Poeziyamızın Nəbi Xəzri zirvəsi
“Ədəbiyyat və incəsənət” portalı
yazıçı-publisist Ramiz
Göyüşün 100 illiyini
qeyd etdiyimiz Xalq şairi Nəbi Xəzri yaradıcılığına həsr
edilmiş “Poeziyamızın
Nəbi Xəzri zirvəsi” məqaləsini
təqdim edir.
Ədəbiyyatımızı
zirvələrı ilə
sıralanan Sıra Dağlara bənzətsək,
bu sırada bir -birindən möhtəşəm dağ
zirvələri tək
sıralanan ədəbi
dühaları görəcəksən.
Həmin zirvələrdən
biri də, heç şübhəsiz,
adını Azərbaycanın
poeziya tarixinə əbədi həkk etmiş, ədəbi xəzinəmizə misilsiz
töhfələr vermiş,
öz parlaq poeziya nümunələri,
epik, dram və nəsr əsərləri, tərcümələri,
publisistikası, ssenariləri
ilə zənginləşdirmiş
Nəbi Xəzri zirvəsidir. Həmin zirvəni Nəbi Xəzri özü belə tərənnüm
edirdi:
Nəbiyəm bir dağam başı qarlıyam,
Demə
zirvəndəki o duman
nədir?
Bütün varlılardan daha
varlıyam,
Dövlətim məhəbbət, varım
sevgidir...
Çoxşaxəli, rəngarəng,
maraqlı və bir-birindən fərql mövzularla zəngin əsərləri ilə səciyyələnən Nəbi Xəzri yaradıcılığı
hələ gənc yaşlarından istər oxucuların, istərsə
də ədəbi ictimaiyyətin diqqətini özünə
cəlb etmişdi. Yaradıcılığa başladıqları
ilk illərdən, o dövrdə
poeziyaya yenicə qədəm qoyan gənc istedadlar- Əlağa Kürçaylı,
Hüseyn Arif, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə
və onlarca digər gənc istedad kimi Nəbi
Xəzrinin şeirləri də
gənc istedadların
ən böyük himayəçisi Səməd
Vurğunun diqqətindən
yayınmamışdır. Nəbi Xəzri də Böyük şairin qayğısı
ilə əhatə olunmuş, onun təkidi ilə həmin dövr üçün az təsadüf edilən, 20
yaşlı gənc ölkədə böyük
nüfuza malik Azərbaycan
Yazıçılar İttifaqına
üzv qəbul edilmişdi.
83 il ömür sürmüş,
65 ildən şox yradıcılıqü yolu
keçmiş, öz
istedadı, zəhməti,
bacarığı və
yüksək intellekti
sayəsində
Azərbaycan Dövlət
Televiziya Verilişləri
Komitəsinin sədr müavini, Mədəniyyət
Nazirinin müavini, Yazıçılar İttifaqının
katibi, Azərbaycanın
Xarici Ölkələrlə
Dostluq və Mədəni Əlaqələr
Cəmiyyətinin Rəyasət
Heyətinə sədri,
"Azərbaycan Dünyası"
Beynəlxalq Əlaqələr
Mərkəzinin prezidenti
kimi yüksək dövləti və ictimai vəzifələr tutsa da, Respublika Lenin Komsomolu
mükafatı,
SSRİ Dövlət mükafatı,
Azərbaycan SSR Dövlət
mükafatı, "Qırmızı
əmək bayrağı"
ordeni, “Lenin" ordeni,
"Şöhrət" ordeni,"İstiqlal" ordeni kimi yüksək mükafatlar, "Azərbaycan
SSR əməkdar incəsənət
xadimi", "Azərbaycanın
Xalq şairi" kimi fəxri adlar alsa da, bu şöhrət onun gözünü qamaşdırmamış, yaradıcılıq
onun stixiyyası olmuş, yazıb yaratmaqdan usanmamış, Azərbaycan ədəbiyyatı
65 il ərzində onun
ədəbi yaradıcılığı
ilə müşayət
olunmuş, ömrünün
sonunadək böyük
həvəs və çoşqu ilə yazıb yaratmışdır.
