Xalq şairi
Hüseyn Arifin anadan olmasının 100 illiyi - qeyd olunub
Hüseyn Arif son dərəcə təbii şair idi. Həyatdakı təbiiliyi,
şəxsiyyətindəki saflığı poeziyasına
da keçmişdi. Onun
sənət müəllimləri
el ədəbiyyatı
- dastanlar, qoşmalar,
təcnislər, bayatılar,
Qurbani, Ələsgər, Dilqəm
və dövrünün
canlı klassikləri
idi. O, bu ustadlardan çox şey görüb-götürdü,
lakin kimsəni təqlid eləmədi, ədəbiyyatda özünəməxsus
Hüseyn Arif cığırı açdı,
bu cığırı
yola çevirdi. Hüseyn Arif neçə əsrlik Azərbaycan xalq poeziyasının klassik qolu ilə müasir
qolu arasında canlı bir körpü yaratdı. Klassikaya məxsus poetik incəliklər, müdrik düşüncə
tərzi, aşıq-ozan
mədəniyyəti, xalq
ruhu onun şeirlərində də
davam və inkişafda idi. O da ustadları kimi qoşmanın, gəraylının
safını, özəlini
yaradırdı, şəklini
çəkmirdi. O, elin,
obanın təəssübkeşi
idi və bu təəssübkeşlik
o dərəcəyə çatırdı
ki, Hüseyn Arifin şeirlərində
mənsub olduğu xalq bütün mənəvi dünyası
ilə baş qəhrəmana çevrilirdi.
Bu fikirlər dekabrın 11-də Azərbaycan
Dövlət Akademik Filarmoniyasında Xalq şairi Hüseyn Arifin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirdə səslənib.
Tədbirdə çıxış
edən Azərbaycan Yazıçılar Birliyinin
poeziya şöbəsinin
rəhbəri, şair
İbrahim İlyaslı , Dövlət İmtahan Mərkəzinin
İdarə Heyətinin
sədri Məleykə
Abbaszadə, Milli Məclisin
deputatı, filologiya elmləri doktoru Elnarə Akimova, Azərbaycan Aşıqlar
Birliyinin sədri,
professor Məhərrəm Qasımlı
və başqaları
Hüseyn Arifin bənzərsiz
poeziyasından danışaraq
vurğulayıblar ki, şairin
100 illiyi ilə bağlı ölkəmizdə
silsilə tədbirlər
keçirilir.
Bildirib ki, XX əsr Azərbaycan poeziyasının
görkəmli nümayəndəsi
Hüseyn Arif xalqımızın zəngin
bədii-poetik irsi zəminində dəyərli
əsərlər meydana
gətirib. Onun poeziya aləmi mövzu baxımından genişdir və əsərləri məna
qüdrətini bu gün də qoruyub saxlayır. Şairin təbii və canlı dili ilə seçilən
əsərlərində həyatın
öz nəfəsi duyulur. Təsadüfi deyil ki, Hüseyn Arifin şeirləri çox
zaman mahnı mətninə
çevrilib. O, Vətən,
ana torpaq, övlad məhəbbəti kimi bəşəri dəyərləri
heç kimə bənzəməyən tərzdə
ifa edib.
Hüseyn Hüseynzadə
1924-cü il iyunun 15-də Qazaxın Yenigün kəndində (kənd hazırda Ağstafa rayonunun tərkibindədir)
doğulub. Ədəbi
fəaliyyətə İkinci
Dünya müharibəsi
illərində başlayan
şairin librettosu əsasında hazırlanan
“Azad” tamaşası 1957-ci ildə
Akademik Opera və Balet Teatrında, “Yolda” poeması əsasında yazdığı
eyniadlı pyesi
1974-cü ildə Gənc
Tamaşaçılar Teatrında
tamaşaya qoyulub.
1971-ci ildə “Dağ
kəndi” poemasına görə “Qızıl oraq” mükafatına layiq görülüb. Əsərləri keçmiş̧
SSRİ və bir sıra xarici ölkə xalqlarının
dilinə tərcümə
olunub. Şeirlərinə
musiqilər bəstələnib.
1976-cı ildə Sarayevo
Beynəlxalq Poeziya Günlərinin, 1979-cu ildə
Liviyada “SSRİ Günləri”nin iştirakçısı
olub. Azərbaycanın
Xarici Ölkələrlə
Dostluq və Mədəni Əlaqələr
Cəmiyyətində şöbə
müdiri, “Azərnəşr”in
Bədii Ədəbiyyat
redaksiyasında böyük
redaktor, “Gənclik” nəşriyyatında bədii
ədəbiyyat redaksiyasının
müdiri və Azərbaycan Aşıqlar
Birliyinin sədri vəzifələrində çalışıb.
