Nəbi Xəzriyə
Həyətdə sızlayır Eldar şamları,
Dinləyəni kimdir, anlayanı kim...
O ana, o bacı, ömrün baharı
Əlçatmaz olubdur, Nəbi müəllim!
Quruyur həyətdə ağaclar tək-tək,
Qəlbimi göynədən vida səsidir.
Ata yurdlarını kimsəsiz görmək
Dünyanın ən qəmli mənzərəsidir.
Əlində əsirik xatirələrin,
Qar yağır, ağardır ömrümüzü qış.
Keçmişlə arada uçurum dərin,
Geriyə dönməyə körpü qalmamış.
Bu
ağac diridi, bu ot diridi,
Ancaq
hamısının üzündə kədər.
Evlər
sahibinin kölgələridir,
Sahibi
getdisə yetimdir evlər!
Çiçəklər
bacıtək ürəyi çəkir,
Ürəyi
günəşlər yer əsiridir.
Bu evlər
adicə ocaq deyil ki,
Ana nəfəsinin
heykəlləridir.
Yaş
artır - hey dolur, boşalır gözlər,
Cığırlar
yol olub qayıdır yurda.
Döyür
pəncərəni illər-sahillər,
Vətən
də burdadı, Qürbət də burda.
Bir az naşükürdü
millət, neynəyək,
Bu gün
aldığını sabah unudur.
Şeir də
bağçada əkilən çiçək,
Qoxlayıb
atmaq da yer qanunudur.
Şairələr
- dünyanın ilk səyyahları,
Bu yer nemətləri
ona oyuncaq
Şairələr,
dünyanın söz allahları,
Ana kəlməsinin
quludur ancaq!
30 yanvar
1992,
Xırdalan
Sabir
RÜSTƏMXANLI
Ədəbiyyat
qəzeti: xüsusi buraxılış.- 2024.- 10 dekabr, №48.- S.14.