Qarğaların xoru

Hekayə

...sonra buludlar yavaş-yavaş dağılmağa başladı - həmin bazar günü səhərdən yağmaq istəyirdi, amma yağa bilmədi - və o, eləcə açılan göy üzünə baxa-baxa heç nə fikirləşmirdi, heç nəyin fərqində deyildi, bir az üşüyürdü, ancaq bu üşüməyin də nə olduğunu, yəqin dərk edə bilmirdi. Gəlin nazik yun adyalı gətirib, onun çiyninə salanda, təəccüblə qadına baxdı, nəsə demək istədi, ancaq görünür, deyəcəyini yadından çıxarıb, heç demədi, sadəcə gözlərini yumdu.

Onun üçün ən rahatı gözlərini yummaq idi gözlərini yumanda onun içində elə bir duyğu yaranırdı ki, elə bil, azaddır, uçur, ancaq hara uçur, niyə uçur - fərqində deyildi. Əslində bu onun üçün heç maraqlı da deyildi - xoş, zərif, xəfif uçuşun doğurduğu hissiyyatın özündə elə bir zəriflik, xəfiflik vardı ki, elə bil, babanın bütün ruhu təzələnir, təmizlənirdi, ancaq onun üçün ruhi bir rahatlıq, ya rahatsızlıq yox idi, bu, sırf cismani bir rahatlıq idi.

Həmişəki o qarğa yenə uçub gəlib, elə həmişəki budağın ucuna qondu gözləri hələ yumulu baba, qəribədir, elə bil, bunu hiss etdi gözlərini açıb, budağın hündürlüyündən qara gözlərini babanın əyləşdiyi eyvana sarı zilləmiş qarğaya baxdı.

Sonra da qarğa qarıldamağa başladı.

Gəlin yenə eyvana çıxıb, onun qabağına bir stəkan çay qoydu baba gözlərini qarğadan çəkib, açıq-aşkar bir narazılıqla qadına baxa-baxa:

- Sən kimsən? - soruşdu.

Gəlin:

- Mən sənin gəlininəm, ay baba, - dedi həmin payız günü neçənci dəfə təkrar etdi: - Gəlinin. - babanın eləcə sual dolu baxışlarını görüb: - Sənin nəvənin arvadıyam, da... - dedi. - Həyat yoldaşı.

Ancaq baba üçün gəlinin bu izahatının heç bir əhəmiyyəti yox idi bu dəfə rəngi itərək tamam bozarmış gözlərini diqqətlə gəlinin gözlərinin içinə zilləyib:

- Yadına gəlir, Kübra necə çörək bişirirdi? - soruşdu.

əlin həmişəki kimi tələsik:

- , əlbəttə, yadımdadı, - dedi otağa keçdi.

Bu qadın hələ 40-45 il əvvəl bu evə gəlin gələn vaxtdan baba yaddaşını itirirdi, sonra da 30 ildən çox idi ki, elə bu vəziyyətdəydi - eləcə eyvanda oturub, öz dünyasına baxırdı elə bil, o da bu küçədəki binalar kimi məhəllənin bir abidəsi idi. Hərdən onun hafizəsində nələrsə işıqlanmaq, aydınlaşmaq istəyirdi o zaman baba canlanırdı, yazda, yayda, ilkin payızda boz gözlərini daha artıq bir diqqətlə eyvanla üzbəüz yaşıllıqda dolaşdırırdı, payızın sonlarında, qışda isə çılpaq ağacların qol-budaqları arasında elə bil, nəsə axtarırdı, sonra da başını qaldırıb göy üzünün o tərəf-bu tərəfini gözdən keçirirdi. Onun yeməyi-içməyi ilə gəlin məşğul olurdu, ona gəlin qulluq edirdi, ancaq bu 40-45 ildə hərdən gəlinin ürəyindən heç kimə demədiyi narahat bir cizgi keçib gedirdi o cizgidən ufacıq bir iz qalırdı. Elə olurdu ki, baba ildə-ayda bir dəfə boz gözlərini bu qadının gözlərinin içinə zilləyirdi bu zaman onun, yəni qadının ürəyində dediyim həmin yüngül təlaş qığılcımı ani olaraq közərirdi, tez sönürdü.

