyiniz
şəfəqdən
Günəş
çıxar üfüqdən
Ovuc-ovuc zər
ələr,
Dərələr,
ay dərələr.
Sevdiyiniz
ağaclar
Küknarmıdır,
şammıdır?!
Sizdən
qalxan dumanlar
Dağlara
salammıdır?
Quş
kimi üstünüzdən
Qanad
çalım, dərələr!
Şamlıqda
bir axşamlıq
Qonaq
qalım, dərələr!
Əgər
ki, yıxılsam çinar göstərin,
Mən
ona söykənib arana baxım.
Gözlərim
görməsə Göygölü verin,
Mən
onun gözüylə cahana baxım.
Hər
yerdə, həmişə
Sənsən
gümanım,
Canım-gözüm
mənim,
Azərbaycanım!
Sən
günəş, mən isə bir zərrə kimi
Diriykən
oğlunam, ölsəm torpağın.
Sən
ki, döyündürdün mənim qəlbimi,
Sən
uca çinarsan, mənsə yarpağın.
Mənəm
sənin özün,
Ey
eşqim, canım,
Sənsən
özüm mənim,
Azərbaycanım!
Sizlərdən
yollar keçər,
Siz
yaxşı ki, varsınız,
dərələr,
ay dərələr.
Zirvələrə
açılan
Geniş
qapılarsınız,
dərələr,
ay dərələr.
Nəbi
XƏZRİ
Ədəbiyyat
qəzeti: xüsuai buraxılış.- 2024.- 10 dekabr, №48.-
S.12-13.