Hüseyn Arif xalqımızın
zəngin bədii-poetik
irsinə əsaslanan,
epos təfəkkürünü, etnoqrafik yaddaşı geniş əks etdirən dəyərli əsərlər yazıb.
O, təbiət mövzusunda
yazdığı əsərləri
ilə oxucunu ana təbiəti duymağa, qorumağa, doğma torpağın qədrini bilməyə çağırıb.
Həmişə xalqın
içində olan şairin əsas qayəsi, Vətənə
məhəbbətin, mənəvi-əxlaqi
zənginliklərin təbiət
gözəllikləri ilə
vəhdətdə tərənnümündən
ibarət olub.
Hüseyn Arif o məşhur
insanlardandır ki, adı
ilə bağlı çoxlu lətifələr,
baməzə əhvalatlar
dolaşır, hətta
belə lətifə və əhvalatların toplandığı kitab nəşr
olunub, lakin bütün baməzə düzməcələr və
olmuş̧ əhvalatlar
onun şair ciddiliyini nəinki zədələmir, əksinə,
onu xalqa daha da yaxınlaşdırır,
olduğu səmimiyyətlə
ona xalq sevgisi qazandırır.
Natiqlər vurğulayıb ki, Hüseyn Arifdən söz açanda "təbiət şairi"
ifadəsini tez-tez işlədirlər. Bəli,
o, təbiətin şairi
idi. O mənada ki, təbiətə təkcə
vurğun deyildi, təbiəti içində
yaşadırdı, meşədə,
dağda, çöldə,
çəməndə, bir
çeşmə başında
olanda sanki dünyaya təzədən
gəlirdi. Təbiəti
bəlkə də onun kimi duyan,
sevən ikinci bir adam tapmaq
çətindir. Ancaq
Hüseyn Arif poeziyasını yalnız
insan-təbiət dairəsi
ilə məhdudlaşdırmaq
doğru olmazdı. Xalqın fikir dünyası, ruhu və psixologiyası H.Arifin poetik
dünyası ilə qovuşurdu.
Hamıya məlumdur ki, Hüseyn Arif aşıq poeziyasının
vurğunu idi. Sazı çox sevirdi. Dilqəmə poema həsr etmişdi. Bu sevginin həddi-hüdudu yox idi. H.Arif
Ələsgərin ustadı
Aşıq Alının
şeirlərini toplayırdı.
Azərbaycan Aşıqlar
Birliyi məhz Hüseyn Arifin qayğıkeş
fəaliyyəti nəticəsində
1984-cü ildə Azərbaycan
aşıqlarının IV qurultayından sonra yaranıb. O bütün həyatı boyu aşıq sənətinin
qoruyucusu oldu.
Diqqətə çatdırılıb
ki, Hüseyn Arifin şeir
və poemaları XX əsr Azərbaycan poeziya tarixinə həkk olunub. O özündən sonra zəngin bir ədəbi irs qoyub gedib. Şairin
yaradıcılığı hər zaman dövlətin
diqqət və qayğısında olmuşdur.
O, 1984-cü ildə Azərbaycanın
Əməkdar incəsənət
xadimi, 1989-cu il ildə
Azərbaycanın Xalq
şairi adına layiq görülmüşdür.
1992-ci il sentyabrın
14-də Bakıda vəfat
edən Xalq şairi, doğulduğu kənddə nakam oğlunun yanında dəfn olunub.
Şairin adının əbədiləşdirilməsi ilə bağlı fikirlərini bölüşən
çıxışçılar qeyd edib ki, söz
sərrafının vaxtı
ilə Bakıda yaşadığı evin
divarına xatirə lövhəsi vurulub. Xırdalan şəhərindəki,
Ağstafadakı küçələrdən
biri, habelə Ağstafa şəhərindəki
Uşaq Musiqi Məktəbi Hüseyn
Arifin adını daşıyır.
2010-cu ildə “Mən
Hüseyn Arifəm...”
adlı film çəkilib.
Adına çoxlu şeirlər, şeirlərinə
nəzirələr yazılıb,
yaradıcılığı ədəbi-elmi yazıların,
tədqiqat əsərlərinin
mövzusu olub. Onun yaradıcılığı
bu gün də gənc nəslin tərbiyəsində
öz önəmlini qoruyub saxlayır, xalqımız, dilimiz yaşadıqca Hüseyn Arif poeziyası da yaşayacaq, seviləcək,
öyrəniləcəkdir.
Gecədə qiraətçilər
şairin şeirlərini,
tanınmış və
gənc ifaçılar
isə sözlərinə
bəstələnmiş mahnıları
səsləndiriblər.
Sonda Hüseyn Arifin ailəsi adından nəvəsi Tural Rəhmanzadə çıxış
edərək tədbirin
təşkilatçılarına və iştirakçılarına
təşəkkürünü bildirib.
Ədəbiyyat qəzeti.- 2024.- 13 dekabr (¹49).- S.17.