Ömrünün erkən çağlarında
3 qardaşını və
atasın itirməsinə,
çətin həyat
şəraitinə, ailə-məişət
problemlərinə baxmayaraq,
Nəbi Xəzri yaradıcılığında bədbin notla köklənmiş nümunələr
demək olar ki, yox dərəcəsindədir.
Məhz Nəbi Xəzri yardıcılığını
səciyyələndirən xüsusiyyətlərindən biri
də onun əsərlərinin pozitiv
nota, şən əhval-ruhiyyəyə
köklənməsidir.
Onun yaradıcılığı insanı
məhəbbətə , sevgiyə, yaşamağa, yaratmağa
səsləyir.
İstəsən yanına gələrəm
sənin,
gələrəm dəniz kimi.
Üzünə incilər çilərəm
sənin,
çilərəm dəniz kimi.
Yoluna şəfəqlər səpərəm
sənin,
səpərəm dəniz kim.
İstəsən üzündən öpərəm
sənin,
öpərəm dəniz kim.
Adını qəlbimin sahillərinə,
yazaram dəniz kimi,
Sevmirəm söyləsən bir
axşam mənə,
susaram dəniz kimi.
Vətən Sevgisi, Vətənə
məhəbbət Nəbi
Xəzri poeziyasının
baş mövzusudur. O,Vətənimizin təbiətinə, gözəlliklərinə
dağına- dərəsinə,
dənizinə-çayına, baharına yayına, gülünə-çiçəyinə çoxsaylı
şeirlər həsr
etmişdir. Bununla yanaşı Nəbi Xəzri də sənət ustadı Səməd Vurğun kimi ən gözəl
şeirlərini anamız
Azərbaycana həsr edib. Azərbaycan mövzusu Səməd Vurğundan sonra poeziyaya gəlmiş bütün şairlərin
baş mövzusu olmuşdir və bu mənada (Əslində
hər kəsə məlumdur ki, “Azərbaycan”
mözusunu ədəbiyyatımıza
səməd Vurğun
gətirmişdir və
hələlik onun şeirindən güclü
şeir yaranmamışdır.)
Nəbi Xəzrinin “Azərbaycan”ı da bu mövzuya həsr edilmiş ən gözəl poeziya nümunələrindən
biridir. Şeir musiqisiz nəğmə kimi səslənir və elə buna görə də həmin şeirə yazılan və məşhur müğənnimiz,
Xalq artisti Şövkət Ələkbərovanın
ifasında belə gözəl səslənir.
Əgər ki, yıxılsam çinar
göstərin,
Mən ona söykənib arana baxım.
Gözlərim görməsə Göy-Gölü
verin,
Mən onun gözüylə cahana baxım.
Hər yerdə həmişə sənsən gümanım
Canım,
gözüm mənim Azərbaycanım.
Sən günəş, mən isə bir zərrə
kimi,
Diriykən oğlunam, ölsəm
torpağın.
Sən
ki, döyündürdün mənim qəlbimi,
Sən uca çinarsan mənsə yarpağın.
Mənəm sənin özün,
ey eşqim, canım,
Sənsən özüm mənim
Azərbaycanım!
Bu yazının girişində
nümunə gərirdiyim
bircə bənd şeir əslində Nəbi Xəzri yaradıcılığını bütünlüklə ifadə
edir desəm düşünürəm ki, səhv
etmiş olmaram. Nəbi Xəzri çoxşaxəli
yaradıcılığında nə yaratmışsa sevgi ilə, məhəbbətlə yaratmışdır.
Elə buna görə
də onun bütün yaradıcılığı
lirika ilə müşayət olunur. Onun, həm poeziyasında, həm
nəsrində, həm
də digər janrlarında bir lirizm vardır.
Başımız üstündə zərli
qanadlar,
Kəhraba çinarlar, qızıl
palıdlar,
Belə
yer dünyada deyin varmıdır,
Meşə pıçıldayır, bulaq danışır?
Günəşdən süzülən
ulduzlarmıdır,
Ya kəhraba yanır, qızıl sayrışır,
Sirli bir qələmlə, söz yaza-yaza,
Ağaclar zər səpir
yollarımıza...
