Ədəbi tariximizdə

taleyimizdə Heydər Əliyev

 

Heydər Əliyev minillik dövlətçilik tariximizə milli məfkurəyə istinad edən ilk və yeni Azərbaycan dövlətinin qurucusu kimi daxil olmuş şəxsiyyətdir. O, əvvəl milli məfkurəni, sonra müstəqil dövləti yaratdı. Hakimiyyətdə olduğu bütün dönəmlərdə ədəbiyyatı nəinki iqtisadiyyatın, eləcə siyasətin, gücün ayağına vermədi. Bütün fəaliyyəti dövründə ədəbiyyata, onun müxtəlif dövrlərində yaşayıb-yaratmış ədiblərinə qədirşünas mövqedən yanaşan Heydər Əliyevin rəhbər kimi özəlliyi bəlkə elə buradan başlayır. Ədəbiyyatşünas alim Yaşar Qarayev "Müstəqillik dövrünün milli öndəri" məqaləsində yazır: "Tarix boyu həmişə dövlət elm (sənət, poeziya...) həmin şüurun yaddaşın keşiyində qoşa dayanıb. İngiltərə ali Kral Elm Qurumundan tutmuş Rusiyanın qədim imperiya akademiyasına qədər hər yerdə ali elm qurumlarını ən ali dövlət ərləri, ümummilli öndərlər hamiliyə götürüb. Lakin Mustafa Atatürkə qədər hələ heç kəs milli tarixdə taledə tutduğu yerə, paya, çəkiyə görə elm-dövlət nisbətinə bu qədər aydın mövqe təsnifi, missiya, rol bölgüsü modeli təqdim etməyib: "Dövlətin təməli-kültürdur". Türk kültürü isə turkcədən başlayır. Dövlətçilikdə "kültür dil" konsepsiyası bu tamlıqda bütövlükdə öz ifadəsini bizim zəmanədə Heydər Əliyevin əməlində işində tapır".

Heydər Əliyevin poeziyaya, şeirə, sənətə olan sevgisi yalnız təzahür olaraq hasilə gəlmir, konsepsiya, təlim səviyyəsində gerçəkləşir. Ümummilli lider xalqı dövləti qorumağın, uca tutmağın, onun milli kimlik mənlik qürurunun gizləndiyi, ehtiva olunduğu məqamların nələrdə, hansı dəyərlərdə ehtiva olunduğunu bilirdi. "Ən çox sevdiyin şair kimdir?" sualına Şəhriyar, ən çox sevdiyin şeir hansıdır" sualına isə Səməd Vurğunun "Azərbaycan" şeiri deyə cavab vermişdir. Əslində, onların hər ikisi böyük öndər üçün Azərbaycan demək idi. Onun Şəhriyar sevgisi , Səməd Vurğunun "Azərbaycan" şeirinə kövrəlib ağlaması da, Hüseyn Cavidin nəşinin vətənə qaytarılma fədakarlığı, onlarla sənətkarımıza qoydurduğu abidələr, keçirtdiyi yubiley tədbirlərinin əsas xətti millətə yönəlik olan sevginin gücünə söykənirdi: "Heydər Əliyev Azərbaycanın gücüdür. Rəmz əks deyil. Gücün özüdür. Azərbaycanı azərbaycanlıların ixtiyarına verən Azərbaycan xalqı "öz taleyinin sahibidir" - deyən ilk böyük dövlət xadimimizdir Heydər Əliyev. Ona qədər Azərbaycan tarixində belə bir siyasi kontekstin olmadığı hər kəsə bəllidir" (Azər Turan).

1970-ci illərdə Moskva siyasi dairələrində kifayət qədər nüfuz sahibi olan Heydər Əliyev bu nüfuzdan xalqının milli kimliyinin müəyyənliyinin  dərki üçün yararlandı. Bütün siyasi fəaliyyəti boyu əsas diqqətini xalqın tarixi şəxsiyyətlərinin yaradıcılığının poetik dövriyyəyə gətirilməsinə, yaddaş faktına çevrilməsinə, milli genefondun varlıq göstəriciləri olmaları işinə sərf elədi. N.Gəncəvinin, İ.Nəsiminin, M.P.Vaqifin, M.Ş.Vazehin, N.Nərimanovun heykəllərinin qoyulması, onların irsini dirçəltmək imkanları ağlasığmaz əzmkarlıqdan hasilə gəlirdi siyasi lider olaraq Heydər Əliyevin bütün fəaliyyətinin prioritet istiqamətini təşkil edirdi. Əbəs deyil ki, Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəldiyi 90-ci illərdə ondan bəhs edilən məqamlar məhz liderin hakimiyyət dövrünün birinci mərhələsindəki quruculuq proseslərinə dayaqlanırdı.

