Hərdən adama elə gəlir ki,
Payızdan sonra
Hər şey yaxşı olacaq.
Dünyada bütün müharibələr
Təslim
olacaq,
Daha ölümdən şeir yazmayacaqsan.
Hərdən adama elə gəlir ki,
Payızdan sonra
Xətrinə dəyənlər
Gəlib
səndən üzr istəyəcəklər,
Ən uzaqdakı doğman da
qayıdacaq.
Amma adama elə gəlir...
***
Sənin
adını qəlbimə
Böyük hərflərlə yazdım,
Mən ona qədər
Xüsusi
isimlərin böyük
hərflə
Yazıldığını bilmirdim.
Mən
"qovuşmaq" sözünün kökünü
"qov" götürürəm.
Hamını ömrümdən qovdum...
Sənə qovuşmaq üçün
Başqa
nə lazımdır
ki?
***
Hər
şeydən, hamıdan
Çox
sevdiyim biri var,
Nəyi,
kimi məndən çox sevsən,
Əlindən alacağam, deyirsən,
İlahi,
lap onu da?
Neyləyim,
onu sevməklə
günaha
batdım,
Deyirsən, günah sahiblərini
Cəhənnəmdə yandıracaqsan,
İlahi,
lap məni də?
***
Bütün
çiçəklər payıza üz tutdu,
Barı,
sən onlara uyma,
Mən günəşin bir addımlığında
Gözləyirəm səni.
***
Mən
güzgüyə baxarkən
Daha heç kimi görmürəm,
Sən gedəndən sonra
Sağmı qalacaqdım?!
***
Əslində,
yağış
Normadan artıq yağmamışdı,
Gözlərim o aralar
Bir az tərləmişdi.
***
Küləyə
bir şans da verdim
Saçlarının ətrini gətirmək üçün...
Hardandı küləkdə o güc?!
***
Ən
çətini diriləri qane etməkdir,
Ölülər bir gülə,
Bir şam işığına,
Bir duaya da razılaşırlar.
Dərd sevə
bilməyənlərindir,
Heç
nə ilə xoşbəxt deyillər,
Nə ev,
Nə pul,
Nə maşın.
Sevə
bilənlər
Səhraya da razılaşırlar.
Şair
olmayanlara nə var ki?
Ancaq öz ağrılarını
tanıyırlar,
Müharibələrdən sağ çıxa bilirlər,
Onlar
bu dünyaya da razılaşırlar.
Gözlə
məni
Bəlkə,
bu yerlərə bir də gəlmədim,
Duman,
salamat qal, dağ,
salamat qal.
M.Araz
Bəlkə,
bu yerlərə bir də qayıtdım,
Duman, gözlə məni, çən, gözlə məni.
Yorulub yollarda gecikmək olar,
Düşsə də saçıma
dən, gözlə məni.
Gözəl,
öz qəlbini oxlamaq nədi?
Ölməz eşqin yasın
saxlamaq nədi?
Əgər dönmək varsa,
ağlamaq nədi?
Xəyal
qur, arzu tut, şən
gözlə məni.
Bəzən
sığınarsan dar qəfəsə də,
Ömür ötüb keçər
hey vəsvəsədə.
Allah, məni heç kim gözləməsə də,
Mən mütləq gələrəm,
Sən gözlə məni.
Öyrəşir
adam
Bircə
dua qəbul olur,
Tez göyə öyrəşir
adam.
Uzaq-uzaq
adamlara
Bəs niyə öyrəşir adam?
Oynayacaq
min oyunu,
Çatar hər oyunun sonu.
Pozub ömrün sükutunu,
Səs-küyə öyrəşir adam.
Soyuq qəlbi
qəlb isidir,
Susmaq elə Haqq səsidir.
Düzdür, zaman itkisidir,
Hər şeyə öyrəşir
adam.
Başım
bu payıza
elə qarışıb...
Yağışlar
torpağa taleyin yazır,
Küləklər danışır sözdən
xəbərsiz.
Kim atdı pərişan, məyus payızı
Fəsillər içinə bizdən
xəbərsiz?!
Üşüyür
Vətənin hər bir qarışı,
Bir doğman ağrıyır
yarpaq adında.
Başım bu payıza elə qarışıb...
Bütün uzaqlıqlar çıxıb
yadımdan.
İlahi,
bitdimi ömrü bu eşqin?
Düşüb səhralara aza bilmirəm.
Başım bu payıza elə qarışıb...
O qızçün şeir
də yaza bilmirəm.
Qayıdaq
Ay gözəlim,
getdiyimiz bu yolu
Yorğun-yorğun, ağır-ağır qayıdaq.
İllərdi ki, bu sevdanın
başında
İldırımlar möhkəm çaxır, qayıdaq.
Çətin
nəsə məlhəm ola yaraya,
Kimlər
girdi, nələr girdi araya?
Kim çatar ki belə vaxtda
haraya?
Ya sus, ya da qışqır, bağır, qayıdaq.
Oldu bizi
bu yollarda güdən də,
Ağrıları gizlətdik bir bədəndə.
Həyasızca getmişdikmi gedəndə?
Qayıdanda fağır-fağır qayıdaq.
Belə
gediş, belə dönüş olmayıb,
Açdığımız izlər geniş olmayıb.
Görsən əgər güc-taqətin
qalmayıb,
Lazım
gəlsə, kömək
çağır, qayıdaq.
Bizi vurar
silahımız, bilirik,
Necə
olar sabahımız, bilirik.
Az olmadı günahımız,
bilirik,
Allah bizə tərs-tərs baxır, qayıdaq.
Daha bütün
uzaqlar da xətirsiz,
Daha bütün çiçəklər
də ətirsiz.
Eşqin
payız fəslindəyik,
çətirsiz,
Dayanmadan
yağış yağır,
qayıdaq.
Addımlaya
bilərikmi bərabər?
Gəl geriyə dönək indi birtəhər.
Yorulmuşuq, təkid etmə
bu qədər,
Qayıdarıq əvvəl-axır, qayıdaq.
Ziya
Dilsuz
Ədəbiyyat qəzeti.- 2024.-
13 dekabr, №49.- S.47.