Heç kimin görmədiyi, tanımadığı Kübra, deyilənə görə, babanın nənəsi, ya ulu nənəsi idi dünyanın qəribə işlərindən biri bu idi ki, baba heç vaxt anasını, atasını, hansısa başqa yaxın bir adamını yada salmırdı, ancaq Kübranı yada salırdı - əgər doğrudan da, onun bu adda nənəsi, ya kimisə olmuşdusa, yəqin dinozavrlar dövründə rəhmətə getmişdi. Həmişə Kübranın çörək bişirməyini soruşurdu bəlkə o rəhmətlik Kübranın bişirdiyi çörəyin iyi, dadı uşaq yaşlarından babanın yaddaşına elə hopmuşdu ki, hərdən fikrini darayırdı, içində hansısa məqamları titrədirdi, oyatmaq istəyirdi.

Qarğa uçub getmişdi.

Eyvanın qarşısı hündür hələ yarpaqlarını tökməmiş ağaclıq idi, ancaq o payız yaşıllığı içində adda-budda qırmızımtıl-sarı xəzan yarpaqları da var idi baba bu ağacların adından, növündən xəbərsiz idi, ancaq xəzan yarpaqlarının rənginə görəydi, ya nəyə görəydisə, gözləri ilə o yaşıllıq içində bir-bir qırmızımtıl-sarı yarpaqları axtarırdı - elə bil, fikrində nəsə arayırdı, yaddaşından nəsə umurdu. Onun fikrində yüngül bir xatirə ərəfəsi yaranırdı, yəqin nəsə yada düşəcəkdi, ancaq görünür, bu ərəfə hissiyyatı axır məqama gedib çıxmırdı itib yox olurdu.

Eyvandan baxanda ağaclığın kənarında, dar bir aralıqdan dənizin bir parçası görünürdü baba gözləri ilə xəzan yarpaqlarını izləyə-izləyə o gömgöy dəniz görüntüsünə gəlib çıxanda, elə bil, xəzan yarpaqlarının qırmızımtıl-sarısı o payız günü birdən-birə dənizin göylüyünə çevrilirdi. Baba təzədən xəzan yarpaqlarını izləyirdi izləyə-izləyə qırmızımtıl-sarının birdən-birə gömgöy rəngə dönməsi, deyəsən, onun xoşuna gəlirdi, elə bil, bu da bir oyun idi.

Bilmirəm, baba bunu hiss edirdi, başa düşürdü, ya yox, onun beynində daimi bir yük, ağırlıq var idi, bu ağırlıq, bu yük onun beynini basırdı, olan-qalan heyini əlindən almaq istəyirdi heysizlikdən gözləri yumulurdu, yumulduqca da o gözəl uçuş başlamaq istəyirdi, ancaq belə zamanlarda bəzən babanın hissiyyatında bir təlaş, hövl baş qaldırırdı. O, bəlkə təhtəlşüur olaraq qorxurdu ki, bir heç zaman gözlərini açmayacaq elə bil, hansı bir qüvvə isə onu silkələyirdi - elə həmin anda da baba ürəyinin döyüntüsünü eşidirdi, bəlkə bu döyüntü səsinin hardan gəldiyini başa düşmürdü, ancaq bir müddət diqqətlə bu ardıcıl döyüntüyə qulaq asırdı.

Bu dəfə eyvana çıxan onun nəvəsi idi kefi deyəsən, bir az kök idi:

- Necəsən, baba?

Baba bu yekəpər, ağbaş kişiyə, yəni öz nəvəsinə baxıb, onu tanımaq istədi, ancaq deyəsən, bir şey alınmadı baba sövq-təbii bir narahatlıqla arxaya qanrılıb, gözlərini qapının şüşəsindən otağa tərəf zillədi.

Nəvə arvadını səslədi:

- Deyəsən, səni istəyir.

Gəlin eyvana çıxdı. Baba aşkar bir həyəcanla soruşdu:

- Bu kimdi belə?

Gəlin:

- Sənin nəvəndir , ay baba, - dedi.

O, başını qaldırıb, oturduğu kürsüdə altdan yuxarı nəvəsinə baxdı:

- Nəyimdir?

- Nəvən, ay baba, sənin nəvən.

Baba zənnlə bu yekəpər, ağbaş kişiyə baxdı gəlinin dediyini anladı, anlamadı, bilmirəm, ancaq birdən-birə, tamam gözlənilmədən nəvəsindən:

- Sənin yadındadı, Kübra çörəyi necə yerə çırpıb, tüpürdü? - soruşdu.

Nəvə ilə gəlin heyrətlə bir-birinə baxdı: birinci dəfə idi ki, baba belə bir sual verirdi: "Sənin yadındadı, Kübra çörəyi necə yerə çırpıb, tüpürdü?"