Sovet epoxası daxilində Heydər Əliyevin üzünü yaddaşa çevirən tarixə - özündə xalqın milli kodunu möhürünü əbədiləşdirən söz sənətinə tutması ilk növbədə, onda çağdaşlıq faktı aramaq, bu yolla ədəbi prosesə, yeni düşüncəyə təsir etmək niyyətindən irəli gəlirdi. Xalqın milli dəyərlərinin dirçəlişindən başlayırdı Heydər Əliyev bu istiqamətdə seçdiyi hədəflər, ünvanlar da dəqiq, çəkili sərrast idi. Böyük sənət abidələri, böyük söz ustadları, böyük söz sərrafları... Heydər Əliyevin Cənub ədəbiyyatı mövzusuna həssaslığının mayası da bu amaldan nəşət tapırdı. Onun təşəbbüsü ilə Yazıçılar İttifaqında Cənubi Azərbaycan ədəbiyyatına yeni münasibət formalaşdı, bu işlərə istiqamət vermək birlikdə Balaş Azəroğluya həvalə edildi.  Eləcə ilk dəfə olaraq Cənubi Azərbaycan ədəbiyyatı araşdırma mərkəzinin təməlini qoydu Heydər Əliyev. O da maraqlı faktdır ki, Heydər Əliyev haqqında ilk şeiri Səhənddən oxuyuruq. Sair Bulud Qaraçörlü Səhəndin (1927-1979) 1974-cü ildə Heydər Əliyevə ünvanladığı "Elimin dayağı, yurdumun fəxri Heydər müəllimə" adlanan şeiri məktub formasında yazılıb:

 

İstərdim Bakıda SƏN olaydın.

Hamıdan dinlərkən vəsfini Sənin,

Heyf ki, görüşmək qismət olmadı.

Bisütunlar çapdım mən Fərhad təkin,

Ancaq ki, su gəlib arxa dolmadı.

Mən istərdim doğma bir qardaş kimi

Oturub, əyləşib danışam Sənlə

Bir məsləkdaş kimi, bir yoldaş kimi

Söz-söhbət açaydım ana Vətəndən.

 

Hakimiyyətdə olduğu zaman kəsimlərində Heydər Əliyev Azərbaycanın mənəvi reallığı üçün böyük siyasətçi, dövlət adamı olaraq həm ədəbiyyatlaşan obrazı ilə göz önünə gəlir. Bu obraz ədəbiyyat üçün konkret nəyi ifadə edir? İlk növbədə, ədəbiyyata, poeziyaya sevgini. Onun çıxışlarında milli ədəbiyyatımızı gərəyincə bütöv duyub anlamaq səriştəsi vardı, prosesə yanaşma strategiyası düzgün idi,  bəhs etdiyi mövzularda problemlərin dərkini səmtləndirə bilirdi. ən əsası, Azərbaycan ədəbiyyatı haqqında öz anlayışı, müşahidəsi, elmi qənaətləri olan bir şəxsin prosesə konseptual yanaşmadan hasilə gələn məntiqi ehtiva olunurdu... Heydər Əliyev eyni zamanda ədəbiyyatda, poeziyada milli ahəng yaratmaqla bahəm ümumbəşəri dəyərləri bir müstəviyə gətirmək kimi siyasi prizmadan çıxış edirdi. Çünki bilirdi, hamını bir yerə toplayan bir ünvan var: Ədəbiyyat!