Elə ona görə də onun şeirləri
həm də bəstəkarlarımızın diqqətini cəlb etmiş, şeirlərinə
onlarca mahnı yazılmış və bu mahnıları ən məşhur müğənnilərimiz Müslüm
Maqomayev, Şövkət
Ələkbərova, Zeynəb
Xanlarova
, “Qaya” qrupu, Gülağa Məmmədov,
Mirzə Babayev, Elmira Rəhimova,
Flora Kərimova, Briliant
Dadaşova və digər sənətkarların
ifalarında sevilə-sevilə
dinlənilmiş və
həmin mahnılar musiqi xəzinəmizin qızıl fondunda saxlanılır. Və onlardan bircə nümunə;
İstəsən sükuta bürünsün
cahan
heç
nə yox,
Al məndən ömrümlə
əbədi qalan
o ani,
o ani
Görüşlərini...
Mən həmişə bu qənaətdə olmuşam
və yazılarımda
bir neçə dəfə qeyd etmişəm ki, sözün
qüdrəti o zaman ali
məqama çatır
ki, özü ilə qoşa işlənir, yerində oturur, söz sərraflarının qüdrəti
sayəsində öz
məqamına yüksəlir.
Elə ona görə də Tanrının verdiyi qabiliyyətlə insanın
yaratdığı, ifadə
etdiy sözdən güclü heç nə ola bilməz. Söz fövqəl gücə malikdir. Bir hikmətli söz, bir mənalı ifadə, bir bənd şeir insanı yaşada bilər, xəstəni sağalda bilər, insanın həyatını
dəyişə biər.
Əksinə bir tikanlı söz, bir bənd kəsərli
şeir insanı öldürə bilər.
Nizamidən, Füzulidən
üzü bəri çağdaş poeziyamıza
qədər az-az şair tapılar ki, bu hikməti öz
yaradıcılıqlarında əks etdirməmiş olar. Bu mənada Nəbi Xəzri də istisna deyil və onun
“söz”ün qüdrətinə həsr
etdiyi şeirdən aşağıdakı nümunəni
gətirmək istədim:
Əzəl
başdan açarıdır
sirrlərin,
Öz gücünü ürəklərdən
alar söz.
Ümid verər, sevinc verər, qəm verər,
Müşkül
olan dərdə çarə qılar söz...
Söz ucaldar bu cahanda
insanı,
Əzizləyər
bu cahanda insanı.
Vaxt olar ki, bircə anda insanı,
Əlli ilin hörmətindən salar söz...
Anamız
Azərbaycanın qeyri-adi
bir bölgəsi olan Abşeron yarımadasının təbii
landşaftı son dərəcə
əsrarəngiz olduğu
kimi, onun yaradıcılıq landşaftı
da çox zəngindir.
Nəbi Xəzrinin yaradıcılığı ilə
tanış olduqca əmin olursan ki, Abşeronun əsrarəngiz
təbii landşaftı
sanki onun yaradıcılığına köçüb.
Nəbi Xəzri həm şairdir, həm dramaturqdur, həm nasirdir, həm tərcüməçidir,
həm publisistdir, həm ssenaristdir, həm də Abşeron üçün
çox xarakterik yaradıcılıq sahəsi
olan rəssam. Sadəcə o, rəsmlərini
sözlə çəkir.
Su mavi,
Göy
mavi,
Hava
da səssiz.
Gəmi
maviliyə ağ inci düzür.
Üfüqlə
o qədər qovuşub
dəniz,
Gəmi
sanırsan ki, göylərdə
üzür.
Nəbi
Xəzriyə görə
Azərbaycan təkcə
insanları ilə deyil, həm də Tanrının bu məmləkətə verdiyi əvəzsiz töhfələri ilə
-göyləri, yerləri,
havası, suyu, dənizi, küləyi, dağları, dərələri,
meşələri, çinarları,
qovaqları ilə gözəldir və o, əsərlərində bu
gözəllikləri insanla
vəhdətdə təqdim
edir. O, öz sevgi və məhəbbətini
də təbiətin varlıqları ilə üzvi surətdə birləşdirir. Bu baxımdan
onun “Dəniz, göy, məhəbbət”
şeiri son dərəcə
maraqlı və cəlbedicidir. Dörd hissədən ibarət olan bu poeziya
nümunəsində o qədər
güclü bir harmoniya var ki, şairin poetik ustalığı qarşısında heyran qalmaya bilmirsən:
-Dənizi hədiyyə verirəm
sənə...