Nəvə belə bir qəfillikdən udquna-udquna:

- Yox, - dedi.

Baba başını gəlinə tərəf çevirib:

- Bunun yaddaşına olub? - soruşdu bu anda da xısın-xısın gülməyə başladı - elə içəridən uğunurdu ki, elə bil, nəfəs almağa da macal tapmayacaqdı.

Gəlinin əti ürpəşdi - bu xısın-xısın gülüşün anlaşılmaz bir çaları var idi, ancaq çalar idi - gəlin bunu heç cürə başa düşə bilmirdi astadan güldükcə babanın boz gözləri bir az kiçildi, rəngini itirmiş göz bəbəyinə elə bil, bir dolu dənəsi qondu - gülüşündə buz soyuğu var idi.

Gəlin tələsik otağa keçdi hiss etdi ki, alnını soyuq tər basır, ürəyi deyəsən, bulanmaq istəyirdi həmin an özündən asılı olmayaraq fikrindən keçdi ki, gərək uşaqları, yəni onların özlərinin kiçik nəvələrini babanın yanına buraxmasın.

Ağbaş kişi otağa keçdi deyəsən, o da bir az şaşırmışdı:

- "Kübra çörəyi yerə çırpıb, tüpürdü"? - Təəccüblə babanın sözlərini təkrar etdi, sonra da: - Buna oldu belə? - soruşdu.

Gəlin:

- Yəqin nəsə yadına düşüb , - dedi o biri otağa keçmək istədi.

Kişi:

- Dur görüm, - dedi. - Bəs, sənə oldu? Birtəhərsən.

Gəlin:

- Yox, - dedi.

Başqa deyəydi ki? Doğrudan da, olub? Allah bilir, babanın - hərdən olur - nəsə yadına düşüb, gülür - olsun? Gülsün .

Hətta gəlin indicə ötüb keçən o fikrin bir balaca xəcalətini çəkdi: necə yəni "uşaqları gərək babanın yanına buraxmayım? Bəlkə daha kişiyə çay-çörək verməyəsən, pal-paltarını da yuyub, ütüləməyəsən? Allaha xoş gedər , ?"

Babanın nəvəsi həmin bazar günü dostları ilə görüşüb, Bakıda təzə açılmış alman pivəxanasına getmişdi, ancaq deyəsən, babanın tez-tez yada saldığı çörəkbişirən Kübranın qəflətən çörəyi yerə atması, bu azmış kimi, sonra da çörəyə tüpürməsi bu yekəpər, ağbaş kişinin kefini pozmuşdu o, eyvan tərəfə ötəri bir nəzər salıb, çiyinlərini çəkdi öz-özünə:

- bilim?.. - dedi, sonra da o biri otağa keçdi.

Qarğa yenə uçub, gəlib, elə həmin hündür budağın ucuna qonmuşdu başını o tərəf-bu tərəfə çevirə-çevirə qarıldayırdı, elə bil, nədənsə arxayın olmaq istəyirdi. Bəlkə sıx yarpaqlığın içində o qarğanın yuvası var idi onun nigarançılığının da səbəbi yuvadakı cücələri idi?! Ola bilər, əlbəttə, ancaq niyə başqa bir budağın yox, elə eyni budağın ucuna qonurdu nigarançılıqla ətrafı nəzərdən keçirdikdən sonra, gözlərini eyvana zilləyirdi, niyə?

Doğrusu, adamın gülməyi gəlir desin: bəlkə qarğa elə babanın özünün keşiyini çəkirdi?

Günorta babanın nəvəsinin, yəni gəlingilin böyük nəvəsi - babanın nəyi olurdu, kötükcəsi? - , kötükcəsi həmin bazar günü eskiz dəftərini qoltuğuna vurub gəlmişdi bu cavan oğlan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını iki-üç il əvvəl bitirmişdi, ancaq artıq istedadlı bir rəssam eyni zamanda şair kimi tanınırdı, hətta Avstriyadan gəlmiş məşhur milyoner-filantrop Vilyam Vess Vyanada onun əsərlərindən ibarət fərdi sərgi-satış təşkil etmək istəyirdi. Bu rəssam şairin nəşr olunmuş ilk şeirlər kitabı da əməlli-başlı səs salmışdı bu kitabdan sonra tənqidçilər onu müasir Azərbaycan poeziyasında "ilk mistik-fəlsəfi şair" hesab edirdi.

