Eşq nədir
Eşq nədir?
Birinə sarılmaqmı?
Yoxsa,
Birinin səni sevdiyinə inanmaqmı?
Eşq nədir?
Birini özündən daha çox sevməkmi?
Yoxsa,
Səndən xəbəri belə olmayan birinə
Ruhunu verməkmi?!
Mən səni axtarıram
Dolub hicran yaşıyla yenə qəmli gözlərim,
Gözlərimin yaşında mən səni axtarıram.
Mənim ayaq izlərim izlərinə bənd olur,
Bu yolların başında mən səni axtarıram.
Gözlərimin önündə durub dumanlı səhər,
Bu dumanlı səhəri mən açmışam
birtəhər...
Ayrılandan bəri biz darıxıbdı
göy Xəzər,
Tənələr yağışında mən
səni axtarıram.
Bu sevən ürəyimin ehtiyacı sən oldun,
Bu həyatın özütək
şirin, acı sən oldun.
Sağalmayan dərdimin son əlacı sən oldun,
Taleyimin qışında mən səni axtarıram.
***
Son dəfə görəm gözəl üzünü,
Son dəfə sarılam bütün gücümlə sənə.
Yenə hiss edəm ürək döyüntünü
sinəmdə,
Yenə "küsmə"
deyəsən səndən
küsənə.
Birnəfəsə çəkəm qoxunu içimə,
Təkrar oturaq eyni
yerdə, məkanda.
Təkrar tutam o isti
əllərindən,
Tale birləşdirmişkən
bizi, necə ayrılaq bu anda?!
***
Neçə gün gözləyəcəm səni
Sabahım belə bəlli deyilkən?
Neçə mövsüm yarpaq tökəcəm
Qəlbim hər mövsüm qış ikən?
Neçə boşqab qoyacam süfrəyə,
Mən açlıqdan ölərkən.
Neçə gün daha gözləyəcəm
gəlməni
Yeməklər çoxdan soyumuşkən?
Neçə ömür gözləyəcəm səni,
Mənim ömrüm tükənmişkən.
Daha neçə insana sarılacam
Sənin saçının telinə toxunmamışkən.
***
Birini sevərsən:
Dağdakı çiçək,
Göy üzündəki bulud,
Səmadakı ulduz qədər
xoşbəxt olarsan.
Sevdiyin birini itirsən:
Bir daha əsla
olmazsan,
Dağdakı çiçək,
Göy üzündəki bulud,
Səmadakı ulduz qədər xoşbəxt...
Lalə Hüseynova
Ədəbiyyat qəzeti. - 2024.- 13 dekabr
(¹49).- S.19.