Mən dedim, sən baxdın, sən gülümsədin,
Göylərin şəfəqi düşdü
üzünə,
-Mən isə göyləri verirəm – dedin.
Dənizi verdim ki, sənə hədiyyə,
Gəldiyin sahilə gələsən
bir də.
Məni
görməyəndə o mənəm-deyə,
Mənimlə danışıb, güləsən
bir də.
Düşündüm, ayrılıq gələndən
bəri,
Sən mənim eşqimə çıraq olasan.
Onunçün verdinmi mənə
göyləri,
Məndən göylər qədər
uzaq olasan?:
Nəbi
Xəzri poeziyasından
söhbət açarkən
onun çox sevdiyim “Söylə bəs hardaydın” şeirindən söz açmaya bilməzdim. Həmin şeirdən nümunələr gətirməmişdən
öncə vurğulamaq
istəyirəm ki, klassiklərimizdən
üzü bəri, indiki dövrümüzə
qədər əksər
şairlər ən gözəl şeirlərini
həm də geçikmiş məhəbbətlərinə
həsr etmişlər.
Dediklərimə misal
olaraq bir neçə görkəmli
şairimizin Hüseyn
Arifin (“Ləzgi qızı”),
Bəxtiyar Vahabzadənin
(“Sən hardan biləsən”), Cabir Novruzun (“ Sən
elə bir vaxtda rast gəldin
mənə”), Tofiq Bayramın (“Ay gecikən məhəbbətim”), Nəriman
Həsənzadənin (Nərdivan),
Nüsrət Kəsəmənlinin
(Sən demə təzədən sevmək
olarmış”)
adlarını çəkməyi
məqsədə uyğün
saydım.
Bu şeirlərin hər
bir fərdi olmaqla, həm də, ümumidir, məhəbbətin əbədiliyinin
ifadəsidir. Hər birinin müəllifi görkəmli poeziya bahadırları olmaqla , yaratdıqları əsərlər də şedevrdir. Nəbi Xəzrinin yuxarıda adını çəkdiyim
şeir kimi:
Sən gəldin,
Zülmətdən
gün çıxdı
birdən,
Nə qədər ecazkar göründü cahan?
Səni gözləmişdim ömrüm
boyu mən,
Söylə,
bəs hardaydın sən bu vaxtacan?
Keçib göy dərəni,
yaşıl
çəməni,
Elə yaxın gəldin, elə uzaqdan!
Bəlkə min il əvvəl
görmüşdüm səni,
Sərin su içəndə sən buz bulaqdan!
Elə bil üzləşdim
ilahi sirlə,
Bu nə möcüzədir, bu nə heyrətdir?!
Məhəbbət
ölçülmür illə,
əsrlə,
Məhəbbət
ölçüsü əbədiyyətdir...
Nəbi
Xəzrinin yaradıcılığı
haqqında böyük
ədəbiyyat adamları-şairlər,
tənqidçilər, tədqiqatçılar,
müasirləri çeşidli
məqalələr, yazılar,
kitablar yazmışlar.
Və təbii ki, bir kiçik yazı ilə Nəbi Xəzri yaradıcılığını, onun miqysını əhatə etmək mümkün deyildir. Bununla belə mənim təsəvvürümdə
yaratdığı assosiasiya
barədə fikirlərimi
oxucularla bölüşmək
iistədim. Heç şübhəsiz, öz yaradıcılığı, ictimai
fəaliyyəti və
fərdi xüsusiyyətləri
ilə xalqını tanıdan, ona şərəf və şöhrət gətirən
yaradıcı ziyalılarımızdan
və ictimai xadimlərimizdən biri də Nəbi Xəzridir. Mənim qənaətimcə Nəbi
Xəzrinin çoxşaxəli
yardıcılığı və geniş miqyaslı dövləti və ictimai fəaliyyəti nə qədər çox cəhətli olmasına baxmayaraq O, Azərbaycan Xalqının yaddaşında
daha şox şair kimi qalacaqdır. Mən də bu yazıda
onu bir şair
kimi səciyyələndirməyə
çalışdım.
Ramiz Göyüş
Ədəbiyyat qəzeti: xüsusi buraxılış.- 2024.- 10 dekabr, ¹48.- S.22-23.