Gənc rəssam şair neçə müddət idi ki, hələ Akademiyada oxuduğu vaxtlardan - babanın, yəni indi eyvanda oturmuş ulu babasının portretini çəkmək istəyirdi imkan düşən kimi, etüd dəftərini qoltuğuna vurub, onlara gəlirdi. Etüd dəftərinin vərəqləri babanın karandaşla çəkilmiş cürbəcür eskizləri ilə dolu idi gənc rəssam-şair həmin portreti rəngli boya ilə çəkmək istəyirdi, ancaq məsələ burasındaydı ki, eskizlərin heç birində onun istədiyi alınmırdı. Əslində istədiyini o, heç özü üçün söz ilə ifadə edə bilmirdi bunu yalnız hiss edirdi.

"Bunu" - yəni nəyi?

Gənc rəssam-şair babanın elə bir "baxışı"nımı deyim, "təbəssümü"nümü, "cəhəti"nimi deyim, hiss edirdi ki, həmin hissiyyatı karandaşla heç cürə ifadə edə bilmirdi bu hissiyyatı hərdən şeirlə ifadə etməyə çalışırdı, ancaq  doğrusu, elə olurdu ki, oxucuların çoxu heç başa düşmürdü. Maraqlısı da o idi ki, ömründə görmədiyi, hərdənbir təkcə elə bu sualı - "Yadına gəlir, Kübra necə çörək bişirirdi?" - eşidən gənc rəssam-şair təsəvvüründə yaratdığı Kübranın yağlı boya ilə gözəl bir portretini çəkmişdi rəssam dostlarının da, şair dostlarının da, sənətşünasların da dediyinə görə, "Kübranın portreti" onun çəkdiyi portretlərin içində ən əlası idi. O portretdəki Kübranın 60-65 yaşı olardı, ancaq gənclik çağlarının yaraşığı hələ tamam solub-saralmamışdı psixoloji dərinliklə fırçaya alınmış Kübra gülərüz, mehriban, təbəssümündən açıq-aşkar xeyirxahlıq, rəhmdillik, yumşaqlıq yağan bir qadın idi.

Gənc rəssam şair:

- Eyvandadı? - soruşdu, guya günorta çağı baba hardasa, başqa bir yerdə ola bilərdi.

- , ... - Gəlin dedi fikrindən keçdi ki, yaxşı, babanın Kübra haqqında dediyi o son sözləri gənc rəssam şair eşitmədi, qocanın o xısın-xısın gülüşünü, səssiz uğuntusunu görmədi. Gəlin böyük nəvəsini çox sevirdi onunla fəxr edirdi.

Gənc rəssam eyvana çıxdı:

- Salam, ay baba!

Baba bu cavan oğlanın kimliyi ilə maraqlanmadı onun eskiz dəftərini açdığını görən kimi elə bil, oğlanı yox, eskiz dəftərini tanıyıb, belini qədər mümkün idisə, o qədər dikəltdi, başını düz tutub, yenə oğlana yox, eskiz dəftərinə baxdı.

Həmin bazar günü gənc rəssam-şairə vəhy gəlmişdi, idi? Anfas da,  profildən bir neçə eskiz işlədi, xoşuna gələni oldu, gəlməyəni , ancaq bu dəfə gördü ki, istədiyi çıxmır, alınmır ki, alınmır əslində yenə çəkdiyi eskizlərdən razı qalmayıb, gedəndə fikirli-fikirli nənəsinə, yəni gəlinə:

- Bilirsən? - dedi, - deyəsən, baba bu həyatda öz missiyasını başa vura bilmir. Onun missiyası hansı bir çətinlikləsə rastlaşıb, hansı maneə, sədd isə onun qabağını kəsib... Həmin səddi keçə bilmir... Heç özünün , yəqin bundan xəbəri yoxdu...

Gəlin gülümsəyə-gülümsəyə:

- Sənə neçə dəfə demişəm ki, mənimlə danışanda sadə danış, - dedi. - Elə danışırsan ki, adam heç başa düşmür.

Gənc rəssam-şair fikrindən ayılıb, gülümsədi :

- Elə bilirsən, özüm başa düşürəm? - dedi, ancaq qapıdan çıxmaq istəyəndə yenə nənəsinə yox, daha çox özünə dedi: - Əlbəttə, düz deyirlər , hərənin bu dünyada bir missiyası var... - getdi.

