Gənclərə örnək alim
Dərin intiuisiyaya, mükəmməl müşahidə qabiliyyətinə malik həssas ürəkli və həssas olduğu qədər də sadə, səmimi insan Nərgiz xanım Paşayeva Azərbaycanın məşhur ziyalı
ailəsində
dünyaya göz açıb. Anası - işıqlı
aydınlarımızdan olan
şərqşünas alim Aida xanım İmanquliyevanın
və babası - Azərbaycan nəsrinin görkəmli nümayəndəsi
Mir Cəlal Paşayevin
yolunu davam etdirən Nərgiz xanım Paşayevanın Bakı Dövlət Universitetinin qazandığı
uğurlarda, keçdiyi
şərəfli yolda
öz dəst-xətti,
öz imzası var.
Nərgiz
xanım daim elmi axtarışda olmaqla yanaşı, istedadlı gənclərə
həmişə əsl
yaradıcılıq mühiti
yaradır, qabiliyyətlərinin
üzə çıxması
üçün əlindən
gələni əsirgəmir.
O, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin
bugünün gəncliyinə
ünvanlanmış: "Gənclərə
müraciət edirəm!
Mən sizinləyəm,
mən sizi həmişə dəstəkləmişəm.
Bu gün də dəstəkləyirəm və
gələcəkdə də
dəstəkləyəcəyəm" çağırışını əsas götürərək
həmişə gənclərimizin
yanındadır və
onlara böyük önəm verir.
Arif Paşayev və Aidə xanım İmanquliyeva kimi görkəmli şəxsiyyətlərin
ocağında dünyaya
gəlmiş Nərgiz
xanım Paşayeva bu iki ziyalının
aşıladığı ən yüksək dəyərləri, eyni zamanda dahi babalarından
(böyük ədəbiyyatşünas
alim Mir Cəlal Paşayev
və Azərbaycan jurnalistikasının patriarxı
Nəsir İmanquliyev)
irsən ona əxz olunan ən ali keyfiyyətləri
özündə cəmləşdirir.
Akademik Nərgiz xanım Paşayevanın zəngin
elm yoluna nəzər salaq:
Nərgiz
Paşayeva 1978-ci ildə
BDU-nun Filologiya fakültəsinin
əyani şöbəsinə
daxil olmuş və 1983-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir.
1983-cü ildə əyani
aspiranturaya qəbul olmuş və "Sabirin novatorluğu" adlı dissertasiya işini vaxtından əvvəl tamamlamış
və müvəffəqiyyətlə
müdafiə etmişdir.
23 sentyabr 1987-ci ildə
filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.
2004-cü ildə "Müasir
Azərbaycan ədəbiyyatında
insanın bədii-estetik
dərki (xalq yazıçısı Elçinin
yaradıcılığı əsasında)" adlı
doktorluq dissertasiyası
işini müvəffəqiyyətlə
müdafiə etmişdir.
11 fevral 2005-ci ildə
filologiya elmləri doktoru alimlik dərəcəsinə, 30 mart 2005-ci ildə isə professor elmi adına layiq görülmüşdür.
2009-cu ilin oktyabr ayından Bakı Dövlət Universitetinin
"Klassik Azərbaycan
ədəbiyyatı" kafedrasının
müdiridir. Nərgiz
xanım ilk azərbaycanlı
qadın kimi 2012-ci ildə Böyük Britaniyanın İcmalar Palatasının məşhur
"Çörçil" zalında məruzə ilə çıxış
etmişdir. Nərgiz xanım həmçinin
"Qarabağnamə" operasının
librettosunun müəllifidir.
Akademik Nərgiz Paşayevanın təşəbbüsü
ilə "Molla Nəsrəddin" jurnalı
yenidən çap olunmuş, "Səməd
Vurğunun xatirələri"
kitabı, "Azərbaycan
xalq çalğı
alətləri" kataloqu
hazırlanmış və
çapdan çıxmışdır.
Nərgiz xanım dünya deyilən sənmişsən, Sabirin
novatorluğu, Antik ədəbiyyat tarixi, İnsan bədii tədqiq obyekti kimi, Yeniləşən ədəbiyyatın yeni insanı,
Şərqin ruhu və Qərbin idrakı, Əl-Fərabi və varlığın birliyi və s. əsərlərin müəllifidir.
Alim
2014-cü ildə AMEA-nın
müxbir üzvü,
2017-ci ildə AMEA-nın
həqiqi üzvü,
2018-ci ildə AMEA-nın
vitse-prezidenti seçilmişdir.