Bu mənada 1980-cı ilin 27-31 oktyabrında "Ədəbiyyatların dostluğu - xalqların dostluğudur" adı ilə keçirilən yazıçıların Umumittifaq konfransında Heydər Əliyevin bütün dünyanı Bakıya cəm etməsi, onu hamı üçün Vətənə - ədəbi-bədii fikir məbədinə çevirməsi daha bir ali niyyətin göstərisi idi: "Məhz həmin konfransdakı nitqi ilə Heydər Əliyev etnos-millət-bəşəriyyət bağlılığının harmoniyasına yeni istiqamətdə aydınlıq gətirdi. O, sadəcə, nitq söyləmədi, şərq-Azərbaycan mədəniyyətinin mədəni dünya üçün nadir sərvət olduğunu, mənəvi missiya daşıdığını qonaqlara məharətlə aşıladı. M.F.Axundovun "Şərq poeması"ndan, Səməd Vurğunun "Zamanın bayraqdarı" əsərindən parçalar söylədi - həm azərbaycanca, həm rusca.  Vyaçeslav Sukaçev, Aleksandr Smerdov, Vasili Bıkov, Aqniya Barto, Zoya Kedrina, kubalı hindistanlı qonaqlar salondakı təntənəli sükutdan, tükənməz alqışlardan heyrətə düşmüşdülər. Yanaşı əyləşdiyim hindistanlı yazıçı Prakaş Bharti çətin danışdığı rus dilində mənə qəribə sual verdi:

- Vaş rukovoditel poet ili prozaik?

Qonaq, ölkə rəhbərinin yazıçı olduğuna tam inanmışdı, indi isə onun hansı janrda yazıb-yaratdığını bilmək istəyirdi.

Heydər Əliyevdən sonra çıxış edən SSRİ Yazıçılar İttifaqının sədri Georgi Markov, daha sonra Rəsul Həmzətov, David Kuqultinov Heydər Əliyevin düşüncə, ümumiləşdirmə natiqlik mədəniyyətindən fövqəladə məhəbbətlə danışdılar" (İmamverdi Əbilov).

Bu konfrans Azərbaycanın beynəlxalq aləmə çıxışında, dünyaya tanıdılmasında, onunla başqa dövlətlərin arasında, çoxcəhətli elmi-ədəbi, mədəni əlaqələrin inkişafında böyük önəm daşıyırdı.

Heydər Əliyev epoxasında yaşayıb-yaradan şair yazıçılar birmənalı şəkildə böyük lideri ədəbiyyatın hamisi sayır, Heydər Əliyevin siyasətdən başqa bir ədəbiyyatlaşan obrazını fakt olaraq etiraf edirdilər:

"Bu imkanı bizə Heydər Əliyev yaratmışdı onun dəstəyini, yardımını, başqa nəsildaşlarım kimi mən daima hiss eləmişəm" - bu sözləri Anar 18 may 1998-ci ildə "Ədəbiyyat qəzeti"ndə çap etdirdiyi "Şəxsiyyətin miqyası" adlı məqaləsində yazır.

Elçinin 1995-ci ildə qələmə aldığı "Tarixlə üz-üzə dayanmış adam" məqaləsində oxuyuruq: "...altmışıncı illərdə ədəbiyyata gəlmiş ədəbi nəslin bir qələm sahibi kimi formalaşması yetmişinci illərə təsadüf etdi bütün bu illərdə Azərbaycan ədəbiyyatı ümumiyyətlə, Azərbaycan mədəniyyəti ilə bilavasitə Heydər Əliyev arasında mənəvi mən deyərdim ki, məhrəmanə bir körpü yarandı.

İsmayıl Şıxlının çıxışlarında Heydər Əliyevin ədəbiyyat sevgisinə heyrəti yer alır: "Heydər Əliyev yoldaşın bizə, Azərbaycan yazıçılarına, klassik irsimizə xüsusi qayğı ilə yanaşması, Nizami, Mirzə Şəfi irsinin öyrənilməsinə, Nəsimi, S.Vurğun kimi sənət ustalarımızın geniş yubileylərinin keçirilməsinə xüsusi əhəmiyyət verməsi bizi sevindirməyə bilməz".

Heydər Əliyev bu qayğı diqqətini elə sovet imperiyasının daxilində - ən yüksək postda əyləşərək, ən əzəmətli kürsüləri bölüşərək, ən mötəbər tribunalardan səslənərək gerçəkləşdirirdi.