Bir azdan gün batacaqdı baba bunu fikirləşdi,  ya nəsə başqa bir şey fikrindən keçdi, başını qaldırıb göyə baxdı. Elə bu vaxt da bütün ətrafı qəfil bir kölgə bürüdü şimal tərəfdən nəhəng qarğa dəstəsi - yüzlərlə qarğa - uçub gəlib, eyvanın qarşısındakı o yaşıllığa qondu. Bu qədər qarğa hardan bir-birini tapmışdı bu axşamçağı hara uçurdu?

qarğalar səs-səsə verib, elə bir car çəkməyə başladılar ki, küçədən keçən adamlar başlarını çiyinlərinə qısıb, addımlarını yeyinlədərək, bu qarğa kölgəsindən tələsik uzaqlaşırdılar.

O qarğa xorunu mətbəxdə xörək bişirən gəlin eşidib, eyvana çıxdı ağacların üzünü qapqara qaraltmış qədərsiz qara qarğaları görəndə, özündən asılı olmayaraq:

- Allah, sən saxla! - dedi, sonra da babaya baxdı: - Baba, bəlkə içəri keçəsən?

Baba gözlərini qarğalardan çəkərək, üzünü ona çevirdi gəlin bu 40-45 ildə babanın gözlərinin bu qədər həlim olduğunu, bu qədər mülayim, hərarətli olduğunu yəqin birinci dəfə görürdü.

Baba elə o həlimliklə barmağını dodaqlarına tutub, az qala pıçıltı ilə:

- S-s-s-s...- dedi, yəni səs salma.

Bir azdan o qarğa xoru kəsildi elə bil, o saysız qarğa dəstəsi hansısa bir bənd, işarə gözləyirmiş, havaya qalxaraq, səs-səsə verə-verə uçub getdi.

Küçəni bürümüş o kölgə eləcə yox oldu.

Yavaş-yavaş qürub vaxtı başlayırdı.

Küçədə adamlar da, maşınlar da azalırdı.

həmişəki qarğa yenə uçub gəlib, öz budağının ucuna qondu. Yenə o tərəf-bu tərəfə baxdı görünür, istəyirdisə, ona da əmin olub, gözlərini eyvana tərəf zillədi.

Bu dəfə nəvəsi eyvana çıxdı:

- Vaxtdı, baba, evə keçək. Hava sərinləyir.

Baba bu yekəpər kişinin saçlarına, iri biləyindəki saatına baxdı - axşamın toranında saatın neçəliyini görmək mümkün deyildi, ancaq baba üçün bunun mənası yox idi sonra o, barmağını budağın ucuna qonmuş qarğaya tuşlayıb, elə bil, fikri, təfəkkürü özündə idi - nadir hallarda belə anlar olurdu - soruşdu:

- O neçə il yaşayacaq?

Nəvə o qarğaya baxdı :

- Min il. - dedi, ürəyində fikirləşdi ki, "elə sən min il yaşayacaqsan, ay baba... biz heç... biz gəldi-gedərik".

Sonra babanın qolundan tutdu ki, otağa keçirtsin.

Baba isə deyəsən, eyvandan getmək istəmirdi, ancaq o, edə bilərdi onlar otağa keçdilər, nəvə eyvanın qapısını örtdü...

...Bəlkə vaxt gələcəkdi, o cavan rəssam şair ahıl çağında nəhayət ki, istədiyini çəkə biləcəkdi hələ işbazlıq enerjisini itirməmiş milyonçu-filantrop Uilyam Vessin Vyanada təşkil etdiyi növbəti sərgidə "Babanın portreti" , "Kübranın portreti" nümayiş olunacaqdı "Kübranın portreti"ndəki Kübra hələ çörəyi yerə çırpıb, tüpürməmişdi o, portretdə qədər səmimi idisə - tamaşaçılar ona baxıb, bəlkə Kübraya gülümsəyib, keçəcəkdilər, ancaq "Babanın portreti"ndəki baba yəqin mürəkkəb bir sənət nümunəsi olacaqdı, tamaşaçıları saxlayacaqdı, düşündürəcəkdi, aydın bir fikrə gələ bilmədikləri üçün əsəbiləşdirəcəkdi, hətta Avropada da məşhurlaşmış rəssam-şairin şeirləri onlara kömək edə bilməyəcəkdi.

Kim bilir, o zaman "Babanın portreti"nin tamaşaçıları arasında, bəlkə kimlərsə olacaqdı ki, babanı daha yaxından, daha dəqiq, daha dərindən tanıya bilsin?

Ancaq daha yaxından, daha dəqiq, daha dərin - yəni haraya qədər?

18 iyun 2024

Bilgəh

 

Elçin

Ədəbiyyat qəzeti.- 2024.- 13 dekabr (¹49).- S.6-7.