Azərbaycan Respublikası
Prezidentinin 30 avqust
2009-cu il tarixli Sərəncamı
ilə Azərbaycan elminin inkişafında göstərdiyi xidmətlərə
görə Əməkdar
elm xadimi fəxri adına layiq görülmüşdür. Mədəniyyət
sahəsində göstərdiyi
xidmətlərə görə
2011-ci ilin aprel ayında YUNESKO-nun "Mədəniyyətlərin
müxtəlifliyinə görə"
medalı ilə, Rusiya Federasiyasının Prezidentinin 20 aprel 2011-ci il
tarixli 483 saylı Sərəncamına əsasən
Rusiya-Azərbaycan mədəni
əlaqələrinin inkişafında
və xaricdə rus incəsənətinin təbliğində göstərdiyi
xidmətlərə görə
Rusiya Federasiyasının
ali dövlət mükafatı ilə -
"Dostluq" ordeni ilə, 26 yanvar 2015-ci ildə Moskva Dövlət
Universitetinin fəxri professoru diplomu ilə, 19 aprel 2017-ci ildə Azərbaycanda elm və təhsil sahəsində həyata keçirilmiş mühüm
beynəlxalq layihə
olan Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi
Mərkəzinin yaradılması
və səmərəli
fəaliyyətinin təmin
edilməsindəki xidmətlərinə
görə Azərbaycan
Milli Elmlər Akademiyasının
Nizami Gəncəvi adına Qızıl medalı ilə, 25 noyabr 2019-cu ildə Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
ilə "Şöhrət
ordeni" ilə, 13 dekabr 2022-ci ildə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev
tərəfindən Azərbaycan
Respublikasında elm və
təhsilin inkişafında
böyük xidmətlərinə
görə "Şərəf"
ordeni ilə təltif edilib.
Məlumat üçün bir
daha bildirək ki, akademik Nərgiz Paşayeva ölkəmizi Oksford Universitetinin Şərqşünaslıq fakültəsində
təmsil edən ilk azərbaycanlı alimdir.
O, çıxışlarının birində qeyd edir: "Oksford Universitetinin Şərqşünaslıq
fakültəsində aparılan
elmi-tədqiqat işləri
dünyanın digər
ali məktəbləri
üçün bir örnəkdir. Qərb dünyasının ən
nüfuzlu bu tədris ocağında hər hansı həqiqəti dünyaya çatdırmaq istəyən
xalq, əvvəlcə
öz qədim və zəngin keçmişini ortaya çıxarmalı, əsaslı
elmi işlər aparmalı, ciddi və zəhmətkeş tələbələr yetişdirməlidir.
Yalnız bundan sonra həmin xalq dünyada elm sahəsində mövqe tutub, söz deməyi bacara bilər", "Azərbaycanın
zəngin tarixi və mədəniyyəti
ilə bağlı bir çox məsələlərin hazırda
dünya elmi ictimaiyyəti üçün
böyük maraq doğurduğu sirr deyil. Əsas odur ki, bizim apardığımız elmi
araşdırmaların müsbət,
dünya elmi ictimaiyyəti tərəfindən
qəbul olunmuş nəticələri olsun və gələcək tələbələrimiz araşdırmalardakı
boşluqları doldurmaq
üçün obyektiv
- Oksford Universitetinin
malik olduğu baxışa
sahib olsunlar. Ümid edirəm ki, biz Oksford Universitetinin Nizami Gəncəvi adına Mərkəzi vasitəsilə
Azərbaycan və onun yerləşdiyi bölgə haqqında dünyanın elmi ictimaiyyətində maraq doğuran bütün suallara cavab tapa biləcəyik. Ən müqəddəs vəzifəmiz
Nizami Gəncəvinin
adını Oksford Universitetində daimi yaşatmaqdır".
Nərgiz
Paşayevanın doğum
günü münasibətilə
Azərbaycan Milli Kitabxanasının
əməkdaşları tərəfindən
"Akademik Nərgiz Paşayeva" adlı
virtual sərgi hazırlanıb.
Virtual sərgidə fotolar,
özünün müəllifi
olduğu əsərlər,
eləcə də tərtibçisi və redaktoru olduğu kitablar, dövri mətbuat səhifələrində
dərc edilən məqalələr nümayiş
olunur.
Zəngin
biliyi, fitri yaradıcılıq istedadı
ilə Azərbaycan elminin inkişafına, xalqımızın
tarixinin, mədəniyyətinin
dünyada tanınmasına
xidmət edən, nəcib insan, Vətən sevdalısı,
gənclərə örnək
akademikimiz, Əməkdar
elm xadimi Nərgiz xanım Paşayevanı doğum günü münasibətilə təbrik
edir, dəyərli alimimizə çətin və şərəfli
elm yolunda tükənməz
yaradıcılıq uğurları
arzulayırıq.
Günel MƏLİKLİ
Ədəbiyyat qəzeti.- 2024.- 13 dekabr, ¹49.- S.12.