1970-ci illərdə ümumən respublikamızda klassik mədəni irsimizin öyrənilməsi baxımından tamamilə yeni mərhələ başladı. Həmin mərhələ bilavasitə xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. "Kitabi Dədə Qorqud", böyük Azərbaycan şairi İmadəddin Nəsimi ilə bağlı Heydər Əliyevin gerçəkləşdirdiyi işlər bu abidələrin yeni təfəkkür qatına, milli şüur yaddaşa bədii-estetik çalar qatmasını izləməyə imkan verir. Həmin vaxta qədər Nəsimi "Divan"ı yalnız bir dəfə, görkəmli ədəbiyyatşünas Salman Mümtaz tərəfindən, 1926-cı ildə ərəb əlifbası ilə çap olunmuşdu.. Heydər Əliyevin sərəncamı əsasında 1973-cü ilin 13 sentyabrında İmadəddin Nəsiminin 600 illik yubileyi keçirildi. Elə həmin il Həmid Araslının tərtibatı ilə Nəsiminin divanı çap olundu. Bütün ölkə Nəsimi əhval-ruhiyyəsində oldu, şairin şəkli həmin dövrdə çap olunan bütün ölkə qəzetlərinin loqosuna çevrildi. Şairin əsərləri ingilis fransız dillərinə tərcümə edildi, haqqında xarici ölkələrin beynəlxalq təşkilatların mətbuat orqanlarında bir neçə məqalə çap olundu. YUNESKO-nun "Kuryer" jurnalında Nəsimi haqqında məqalə dərc edildi. Heydər Əliyev Nəsiminin yubileyinin təkcə Bakıda deyil, Moskvada da keçirilməsinə nail oldu. 1980-ci ilın fevral ayında Bakının mərkəzi parklarından birində Nəsiminin abidəsi qoyuldu heykəlin açılış mərasimində şəxsən özü iştirak etdi. Beləcə, sovet ideologiyasının birbaşa marağında olduğu Nəsimini milli ədəbi-tarixi yaddaşdan çıxdaş etmək niyyətinin qarşısı böyük siyasətçi tərəfindən alındı.

Böyük Azərbaycan şairi  Nizami Gəncəvinin irsinə Heydər Əliyev münasibəti konseptual səciyyə daşıyırdı. 1981-ci ilin avqust ayında Nizami Gəncəvinin anadan olmasının 840 illiyi haqqında qərar isə nizamişünaslıqda əsaslı dönüş yaratmışdır. Bu məqamla bağlı X.R.Ulutürkün "Gündəliy"ində əhəmiyyətli bir epizod yer alır: "Xəmsə" yaradıcısının anadan olmasının 840 illiyi bayramı keçiriləndə böyük qazax şairi Oljas Süleymenovun verdiyi sual yadımdadır:

- Ustad, axı 840 yuvarlaq rəqəm deyil, niyə tələsirsiniz?

- Tələsməyimiz əbəs deyil. Biz Nizami ilə bəşəriyyəti qovuşdurmağa tələsirik. Nizami elə bir sənətkardır, elə bir dahidir ki, hər il bayramını keçirməyə dəyər".

Yaxud 1982-ci ilin 15 yanvarında Şuşada M.P.Vaqif məqbərəsinin açılışı Heydər Əliyev üçün əbədiləşən tarixi yaddaş baxımından əhəmiyyətli idi.

Heydər Əliyevin üzərinə düşən missiya çətin idi. O, fəaliyyətinə qırılmış xəttin, güdaza verilmiş dəyərlərin, itirilən meyarların bərpası kontekstində başladı.  "Dissident siyasəti"! Heydər Əliyevin 1969-1982-ci illər ərzindəki fəaliyyətini bu iki sözün birləşməsi uğurlu dəqiq ifadə edir. Azərbaycanın dəyərlərini ona tanıtdırmaq 1937-ci ildə ziyalılığın sındırılmış vüqarını dirçəltmək, reabilitasiya etmək Heydər Əliyev diplomatiyasının çıxış nöqtəsini təşkil etmişdir.

Hakimiyyətinin birinci dönəmində Heydər Əliyevin irəli sürdüyü nəzəri-ideoloji prinsiplərin şairlərin yaradıcılığına bilavasitə təsiri olmuşdur. Şairlər, yaradıcı adamlarla tez-tez görüşən Heydər Əliyevin onlarla ünsiyyət zamanı səsləndirdiyi hər hansı fikirlər şairlər üçün enerji güc mənbəyinə çevrilmiş, impuls yaradan qüvvə olmuşdur. Məsələn, B.Vahabzadə, X.R.Ulutürk, M.Araz poeziyasının həyəcan, çağırışa köklənən üslubu Heydər Əliyev siyasətinin poeziyaya qazandırdığı cəsarət ruhu üzərində qərar tuturdu. Milli poeziyada vətəndaşlıq ruhunun qüvvətlənməsində ədəbi-ictimai fikrin istiqlal ideyaları ilə zənginləşməsində bu şairlərin böyük rolu olmuşdur. Həmçinin tarixi-mədəni dəyərlərə ehtiram ana dilinin saflığının qorunması onların fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil edirdi.

Heydər Əliyev yalnız qorumurdu, yalnız himayə etmirdi, yalnız cəsarət aşılamırdı. O, həm sahib çıxmağı bacarırdı. Gücünün yetdiyi qədər milli-mənəvi dəyərlərin qorunmasına çaba göstərirdi. Bu barədə əlbəttə, kifayət qədər təcrübə bacarıq sahibi idi, amma onlarla bahəm ( daha əsas!) millətinə xalqına can yanğısı vardı. Böyük şairimiz Məhəmməd Füzuli ilə bağlı Heydər Əliyevin qatlaşdığı çətinliklər onun bu istiqamətdə əzmkar fəaliyyəti fikirlərimizə əyani sübutdur...

Heydər Əliyev siyasətinin dissident ruhu 1982-ci ildə daha bir gözlənilməz hadisə ilə nəhayətsiz miqyas aldı. Böyük Azərbaycan şairi Hüseyn Cavidin nəşinin Sibir çöllərindən vətənə gətirilməsi haqda sərəncam verdi Heydər Əliyev. Bu hadisəni Heydər Əliyevin siyasi fəaliyyətinin şah əsəri saymaq olar. Axı söhbət 1937-ci ilin repressiya dalğasının güdaza verdiyi faciə qəhrəmanından gedirdi. 1982-ci il, sovet dövrü hələ bitməmişdi, heç buna işarələr belə yox idi... Heydər Əliyev bu addımı ilə gerçəyi qorxulardan önə çıxartdı, Cavidin nəşini vətənə qaytarmaqla  elə ilk növbədə, qorxunun üzərindəki örtüyü götürüb atmağa müvəffəq oldu.

Heydər Əliyev - milli ədəbiyyatımızın şərəfli tarixidir, faktıdır, əhəmiyyətli gərəkli məxəzidir. Bu məxəz bütün estetik ruh halı ilə fərqli duyumun, fərqli yaşamın şəklidi.

 

***

 

1980-ci illər... Heydər Əliyev hakimiyyətdən uzaqlaşdırıldı. Meydanda isə 1970-1980-ci illərin - Heydər Əliyev zamanının reallaşdırdığı gerçəklər sırası vardı. Ölkə xalq adına görülən nəhayətsiz əməllərin özülünün qoyulduğu mərhələ vardı. Hamının hər kəsin vurğulayacağı bu gerçəyin üzərinə tarix yenidən qayıdacaqdı. Çünki 1970-1980-ci illər Azərbaycan ədəbiyyatı Heydər Əliyevin müəyyənləşdirdiyi əxlaqi-milli-mədəni aktın  ilhamçısı icraçısıdır. Cari prosesin, yazılan əsərlərin, bütöv ədəbi hərəkatın ideya zəmini rolunda çıxış edən aparıcı simadır Heydər Əliyev.

Heydər Əliyevin siyasətini istiqlal sözü ilə bir müstəviyə qoyub elə eyni müstəvidə "İstiqlal poeziyası" deyilən bir təsnifatı dövriyyəyə gətirmək mümkündür. Daha sonra isə milli müstəqillik kimi tarixi nailiyyətimizi. Önəmli faktdır ki, 1995-ci ildə Heydər Əliyevin sərəncamı ilə ilk dəfə olaraq "İstiqlal" ordeni təsis olunur bu ordenə üç şair - Xəlil Rza Ulutürk (ölümündən sonra), Məmməd Araz, Bəxtiyar Vahabzadə layiq görülür.

1990-cı illərdə Heydər Əliyevin siyasətçi kimi gücü əvvəlki inadla millətin yaddaş kultuna sədaqətinin bərpa edilməsi məsələsinə həssas yanaşmasındaydı. Dahi şairimiz Məhəmməd Füzulinin 500, Mirzə Cəlilin 128, ilk möhtəşəm söz abidəmiz olan "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyinin elmi ictimaiyyət tərəfindən beynəlxalq səviyyədə keçirilməsi ədəbi irsə layiqli münasibətin izharına ən yaxşı nümunə olmaqla yanaşı, dövlət başçısının hansı məsələlərdə dəstək aradığını, mənəvi ülfət tapdığını bəlli edirdi.

Məhəmməd Füzulinin bütün əsərləri (külliyyatı) altı cilddə nəşr edildi. Haqqında sanballı elmi monoqrafiyalar, tədqiqat əsərləri ortaya qoyuldu. Yubileyi həm Azərbaycanda, həm  bütün türk-islam aləmində, həm Rusiya Avropada böyük təntənə ilə keçirildi.

Yaradıcılıq aləminə yeni istedadlı müəlliflərin gəlməsində rol oynayan, sonradan maddi çatışmazlıqlar ucbatından uzun fasilələrlə işıq üzü görən, hətta bağlanmaq təhlükəsi ilə üz-üzə duran ədəbi orqanların: "Azərbaycan", "Literaturnı Azərbaycan", "Ulduz", "Qobustan" jurnallarının "Ədəbiyyat qəzeti"nin ölkə prezidentinin xüsusi qərarı ilə müntəzəm surətdə ölkənin dövlət büdcəsindən maliyyələşdirilməsi ədəbi prosesin gəlişməsində əsaslı rol oynadı.

Heydər Əliyevə həsr olunan bütün mətnlərdə eyni obrazla qarşılaşırıq: xilaskar, mətin, dahi insan, millət xalq fədaisi, bütün varlığı ilə dövlətinə bağlı olan şəxsiyyət  s. i.a.  Bu obrazı Heydər Əliyev özü öz ömür bioqrafiyası ilə yaratmışdır. Ona görə hansı rakursdan yanaşılsa, hansı səviyyədə bədii təcəssümün predmetinə çevrilsə belə sonda gözlərimiz önündə böyük əqidə amal daşıyıcısı olan eyni Obraz canlanır. Tərcümeyi-halını məsləkinin ifadəsinə çevirmiş Heydər Əliyev obrazı...

Heydər Əliyevə həsr olunan bütün əsərlər, əslində, bir məqama israrlıdır: Heydər Əliyev tarixdə qalıcı şəxsiyyətdir. Öyünə biləcəyimiz TƏKlərdəndir!

 

***

 

Biz ümumilli liderin vətən, yurd, xalq adına gördüyü nəhayətsiz əməllərdən bəhs etdik. Amma Heydər Əliyevin ən dəyərli əsərlərindən biri Azərbaycan Prezidenti İlham Əliyevdir. Heydər Əliyevin uğurlu siyasi kursunun bariz örnəyi!

Bu gün Heydər Əliyev həm İlham Əliyevin simasında yaşayır, əbədi davam edən tarixə çevrilir. Təsadüfi deyil ki, çağdaş dövrümüzdə İlham Əliyevə həsr olunan əsərlər ilkin olaraq Heydər Əliyev obrazını içindən keçirməli olurlar:

 

Ulu öndər özü kimi inandığı bir varisə

Güvənərək, bir inamla demədimi illər qabaq:

"Azərbaycan günəş kimi Yer üzünə saçılacaq!"

Odlar yurdu, nur saçırsan,

            qaranlıqlar gendən keçir,

Avropanın gələcəyə addımları səndən keçir!

 

Arzu Əsədov

 

***

 

Heydər Əliyev həm sözümüzün "yaddaş sirri"dir. O, dövlətin rəmzinə çevrilmiş ilk siyasi lider oldu kifayət qədər ibrətamizdir ki, belə bir hadisə Azərbaycan tarixində ilk dəfəydi ki, baş verirdi. Belə hadisələri isə tarix sonradan təshih etmir. Çünki yüzillər keçəndən sonra tarix daha çox həqiqətin dilində danışır. Heydər Əliyev Azərbaycanın siyasət dilini dünyaya təlim edən ilk azərbaycanlı oldu. Bu mənada, yüzillər keçəndən sonra da tarix Azərbaycan barədə qurucunun, baninin, ümummilli liderin, yəni Heydər Əliyevin üslubunda danışacaq.

 

Elnarə AKİMOVA

 

Ədəbiyyat qəzeti.- 2024.- 13 dekabr, ¹49.- S.4-5.